Məzmuna keç

Üzümçülük/Tənəklərdə süni və əlavə tozlandırma

Vikikitab, açıq dünya üçün açıq kitablar
Cavan üzümlüklərə qulluq edilməsi Üzümçülük

Üzümlüklərin salınması

Məhsuldarlığı yüksəldən aqrotexniki tədbirlərdən biri də üzümlüklərin süni və əlavə tozlandırılmasıdır. Dişi funksional çiçək tipinə malik olan «Tavkveri», «Ağ şanı» və «Xatını» üzüm sortlarında süni tozlama aparılmadıqda məhsuldarlıq aşağı olur.

Ümumiyyətlə, istər funksional dişi tipli, istərsə də ikicinsli çiçək qurupuna malik olan üzüm sortlarında süni və əlavə tozlama nəticəsində təbii-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq, məhsuldarlıq 20-40 faiz artır. Funksional dişi tipli çiçək qrupuna malik olan üzüm sortlarının təbii olaraq çarpaz tozlanması üçün ikicinsli çiçək qrupuna malik olan üzüm sortları ilə qarışıq əkilməsi səmərəlidir və bu vaxt əlavə tozlanmaya bir o qədər ehtiyac olmur. Təbii-iqlim şəraiti və sortun bioloji xüsusiyyətləri nəzərə alınmaqla tozlanmanın səmərəsini artırmaq məqsədi ilə böyük üzümlük şəraitində vertalyotlardan eləcədə külək yaratmaq məqsədi ilə ventilyatorlu çiləyicilərdən də istifadə etmək olar.

Həmçinin çiçəkləmə dövrü hər cərgənin başında şpalerə bağlanan məftillərin 3-4 dəfə əl ilə tərpədilməsi də yaxşı nəticə verir. Çiçəklənmənin gedişindən asılı olaraq, istər süni, istərsə də əlavə tozlandırma qısa müddətdə başa çatdırılmalıdır.