Yemçilik/Yonca/Yoncanın quru otu
←../ | Yemçilik/Yonca |
../→ |
Yonca otunun yemlik keyfiyyəti çox yüksəkdir. Onun yaxşı qurudulmuş 2,2 kq otundan bir yem vahidi, hər yem vahidinə 228 qram həzmə gedən protein (zülal) vardır. Ot üçün yaşıl kütlə ən geci çiçəkləmə fazasının əvvəlində çalınmalıdır. Çalınmış yaşıl kütlə 20% nəmliyə qədər qurudulmalı və xotmalara yığılmalıdır. Bundan sonra yığılmış ot imkan daxilində preslənməsi, imkan olmadıqda isə açıq halda üstü örtülü talvarlarda və ya tayalarda saxlanmalıdır. Təcrübə göstərir ki, 1 hektar yonca sahəsini qönçələmə fazasında 4 dəfə çaldıqda 70,4 sentner, çiçəkləmənin əvvəlində çaldıqda isə 80,5 sentner quru ot götürülür.
Təhlil göstərir ki, yoncalıqların çiçəkləmə fazasının əvvəlində çalınması daha əlverişlidir. Bu zaman həm sahənin məhsuldarlığı yüksək olur, həm də otun qıdalılığı təxminən qönçələmə fazasındakına yaxınlaşır.