Yemçilik/Xaşa/Xaşanın biçilməsi müddətləri
←../ | Yemçilik/Xaşa |
../→ |
Xaşanın ot məhsulunu çiçəkləmə fazasının əvvəlində qısa müddətdətoplamaq lazımdır. Onu tam çiçəkləmə fazasındaçalanda məhsuldarlıq artırsa da keyfiyyət aşağı düşür. Məhsulu toplayanda və qurudanda bitkinin yarpaqlarının tökülməsinə xüsusi diqqət yetirilməlidir. Xaşa mümkün qədər dibdən biçilməlidir.
İtkiyə və yarpaqların tökülməsinə yol verməməkdən ötrü çalımdan 5-6 saat sonra, ot soluxan kimi onu dırmıqlayıb qotmanlara yığmaq və qotmanlarda qurutmaq lazımdır. Xaşa otu bir gün ərzində qotmanlarda qurutduqdan sonra tarladan çıxarıb tayaya vurulur. Bütün bu işlərin səhərlər görülməsi məsləhətdir.
Xaşanın toxumu tam yetişmə dövründə yığıldıqda itki çox olur. Odur ki, toxum 50-60% yetişdikdə yığıma başlamaq lazımdır. Toxumun yığılması taxılbiçən kombaynla günün səhər vaxtı aparılmalıdır.
Toxumun saxlanılması üçün nəmliyi 13-14%-dən artıq olmamalıdır.