Virtual ensiklopediyalar/WikiTravel

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Virtual ensiklopediyalar

../
Sister Projects. Həmçinin baxın: Şəkilləri •

WikiTravel (http://wikitravel.org) turizmlə bağlı məqalələr toplanmış, azad virtual ensiklopediyadır. Ensiklopediya çoxdili olmasına baxmayaraq, əsasən ingilis, alman, rus dillərində fəaliyyət göstərir. WikiTravel ensiklopediyası Evan Prodromu tərəfindən, 2003-cü ilin iyul ayında yaradılmışdır və özlüyündə hər zaman təzələnən, müxtəlif marşrutlar üzrə bələdçidir. Eyni zamanda ensiklopediyada bir çox dillərdə danışıq kitabçaları da yaradılmışdır. Məqalələrin sayı 2010-cu ilin yanvar ayı üçün 40 minə yaxındır. WikiTravel ensiklopediyası MediaWiki azad proqram təminatı əsasında, "Creative Commons” lisenziyası ilə işləyir.

Ensiklopediyada müxtəlif reklamların loqotipləri qoyulmuşdur. Lakin qeydiyyatdan keçmiş hər bir istifadəçi istədiyi reklamı bağlaya bilər.