Aslan və köpəyin nağılı/II hissə
←I hissə | Aslan və köpəyin nağılı |
Köpək ağacın altında uzanmışdı. Həyatından çox razı idi. Dünən səhərdən oxa çıxan oxçular bir maral, iki çeyran və bir balası da yanında ayı ovlamışdılar. Axşam isə meşə kənarında elə bir vur-çatlasın var idi ki, uzaqdan baxan elə bilərdi ki, toydur. Maral və ceyran ətindən hazırlanan kababların iyi bütün meşəni bürümüşdü. Nəinki ovçular, hətta köpəkləri də o qədər kabab yemişdilər ki, tərpənməyə halları yox idi. Radiodan gələn musiqi səsi, oxçuların qışqıra-qışqıra danışaraq ucadan gülmələri, itlərin hürməsi - bütün bu səslər də bir-birinə qarışaraq qulaqları incidən bir uğultuya çevrilmişdir.
Səs-küyün içərisindən arada-bir inilti səsi də eşidilirdi. Diqqətlə qulaq asdıqda səsin insana və ya heyvana aid olduğunu aid etmək mümkün deyildi. Gecə yarıdan keçirdi. Əvvəlcə köpəklər, sonra isə tox və sərxoş ovçular ocaq kənarında yuxuya getdilər. Səslər yavaş-yavaş kəsilməyə başladı və tamam kəsildi. Lakin inilti səsi kəsilmək bilmirdi. Gecənin sakitliyində səs daha aydın və daha yanıqlı eşidilirdi. Bu zaman ovçulardan birinin səsi eşidildi: "Bu ayı balası səsini kəsməsə ona bir güllə vuracam. Başımız-beynimiz getdi daha, axmaq heyva!"
Ayı balası elə bil ki sözlərin ona aid olduğunu hess etdi. Səsi kəsildi. Amma ağrıdan ağzını yerə sürtməyə başladı. Ovçular anasını öldürəndən sonra onunla bir az oynadılar, sonra isə dişlərini və dırnaqlarını kəlbətinlə çıxardıb ağaca zəncirlədilər.