Məzmuna keç

Arıçılıq/Arı xəstəlikləri/Nozematoz

Vikikitab, açıq dünya üçün açıq kitablar
İflic Arıçılıq/Arı xəstəlikləri

Varrotoz


Nozematoz: Parazitar xəstəlikdir, bəzən bu ishal da adlanır. Xəstəlik qışın axırları yazda işçi və ana arılarda müşahıdə olunur. Zəif arı ailələri bu xəstəliklərə daha tez tutulurlar. Xəstə ailələrdə məhsuldarlıq 25-55 % aşağı düşür və bəzi hallarda bu ana arıların qısırlaşması ilə də nəticələnə bilər. Parazit yaşlı arıların orta bağırsağında inkişaf edir. Xəstəliyə tutulmuş arıların qarını şişir, bədənləri parlaq olur və ishal baş verir. Bundan başqa qanadlar titrəməyə başlayır və arının uçma qabiliyyəti azalır, şan üzərində dayana bilməyib pətəyə tökülərək onun içərisində və ətrafında sürünürlər. Pətəkdəki arakəsmələr, çərçivələrin üstü və pətəyin daxili dıvarları xəstə arıların ifrazatı ilə çirklənir. Bunlar arının xəstəliyə tutulmamasının ilk əlamətləridir. Nozematozla yoluxmuş arılar sürfələrə qulluq edə bilmirlər və arı ailəsi getdikcə zəifləyib məhv olur.