Azərbaycan poçt markalarının kataloqu/№717

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
717 nömrəli marka

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 717 nömrəli markadır. "Avropa" mövzusunda buraxılmış ilk poçt markasının 50 illiyinə həsr edilmiş 12 markadan biridir.

Təsviri[redaktə]

Marka 713 nömrəli marka ilə eynidir. Həmin markadan yeganə fərqi bunun dişsiz şəkilində çap olunmasıdır. Belə ki, bu markanın da rəngi sarıdır. Markanın mərkəzindəki rəsm marka 711 nömrəli marka ilə eynidir. Belə ki, markanın mərkəzində həmin mərasimə aid hazırlanmış emblem təsvir olunub. Markanın sağ tərəfində "Avropa-2000" mövzusuna aid 2000-ci ildə buraxılmış markaların rəsmi təsvir olunub.

Markanın göstəriciləri[redaktə]

  • Dövriyyəyə buraxıldığı tarix: 25 oktyabr 2005
  • Rəssam: X. Mirzəyev.
  • Çap növü: ofset, təbaşirli, yapışqanlı marka kağızı, darağabənzər dişi 12,75 və dişsiz.
  • Markanın ölçüsü 44x31 mm.
  • Çap olunduğu yer: "Akzente Weber", Almaniya.
  • Tiraj: təmiz, hərəsindən 15000 ədəd. Söndürülmüş - hərəsindən 500000 ədəd.
  • Qiyməti: 3000 manat.

Suvenir vərəqinin göstəriciləri[redaktə]

Hər bir suvenir vərəqi 6x6 formatında düzülmüş 36 markadan ibarətdir. Suvenir vərəqi çoxrənglidir.

Mənbə[redaktə]