Məzmuna keç

Vikiuşaq:Su çiçəyi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Bu məqalə Vikiuşaq aləminə aiddir.

Su çiçəyi yoluxucu uşaq xəstəliyidir. Xəstəliyə səbəb virusdur ki, həkimlər onu “Varisella” adlandırırlar. Bu virus xəstə uşaqdan, digər sağlam uşağa hava-damcı vasitəsilə bir neçə metrdən keçərək onu da xəstələndirə bilir. Çiçəyə tutulmuş uşağın qızdırması olur, dərisində isə səpgilər, xırda-xırda içində su olan qovuqcuqlar — suluqlar əmələ gəlir. Dərini qaşınmalar tutur. Qaımaq ona görə olmaz ki, yerində daha böyük yaralar əmələ gəlməsin və yerində çapıq qalmasın. Qaşınmağa qarşı dəriyə məlhəm sürtülür. Gerisi 10 gün içində öz-özünə sağalır. Nəticədə orqanizm immunitet qazanmış olur ki, bir daha virusu yaxın buraxmır. Bəzən bu virus ağciyərləri və beyini də zədələyir. Xəstəlikdən qorunmanın yolu ona qarşı peyvənd olunmaqdır. Həkim tərəfindən virusun gücsüzlərindən ibarət zərdab iynəsi vurulur ki, orqanizm ona qarşı immunitet qazansın. Su çiçəklu uşaqlar sağalana qədər digər uşaqları yoluxdurmamaq üçün bağçaya və məktəbə getməməlidilər.

“Su çiçəkli” uşaq
Su çiçəyin suluğu
Su çiçəyi — su zanbağı


Həmçinin bax

[redaktə]