Məzmuna keç

Xalçaçılıq/Xalçalara qulluq/Çirklənmə səbəbləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Xalçaçılıq/Xalçalara qulluq

../

Xalçalar uzunömürlülüyü və qulluğun sadəliyi ilə fərqlənsələr də onlar çirklənmədən sığortalanmayıblar. Yun xalçalar bir neçə səbəbdən çirklənir:

  • Toz, qum, gil və digər bərk zərrəciklər xalçanın xovuna nüfuz edərək ipliyi zədələyə və xalçanın sürətlə dağılmasına gətirib çıxara bilər.
  • Havada olan yağ zərrəcikləri xalçanın xovuna çökərək tozun yapışmasına və xalçanın rənginin solmasına gətirib çıxara bilər.
  • Kimyəvi çirklənmənin bəzi tipləri sürətlə xalçaya daxil olur və tez təmizlənsə də xalçanın uzunmüddətli çirklənməsinə və boyanmasına səbəb olur.

Çirklənmədən qorxmamaq və gözəl əşyanı bükülmüş vəziyyətdə saxlamamaq üçün bir neçə sadə qulluq qaydalarına əməl etmək lazımdır:

  • Rütubətlilik dərəcəsi yüksək olan və zəhərləyici kimyəvi maddələrin istifadə olunduğu yerlərdə xalçanı saxlamaq və döşəmək olmaz;
  • Xalçanın üzərinə iti ayaqlı mebel qoymayın;
  • Döşəməyə sərilmiş xalçanı bəzən 90 və ya 180 dərəcə döndərin. Bu, xalçanın daha çox ayaqlandığı yerlərdə onu qeyri - bərabər korlanmadan qoruyar.
  • Xalçanı divardan asmaq lazım deyil. Döşəməyə sərilmiş xalçalarla müqayisədə divardan asılmış xalçalara toz daha dağıdıcı şəkildə təsir edir.
  • Xalçaları təbii yolla qurutmaq lazımdır. Bu, xüsusilə yun xalçalara aiddir.
  • Xalçan tez-tez astar tərəfdən tozsoranla təmizlənməlidir.