Arıçılıq/Arı xəstəlikləri/Varrotoz

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Nozematoz Arıçılıq/Arı xəstəlikləri

Akarapidoz


Varroa destructor on drone 66a.jpg

Bu arıxanalara ən böyük zərər verən bir parazit xəstəliyidir. Xəstəliyin zərərləri aşağıdakılardır: varroa gənələri arıların hemolimfasını (qanını) soraraq onları zəiflədir, arılar üzərlərində ağır yük daşıyır və ən əsası bu gənələr vasitəsilə,arı ailələri bir çox xəstəliklərə yoluxur. İşçi arı üzərindəki gənələr insan üzərindəki tısbağalar (hərəsi 8 kq) ilə müqayisə oluna bilər. Bu xəstəliyin arı ailələrini zəiflətməsinin nəticəsi olaraq bir çox xəstəliklər, o cümlədən, çürümə xəstəlikləri yarana bilər.

Xəstəliyin əlamətləri: Uçuş bacasının qarşısında yaşama qabiliyyətinə malik olmayan qanadsız, ayaqsız, formasız bədənə malik arıların görünməsi xəstəliyin xarakterik əlamətləridir. Arıların xeyli hissəsi normadan kiçik olur.

Xəstəliyin kəskin mərhələsində (hər 100 arıya 20-dən çox varroa gənəsi) ölmüş erkək və işçi arı sürfələri, cavan erkək və işçi arılar yuvadan çölə atılır.

Müalicə və profilaktikası: Varroa gənəsinin dişi fərdləri əsasən arı ailələrində sürfələr çox olduqda, qapalı yuvalarda, az olduqda arıların üzərində olur. Ona görə də qapalı sürfələrin ən az olduğu vaxtlarda varroa gənələri pereparatların təsirinə açıq olur.

Lakin nəzərə almaq lazımdır ki,balın kimyəvi zəhərlənməməsi üçün əsas nektar gəlirinə 3 həftə qalmışdan bal süzülənə qədər arıya heç bir preparat vermək olmaz və 3 çərçivədən az gücə malik arı ailələri dərmanlanmamalıdır. Həm də çox soyuq (qış) və çox isti (+30-dan yuxarı) havalarda bir çox preparatlardan istifadə etmək olmaz.

Respublikamızda akarapidoz xəstəliyinin də yayıldığını nəzərə alsaq elə preparatlar seçilməlidir ki, bunlar akarapis gənəsinə də təsirli olsun.Bütün bunları nəzərə alaraq arı ailələri erkən yazda (15 fevral - 15 aprel) 3 dəfə, bal süzülən kimi 1-2 dəfə teda, varroset, akarasan, vamitrat, rulamit, timol kimi, payızın sonunda(1 oktyabr – 15 noyabr) isə 1 dəfə vetfor, fumisan, formiset, bayvarol, apistan kimi preparatlarla dərmanlanmalıdır. Süzüləcək balın dərman qalıntılarına görə təmizliyini fikirləşsək qarışqa turşusu ən yaxşı preparat sayılır.