Yemçilik/Yonca/Torpağın hazırlanması və səpin
←../ | Yemçilik/Yonca |
../→ |
Yonca bitkisi payızda və yazda səpilə bilər. Erkən payız səpinləri daha məqsədəuyğundur. Torpaq şumdan avqust ayına qədər çıxarılmalı, diskli və dişli mala ilə malalanmalı, diqqətlə, yüksək aqrotexniki şəraitdə səpınə hazırlanmalıdır.
Payız səpini avqust ayının 3-cü, sentyabr ayının 1-ci ongünlüyü arasında aparılmalıdır. Hər hektara 14-20 kq yüksək kondisiyalı toxum səpilməlidir. Torpaqda istılik 2-3 dərəcə olduqda toxum cücərməyə başlayır, 10-15 dərəcə olduqda normal, 20 dərəcə olduqda isə yaxşı böyüyür. Ilk cücərtilər normal şəraitdə 5-7 gündən sonra, temperatur aşağı olduqda isə ləng alınır.
Gübrələmə sistemi. Yonca torpaqdan çoxlu qidalı maddələr götürür. Buna görə də o, gübrələrə olduqca həssasdır. Hər hektara 100-120 kq təsiredici maddə hesabı ilə fosforlu kaliumlu gübrələr, 18-20 t peyin (üzvi gübrə) verilir. Əsas gübrədən başqa, səpin vaxtı yonca toxumları ilə birlikdə torpağa az miqdarda dənəvər superfosfat (hər hektara fıziki çəkidə 15-60 kq) verilməsi məsləhətdir. Birinci əlavə gübrə payızda, sonralar isə hər çalımdan sonra malalamadan qabaq verilməlidir. Əlavə gübrə kimi adətən superfosfatdan istifadə edilir.