Məzmuna keç

Yemçilik/Yonca/Yoncanın biçilməsi müddətləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Yemçilik/Yonca

../

Yoncanın biçilməsi müddətlərinə düzgün əməl edilməsinin böyük təsərrüfat əhəmiyyəti vardır. Böyümənin ilk günlərindən qönçələmənin əvvəlinə qədər gövdəyə nisbətən yarpaqlar daha yaxşı inkişaf edir və çox olur. Bu vaxt bitkinin ümumi çəkisinin demək olar ki, 80-90%-ni yarpaqlar təşkil edir.

Uzun illər ərzində əldə olunan təcrübələrə əsasən yoncanın qönçələnməyə qədər ən yüksək qıdalılığa malik olduğu sübut edilmişdir. Əgər qidalılıq dəyərinə görə qiymətləndırılərsə, onda yoncalıqlar qönçələmə fazasına kımi çalınmalıdır. Lakin qıdalığın nisbətən azalmasına baxmayaraq, çıçəkləmə fazasının əvvəlində çalım aparıldıqda vahid sahədən toplanan qidalı maddələrin miqdarı daha çox olur. Bundan başqa, çiçəklənmənin əvvəlində çalım aparıldıqda sonrakı çalmalar üçün potensial imkan xeyli artır. Belə ki, bu zaman bitkınin kök boğazında yatmış tumurcuqların yetişməsi və gövdələrin yenıdən böyüməsi üçün kıfayət qədər ehtıyat qida maddələri toplanır. Bunları nəzərə alaraq yoncanın çalım vaxtları onun qidalılığı ilə hər hektardan əldə olunan qidalı maddələrin miqdarının müqayisəsi əsasında müəyyən edilməlidir. Heyvandarlıq təsərrüfatında və quşçuluq fermalarında yоncadan yaşıl yem kimi istifadə etdikdə оnun qidalı maddələrini qoruyub saxlamaq üçün hər gün yalnız lazım olan qədər yoncalıq çalınmalıdır.