Məzmuna keç

Arıçılıq/Arı xəstəlikləri/İflic

Vikikitab, açıq dünya üçün açıq kitablar
Təbaşir xəstəliyi Arıçılıq/Arı xəstəlikləri

Nozematoz


İflic: (Fəlç) Yolxucu xəstəlik olub yaşlı arıların ölümü ilə nəticələnir. Xəstəliyin əsas törədıcisi olan vırusların formasından aslı olaraq kəskin və xroniki formada olurlar. Kəskin formalı iflic qısa müddət ərzində arıların kütləvi qırılması ilə müşahidə olunur. Ən çox mövcud olunan xroniki iflic xəstəliyidir.

Xəstəliyin əlamətləri: Arıların bədənindəki tüklər tökülür bədənləri qara parlaq rəngə çevrilir. Parlaq cilalı kımi görünən tüksüz arılar, normal arılardan daha kıçik görünürlər. Uçuş taxtası üzərində, yerdə, çoxlu sürünən, uçma qabiliyyətini itırən, qanadları və bədəni titrəyən formada arılar müşahidə olunur. Bəzən də arxa hissələrınin böyüməsi ilə nəzərə çarpırlar.

Sağlam arılar onları yuvadan çölə atırlar. Axşamüstü xəstə arılar yuvaya daxil olmaq istəsələr belə buna yol verilmir. 1-2 gün çöldə qaldıqdan sonra ölürlər. Xəstəlik başqa aılələrə xəstə arılar vasitəsilə keçir. Xəstəliyə tutulmuş ailələr kəskin zəifləyir nektar və çiçək tozu toplanması dayanır.