Məzmuna keç

Windows XP

Vikikitab, açıq dünya üçün açıq kitablar

Windows XPMicrosoft-un fərdi kompüterlər, noutbuklar üçün nəzərdə tutulmuş 32-bit və 64 bitlik əməliyyat sistemləri ailəsindəndir.

Windows müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. XP adı "eXPerience" sözündən götürülmüşdür, mənası "təcrübəli", "məlumatlı" deməkdir. Windows XP Windows 2000 və Windows ME əməliyyat sistemlərinin varisi və Microsoft-un Windows NT əsasında qurulmuş ilk istehlakçı yönümlü əməliyat sistemidir.

Aparat təminatı

[redaktə]

WindowsXP əməliyyat sisteminin kompüter qurğularına minimal tələbləri var. Məsələn, yaddaş 256mb-dan, prosessorun tezliyi 600MHS-dən aşağı olmamalıdır. Bu əməliyyat sistemi zəif kompüterlərə yüklənir. Bu zaman virtul yaddaşdan geniş stifadə olunur (fayl yüklənməsi), yəni operativ yaddaş kiçik olduğu üçün informasiya HDD-yə yazılır. Digər səbəblərdə əməliyyat sisteminin "ağır" yüklənmələrə məruz qoyur. Bu səbəbdən ƏS-i öz iş qabiliyyətini itirərək "donur". Bu problemi həll etmək üçün aşağıdakı işləri görməyi məsləhət görürük: Disklərdə məlumatların bərpası sistemininin işini dayandırın. Çünkü Windows vaxtaşarı bərpa nöqtələri yaradır. Bu isə sistemin ümumi işinə ciddi maniələr yaradır "Yatmaq rejimini" qadağan edin. ƏS-nin yenidən yüklənməsi və söndürülməsi kimi onda "yatmaq rejimidə" mövcuddur. Bu zaman sistemin vəziyyəti fayl şəkilində FDD-yə yazılır. Proses avtomatik getdiyi üçün ƏS-nin sürəti aşağı düşür və zəif maşınlar ümumiyyətlə "donurlar" Virtual yaddaşı(Fayl yüklənmə ölçüsünü azaldın) kiçildin.

Bütün vizual və multimedia effektlərini söndürün. Eyni zamanda 1-2 sistemdən artıq proqram yükləməyin. Xüsusilə qrafik sistemlərlə işləyən vaxtı çalışın yalnız bir paketlə işləyin.

Böyük resurslar tələb edən sistemlərin nisbətən "köhnə" versiyasından istifadə edin. Məsələn CorelDraw sisteminin sonuncu versiyası (hal hazırda 14-cü versiya mövcuddur), stabil 8-ci versiyadan istifadə edin.

Windows XP

[redaktə]

Minimal operativ yaddaş (RAM) 64 Mb-dan, disk yaddaşındakı boş yer 1qb az olmamalıdır. Windows XP-nin optimal işləməsi üçün RAM-ın 128 Mb və daha çox olması məsləhətdir. Bu parametrlər göstərilən tələbləri ödəməzsə, kompüterə nisbətən "az" tələbətı olan əməliyyat sistemlərindən birini yüklmək lazımdır. NT texnologiyası üzrə ən az resurs tələb edən əməliyyat sistemi Windows 2000 -dir. Bu səbəbdən minimal tələbli ƏS-ni seçərkən Windows 2000-ə üstünlük verilməlidir.

Windows XP bir neçə variantda buraxılmışdır:

Windows XP Professional Edition
Windows XP Home Edition
Windows XP Tablet PC Edition
Windows XP Media Center Edition
Windows XP Embedded
Windows Embedded for Point of Service
Windows XP Professional x64 Edition
Windows XP 64-bit Edition
Windows XP Edition N
Windows XP Starter Edition.

Microsoft müntəzəm olaraq, yaranan problemləri aradan qaldıran və yeni imkanlar yaradan yeniləmə paketləri (servisepacks) yaradır. İlk belə paket Gold/SPO-dur və o öz əhəmiyətini artıq 2004-cü ildə itirmişdir. Bundan sonra 9 sentyabr 2002-ci ildə Service Pack1 yaradıldı və onun imkanları daha genişləndirildi. Bu paket USB2.0 və bir çox məlumatların mubadiləsinə imkan yaradan proqramlarla dəstəklənirdi.

6 avqust 2004-cü ildə daha da inkişaf etdirilmiş, Service Pack2 yaradıldı və ilk dəfə olaraq WI-FI dəstəyi əlavə olundu. Service Pack 2 istifadə olunması üçün sərt diskdə 1.8QB yer ayrılmalıdır.

2007-ci ildə isə artıq Service Pack 3 yaradıldı və istifadəyə verildi.

Microsoft, Windows XP-nin satışını 30 İyun 2008 tarixindən etibarən dayandırdı lakin qısa bir müddət üçün netbooklarda Windows XP yüklü gəldi Windows XP Service Pack 2'e verilən dəstək, 13 İyul 2010 tarixində bitdi, 8 Aprel 2014 tarixində Windows XP Service Pack 3-ə verilən dəstək sona çatdı.

Həmçinin bax

[redaktə]

Xarici keçidlər

[redaktə]

windows XP әmәliyyat sistemin Azәrbaycan dilindә etmәyin qaydası.

[redaktə]

windows XP әmәliyyat sisteminә Azәrbaycan dilin yüklәmәk üçün Bura basın. Sonra 30 saniyә gözlәyib, Yüklәmәk sözünә Basın.