Məzmuna keç

Yemçilik/Yonca/Toxumluq yoncanın yetişdirilməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Yemçilik/Yonca

../

Toxumluq üçün yonca alaq otlarından təmiz və eyni dərəcədə inkişaf etmiş ot örtüyünə malik olan sahələrdən seçilib ayrılmalıdır.

Toxum məhsulunun miqdarına və keyfiyyətınə yoncanın da böyük təsiri vardır. Yaşca cavan olan yonca zərərvericilərlə az zədələnir, həm də daha artıq və daha yüksək keyfiyyətli toxum verir. Toxumçuluq məqsədılə adətən 1 və 2 il istifadə olan yoncalıqlar ayrılır.

Toxum üçün yoncanın ikinci çalımını ayırmaq məqsədəuyğundur. Yonca toxumu kombaynlar və adi yığım maşınları ilə yığılır. Yığılma kombaynla paxlaları 80-90%-i, adi maşınlarla isə 75%-i qonurlaşdıqda başlamaq lazımdır. Yoncanı kombaynla yığmağa şeh çəkildikdən və bitkılərdən quruduqdan sonra başlayırlar. Təzə döyülmüş toxum 13-14%-dək qurudulmalı, toxum təmizləyən maşınlarla təmizlənməli və sonra yenıdən gün altında qurudulmalıdır.

Toxumluq yonca sahəsinin hər hektarından orta hesabla 4-5,5 sentner toxum alınır. Yaxşı aqrotexnıki qulluq edilmiş sahələrin hər hektarından 10 sentnerə qədər toxum almaq mümkündür.