Məzmuna keç

Yemçilik/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
Yemçilik

Yemlərin kimyəvi və fizioloji xarakteristikası

Möhkəm yem bazasının yaradılması heyvandarlığın məhsuldarlığını artırmaq üçün əsas şərtdir. Bununla bərabər yemlərin keyfiyyəti və düzgün yemləmə qaydaları böyük əhəmiyyətə malikdir. Yem həzm cihazına qəbul edilərək müəyyən mexaniki, bakterioloji və dermentativ proseslər nəticəsində həzm edilir, tərkibindəki qida maddələri qana sorulur; orqanizmin bütün hüceyrə və toxumalarına yayılaraq heyvanların həyat fəaliyyətini, habelə məhsuldarlığını təmin edir. Başqa sözlə desək heyvan müxtəlif yemləri qəbul edərək, onları ətə, südə, yağa və s. məhsullara çevirir.