Resept:Balıq kababı: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni ' == Tərkibi == {{Resept | Kateqoriya = Azərbaycan mətbəxi | Porsiya = 2 | Vaxt = 1 saat | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = 1000 kkal ...' ilə yarat |
(Fərq yoxdur)
|
15:04, 14 oktyabr 2011 tarixindəki versiya
Tərkibi
Balıq kababı | |
---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi |
Porsiya: | 2 |
Enerji qiyməti: | 1000 kkal |
vaxt: | 1 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
- Balıq əti (Nərə balığı) – 500q.
- Bitki yağı ( ya xama – 10q) – 5q.
- Baş soğan – 24q.
- Göy soğan – 32q.
- Pomidor – 100q.
- Limon – 1/5 ədəd .
- Narşərab – 5q.
- Sumaq – 1q.
- İstiot – 0,1q.
- Duz – zövqə görə.
Hazırlanma qaydası
Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranılır, duz, istiot vurulur və üzərinə xama sürtülüb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababının yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq süfrəyə ayrıca verilir.