Məzmuna keç

Xəstəliklər/Kəskin revmatik qızdırma

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Xəstəliklər

../

Kəskin revmatik qızdırma (KRQ); həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1-5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ - A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır.

Tarixçəsi

[redaktə]

‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ - miladdan öncə 500 cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou ( 1538 -1616) dur. Thomas Sydenham (1624-1668) 1686 ci ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812 ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18 ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760 ci illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778 ci ildə bunu nəşr etdirmişdir. 1809 cu ildə David Dundas ürək xəstəliyindən ölən 9 revmatizm xəstəsindən 6 sını təşrih etmişdir və hamısında ürəyin genişləndiyini, birində perikardiyal mayedə artım olduğunu və bəzilərində perikardın ürəyin səthinə yapışıq olduğunu müşahidə etmişdir. 1816 cı ildə Laennec tərəfindən stetoskopun istifadəyə başlanması ilə əlaqədar ürəkdən gələn anormal səslər həkimlər tərəfindən ayırd edilməyə başlanırdı. Ürək xəstəliyi düşündürəcək əlaməti olmayan revmatizm xəstələrində ilk dəfə Jean Baptiste Bouillaud stetaskopu istifadə edərək perikardit vəya endokardit ola biləcəyini bildirmişdi. KRQ termini 1888 ci ildə Haygart tərəfindən təklif olunmuşdur. 1889 cu ildə Cheadle KRQ - nın əlamətlərini "endokardit, perikardit, plevrit, tonzillit, eksudativ eritema, xoreya və subkutan nodullar" olaraq təsvir etmişdir. Bu əlamətlər ‘ Cheadle’s Cycle’ veya ‘Cheadle’s Scheme’ adı altında toplanırdı. Cheadle’ ın bu anlayışı sonradan Jones kriteriyalarına zəmin hazırlamışdır. 1904 cü ildə Ludwig Aschoff öz adını verdiyi ürəydəki düyünləri kəşf etmişdir. Sonrakı illərdə Thelhimer və Rothschild Aschoff düyünlərinin KRQ nın diaqnostikası üçün xarakteristik olduğunu aydınlaşdırmışdılar. Streptokokların KRQ nın etiologiyasında rol oynadığını 1930 cu ildə Sick bildirdi. Jones kriteriyaları 1944 cü ildə T. Ducket Jones tərəfindən tərif olunmuşdur.

Epidemiyologiyası Xəstəlik inkişaf etməkdə olan ölkələrdə qazanılmış ürək qüsurlarının sıx rastlanan səbəbi olmaqla yanaşı dünyanın hər bir yerində görülə bilinir. Dünyada 15600 000 revmatik ürək xəstəsi var, hər il 500 000 ə qədər insan bu xəstəliyə düçar olur, 300 000 yenı ürəyin revmatik xəstəsi ortaya çıxır, 233 000 insan revmatik ürək xəstəliyi səbəbi ilə həyatını itirir. İnkişaf etmiş ölkələrdə yaşamın yaxşılaşması, xəstəliyin erkən dövrdə aşkar olunması, penisilin müalicəsinin və profilaktikasının yetərli səviyyədə olması, xəstələrin yaxşı izlənilməsi, EXOkardioqrafiya kimi müyinələrin tətbiqi xəstəliyin insidans sürətində son 20 ildə düşüşə səbəb olmuşdur. A qrup streptekok faringitinin ən sıx rastlanan yaş qrupu 5-15 yaş aralığıdır. Bəzi insanlarda xəstəliyə xüsusi həssaslıq aşkarlanmışdır. HLA antigenləri (HLA DR-27, HLA DR- W 53) və spesifik bir B hücre alloantigeni (D8/17) olduğunda xəstəliyə həssaslıq artar. Əkizlər üzərində aparılan araşdırmalar da (monoziqot əkizlərdə diziqot əkizlərə nəzərən xəstələnmə halı) genetik predispozisyonun rolunu təsdiq edir. Qış və payızda xəstələnmə artır. Cins, irq və etnos baxımından fərqlılık müşahidə olunmamışdır.