Məzmuna keç

Xalçaçılıq/Xalçalara qulluq/Ümumi məlumat

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Xalçaçılıq/Xalçalara qulluq

../
XIX əsrə aid Qarabağ xalçası

Xalçalar çirki və tozu çox tez götürür. Bu səbəbdən də onların xüsusi qulluğuna ehtiyac var. Ən az qulluq tələb edən xalçalar qədim, əntiq xalçalardır. Çünki onların hazırlanma prosesinə sınaqdan keçirmə mərhələsi də daxildir. İplikdən və yundan toxunmuş xalçaların sonralar yuyulma prosesində yığılmaması və fiziki təsirlərə qarşı davamlı olması üçün onları isladır, tapdalayır, qurudur və havaya verirdilər. Hərçənd xalçalar uzunömürlülüyü və qulluğun sadəliyi ilə fərqlənsələr də onlar çirklənmədən sığortalanmayıblar.

Xalçaları adətən çırpmaqla, tozsoranla, süpürgə və ya şotka ilə təmizləyirlər. Nəzərə alın ki, tozsoran yalnız xovun yuxarı hissəsini təmizləyir. Sintetik xalçanı tozsoranla təmizləmədən qabaq, onun üzərinə antistatik vasitə çəkmək lazımdır. Belə olan halda toz xalçanın üzərindən tez təmizlənər. Yaxşı olar ki, xalçalara qulluq edəndə xalçalar üçün nəzərdə tutulmuş müasir vasitələrdən (şampunlar-dan) istifadə edəsiniz, lakin xalçaları belə vasitələrlə tez-tez təmizləmək tövsiyə edilmir. Həmçinin xalçaları tez-tez yumaq olmaz, xüsusilə də isti su ilə, bu halda xalçalar tez köhnəlir və rəngləri solur. Eləcə də xalçaları günün altında qurutmaq olmaz – yalnız kölgədə.

Qışda xalçaları qarla təmizləmək olar. Bunun üçün xalçan üzü yuxarı vəziyyətdə qarın üstünə sərilir, üstünə qar səpilir və süpürgə ilə təmizlənir.

Şuşa xalçası

Təbii yun xalçaları rütubəti çox olan otaqlarda saxlamaq və sərmək olmaz.

2-3 ildə bir dəfə xalçanın yerin 90 və ya 180 dərəcə dəyişilməlidir. Belə olduğu halda xalça qeyri-bərabər sürtülmədən qorunur.

Xalçaları bükərkən içərisinə güvəyə qarşı olan vasitə qoyulur.