Məzmuna keç

Vikiuşaq:Hamiləlik

Vikikitab, açıq dünya üçün açıq kitablar
Bu məqalə Vikiuşaq aləminə aiddir.

Hamiləlik qadının qarnında uşağın yetişməsinə hamiləlik deyilir. Balalıq qadınlarda və xüsusən dişi cinsli məməli heyvanlarda qarında yerləşən bir orqandır. Latın dilində ona Uterus deyilir. Qadınlarda o, təxminən armud formasında və böyüklüyündə olur uşaqlıq adlanır.

Onun divarı xüsusi bir növ əzələdən təşkil olunmuşdur. İçərisində boşluq vardır ki, buna uşaqlıq ya balalıq boşluğu deyilir. Bu boşluq (eynilə ağız kimi) selikli qişa ilə örtülü olur. Uşaqlığın ya balalığın yan tərəflərindən qələm qalınlığında bir cüt borular çıxr ki, bunlara uşaqlıq ya balalıq boruları deyilir. Bu borular vasitəsilə yumurta hüceyrə uşaqlıq ya balalıq boşluğuna düşə bilir. Orada o, böyüyərək uşağa ya balaya çevrilir. Uşaq və ya bala böyüdükcə onunla bərabər uşaqlıq ya balalıq da böyüyür, uşaq ya bala doğulmağa az qalmış o, üfürülmüş və su ilə doldurulmuş bir şara bənzəyir. Həmin bu suya uşaqlıq suyu deyilir. Uşaq ya bala bu suyun içində uzərək hərəkət edir. Uşaq ya bala böyümək üçün lazım olan qidanı anadan barmaq böyüklüyündə olan bir boru vasitəsilə alır. Bu boruya göbək cifti deyilir. Çünki onun bir ucu uşağın ya balanın göbəyinə, digər ucu isə uşaqlıq ya balalığın divarına bitişmiş olur. Beləliklə, uşaq ya bala bu cift ilə ananın qanı ilə bütün lazım olan qidanı almış olur.


Hamiləlik insanlarda 9 ay davam edir. Heyvanlarda isə 9 aydan ya az ya da çox ola bilir. Hamiləlik başlayarkən uşaq ya bala kiçik olduğundan ananın qarnı böyüməmiş olur. Amma həkim heç incitmədən ultrasəs adlanan cihazla uşaq ya balanı müayinə və onun şəklini və filimini çəkə bilir. Uşaq ya bala tam böyüdükdən sonra uşaqlıq ya balalıq rezin şar kimi yığılaraq onu bayıra çıxardır. Buna isə Doğuş deyilir.

Mənbə

[redaktə]
  • Janosch: Mutter sag, wer macht die Kinder. Little Tiger Verlag, 2007, ISBN 3931081435

Xarici keçidlər

[redaktə]

Həmçinin bax

[redaktə]