Vikiuşaq:Maraqlı məlumatlar/Anaya kömək

Vikikitab, açıq dünya üçün açıq kitablar

Bu məqalə Vikiuşaq aləminə aiddir.

Ev işlərində anaya, təmir işlərində isə ataya kömək etmək kimi yetişkin insanın gördüyü işlər uşaqların marağını cəlb edir. Uşaqlar əşyalarını toplamaq, eləcə də görülməsi asan olan işləri yerinə yetirməkdə valideynlərinə kömək edə bilərlər. Buna misal olaraq, evdə bəzi əşyaların tozunu almaq, süfrə qaydalarına riayət etmək kimi xüsusları göstərmək mümkündür.

Valideynlər 4-5 yaş qrupu olan uşaqlardan oyuncaqları yığışdırmasını, əl-üzlərini heç kimin köməyi olmadan yumağı, həmçinin, yemək yeməyi, süfrə hazırlanarkən bəzi şeyləri (duz və s.) yerləşdirməyi gözləyə bilərlər.