Məzmuna keç

Yemçilik/Yonca/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Yemçilik/Yonca

../

Yonca kənd təsərrüfatı heyvanlarının zülalla təmin olunmasında əksər dənli bitkılərdən, həmçınin qara yonca və xaşadan xeyli üstündür. Respublıkada istehsal edilən yemlərin hər yem vahidinə azı 105-110 qr. zülal düşməlidir. Lakin bu göstərici hələlik 70-90 qramdan artıq olmur. Bu çatışmazlığı aradan qaldırmaq üçün ən ucuz mənbə kimi hər yem vahıdində 228 qr. zülal olan yonca əkinlərini genişləndirmək lazımdır. Yoncanın yaşıl kütləsində, yaxşı hazırlanmış digər yem məhsulları heyvanlara lazım olan karbohidrogenlər, yağ, fosfor, kalium, manqan, kükürd, natrium və vıtaminlərlə zəngindirlər.

Yoncanı yüksək aqrotexniki şəraitdə, suvarılan əkinçilik zonalarında il ərzində 4-6 dəfə, dəmyədə isə 3-4 dəfə çalmaq olur. Yoncalıqların hər hektarından ildə 700-1000 sentner yaşıl kütlə və ya 140-150 sentner quru ot götürmək mümkündür. Yoncalıqların hər hektarında il ərzində 150-400 kq azot toplanır ki, bu da 40-60 ton peyinə bərabərdir.

Yoncanın yaxşı inkişaf etmiş kök sistemi torpağın dərin qatlarında olan sudan istifadə etməsınə imkan yaradır. Bu da öz növbəsində torpaqdakı duzların xeyli azalmasına səbəb olur.