Azərbaycan türklərinin təşəkkülü tarixindən/Giriş
Azərbaycan türklərinin təşəkkülü tarixindən |
I Fəsil→ |
Azərbaycanın hər iki hissəsinin aparıcı etnosu olan türk mənşəli Azərbaycan xalqının, Dağıstan dilli (ləzgilər, avarlar, saxurlar, udinlər, xınalıqlılar, qrızlılar və buduqlular) və İran dilli (talışlar, kürdler və tatlar) azsaylı xalqların etnognezi problemi indiyədək Azərbaycanın tarixi etnoqrafiyasında xüsusi tədqiqat predmeti olmamışdır.
Mövzuya keçməzdən əvvəl onun predmeti haqqında aydınlıq yaradılmalıdır. Etnik proses etnosların (qəbilələrin,tayfaların, xalqların) dəyişilməsi, yeni etnik birliklərin yaranması prosesidir. Etnik prosesləri, yaxud etnogenez prosesini öyrənən elm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. Etnik tarixin tedqiqi etnogenetik tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez etnosun etnik özünəməxsusluğunun, etnik sifətinin formalaşmasi prosesində baş veren tarixi proseslərin məcmuudur. Oxuculara təqdim olunan bu əsər azərbaycanlıların etnogenezi probleminin araşdırılması sahəsində yeni addimdir. Bununla əlaqədar olaraq ―azərbaycanlılar‖ anlayışı haqqında bir neçə söz demək zərurəti yaranır. Azərbaycanın hər iki hissəsindəki türklər və Şimali Azərbaycanda yaşayan azsaylı xalqlar ―azərbaycanlı‖ adlanır, çünki Azərbaycanda məskundurlar. Bu ―Azərbaycan‖ adının coğrafi anlayış olmasından irəli gəlir. Cənubda qədimdən Manna, Maday (Midiya) və Atarpatkan (VII əsrdən Azərbaycan, daha dəqiqi Adarbaycan), şimalda Alban (Appan ) adlanmış iki hissənin ―Azərbaycan‖ adlanması tarixdə vətəndaşlıq hüququna malikdir. Ona görə ki, əvvələn, hələ er. əv. I minillikdə ölkənin hər iki hissəsində çoxluğu təşkil edən və ona görə aparıcı rola malik olan türkmənşəli etnoslar yaşayırdı. İkincisi, Atropatena və Albaniya (Appan) VI əsrdə İran Sasanilər dövlətinin (Dərbənd qala divarında VI əsrə aid farsca yazıda ―Aturpatkan‖ adının qeyd olunması göstərir ki, o vaxt Dərbəndə qədərki ərazi Sasanilər dövlətinin tərkibində Atropateniya- Azərbaycana məxsus idi), VII əsrin ortalarından Ərəb xilafətinin tərkibində bir inzibati vahidə daxil idi.Üçüncüsü, indi Şimali Azərbaycanın Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubda yerləşən ərazisi (Sabirabad, Saatlı, Salyan. Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara rayonları) tarixən Maday (Midiya), VII əsrdən sonra ərəbcə ―Azərbaycan‖ (daha dəqiqi Adarbaycan, yaxud Azarbaycan) formasını almış Aturpatkan dövlətinə mənsub idi. Başqa sözlə, tarixən Cənubi Azərbaycana məxsus ərazinin bir hissəsi indi Şimali Azərbaycanin tərkibindədir. Deməli, Azərbaycan müəyyən tarixi səbəblər üzündən iki hissəyə parçalanmıç vahid ölkə, azərbaycanlılar isə iki yerə bölünmüş vahid türkmənşəli etnosdur. Hazırda ―azərbaycanlı‖ dedikdə həm bütün tarixi dövrlərdə Azərbaycan ərazisində-cənubda Manna, Midiya və Atropatkan, şimalda Alban dövlət qurumlarını yaratmış türkdilli azərbaycanlılar və həm də bu etnosla yanaşı Azərbaycanın hər iki hissəsinin aparıcı etnosu olan türk mənşəli Azərbaycan xalqının, Dağıstan dilli (ləzgilər, avarlar, saxurlar, udinlər, xınalıqlılar, qrızlılar və buduqlular) və İran dilli (talışlar, kürdler və tatlar) azsaylı xalqların etnognezi problemi indiyədək Azərbaycanın tarixi etnoqrafiyasında xüsusi tədqiqat predmeti olmamışdır. Mövzuya keçməzdən əvvəl onun predmeti haqqında aydınlıq yaradılmalıdır. Etnik proses etnosların (qəbilələrin,tayfaların, xalqların) dəyişilməsi, yeni etnik birliklərin yaranması prosesidir. Etnik prosesləri, yaxud etnogenez prosesini öyrənənelm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. Etnik tarixin tedqiqi etnogenetik tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez etnosun etnik özünəməxsusluğunun, etnik sifətinin formalaşmasi prosesində baş veren tarixi proseslərin məcmuudur. Oxuculara təqdim olunan bu əsər azərbaycanlıların etnogenezi probleminin araşdırılması sahəsində yeni addimdir. Bununla əlaqədar olaraq ―azərbaycanlılar‖ anlayışı haqqında bir neçə söz demək zərurəti yaranır. Azərbaycanın hər iki hissəsindəki türklər və Şimali Azərbaycanda yaşayan azsaylı xalqlar ―azərbaycanlı‖ adlanır, çünki Azərbaycanda məskundurlar. Bu ―Azərbaycan‖ adının coğrafi anlayış olmasından irəli gəlir. Cənubda qədimdən Manna, Maday (Midiya) və Atarpatkan (VII əsrdən Azərbaycan, daha dəqiqi Adarbaycan), şimalda Alban (Appan ) adlanmış iki hissənin ―Azərbaycan‖ adlanması tarixdə vətəndaşlıq hüququna malikdir. Ona göre ki, əvvələn, hələ er. əv. I minillikdə ölkənin hər iki hissəsində çoxluğu təşkil edən və ona görə aparıcı rola malik olan türkmənşəli etnoslar yaşayırdı. İkincisi, Atropatena və Albaniya (Appan) VI əsrdə İran Sasanilər dövlətinin (Dərbənd qala divarında VI əsrə aid farsca yazıda ―Aturpatkan‖ adının qeyd olunması göstərir ki, o vaxt Dərbəndə qədərki ərazi Sasanilər dövlətinin tərkibində Atropateniya- Azərbaycana məxsus idi), VII əsrin ortalarından Ərəb xilafətinin tərkibində bir inzibati vahidə daxil idi.Üçüncüsü, indi Şimali Azərbaycanın Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubda yerləşən ərazisi (Sabirabad, Saatlı, Salyan. Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara rayonları) tarixən Maday (Midiya), VII əsrdən sonra ərəbcə ―Azərbaycan‖ (daha dəqiqi Adarbaycan, yaxud Azarbaycan) formasını almış Aturpatkan dövlətinə mənsub idi. Başqa sözlə, tarixən Cənubi Azərbaycana məxsus ərazinin bir hissəsi indi Şimali Azərbaycanin tərkibindədir. Deməli, Azərbaycan müəyyən tarixi səbəblər üzündən iki hissəyə parçalanmıç vahid ölkə, azərbaycanlılar isə iki yerə bölünmüş vahid türkmənşəli etnosdur. Hazırda ―azərbaycanlı‖ dedikdə həm bütün tarixi dövrlərdə Azərbaycan ərazisində-cənubda Manna, Midiya və Atropatkan, şimalda Alban dövlət qurumlarını yaratmış türkdilli azərbaycanlılar və həm də bu etnosla yanaşı yaşamış, onun tarixi müqəddəratının iştirakçıları olmuş Qafqazdilli və İrandilli etnik qruplar nəzərdə tutulur. Bunların hamısı bütünlükdə Azərbaycan xalqıdır. Azərbaycanın maddi və mənəvi mədəniyyətinin təşəkkülündə, mənəvi simasının formalaşmasında bu kiçik xalqların da rolu şübhəsizdir. Lakin ―Azərbaycanlı‖ dedikdə bu anlayışın iki cəhətini ayırd etmek lazımdır: türkmənşəli əhali üçün ―azərbaycanlı‖ konkret özünüadlandırma (məhz ―türk dili‖anlamında ―Azərbaycan dili‖ifadəsi hələ X əsr müəllifləri Əbu Peyhan Biruni və Xətib Təbrizi tərəfindən işlənmişdir, Babək üsyanı ilə əlaqədar məlumatlarda XI əsrin görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın Babəki ―azərbaycanlı‖, ərəbcə ―əl Azərbaycani‖ adlandırması məlumdur), Qafqazmənşəli və İranmənşəli kiçik xalqlar üçün ―azərbaycanlı‖ ümumi, birləşdirici adlandırmadır, Çünkü, bu azsaylı xalqların ―azərbaycanlı‖ adlanması onların Azərbaycan ərazisində məskun olmaları ilə bağlıdır, özlərinin etnik adları – konkret özünüadlandırmaları isə başqadır: udin, ləzgi, avar, saxur, tat, talış, kürt və s. Deməli azərbaycanlıların təşəkkülü dedikdə Azərbaycan ərazisində yaşayan bütün xalqların təşəkkülü nəzərdə tutulur: həm çoxluğu təşkil edən və özünüadlandırması‖azərbaycanlı‖ olan türklərin, həm də etnik adları olan, lakin Azərbaycan ərazisində məskun olduqlarına görə ―azərbaycanlı‖ adlanan azsaylı xalqların. Bununla əlaqədar qeyd etmek istəyirəm ki, yaxın keçmişdə respublikamızda irəli atılmış türkçülük ideyasının əleyhinəyəm. Mən qəti inandırıram ki, Azərbaycanın cənub hissəsinin ərazisində və ona bitişik bölgələrdə türk mənşəli etnoslar er. əv. III minillikdən, şimalda er. əv. I minillikdən artıq aparıcı rola malik olmuşlar. Təqdim etdiyim kitabın qarşısına qoyulmuş əsas məqsəd də bu konsepsiyanın sübut edilməsindən ibarətdir. Lakin həmin etnosların heç biri türk adlanmamışdır. Bu fikir düzdür ki, ―türk‖ etnonimi Altayda yalnız bir etnosun adı olmuşdur və sonra bu ad Altay –dil ailəsinin qollarından birinə şamil edilmişdir. Beləliklə, mən Azərbaycan ərazisində er. əvvəl türklərin yaşadığını dedikdə özünü türk adlandırmış tayfaları yox, Altay-dil ailəsinin Türk qoluna mənsub edilə bilən qədim etnosları nəzərdə tuturam. Başqa sözlə, Altay-dil ailəsinin Türk qoluna mənsub etnoslar Azərbaycan ərazisində eradan əvvəl yaşayırdı, lakin özünü türk adlandıranlar isə buraya yalnız erkən orta əsrlərdə, kompakt halda isə XI-XII əsrlərdə Səlcuq oğuzları ilə gəlmiələr. Bəzi mətbuat səhifələrində Şimali Azərbaycan ərazisində Alban etnik adını daşıyanların türkmənşəli olması barədəki fikrimə qarşı çıxırlar. Mən bu cür mülahizələri rədd edirəm. Albanların türkmənşəli olması tekzib olunmaz faktlara söykənir: alban şəxs adlarının və Albaniya toponimlərinin türkcə olması. Aşağıda bu faktlar verilmişdir. Mən tamamilə əminəm ki, Azərbaycan ərazisində er. əvvəlki minilliklərdə türkmənşəli etnosların yaşaması haqqında konsepsiyam gec-tez Azərbaycan tarixində öz yerini tutacaqdır. Kitabın həcminə görə Azərbaycan xalqinin bütünlükdə təşəkkülü probleminin həllini vermək mümkün deyil. Ona göre bu əsər əsas etibarilə Azərbaycan türklərinin mənşəyinə həsr olunmuşdur. Bunun bir neçə səbəbi var.
Əvvələn, türkmənşəli azərbaycanlıların mənşəyi probleminin həllində Azərbaycan tarixşünaslığında çox böyük ədalətsizlik-tarixi həqiqətə biganəlik mövcuddur. Bəzi rus, erməni və gürcü tarixçilərinin saxta fikirlərini olduğu kimi qəbul edərək tarixşünaslığımıza daxil etmiş yüksek adlı-sanlı tarixçilərimiz Azərbaycanda türkmənşəli etnosların qədim tarixini bilərəkdənmi, bilməyərəkdənmi amansızlıqlaheçə endirmiş və türklərin buraya orta əsrlərdə gəlmə olmasını sübut etməyə doğru yönəldilmiş konsepsiya yaratmışlar. Aşağıda tarixşünaslığımıza özünə möhkəm yer eləmiş bu qondarma konsepsiyanın mahiyyətini açacayıq. Sanki bu cür tarixçilərimizdə türk sözünə, türk varlıglna, türk mədəniyyətinə qarşı nifrət hissi var, səbəbini bilən yoxdu. Rus, erməni, gürcü və fars tarixçilərinin, ümumiyyətlə, türklərin, xüsusilə Azərbaycan türklərinin tarixini saxtalaşdırmaqda niyyətlərini başa düşmək olur: bu tarixçilərin mənsub olduğu xalqlar ara-sıra mərhələlər istisna olmaqla tarix boyu türklərin hakimiyyəti altında olmuşlar. Bu tarixi həqiqət onlarda türklərə, o sıradan azərbaycanlılara qarşı kin doğurur və onlar türk xalqlarının, o sıradan azərbaycanlı türklərinqədim tarixini hər vasitə ilə saxtalaşdırmaqlabir növ ―əvəz‖ çıxırlar. Türklərin Azərbaycan ərazisinə orta əsrlərdə gəlmə olması haqqında Azərbaycan tarixşünaslığında əksini tapmış konsepsiya, azərbaycanlıların Ermənistandan kütləvi qovulmasının və Azərbaycana qarşı ərazi iddiasının tarixi baxımdan əsaslandırılmasına xidmət edən erməni tarixşünaslığına bütün parametrlərdə uyğundur.
İkincisi, doğrudur, er. əv. VII əsrdən başlayaraq eramızın XII-XIII əsrlərinə qədər Y. B. Yusifova görə, Azərbaycan tərəfə türk etnoslarının üç böyük axını olmuşdur (186). Lakin onlardan əvvəl burada yerli, avtoxton türkmənşəli etnoslar-Manna, Maday, Kas, Alban, Kaspi və b. yaşayırdı və Aazərbaycan ərazisində Manna, Maday Atropatena və Alban dövlətləri də bu etnosların qurumlarıdır. Ona görə Azərbaycan xalqının təşəkkülü problemini araşdırdıqda əvvəlcə türkmənşəli azərbaycanlıların mənşəyi problemi həll edilməlidir, çünki bununla Azərbaycanda yaşayan azsaylı xalqların etnogenezinin həlli üçün də meydan açılır. Üçüncüsü, Azərbaycanın azsaylı xalqlarının mənşəyi haqqında qabaqkı əsərlərimizdə (83; 85) danışmış və bu barədə araşdırmalarımızın nəticələrini vermişik. Xüsusilə, Qafqaz-dil ailəsinin ləzgi dilləri qrupuna aid olan dillərdə danışan udinlərin, avarların, saxurların və ləzgilərin hələ Alban dövləti vaxtında şimal-qərbdə və şimal-şərqdə yaşadıqlarını yazmışıq. Bu xalqların bir hissəsi Dağıstan ərazisində yaşadığına görə, Dağıstan tarixçilərinin də onların mənşəyinə dair tədqiqatları vardır. Lakin Azərbaycan xalqının etnogenezi probleminin saxta həlli ucbatından Dağıstandilli (yaxud ləzgidilli) xalqların mənşəyi barədə yazmış tədqiqatçılar tarixi faktların məcrasından kənara çıxaraq bu məsələdə yanlış nəticələrə gəlmişlər ki, bu da öz növbəsində indi bəzi ləzgi xadimlərinin Azərbaycana qarşı tarixi obyektivliyə uyğun olmayan ərazi iddialarına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki,rus və erməni tarixçilərinin əsərlərindəki saxta baxışlar əsasən Azərbaycan türklərinə qarşı çevrilmişdir.Bu əsərlərdə Azərbaycandaki Dağıstandilli və İrandilli azsaylı xalqları və hətta Dağıstan xalqlarını türk azərbaycanlılara qarşı qoymaq meyli vardır. Çünki ermənilər azərbaycanlılara qarşı torpaq iddiasını əsaslandırmaq üçün əvvəlcə türk azərbaycanlıların bir etnos kimi tarixi özünəməxsusluğunu inkar etmeye çalışırlar. Bunun üçün Azərbaycan dilinin Azərbaycandakı azsaylı xalqların və Dağıstan xalqlarının dillərinə çoxminillik təsirini danmaq vacib idi. Məsələn, 1969-cu ildə S. Q. Barxudaryan adlı bir erməni XI-XII əsrlərdə ―Dərbənd Erməni-Alban çarlığı‖ adlı dövlətin mövcud olması haqqında Yerevanda məqalə yazmışdı (Бархударян С.Г.Дербентское армянско-албанско царство.»Историко-филологический журнал»,3, 169) Əslində tarixdə belə dövlət olmamışdır. Məqsəd azərbaycanlıların başı üstündən ermənilərlə Cənubi Dağistan xalqları arasında körpü salmaqdan ibarət idi. Az sonra 1977-ci ildə O.İ. Vinoqradova və Q. A. Klimov adlı rus dilçiləri Dağıstan dillərində erməni sözlərinin olması haqqında Moskvada məqalə yazdılar (бах О.И.Виноградова Г.А.Климов.Об арменизмах в Дагестанских языках.» Этимология»-1977‖, M., 1979). Onlar yazırdılar ki, Dərbəndə ―Alban-Erməni‖ yox, ―Erməni çarlığı‖ olmuşdur. Bunu ―sübut‖ etmək üçün onlar Azərbaycan dilindən həm erməni dilinə, həm də udinlərin, ləzgilərin, saxurların, qrızların və b. dillərinə keçmiş sözlərin ermənimənşəli olduğunu göstərmişlər.Yəni, guya bu sözlər əslən ermənicədir və Dağıstan xalqlarına da ermənilərdən keçmişdir: astar, kələz, təndir, zol, zibil, kələm, şor, xaç, car (―söz‖ mənasında, məsələn ―car çəkmək‖), dev və s. Bu nədir? Bu türkdilli Azərbaycan xalqına və Azərbaycan dilinə qarşı məqsədyönlü, planlı təxribatın bir tərəfidir. Çox təccüblüdür, Q. A. Klimov kimi məşhur dilçi bilmir ki, bir dildən başqa bir dilə sözlərin keçməsində müəyyən qanunauyğunluqlar var: bu dillərdə danışan xalqlar bilavasitə qonşuluqda yaşamalı və deməli, dilləri əlaqədə olmalıdır. Heç vaxt bir etnos qonşu xalqın başı üstündən aralıda yaşayan xalqın dilindən söz qəbul edə bilməz. Dağıstan xalqları heç vaxt ermənilərlə qonşu olmamışlar və deməli, qədimdə Dağıstandilli xalqlara azərbaycanlıların başı üstündən ermənilərdən sözlər keçə bilməzdi. Erməni dili belə qüvvətli təsir gücünə malik idisə, nə üçün ermənilər azərbaycanlıların toy mərasimi ilə bağlı sözləri sözləri və ifadələri erkən orta əsrlərdən bəri işlədirlər: hademasi (elçilik vaxtı qızın ailəsinin ―hə deməsi‖), beh tal (elçilik vaxtı oğlan tərəfin qızgildə beh qoyması), nşan (qıza nişan aparılması), şal (nişanda üzük-şal aparılması). Qlxaçik (azərbaycan dilindəki qlux ―baş‖ sözündən, qız əvəzinə başlıq verilməsi), vekilper (gəlinin dini nigah kəsmək üçün ―vəkil verməsi‖, yəni vəkil təyin etməsi), qalankrel (toydan əvvəl tərəflərin qalan, yəni kalım haqda razılığa gəlməsi), makarbaşi (mağarbaşı, yıni toya başçılıq edən), tsitqağan, yəni sütqalan (qızın anasına süd kalımı, südpulu verilməsi), xalat (bəyə toyda xələt verilməsi), plov, çuxa (bəyə toyda çuxa geyməsi), zurna, tamada, puçaq (gəlin üçün oğlan evində bucaq yaxud gərdək düzəldilməsi), arakast (oglan evində 10 otağın bir bir tərəfini gəlin üçün palaz-kilimlə ―arakəsmə‖ edilməsi) və s. (Бах А.Е.Тер- Саркисянц. Брак и свадебный чикл у армян.Вторая половина ХIX – начала ХХ века. « Кавказский этнографический сборник»,том IX, 1989,с. 251,252-260, 264, 265, 266, 267, 268). Halbuki hər bir xalqın toy mərasimi onun mənəvi mədəniyyətinin tərkib hissəsi olduğuna görə, bu mərasimlə bağlı adətlərin adları da həmin xalqın dilindəki sözlərdən ibarət olur. Milli mədəniyyətimizin və dilimizin qonşu xalqlara təsiri məsələləri monoqrafik şəkildə indiyədək araşdırılmadığına görə, erməni tədqiqatçılarıhər vasitə ilə bu təsiri erməni mədəniyyətininvə dilinin təsiri ilə əvəz etmişlər. İndi olduğu kimi, qədimdə də Kürdən cənubda heç bir Qafqazdilli, yaxud İrandilli xalq yaşamamışdır. Oranın köklü əhalisi türklər olmuşlar. Məhz buna görə də erməni, rus və gürcü tarixçiləri Kürdən cənubdakı Azərbaycan ərazisinin IV əsrə qədər ermənilərə məxsus olduğunu, əhalinin isə əsasən ermənilərdən ibarət olduğunu yazırlar. Bununla da Azərbaycan türklərinin köklü olması inkar edilir. Ermənilərdən Yeremyan, Mnasakanyan Akopyan və b. bu barədə çox yazmışlar. Ruslardan A. P. Hovoseltsev onların sıralarındadır (бах: 2). Gürcü tarixcisi Q. A. Melikişvili də onlara dayaq olur. Onun fikrini rusca olduğu kimi veririk: ―Все вышесказанное дате основание утверждать, что вплоть до конца IV в., за исключением небольшего отрезка времени в 30 – 60 гг. этого столетия, армяно- албанская граница проходила по реке Куре, а области Сакасена, Арцах, Ути, Гардман и другие входили в состав Армянского царства».(Q.A.Melikişvili.К истории древней Грузии. Тбилиси, 1959,с.18). Aydındır. Guya IV-əsrin sonunadək Kürdən cənubdakı torpağımız bizimki deyildi, deməli,onun fikrincə orada türk əcdadlarımız da yaşamırdı. Əsərdə diqqətin türkdilli azərbaycanlıların mənşəyinə doğru yönəldilməsinin səbəbi budur. Bununla əlaqədar olaraq bir məsələni oxucunun nəzərinə çatdırmaq lazımdır. Azərbaycan ərazisində miladdan əvvəlki minilliklərdən başlayaraq əhalinin aparıcı hissəsini Altaymənşəli, yaxud türkmənşəli etnoslar teşkil etmişlər, lakin bu etnosların heç birinin atnik adı, yaxud özünüadlandırması konkret ―türk‖ etnonimi deyildi. Azərbaycan ərazisinə özünüadlandırması ―türk‖ olan tayfalar erkən orta əsrlərdə gəlmişlər. XI əsr Azərbaycan şairi Qətran Təbrizinin ―Türküstandan qalxıb gələn bu türklər‖ ifadəsi də məhz səlcuq oğuzlarına aiddir, çünki oğuzların etnik adı türk idi. XIV əsr tarixçisi Əbdürrəşid Bakuvi yazır: ―Astroloqlar təsdiq edirdilər ki, o (Təbriz şəhəri- Q. Q.) türklər (yəni oğuzlar-Q. Q.) tərəfindən tutulmayacaqdır‖(18, 67). Halbuki Təbriz necə deyərlər, Nuh əyyamından türkmənşəli əhalinin məskəni olmuşdur. Təsadüfi deyil ki, İran alimləri də məhz Cənubi Azərbaycan şəhərlərində əhalinin binadan türk olmadığını sübut etmek üçün belə məlumatlardan məharətlə istifadə edirlər. Ona görə bu əsərdə biz Azərbaycan ərazisində yaşamış qədim etnoslar üçün Altay dil ailəsinin Türk qoluna mənsub olması mənasında ―türkmənşəli‖ və ―türkdilli‖ ifadələrini işlədəcəyik. Azərbaycan xalqının mənşəyi probleminin araşdırılması prosesində qarşiya çıxan əsas çətinlik-məhz qədim və erkən orta əsrlərə aid yerli mənbələrin olmamasıdır. Bir tədqiqatçı araşdırdığı problemə dair əsər yazır və bununla həmin problemin həllini bitmiş sayırsa. bu həmin tədqiqatçının problemə dərindən bələd olmadığını göstərir.Ona görə də müəllif xalqımızın mənşəyi problemini tam və bitkin həllinə nail olduğunu söyləmək iddiasında deyil. İctimai elmlər sahəsində tədqiqat əsas etibarilə üç tərkib hissədən ibarət olur: materialın toplanması, sistemləşdirilməsi və təfsiri, şərhi. Əsər müəllifin bu sahədə araşdırmalarının ilkin yekunudur. Qaranlıq, düyünlü məsələlər çoxdur. Kitabı oxuduqda oxucunun özündə də suallar ortaya çıxacaq və onların hamısının cavabını tapmayacaq.Lakin müəllif əmindir ki, problemin bu səpkidə qoyuluşunun düzgünlüyünə oxucuda şübhə yaranmayacaq. Elədirsə, onda müəllifin irəli sürdüyü konsepsiyanın gələcək tədqiqatçılar üçün örnek olacagına arxayınlıq yaranır.