Yemçilik/Yonca/Yoncalıqların biçilməsi texnologiyası
Görünüş
Yoncanın məhsuldarlığına otun torpaq səthindən çalınma hündürlüyü də xeyli təsir edir. Çalım 14-15 sm hündürlükdə aparıldıqda itki 15-16%, 10-12 sm hündürlükdə 11-13%, 6-8 sm hündürlükdə aparıldıqda isə 7-9% olur.
Yoncalıqların biçini zamanı elə etmək lazımdır ki, yarpaqlar az tökülsün, itki az olsun. Bunun üçün bıçin qısa müddətdə başa çaldırmalı kölgə yerdə nəmliyi 18-20%-ə çatanadək qurudularaq tayaya vurulmalı və ya preslənməlidir.