Yemçilik/Yonca/Yoncanın xəstəlik və zərərvericiləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Yemçilik/Yonca

../

Xəstəlik və zərərvericilər yoncanın yaşıl kütlə və toxum məhsuluna, ot çıxımına və məhsulun keyfiyyətınə mənfi təsir edir. Müxtəlif xəstəliklərdən zərər çəkmiş toxumluq yonca sahəsindən toplanan yonca toxumunun səpin keyfiyyəti aşağı, cücərtiləri zəif və bitki örtüyü seyrək olur.

Yonca bitkisində qonur ləkə, sarı ləkə, pas, unlu şeh xəstəlikləri müşahidə olunur.

Bitkiyə yonca böcəyi, yonca biti, yonca toxumyeyəni, mənənə, yonca sovkası zərər vurur.

Mübarizə tədbirləri. Aqrotexniki tədbirlər: Xəstəlik və zərərverıcılərə qarşı davamlı sortların səpini zamanı yerli şəraitin tələbınə uyğun aqrotexniki tədbirlərin aparılması xəstəlik və zərərvericilərə qarşı davamlılığı artırır. Aqrotexniki tədbirlərdən biri də yoncanın növbəli əkinidir. Növbəli əkin zamanı yoncanın bir çox xəstəlik və zərərvericiləri öz-özünə məhv olurlar. Vegetasiya ərzində aparılan becərmə işlərinin, xüsusilə, malalamanın mühüm prafilaktıki əhəmiyyəti vardır.

Profilaktiki tədbirlər: Yoncanın xəstəlik və zərərvericilərinin yayılması qarşısını almaq üçün yeni səpıləcək yonca sahəsi ərazi cəhətdən köhnə yoncalıqdan 0,5-2 km aralıdan yerləşdirilməlidir. Bundan başqa, yoncalıqların yaşı artdıqca xəstəlik və zərərvericilərin miqdarı çoxalır. Ona görə də yonca əkinlərini eyni sahədə ən çoxu 3-4 il saxlamaq olar.