Virtual ensiklopediyalar/Viki texnologiyası ilə fəaliyyət göstərən ensiklopediyalar

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Virtual ensiklopediyalar

../

2001-ci ildən başlayaraq virtual ensiklopediya anlayışı köklü surətdə dəyişdi. Vikipediya layihəsi ensiklopedik resursların yaradılmasında prinsipial olaraq yeni yanaşmalar üçün əsas oldu. Vikipediyanın yaradılması və müvəffəqiyyətli inkişafından sonra İnternetdə Viki texnologiyası ilə fəaliyyət göstərən analoji layihələr yaradılmağa başlandı və bu proses indi də davam edir. Bu layihələrdə yerinə yetirilən dəyişikliklər müxtəlif üsullarla aparılır və hər bir ensiklopediya üçün özəl tələblər qoyulubdur. Bu ensiklopediyalardan bir çoxu Vikipediya qədər populyar olmasalar da, müxtəlif mövzuları əhatə etməklə 100 minlərlə İnternet oxucusunu cəlb edir.