Məzmuna keç

Aslan və köpəyin nağılı/I hissə

Vikikitab, açıq dünya üçün açıq kitablar
Aslan və köpəyin nağılı

II hissə

Aslan həmişəki kimi ağacın kölgəsində mürgüləyirdi. Səhər ovladığı vəhşi öküzün sümükləri ilə oynayan balalarının səsləri onunun üçün dünyada ən gözəl müsiqi idi. Səslər birdən kəsildi. Aslan gözləri bağlı olsa da qulaqlarını şəklədi. Havadan tülkünün iyini aldı. "Bu kələkbazın burada nə işi var. Yəqin cox vacib xəbər var."- aslan düşündü.

Cox keçmədi ki, aslan tülkünün hənirtisini düydü. Tənbəl-tənbəl gözlərini açdı, ağzını geniş açıb bərkdən əsnədi. Aslana yaxınlaşmağa cürət edən qoca tülkü əsnəyən heyvanın geniş açılmış ağzına və ölüm saçan dişlərinə baxdı və pişik görmüş sican kimi tərpənməyə heyi qalmadı. "Nə xəbər qoca tülkü?" - aslan soruşdu. "Xəbər belədir ki,... Heç bilmirəm necə deyim..." - tülkü mızıldandı. Aslan başını pəncələrinin üzərinə qoyub yenidən gözlərini yumdu: "Necə istəyirsən elə de, amma vaxtımı alma. Bütün gücəni ovda olmuşam, yorğunam..."

Tülkü bir az da yaxınlaşdı asta səslə dedi: "Meşəbəyinin köpəyi sizinlə danışmaq istəyir, dağın dalında sizi gözləyir ..."

- "Nə?" - aslan 10 ildən artıq idi bu meşənin şahıbi idi. Nəinki hansısa ev iti, hətta ən güclü qurd dəstəsi belə onu yanına çağırmağa cəsarət etməzdi. Aslan bir andaca başını qaldırdı, geniş açılmış gözləri qəzəblə parladı: "Nə dedin?" - deyə nərildədi.

Tülkü yerə yıxıldı, qulaqlarını və quyruğunu qısdı: "Köpək tək deyil, meşəbəyi, yanında da bir sürü oxçu dağın ətəyində çadır qurublar."

"Tüfəngli insanların meşəyə yaxınlaşması xeyirliyə deyil." - aslan düşündü. Onun insanlardan uşaqlıqdan xoşu gəlmirdi. Körpə olarkən gözünün qarşısında anasını öldürüb, qardaşlarını isə kisəyə doldurub aparan ikiayaqlı məxluqlar aslanın beynində qəddarlıq, alçaqlıq və bədbəxtlik simvoluna çevrilmişdilər. Aslan da digər vəhşilər kimi əmin idi ki, yalnız ac olanda öldürmək olar. Lakin ikiayaqlılar ac olmasalar da öldürürdülər, ağacları kəsirdilər, meşəni zibilləyirdilər. Onların ucubatından meşədə bir-neçə dəfə yanğınlar baş vermişdi.

Aslan havanı iylədi. Quşların səsini dinlədi: "Amma köpəklə danışıb məsələni öyrənmək lazımdır." Coxillik təcrübəsi olan aslan bilirdi ki, köpək cürət edib onunla danışmaq istəyirsə, hətta onu hüzuruna çağırırsa, demək məsələ ciddidir. "Aslanın fikrə getdiyini görən tülkü də ürəkləndi: "Yenə də siz bilən məsləhətdir. Mən yalnız xəbər vermək üçün burdayam."

- "O it küçüyü hardadır, dedin?"

- "Dağın o üzündə, böyük şam ağacının altında. Sizi gözləyir." - tülkü dal-dalı süründü və kolların içində yox oldu.