Məzmuna keç

Üzümçülük/Cavan üzümlüklərə qulluq edilməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Üzüm tənəklərinin zərərvericiləri Üzümçülük

Tənəklərdə süni və əlavə tozlandırma

Yeni salınmış üzümlüklərin tez məhsula düşməsi və tənəklərin uzun ömürlü olması becərmələrin vaxtında və aqrotexniki qaydada aparılmasından çox asılıdır. Yeni salınmış üzümlüklərdə vegetasiya dövründə yaşıl budama aparılmalı, tənəklərə əlavə yemləmə gübrəsi verilməli, suvarılmalı, cərgə araları qara şum altında saxlanmalı, tənək dibləri dəfələrlə yumşaldılmalı, alaq otları təmizlənməli, xəstəlik zərərvericilərə qarşı mübarizə aparılmalıdır.

Vegetasiya dövründə xüsusilə Mildiu xəstəliyinə qarşı hər yağışdan sonra Bordo mayesi (göydaş), 0,2% Mikal 3-4 kq/ha, 65%-li Efal 3 kq/ha və s. biri ilə işçi məhlul 600-800 litr olmaqla çiləmə aparılmalıdır. Çiləmə təkrar olunmadıqda fotosintez prosesi zəifləyir, nəticədə tənəyin yeraltı və yerüstü orqanlarının böyüməsi normal getmir və zoğlar yaxşı yetişmədiyindən qışda onları şaxta vurması qorxusu yaranır.

Yeni salınmış üzümlüklərdə birinci ilin payızından seyrəkliyə qarşı sort qarışığına yol verməməklə tinglərin əkilməsi və tənəklərin spalerə qaldırılması və sair işlər yüksək aqrotexniki qaydalarda aparılmalıdır.