Azərbaycan türklərinin təşəkkülü tarixindən/I Fəsil

Vikikitab, açıq dünya üçün açıq kitablar
Giriş Azərbaycan türklərinin təşəkkülü tarixindən

II Fəsil


Azərbaycanlıların mənşəyi barədə mövcud konsepsiya[redaktə]

Hər bir xalqın təşəkkülü tarix boyu davam etmiş arasıkəsilməz etnik prosesin nəticəsidir. Təbiətdə kimyəvi, fiziki və bioloji proseslərdə olduğu kimi, cəmiyyətdə gedən etnik proses də müəəyən komponentləri qəbilələr, tayfalar,xalqlar və millətlər , bir sözlə, etnoqrafiya elmində qəbul edildiyi kimi, etnoslardır.Konsolidasiya ( etnik mənsubiyyətcə qohum etnosların qaynayıb qarışması prosesi) və assimilyasiya (etnik mənsubiyyətcə müxtəlif etnosların arasında gedən prosesdə onlardan birinin digərini dilindən məhrum etməsi və özünə qatması prosesi) prosesləri nəticəsində bir ad altında məlum etnos müəyyən tarixi mərhələdən sonra tarix səhnəsindən çıxır, başqa adla bir etnos yerini tutur, biri əriyib gedir, digəri hakim mövqeyə malik olur. Müasir xalqlar bu proseslərin əsasında yaranmışdır.Deməli, etnik proses ayrı-ayrı etnik komponentlərin-etnosların hissələrinin əhəmiyyətli, zəruri dəyişməsi,yeni etnik adda etnosların yaranması prosesidir. Belə də demək olar: hər bir etnosun formalaşması etnik özünüadlandımanın yaranmasıdır; bu o deməkdir ki, tarix boyu bir etnik adla məlum etnos etnik proses nəticəsində müəyyən mərhələ keçdikdən sonra başqa etnik ada malik olur. Ona görə hər bir xalqın mənşəyini aydınlaşdırmaq üçün, onun təşəkkülünə gətirib çıxarmış və etnik prosesin bütün mərhələlərində iştirak iştirak etmiş komponentləri müəyyən etmək lazımdır. Başqa sözlə, xalqımızın mənşəyini araşdırmaq üçün Azərbaycan ərazisində tarix boyu məskun olmuş etnosların adlarını və onların etnik mənsubiyyətlərini üzə çıxarmaq gərəkdir. Bu işi tarixi mənbələr əsasında görmək olar. Lakin tariximizinmüxtəlif dövrlərində etnik prosesdə iştirak etmiş etnoslar barədə yerli yazılı mənbələr yoxdur. Başqa dillərə aid mənbələrdəki məlumatlar isə çox azdır, səthidir, həm də çoxminillik tariximizin bütün dövrlərini eyni dərəcədə əhatə etmir. Azərbaycan xalqının mənşəyi haqqında tarixi həqiqətdən kənarda duran fikirlərin yaranmasının əsas səbəbi də budur. Azərbaycan tarixşünaslığında mənşəyimiz haqqında mövcud konsepsiyanın müddəaları qısaca aşağıdakı kimidir. Əvvəlcə Cənubi Azərbaycan ərazisində yaşamış ulu əcdadlarımız barədə. Cənubi Azərbaycan ərazisində və ona bitişik bölgələrdə er. əv. III minillikdən başlayaraq kuti, lulubi, subi, er. əv. II minillikdənkas (kaşşu) adlı tayfalar yaşayırdılar. Bu tayfaların etnik-dil mənsubiyyətləri məlum deyil. Avropa tədqiqatçıları (Q. Hüzinq, E. Hersveld, R. Girşman, A. Kammenhuber, C. Kameron və b.) hesab edirlər ki, Ön Asiyada bir qədim dil ailəsi olmuşdur (bax: 44, 65). Bu dil ailəsini şərti olaraq ―Kaspi‖ və ya ―Zaqro-Elam‖ adlandırmaq olar (44, 70). Kutilər, lulubilər. Elamlılar, kaslar, hürritlər, sonra da mannalar və b. qədim Şərq xalqları da həmin dillərdə danışan etnoslar idi; amma elamlılar mənşəcə dravid dillərinə (Hindistanda bir dil ailəsi) mənsub bir dildə (103,11), hürritlər isə urartulular ilə birlikdə Qafqaz dillərinə qohum dildə danışırdılar (132), İran yaylasının qərb əyalətlərində Kaspi-dil qrupu adlanan tayfalar məskun idi. Bura elam, lulube ,kassit və kuti tayfaları daxil idi (43,68-69); lakin kutilərin adları bəzi məlum olan qədim Şərq dilləri vasitəsilə izah olunmuş (102, 109); Kuti dili bəlkə də Elam-dil qrupuna yaxın idi (102, 109); Manna dili Elam və ya Şərqi Qafqaz dillərinə yaxın idi ,(102, 206); amma kas (asur mənbələrində kaşşu) dilinin Elam dili ilə qohumluğu sübut olunmayıb (103,87); lulube dili elam dilinə (102,101), kuti dili Qafqaz dillərinə,yaxud hürrit dilinə yaxın idi (103,88); amma İran Azərbaycanı ərazisində asur mənbələrindən məlum bəzi şəxs adlarının hürrit dilinə mənsub olması şübhəlidir.(103,116);Urmiiya gölünün ətraf ərazisində kassi etnosuna mənsub qruplar yaşayırdı (102,120); lulubelər elamlılara və kaslara (kassitlərə) yaxın idi (101,265); hürritdilli tayfalar Mannada Urmiya gölü ətrafında məskun idilər (102,226); lulubelər hürritlər deyildilər, elamlılara qohum idilər (102,101); kuti dili elam,kassit, lulube və kaspiləri əhatə edən dil ailəsinə mənsub idi (102,110); kutilər dilcə Şimal Şərqi Qafqaz qrupuna aiddir (103,88); kassitlər elamlılarla qohum idilər (102,121), amma ―kassit panteonu (allahların adları-Q. Q.) elamınkından tamamilə fərqlənir‖ (102,134); kassitlər və kaspilər qohum tayfalar idilər (103,87); kaspilər Kassit-Elam dil qrupuna mənsub idi (102,138); elam dili Qafqaz dillərinə yox, Dravid dillərinə (Hindistan ərazisində yaşamış qədim yerli əhalinin dili-Q. Q.)qohumdur (103,86,108); ―Kaspi dil qurupu‖ mövcud olub (44,65), Midiya və Manna ərazisində yaşayanlar Elam-Kaspi dil mənsubiyyətli idi; er.əv. X-IX əsrlərə qədər gələcək Midiyanın qərb və mərkəzi əyalətləri eynicinsli, yaxud yaxın qohumluğu olan kütlə idi; bu kütlə ya Kaspi, ya Elam-Kaspi, ya da Zaqr adlandırıla bilən etnik kütlə idi (44,84); kaspilər kassitlərə qohum idilər (44,79); elamlılar, kaspilər və lulubelərin dili ―Kaspi‖ dilləri (44,72,85) idi.(Ədalət naminə demək lazımdır ki, İ. H. Əliyev ehtimal edilən Kaspi dil ailəsinə Ural-Altay dillərini də daxil etmiş, lakin bu fikri inkişaf etdirməmişdir.-44, 85); lulubilər elamlılara, axırıncılar isə kassitlərə yaxın idilər (44, 81); Kaspi dil özəyi vardı, sonra ondan elam, kassit və lulube dilləri ayrılıb; Midiya ərazisindəki kütlə Kaspi, yaxud Zaqro-Elam mənşəli idi (44, 91); Midiya ərazisində elamdilli etnik ünsür təxminən üç min il ərzində izlənir (44, 97); Mannanın Urmiya ətrafı ərazisinin əhalisi hürrit-lulubidilli idi (44, 64); Urmiyaətrafı hövzələrin qərb və şimal rayonlarında vaxtaşırı hürrit əhalisi haqqında xəbər verilir (47,126); ola bilər Urmiya ətrafı əyalətlərdə kassit etnosunun hansısa qrupları yaşamışdır (47, 126); Urmiya gölü rayonunda Zaqro-Elam qrupuna mənsub tayfalar-elamitlər, kutilər, kassitlər və lulubilər məskun idi (131, 11);Yuxarıda adları çəkilən tayfaların dillərini bir ailədə birləşdirmək üçün deyəsən əsas yoxdur (47, 126);son tədqiqatlar kassit dili ilə elam dilinin qohumluğunu təsdiq etmir (47, 126); fərziyyə şəklində İran yaylasında Elam elementinin geniş yayıldığını demək olar (47,133); kassid dili ilə Elam dili qohum deyil; kassitləri kaspilərlə eyniləşdirməyə inanmaq çətindir, baxmayaraq ki, bu qohumluğa güman var (47,129); lulubilər elamlılarla qohum deyil (47,127); Mannada hürrit və lulubi ünsürlərinin nisbəti məsələsi aydın deyil (47,127); Urmiya gölü ətrafı ərazisində və cənubda bir-birinə yaxın olan elam, lulube və kassitlər yaşayırdılar (134.117); mannalıların əhalisi hürrit (yəni Qafqaz- Q. Q.) Zaqro dillərinə aid dildə (134,140) danışırdı; (İ, Markvart yazmışdır ki, bu hürritlər sonra iranlılaşdılar, başqa sözlə farslaşdılar). Manna tayfalarının dillərini ―Zaqro-Elam‖ dil qrupu adlandırmaq olar (134, 140) ; Manna əhalisi er, əv, IX-VII əsrlərdə Şimali Qafqaz dillərində danışırdı (132, 117)‖ ―yerli və coğrafi adların təhlili isə hələlik Manna dövlətində əhalinin dil mənsubiyyətini dəqiq müəyyən etməyə imkan vermir‖ (114, 39); Cənubi Azərbaycan əhalisinin böyük əksəriyyətini qədimdə hürrit (yəni, Qafqaz, yaxud Dağıstan) dilli əhali təşkil edirdi (115,34). Lap bu yaxında İqrar Əliyev M, N. Poqrebova adlı bir rus tədqiqatçısı ilə şərikli məqalə çap etdirmiş və yazmışlar ki, guya Cənubi Azərbaycan ərazisində, Urmiya gölü ətrafında əhali qədimdə hürritdilli idi (47, 136). Müəlliflər xüsusi olaraq həm də qeyd edirlər ki, Şimali Azərbaycan ərazisində- Albaniyada Şimal-Şərqi Qafqazdillilərdən (başqa sözlə, Dağıstandilli çeçen-inquşlardan- Q. Q) başqa dildə danışan əhali ola bilməzdi (47, 136). Deməli, Cənubi Azərbaycanın qədim sakinlərinin ən qədim zamanlardan er. əv. VIII-VII əsrlərə qədər (yəni guya iranlılaşmasınadək) ―Zaqro-Elam‖, ―Kaspi‖, ―Hürrit‖, ―Hürrit-Lulubi‖ ―Hürrit-Şimali-Şərqi Qafqaz‖ və s, dillərində danışması göstərilir. Lakin Manna və Midiya ərazisində Assur mənbələrində çəkilən şəxs adlarının və toponimlərin elam, urartu, hürrit, yaxud müasir Qafqaz dillərində olmadığı yazılır və ―qədim yarli dillərdədir‖ ifadəsi (134, 14; 102, 167) ilə kənara qoyulur. Oxucu yuxarıda kutilərin, lulubilərin, kasların, mannaların və kaspilərin etnik mənsubiyyətləri haqqında deyilənlərə diqqət yetirsə sezər ki, bu fikirlər bir-birilə qətiyyən uzlaşmayan ziddiyyətli mülahizələrdir. Aydın hiss olunur ki, nə Avropanın tədqiqatçıları, nə də onların dediklərini təkrarlayan rus, gürcü və Azərbaycan tarixçiləri bu məsələdə aydın təsəvvürə malik deyillər.Beləliklə, Cənubi Azərbaycan ərazisində er. əv. III minillikdən er. əv. I minilliyin əvvəllərinə qədər akkad, assur və urartu mənbələrində adları çəkilən yerli etnosların etnik mənsubiyyəti aydınlaşdırılmamış qalır, ümumi şəkildə onların hürritdilli (yəni, Qafqazdilli) və Elamdilli olması göstərilir. Bu konsepsiyaya görə er. əv.II minilliyin sonlarında və I minilliyin əvvəllərində İran yaylasına,o cümlədən indiki Cənubi Azərbaycan ərazisinə Cənubi Rus çöllərindən Qafqaz yolu ilə İrandilli (bir fikrə görə, Hind-İran dilli) tayfalar-farslar və madaylar gəlirlər (88, 340). Midiyalıların dili və erməni dili Hind-Avropa dil ailəsinə daxil idi (50, 100). Bir yerdə gəlmiş farslar və madaylar er. əv. 800-ci ildə ayrıldılar.İrandilli madaylar və farslar Orta Asiya tərəfdən gəliblər, çünki er. əv. II minilliyin axırıncı rübündə Zərdüşt peyğəmbər oradakı arilər (yaxud irandillilər) içərisində fəaliyyət göstərirdi. (114, 130). Gələnlər at basdıran və oda sitayiş edən etnos idi. Azərbaycan ərazisindəki kurqanlar da bu etnosa aiddir (48,57). Bilmək olmur ki. kurqanlarda insanla yanaşı at basdırmaq adəti nə vaxtdan İranmənşəli tayfaların adəti idi? Er. əvvəl I minillikdə Altay, Tuba və Şərqi Qazaxıstan ərazilərini əhatə etmiş Taqar, Karasuk və Pazırık arxeoloji mədəniyyətlərinə aid kurqanlardakı çoxlu at skeletləri olmaya arilərə məxsusdur? Altayda, Qazaxıstanda və Orta Asiyada yaşamış Altay tayfalarının at basdırmaq adəti barədə istənilən qədər fakt göstərmək olar. Bu adət skiflərdə, saklarda, massagetlərdə, sarmatlarda, sonra da hunlarda və oğuzlarda vardı. Rus tarixçiləri özləri yazırlar ki,(bax: ―Очерки истории СССР. III-IX vv.M.,1958, s. 394) Türk xaqanlığı dövründə (VI-VII əsrlərdə) türklər göy və yer allahlarına at qurban kəsirdilər. İstəmi xaqan 572-ci ildə öldükdə onunla qəbrə at kəsib qoymuşlar və kurqan düzəltmişlər. A. P. Potapov yaxın keçmişə qədər Altayda at qurban kəsmək adətinin təsvirini vermişdir (158,20). Atdan hərbi məqsədlə istifadə etməyin yalnız İranmənşəli etnoslara məxsus qayda hesab edənlərdən soruşan yoxdur ki, bəs böyük əraziləri keçən, qədim Şərqin bir sıra dövlətlərinin ordularını məğlub edən türk kimmerlər, skiflər, saklar bəs nə ilə hərəkət edir və vuruşurdular? İqrar Əliyev nəinki Cənubda, hətta Şimali Azərbaycanda er. əv. I minilliyin ortalarından sonrakı Azərbaycan maddi mədəniyyətinin İranmənşəli olduğunu yazmışdır (50.49). Er. əv. VIII əsrdə Cənubi Azərbaycan ərazisində Manna dövləti yaranır. Bu dövlət guya məhz yerli ―Kaspidilli‖, yaxud ―Hürritdilli‖ əhaliyə aid idi. Lakin Manna ərazisində hələ er. əv. IX əsrdən İran mənşəli tayfalar da yaşayırdı. Er. əv. VII əsrdə Midiya dövləti yaranır və az sonra Mannanı da özünə qatır. Midiya dövləti vaxtında vahid midiya xalqı yaranmamışdı. Amma qədim fars dilində ―midizmlər‖ var (114, 39) (yəni Midiya dili qədim fars dilinə təsir etmişdir). Madaylar İrandilli olduqlarına görə er. əv. VIII-VII əsrlərdən Cənubi Azərbaycan ərazisindəki yerli əhali iranlılaşmağa məruz qalır (48. 64) və nəticədə er. əv. IV-III əsrlərdəİrandilli Atropaten xalqı yaranır. (88,372;48,64;50,27). Er. əv. VII əsrdə və sonra Mannada irandillilər çoxluq təşkil etmirdi.(114, 37). Atropaten xalqının dili İranmənşəli ―Azəri‖ dili idi, yəni əhali İranmənşəli dildə danışırdı (50, 27). Manna dövründən eramızın əvvəllərinədək Cənubi Azərbaycanın əhalisinin böyük hissəsi hürritlər idi (114, 34), yəni hürrit (Qafqazmənşəli) dilində danışırdı; Bu hürritlərdən çoxlu toponimlər və etnonimlər qalıb, onlardan biri də Mantiana adıdır. Strabon Urmiya gölünün Mantiana adlandığını yazır; Mantiana hürritlərin qədim ―Mitanni‖ adı ilə (114. 36) eynidir. Bu hürritlər xüsusilə Urmiya gölü ilə Araz arasında çoxluq təşkil edirdilər (114, 36). Erkən orta əsrlərdən XI əsrə qədər Cənubi Azərbaycan əhalisinin böyük hissəsi İranmənşəli azəri idi. (114, 45).Amma erkən orta əsrlərdə vahid azəri dili yox idi, dialekt və şivələrə bölünmüşdür (114, 45). Azəri dili XIV əsrdə Azərbaycan türk dili tərəfindən sıxışdırıldıqdan sonra ancaq Ərdəbildə qaldı (114. 46). (Ondan yüz il sonra Ərdəbilli Şah İsmayıl Xətai Azərbaycan ədəbi dilində əsərlər yazdı!). Azəri dili XVI əsrdə Təbrizdə də vardı (114, 46), amma Təbrizin İranmənşəli azəri dili tarixi-fonetik və qrammatik xüsusiyyətlərinə görə, Ərdəbil azəri dilindən fərqlənirdi! (Var olsun XVI əsrdə təbrizlilərin İranmənşəli azəri dilində danışdığını yazan tarixçimiz! Bu həmin əsrdir ki, mərkəzi Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin dövlət dili türk-Azərbaycan dili idi). Sonra deyilir ki, XI əsrdə Orta Asiyadan gəlmiş türk oğuzlar bütün Ön Asiyanı, o cümlədən İrani işğal edirlər. Oğuzların Cənubi Azərbaycanı işğal etmələri ilə əlaqədar olaraq İranmənşəli azəri dilində danışan atropatenlilər ikinci dəfə öz dillərini itirmiş və bu dəfə türk dilini qəbul etmişlər (142, 212; 108, 330; 70, 115; 11, 150, 56). İqrar Əliyev 1989-cu ildə aşağıdakı fikri söyləmişdir: ―Atropaten mərhələsi-bu Vətənimizin tarixində mühüm mərhələ, ən qədim zamanlardan başlayaraq İran yaylasının şimal-qərb əyalətlərində yaşamış nəsilləri, artıq antik dövrdə özünə əsasən qatmış İrandilli atropatenlər isə-orta əsrlərdə onların ərazisinə gətirilmətürk dilini qəbul edərək yeni türkdilli etnosa çevrilmiş müasir azərbaycanlıların birbaşa əcdadlarından biridir.‖(50,4). Deməli, Cənubi Azərbaycan ərazisində əhali iki dəfə dilini itirmişdir: Hürrit( Kaspi,Zaqro- Elam;Şimali-Şərqi Qafqaz və.s) dillərində danışanlar miladdan əvvəl VIII – VII əsrlərdən sonra iranlılaşmış, miladdan sonra XII – XIII əsrlərdə isə türkləşmişlər (lakin, misilsiz möcüzə baş vermişdir:er.əv.IVəsrdən dövlətli, paytaxtı, şəhərlərləri, çarları və dövrünə görə yüksək mədəniyyəti olan atropatenlılərin, yaxud atrapatakanların XI – XIII əsrlərdə dillərini atması prosesində elə XIII əsrdə Azərbaycan ədəbi türk dili yaranmış və şair Həsənoğlu bu dildə şerlər yazmışdır!) Bəli, deyirlər ki, Cənubi Azərbaycan ərazisində yaşayan azərbaycanlıların əcdadlarının başına gəlmiş müsibətlərin tarixi belə olmuşdur. Oxucu yuxarıda deyilənlərə diqqət yetirsə aydın görər ki, er. əv. I minillikdə və bizim eranın I minilliyində Cənubi Azərbaycan ərazisində əhalinin etnik – dil mənsubiyyəti haqqında deyilənlər də ziddiyyətli mülahizələrdən başqa bir şey deyil. İndi isə oxucunu Şimali Azərbaycanın qədim əhalisinin etnik və dil mənsubiyyəti haqqında bu yanlış konsepsiyanın müddəaları ilə tanış edək. Bir fərziyəyə görə albanlar ləzgilər, yaxud ləzgidilli tayfalar olmuşlar. Bu fikri ilk dəfə 1825-ci ildə S. Bronevski adlı bir rus məmuru ortaya atmışdır. O, albanları ləzgilərin (müəllif yəqin ki, ləzgi dedikdə Cənubi Dağıstanda yaşayan və ləzgi dilləri qrupuna mənsub kiçik xalqları, o sıradan ləzgiləri nəzərdə tuturdu) ulu əcdadları saymışdır ( 73, 4). Sonra 1857-ci ildə alman səyyahı B.A.Qaksthauzen yazmışdır ki, ləzgilər qədimdə alban adlanmışdı. (Закавказкий край, ч. И, СПб, 1857, с.175).Yüz il keçdikdən sonra bu fikir gürcü dilçisi A.Q.Şanidzenin xoşuna gəlmiş(бах:177), ona istanadən Q.A.Melikişvili, İ.M.Dyakonov, İ.H.Əliyev, S.T.Yeremyan bu fikri təkrarlamışlar. 1958-ci ildə ―Azərbaycan tarixinin birinci cildi rus dilində dünyaya gəldi. Kitabın 51-ci səhifəsində yazılmışdı ki, albanlar ləzgidilli idilər. Buna uyğun olaraq başqa bir nəticəyə də gəlmişlər: Albaniya dövləti indiki Dağıstanı da əhatə etmişdir. Bu mülahizəni əvvəlcə A.A.Bakıxanov (67,17), 1938-ci ildə rus tədqiqatçısı S.V.Yuşkov söyləmişdir. (188, 107). Sonra da ― Alban‖ adının ―Dağıstan‖ mənasında olması fikri ortaya çıxdı:guya ―Alban‖adındakı ― alb‖sözü ―dağ‖ deməkdir. İlk dəfə bu fikri keçən əsrdə alman tarixçisi K.Noyman söyləmişdir. O yazmışdır ki, ― Albaniya‖adı Hind- Avropa dillərində alp ― dağ‖sözündəndir və ona görə ― dağlıq ölkə‖, ―Dağıstan‖deməkdir.(K.Neumann. Die wolker des südlichen Russlandis in ihes qeschihtlichen Entwiekelunq. 2 Aufl. Leipzig, 1855, c.17). K. V. Trever (171) və Dağıstan tarixçiləri (126) də belə yazmışlar. Dağıstan tarixçisi R. M. Maqomedov 1961-ci ildə yazmışdır ki, albanlar ləzgilər idilər və ona görə ―Albaniya‖ adı ―Dağıstan‖ mənasını verir (125, 48). Bu tədqiqatçı Alban adının qədim ermənicə yazılmış forması olan ―Ağvan‖ etnonimin (qədim ermənicə ―l‖ səsi olmadığına görə Alban ―ğ‖ səsi ilə Ağban kimi ifadə olunurdu) Dağıstanda Axvax rayonunda yaşayan və özlərini aşvado, Axvax kəndinin adı ilə həm də axvax adlandıran kiçik (cəmi 4 min. n.) Dağıstan dilli etnik qrup ilə eyniləşdirmişdir. Erməni tarixcisi B. A. Ulubabyan da 1971-ci ildə yazmışdır ki, ―Alban‖ sözü kelt dilində (Britaniya adalarında yaşayanların qədim dili-Q. Q.)‖dağ‖ deməkdir (174. 116). Bu fikrə 1984-cü ildə Ş. Sambatyan da şərik çıxdı (24). Bu o deməkdir ki, er. əv. IV əsrdən miladın VIII əsrinədək yaşamış Alban dövləti ləzgidilli xalqların əcdadlarına məxsus idi. Dağıstanın Alban çarlığına aid olması fikri sonra Azərbaycanın bəzi arxeoloqları tərəfindən təkrarlanmışdır. Halbuki Albaniya heç vaxt indiki Dağıstanı (Quba xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra Dağıstana birləşdirilmiş Samur-Dərbənd arası bölgəni çıxmaq şərtilə, çünki bu bölgə Dərbənd şəhəri daxil olmaqla tarixən Albaniyaya aid olmuşdur və 552-ci ilə qədər Alban xristian dini mərkəzi də Dərbənddən cənubda Çul şəhərində yerləşirdi) əhatə etməmişdir.Strabon aydın yazır ki, Albaniyanın şimal tərəfi Qafqaz dağları ilə əhatələnmişdir (Strabon, XI, 4, 1). Bu məlumatda şübhəsiz, elə indi olduğu kimi, Qafqaz dağlarının cənub yamacları nəzərdə tutulmalıdır.Dağıstanın Albaniya ilə eyniləşdirilməsi və Alban tarixinin Dağıstan xalqlarının tarixinə calanmasının heç bir elmi əsası yoxdur. Tarixi həqiqət olduğu kimi bərpa edilməlidirsə, bu belədir. İkinci fərziyə də vardır: albanlar Şimali-Şərqi Qafqaz mənşəli, başqa sözlə, indiki çeçen-inquşların ümumi adı olan naxlar idilər.Bufikri İ. M. Dyakonov, İ. Əliyev və Q. A. Melikişvili A. Q. Ş anidzeyə isnadən irəli sürmüşlər (134, 405; 103, 23; 51, 17). İqrar Əliyev son əsərlərinin birində bir daha qətiyyətlə yazmışdır ki, Albaniya ərazisində Nax-Dağıstan dillərindən başqa dil ola bilməzdi (51). Albanların siyasi tarixi haqqında əsər yazmış Fəridə Məmmədova da bu fikri müdafiə edir; həm kitabında, həm də 1989-cu ildə ―Elm və həyat‖ jurnalında çap etdirdiyi məqaləsində o yazır ki, albanlar Şimal-Şərqi Qafqaz dillilər idilər (8). Oxucuya aydın olsun ki, albanların Şimali Qafqaz mənşəli olması fikrini A. Q. Şanidzeyə isnadən Q. A. Melikişvili 1954-cü ildə söyləmişdir (134, 405). Fəridə Məmmədova isə təxminən 45 il sonra mənşəyimizi çeçen-inquşlarla bağlamaqla onu yalnız təkrar etmişdir. Qeyd edilməlidir ki, əvvələn, çeçen-inquşları (veynaxları) bu məsələ heç maraqlandırmır;Dağıstan tarixçiləri də məsələnin belə qoyulmasına əhəmiyyət vermirlər,görünür, albanların veynaxlarla qohumluğu fikrinin ciddi olmadığını hiss edirlər; ikincisi, çeçen-inquşların ulu əcdadlarının antik mənbələrdə alban yox, sod (isadik) və xamikit kimi qeyd olunmaları məlimdur. Hələ əsrimizin 30-cu illərində bir fikir də ortaya atılmışdı; alban adlı xalq, etnos olmamışdır, albanlar Dağıstan dillərinə mənsub dildə danışan,Qəbələ və Oğuz rayonlarında yaşayan azsaylı indiki udinlərin əcdadları idi. Bu fikri ilk dəfə keçən əsrin 80-ci illərində rus məmuru E. Veydenbaum ortaya atmışdır: udinlərin əcdadları albanlar idi. (Вейденбаум Е. Путеводитель по Кавказу. Т.,1888, с. 116). Bu fərziyəni çox sonra K. V. Trever (171) və A. S. Tokarev (169, 220) müdafiə etmiş, erməni tarixçiləri sürətlə yaymağa başlamışlar; necə də olsa udinlər türk deyillər, həm də xristiandırlar,üstəlik erməni familiyalarını daşıyırlar. Bu fikrə Azərbaycanda tərəfdar çıxanlar çox oldu (189, 76, 178, 91). Erməni tarixçisi A. Akopyan bundan çox sevinərək bu yaxında yazmışdır ki, albanların birbaşa varisləri məhz udinlərdir (42).Azərbaycan tarixşünaslığında bu qondarma fikir indi də qalmaqdadır. Görünür, bu baxışların ağlabatan olmadığını daxilən hiss edirdilər. Qarşıda isə neçə olursa-olsun ―Alban‖ etnik adını türk azərbaycanlıların etnik tarixindən ayırmaq vəzifəsi dururdu. Ona görə erməni tarixçisi S. T. Yeremyan başqa fikir də irəli atmışdı: ―Alban‖ etnonim xalq adı deyil, coğrafi anlayışdır (107, 80). 1958-ci ildə o yazmışdır ki, ―Alban‖ adı XVII əsrdə bir rus mənbəyində qeyd olunan Laban çayının adındandır (108, 301). Bu hansı çaydır? XVII əsrdə Rusiyada bir coğrafi lüğət tərtib edilmiş və ora Azərbaycanın bəzi coğrafi adları da salınmışdı, lakin hamısı təhrif olunmuş şəkildə: Alazan – ―Laban‖, Qarabaq-―Karabas‖, Salyan-―Solyan‖, Aran-―Uren‖, Gəncə-―Kinja‖, Zəyəm-―Zayem‖ və s. (117, 88,-89). Deməli,S. T. Yeremyan ―Alban‖ adını Alazan hidroniminin rusca təhrifi olan ―Laban‖ hesab edir! Yaxşı, tutaq ki, albanlar ləzgilərin, yaxud çeçen-inquşların, yaxud da udinlərin ulu əcdadlarıdır, bəs sonra necə oldular? Mövcud konsepsiyanın bu məsələ ilə bağlı müddəası belədir: albanlar cənubda atropatenlilər kimi türkləşərək həmişəlik yoxa çəməşlar. Bu fikri ilk dəfə Y. A. Qaqemeyster adlə bir rus məmuru 1849- cu ildə söyləmişdir (80, 30). 1866-cı ildə İ. Şopen Şimali Azərbaycan haqqında yazmışdır: ―Köklü yerli əhali demək olar, başdan-başa yoxa çıxmışdır və yeni mühacirlərlə əvəz olunmuşdur, hansılar ki, özlüyündə aydındır, keçmiş vətənləri haqqında heç nə xəbər verə bilmirlər‖ (И. Шопен. Новые заметки на древнейшей истории Кавказа и его обитателей. СПб., 1866, с. 359). Digər rus məmuru E. V. Beydenbaum belə demişdir: «Ehtimal ki, Zaqafqaziya tatarlarının çoxu gəlmələrdən dili və dini qəbul etmiş yerli sakinlərdir‖ (У. Вейденбаум. Путеводитель по Кавказу. Т.,1888, с. 119). 1901-ci ildə həmin fikri P. Nadejdin də təkrar etmişdir:Zaqafqaziyada türk nəsli XI əsrdən yayılmağa başlanmışdır (Надеждин. Кавказский край. Природа и люди. Тула, 1901, с. 236). Sonralar, əsrimizin 30-cu illərində N. J. Marr yazmışdır ki, Alban dili yoxa çıxmışdır (132,IV,13). Amma 1947-ci ildə həmin N. J. Marr yazmışdır ki, Albaniyada Dağıstandilli avarlar aparıcı tayfa idi (Н. Марр. Албанская надпись, КСИИМК, ВЫП. ХV, 1947). Əgər albanların əsas hissəsi avarlar idisə və həmin avarlar indi də Azərbaycanın şimal qərbində və Cənubi Dağıstanda yaşayırsa, onda albanlar yoxa çıxmamışdır.Bəs, hardadır burdakı məntiq? V. V. Bartold yazmışdır: ―İranın coğrafi cəhətdən oğuzların gəldiyi ölkəyə yaxın şərq əyalətlərinin əhalisi, ümumiyyətlə, əvvəlki etnoqrafik tərkibi saxladığı halda Persiyanın şimal – qərb əyaləti – Azərbaycan və Anadolu tədriclə dilcə təmiz türkləşdi‖(68,96). Başqa yerdə V.V.Bartold bu fikrə bir də qayıdır:‖ Ancaq indi (müəllif XIII əsrdə monqolların Yaxın Şərqi işğal etməsini nəzərdə tutur – Q.Q.) Azərbaycan ( müəllif Cənubi Azərbaycanı nəzərdə tutur – Q.Q.) və ondan şimalda Qafqaza qədər ( müəllif Şimali Azərbaycanı nəzərdə tutur – Q.Q.) tamamilə türkləşdi( 68, 213).Əsrimizin 30-cu illərində bu fikri N.J.Marr ( 132, IV, 13), sonra B.V.Miller ( 142, 212) təkrar etmiş, lakin bu prosesin necə getdiyini açıqlaya bilməmişlər. İ.P.Petruşevski bunu belə ― həll‖ etmişdir: albanların bir hissəsi ərəbləşməyə məruz qalmış, sonra VII- VIII əsrlərdə buraya köçürülmüş ərəb tayfaları ilə birlikdə oğuzlar tərəfindən XII – XIII əsrlərdə türkləşdirilmişdir ( 155, 52). Bu fikri Fəridə Məmmədova belə formalaşdırmışdır: ― Ərəb işğalı dövründə Kür və Araz çaylarının aşağı axarlarında yaşayan albanların böyük hissəsi islamlaşaraq kompakt kütlələr şəklində burada məskunlaşmış türkdilli xalqlarla assimilyasiyalaşdı‖ ( 130, 115). A.P.Novoseltsevə görə, alban dili erməni,fars, sonra türk dilləri tərəfindən sıxışdırılıb məhv edilmişdir ( 150,41). Xülasə, Azərbaycan tarixşünaslığında belə bir baxış formalaşdı: albanlar Qafqazdilli idilər, VII əsrdən sonra müsəlman oldular, səlcuq oğuzları XI – XII əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazı tutduqdan sonra dillərini itirərək türkləşdilər (167). Tarixçilərimizin biganəliyi ucbatından bu boyda Azərbaycan xalqının mənşəyi problemi bax beləcə meydanda oynadılan topa çevrildi, Şimali Azərbaycan ərazisində minillik dövlətə malik olmuş türk albanların – Azərbaycan xalqının birbaşa əcdadlarından birinin tarixi mənliyi təhqir edildi. İş o yerə çatmışdır ki, folklorla məşğul olan X.Q.Koroğlu adlı bir türkmən qardaşımız da bu yaxında Moskvada nəşr etdirdiyi kitabında yazır ki, orta əsrlərdə türklər Azərbaycanda İrandilli əhalini türkləşdirdi və Azərbaycan xalqı yarandı ( 121,15). Diqqətlə fikir verilsə, bu konsepsiyada bir mənfur niyyət gizlənir: Azərbaycan dili yerli dil deyil, orta əsrlərdə kənardan gətirilmə və yerli dil deyil, orta əsrlərdə kənardan gətirilmə və yerli əhaliyə zorla qəbul etdirilmə yad dildir!( Oxucu nəzərdə saxlamalıdır ki, bir xalqın tarixi özünəməxsusluğunun inkarı üçün həmin xalqın dilində vərəsəliyin inkarı kifayət edir). Azərbaycan Elmlər Akademiyasının tarixçisi Yusif Cəfərov Azərbaycan ərazisində qədimdən türk etnoslarının yaşadığını deyən tədqiqatçıları lağa qoyaraq yazmışdır ki, Azərbaycan dili orta əsrlərdə bizə kənardan gətirilmə dildir ( 98, 119). Həmin ildə İ.H.Əliyevin Atropatenanın tarixinə dair çap olunmuş kitabında da deyilir ki, cənubda müasir azərbaycanlılar orta əsrlərdə gətirilmə türk dilini qəbul etmiş irandillidirlər ( 50,4). Beləliklə, tarixşünaslığımızda Azərbaycan türklərinin mənşəyi haqqında belə bir fikir vardır: Azərbaycan xalqı və Azərbaycan dili kökləri etibarilə bu torpağa bağlı deyil, türklər buraya orta əsrlərdə gəlmələrdir. Bu saxta fikri-1834-cü ildə rus məmuru Platon Zubovun azərbaycanlılar (onun əsərində ―tatarlar‖ ifadəsi işlədilir) haqqında dediyi sözləri olduğu kimi oxucunun nəzərinə çatdırırıq: ―Tатары живушие в Кавказском крае, есть потомки знаменитых монголо-татар, которые в царствование Абака хана овладели Персию, Грузую и всеми провинциями, лежашими около занадного берега Каспийского моря во половине 12-го столетия от Рождетства Христова, основали свои владения в завоеванных странах» (П. Зубов. Картина Кавказского края. ч. I. Спб., 1834. с. 153). Deməli, bəzi tarixçilərimizinAzərbaycan xalqının mənşəyi haqqındakı fikirləri rus məmurunun 1834-cü ildə dedikləri ilə eynidir. Buradaca oxucunu erməni tarixçisi S. T. Yeremyanın xalqımızın mənşəyi haqqındakı «fikri» ilə tanış edək: «По мере того, как тюркские кочевые племена утверждались на зимних пастбишах Кура-Араксинской низменности, мусульманизированная часть аборигенного населения древней Албании ассимилировались пришлыми тюркскими племенами. Так образовалась современная азербайджанская народность» (108, 330).Bu fikri tarixçilərimizin fikirləri ilə yanaşı qoysanız, onların eyni qəlibdən çıxmış iki kərpic olduğunu görəcəksiniz. Rus dilçiləri Q. A. Klimov (116, 11) və N. A. Baskakov (70,135) da Azərbaycan dilinin XI-XIV əsrlərdə yarandığını söyləmişlər. Biz albanların etnik mənsubiyyətcə kimlər olması və azərbaycanlıların mənşəyi haqqında tarixşünaslıqda hökm sürən müddəaları sadaladıq. Aşağıda bu müddəalara qarşı qoyduğumuz konsepsiyamızı açıqlayacaq. İndi isə yalnız bunu deməklə kifayətlənirik ki, albanların bütünlüklə Dağıstandilli olması və azərbaycanlıların XI-XIII əsrlərdə gəlmə. Dilimizin həmin əsrlərdə gətirilmə olması fikri tamamilə səhvdir. Bu fikir tarixçilərimizin özlərinin araşdırılmalarından aldıqları nəticə yox, Avropa, rus və erməni tarixçilərinin hələ keçən əsrdə dediklərinin təkrarıdır. Bu fikir konkret faktlara əsaslanmadığına görə sübut oluna bilməyən fikirdir. Sübut olunmayan fikir isə özü-özünü təkzib edir və ona görə də onun elmi təhlilə ehtiyacı qalmır. Azərbaycanlıların şimaldakı hissəsinin mənşəyi haqqında yanlış konsepsiyasının müddəaları qısaca belədir. Nəyə görə alban xalqının məhz Qafqazdilli (yaxud Dağıstandilli) olması fikri yaranmışdır? Bu ideya nəyə görə özünə çoxlu tərəfdar qazana bilmişdir? Bu, belə baş vermişdir: Bir sıra tədqiqatçılar İ. Markvart (197,117), Hubşman (196, 39) V. F. Minorski (143,30), R. Fray (176,30) haqlı yazmışlar ki, albanlar arilərdən (yəni, qədim farslardan) deyildilər. Albanların erməni və gürcü olmadığı da aydın idi. Onların türk mənşəli olması haqqında isə söhbət gedə bilməzdi. (Nəinki o vaxtlar, indinin özündə məsələnin belə qoyuluşuna qarşı ciddi müqavimət vardır; albanların türkmənşəli olması haqqındakı fikirlərinə görə bu sətirlərin müəllifi elmi jurnalların səhifələrində dəfələrlə döyülmüşdür). Yeganə «çıxış yolu» sanki bu ola bilərdi: albanlar Dağıstan xalqlarının dillərinə mənsub bir dildə danışmışlar. Lakin Dağıstanda yaşayan hansı xalqın dili alban dilinə daha yaxın olmuşdur, yaxud Dağıstanda yaşayan indiki xalqların hansısı albanlarla genetik-etnik qohumluğa mənsubdur suallarına cavab verə bilməzdilər; çünki Dağıstanda yaşayan indiki kiçik, xalqlar elə erkən orta əsrlərdə də vardılar. IX əsr ərəb coğrafiyaçısı Məsudi yazır: «Bu dağda (yəni, Qafqazda-Q. Q.) 72 millət yaşayır. Hər millətin öz padşahı və bir-birindən fərqlənən dili vardır». (1.72). Belə olduqda Dağıstan xalqlarının albanlara nə dəxli ola bilərdi? Alban dili bu 72 dildən hansıdır? Ona görə çox hallarda sadəcə olaraq «Qafqaz dilləri», «Şimali-şərqi Qafqaz dilləri», «Dağıstan dilləri», «Ləzği dilləri» ifadələrini işlətmişlər. Albanların siyasi tarixi haqqında əsər yazmış Fəridə Məmmədova da bu qondarma fikri qəbul edərək əsərinə salmış və onun keşiyində möhkəm durmuşdur.Lap bu yaxında 1989-cu ildə o, yazmışdır: «Bu tayfaların (I əsr müəllifi Strabonun Albaniyada 26 tayfanın yaşaması haqqındakı məlumatı nəzərdə tutulur-Q. Q) albanlar, gellər, leqlər, utilər,qarqarlar, silblər,miklər, sodlar, kaspilər, daha doğrusu, Kür çayının hər iki sahilində yaşamış Qafqaz mənşəli yerli əhali olmuşdur (8.4).» Alban etnosunun Dağıstandilli olması fikri hamıdan çox Dağıstan tarixçilərinin xoşuna gəlmiş və hətta S. V. Yuşkovun (188) ardınca Albaniyanın əslində indiki Dağıstandan ibarət olduğunu yazmışlar. Azərbaycanda və Dağıstanda ümumiləşdirilmiş əsərlərdə öz əksini tapmış bu saxta fikir tədriclə beyinlərə yeriyərək maddi qüvvəyə çevrildi. Bir zaman yetişdi ki, Dağıstanda ləzgi qardaşlarımızın bəzi xadimləri ortaya yeni ideya atdılar: madam ki, albanlar ləzgilər, yaxud ləzgidillilər idilər, onda Azərbaycanın şimali-şərq zonasını Dağıstana birləşdirərək Ləzginistan dövləti yaratmaq lazımdır. 1991-ci il sentyabrın 28-də Dağıstanın Qasımkənd kəndində ―Sadval‖ Cəmiyyətinin qurultayı çağrıldı və Ləzginistan respublikası elan edildi. Ondan bir az əvvəl 1990-cı ildə Rizvanov qardaşları Mahaçqalada «Ləzgi xalqının tarixi» (rusca) adlı kitabça nəşr etdirdilər (163). Kitabçada deyilir ki, albanlar ləzgidillilər idilər və onlar Dərbənddən Araz çayınadək ərazidə yaşayırdılar (s.82). Ləzgilərin qüvvətli tayfalarından biri olan ləzgilərin özləri Samurdan Kürə qədərki ərazidə hakim idilər (s.83). Cəmi 57 səhifədən, lakin XI fəsildən (!) ibarət kitabçada deyilir ki, Alpan və Gəncə toponimləri (əhalisi türklərdən ibarət olan Alpan adlı kəndlər keçmişdə Naxçıvanda, Gürcüstan və indiki Ermənistan adlanan ərazidə də vardı) ləzgicə Tsaylapan və Qantsax sözlərindəndir; sakların özləri də (oxucu nəzərə almalıdır ki, Sak etnonimi Orta Asiyada yaşayan əhalinin adı kimi er. əv. VII əsrə aid «Avesta» də çəkilir) ləzgicə tsax adlanırdı; Dərbənd şəhəri binadan ləzgilərindir (s.77); alban katolikosu Viro (596-630) ləzgidilli xalqların xarici düşmənlərlə mübarizəsində böyük rol oynamışdır (s.3). Şirvan və Şabran şəhərlərində də əhali əvvəlcə ləzgi idi (s.9); azərbaycanlılar «Qafqaz tatarları»dır və onlar Kür vadilərində oturmuş qızılbaşlardır (s.16); Bakı toponiminin özü ləzgicədir; Arsakda (Daglı Qarabağda), Şəkidə, Şirvanda, Gəncədə, Bakıda, Qubada yaranmış xanlıqların torpaqları ləzgidilli xalqların ərazisi idi (s.49) və s. Və i. A. Eynilə Zori Balayanın «Ocaq» kitabındakı sərsəmləmələr kimi. Müəlliflərin ixtisaca nəçi olduqları bilinmir. Lakin kitabçada yazılanlar onların tarixdən tamamilə xəbərsiz olduqlarını göstərir. Sonra da ― Sadval‖ cəmiyyəti ― Samur‖ adlı qəzet nəşr etməyə başladı. Belə bir qəzetin nəşri ləzgi xalqının çoxminillik tarixində əlamətdar hadisə kimi alqışa layiqdir. Lakin qəzetin səhifələrində Azərbaycan tarixinə dair səriştəsiz yazılar da özünə yer tapdı. Elə bu vaxt İqrar Əliyevin bir elmi jurnalda bu sətirlərin müəllifi haqqında növbəti mənfi rəyi çap olundu. O, məni Azərbaycandan Altaya qədər qədim türklər axtarmaqda günahlandırırdı. ― Samur‖ qəzetinə belə bir şey lazım idi və tezliklə onu həm rusca, həm ləzgicə çap etdi. Ləzgi xalqı min illər boyu yaşadığı ərazidə indi də yaşayır.Azərbaycan ərazisi hesabına Ləzgistan adlı adlı dövlət yaratmaq istəyən bəzi ləzgi xadimləri ― Alban‖ etnoniminə və Quba rayonundakı Alpan toponiminə tez – tez istinad edərək hər iki adın ləzgicə olduğunu yazır və bununla da Azərbaycana qarşı ərazi iddiasını tarixi baxımdan əsaslandırmağa çalışırlar. Bununla əlaqədar olaraq bu adlar haqqında bəri başdan qısaca danışmaq lazım gəlir. Məsələ burasındadır ki, Alpan, Alban, Alvan və Ağvan ( ermənicə ― Alban‖ nın tələffüzü və yazılışı) formalarında ― Alban‖ etno – toponimləri geniş areala malikdir: iki Alpani kəndi – Gürcüstanda; iki Elpanos kəndi ( Alpan adının ermənicə tələffüzü, sondakı ― os‖ erməni dilində yunan mənşəli adlıq hal şəkilçidir); Ermənistanın Şərur –Dərələyəz qəzasında; ― Alpan dərəsi‖ yenə orada; Alpan kəndi – Quba rayonunda; Alpanar ( sondakı “ar” ləzgicə cəm şəkilçisidir) kənd xarabalığı Azərbaycan – Dağıstan sərhəddində. Alban forması: Albani kəndi – keçən əsrdə Lənkəran qəzasında; ― Alban təpələri‖ Naxçıvanda ( arxeoloq Əziz Novruzov orada qazıntı işləri aparmışdır); Alban qala – Qax rayonunun Ləkit kəndi yaxınlığında; Albani kəndi – Gürcüstanda; Alban kəndi – Türkmənistanda. Alban forması: ―Alban dərəsi‖ Qəbələ və Göyçay arasında; Alvanqala Gürcüstanda; Alban kəndi - Cənubi Azərbaycanın Əhər mahalında; Alvanaq kəndi – Təbriz yaxınlığında; Alvan ( Əlvan dağı) - ― Məhəmməd və Güləndam‖ nağılında çəkilir; lokalizəsi məlum deyil. Ağvan forması: ― Ağvan istehkamı‖ – Kolataq çayının Xaçınçaya töküldüyü yerdə, Murovdağın ətəyində; Ağvanlı kəndi keçən əsrdə Zəngəzurda; Ağvan xarabalığı – Şuşa rayonunun Malıbəyli kəndi ərazisində. Elmi faktlar belədir. Bu qədər geniş areala malik Alpan, Alban (Alban) adları ləzgicə ola bilərmi? Oralarda hansı Dağıstandilli, yaxud ləzgidilli əhali yaşamışdır? Belə uydurma priyomlarla oynanılan oyun nə üçündür? Kənardan fitvalara uyaraq Azərbaycan-Dağıstan sərhəddini nəzərdən keçirməyi təklif edən və bununla da ləzgiləri azərbaycanlılarla düşmən mövqelərdə qoymaq istəyən siyasətbazlar bu oyunun nəticəsini, görünür, aydın dərk etmirlər; qarışıq və qonşu yaşayan iki xalqın nümayəndələrinin sakit həyat tərzini pozmaq, evlərə ölüm və dağıntı gətirmək istəyənlərin ardınca kələkbazların toruna düşmüş fərdlər gedə bilər, ləzgi xalqı yox. Beləliklə, Azərbaycanda qədimdə türkdilli əhalinin yaşadığını inkar edən Azərbaycan tarixçilərinin özləri torpağımıza qarşı ərazi iddiaları üçün koridor açmışlar, Səlcuq oğuzlarının işğalları ilə əlaqədar olaraq orta əsrlərdə cənubda atropatenlilərin, şimalda albanların türkləşməsi konsepsiyasını Ş. Smbatyan 1984-cü ildə ―Alban tarixi‖nin Yerevanda rusca nəşrinə qeydlərində razılıq hissi ilə qarşıladı, O, cənubdakı azərbaycanlılar haqqında yazmışdır ki, orta əsrlərdə Atropatenada səlcuq-oğuzlarının məskunlaşması nəticəsində azərbaycanlılar yarandı (24, 182). Şimaldakı azərbaycanləlar haqqında A. Ş. Mnasakanyanın fikri də eynilə belədir: ―albanlar orta əsrlərdə tarix səhnəsindən çıxdılar, onların yerini türk-tatarlar tutdular‖ (144). Azərbaycan türklərinin bütünlükdə mənşəyi haqqında konsepsiyanın məzmunu belədir. Oxucu aydın görür ki, azərbaycanlıların etnogenezi problemində acınacaqlı vəziyyət vardır: Azərbaycan tarixşünaslığında xalqımızın təşəkkülü prosesində etnik varislik inkar edilmiş, azərbaycanlıların burada yaşamış ulu əcdadları ilə tarixi etnik bağlılığı qırılmışdır. Azərbaycanlıların qədim və erkən orta əsrlər tarixi Qərbi Avropa, rus, erməni , fars, gürcü tarixçilərinin yazdıqlarına uyğunlaşdırılmış, bununla da xalqımızın zəngin tarixi keçmişi ilə iftixar hissi məhv edilmişdir. Adamlarda tarixi keçmişi ilə iftixar hissi, vətənpərvərlik, torpaq qeyrəti aşılaya bilən zəngin tariximiz dərsliklərdə də çox solğun verilmişdir. Azıq mağarası, Qobustan qaya təsvirləri, Cavanşir, Babək, Şah İsmayıl Xətai, Koroğlu, Qaçaq Nəbi və b. şəxsiyyətlərdən qeyri gənclərimiz heç nə bilmirlər.Ulu ərənlərdən Kaştarita, Kiaksar, Qaumata, Atropat,Uruz, Ərən, Vaçaqan və b. böyük tarixi şəxsiyyətləri xalqımızın kökündən ayıraraq başqa xalqlara paylamışlar. Xalqdan gizlədilmişdir ki, Ermənistanda III əsrdən VIII əsrədək ordu komandanları olan Mamiqunlar (ermənicə mamikonianlar), Gürcüstanda Orbeli, və Bakradze knyaz nəsilləri mənşəcə türkdürlər. Beləliklə, qədim və orta əsrlər tarixi ilə məşğul olan tədqiqatçılarımızın səriştəsizliyi ucbatından xalqımızın tarixi cılız hala salınmışdır. Millət hissi, torpaq qeyrəti, kişilik haqqında düşünən bəy nəsilləri, ziyalılar, şair və yazıçılar isə 30-cu illərdə mahv edilmişdi. Belə olduqda cavanlarda milli iftixar hissi, torpaq qeyrəti, sözün əsil mənasında vətən təəssübkeşliyi (ona görə belə deyirik ki, adamlarımızın bir hissəsi ―Vətən‖ anlayışının mahiyyətindən məhrumdurlar, onlar üçün ―Vətən‖-möhkəm qapılı ev-eşiklə məhdudlaşır) necə formalaşa bilər və əqidəyə çevrilə bilərdi? Bununla əlaqədar olaraq iki misal çəkəcəyik. Nizaminin ―Xosrov və Şirin‖ poemasında Şimali Azərbaycanla bağlı çoxlu yer adları çəkilir. Müəyyən etmişdik ki, indiyədək İnhiraq (İnşiraq) Baxərzan və Cirəm kimi yazılan adlar katiblərin səhvi üzündən təhrif olunmuşlar və əslində onlar Əl-hərək, Bəcrəvan, Hürəm kimi bərpa edilməlidir. Həm də poemanın 1985-ci ildə Bakıda rusca nəşrində bu yer adları Ermənistanda lokalizə olunmuşdu. Ermənilər üçün bundan yaxşı nə ola bilərdi? Erməni tarixçiləri qədim Gəncəni mənşəcə erməni şəhəri sayır və ona görə Nizaminin də türk-azərbaycanlı olmadığını yazırlar, üstəlik Nizaminin ―Xosrov və Şirin‖ poemasındakı Şirin surətini etnik mənsubiyyətcə hətta erməni hesab edirlər. Erməni tədqiqatçıları hər vasitə ilə azərbaycanlılarda çoxminillik mədəni irsin tarixi arasıkəsilməzliyini, ənənəviliyini inkar etməyə çalışırlar. Lakin göstərilən toponimlərin düzgün oxunuşu, mənaları və onların Ermənistanda yox, məhz Azərbaycan ərazisində yerləşdiyi və Nizaminin türk-azərbaycanlı olması barəsində 1986-cı ildə yazdığım 4 səhifəlik məqaləni beş il müddətində qazetlərimizin heç birində çap etdirə bilmədim. Demək istəmirəm ki, redaktor Nizamiyə düşmən idi, yaxud mənimlə qərəzi vardı. Yox, sadəcə olaraq onda milli hiss solğun idi. Nizaminin doğma vətəninə məxsus bu yer adlarının indiyədək səhv oxunuşu və onların Ermənistanda olması barədə yanlış fikirlər redaktor üçün əhəmiyyətsiz idi. İndi isə ikinci misalı gətirim. Bütün dünyada məşhur Ağız mağarasında qədim insan çənəsini tapmış arxeoloq Məmmədəli Hüseynov bizə belə bir əhvalat danışmışdır. Çənə tapılan kimi rayonun erməni başçısı Məmmədəli müəllimin yanına gəlmiş və tapıntını ―Azıxantrop‖ yox, ―Azoxantrop‖ (çünki Azıq kəndinə ermənilər Azox deyirlər) adlandırmağı xahiş etmiş və əvəzinə böyük məbləğdə pul təklif etmişdi. Lakin Məmmədəli müəllim belə şeylərə bənd olmamış və tapıntını bütün dünyada məhz ―Azıxantrop‖ adı ilə tanıtdırmışdı. Erməni niyə buna cəhd edirdi? Ona görə ki, onda milli hiss çox güclü idi! Mövzumuzdan bir qədər aralı düşsək də,demək istəyirik ki, xalqımızın mənşəyi haqqında qondarma konsepsiya bizə çox baha başa gəlmişdir. Bu konsepsiyanın müddəaları erməni tarixçilərinin Azərbaycana qarşı ərazi iddiasının əsaslandırılmasına doğru yönəldilmiş əsərlərindəki fikirlərə uyğundur. Fərq ondadır ki, erməni tarixçiləri Kürdən cənubdakı ərazidə əhalinin qədimdə ermənilərdən, Kürdən şimaldakı ərazidə isə ləzgilərdən ibarət olduğunu yazırlar (42, 15). Başqa sözlə, onlar Kürdən cənubdakı Alban torpağını binadan erməni ərazisi saydıqlarına görə, Dağıstandilli xalqlara yalnız Kürdən şimaldakı ərazini verirlər. Qeyd etmək lazımdır ki, mənşəyimiz haqqında mövcud konsepsiyanı tarixi həqiqətə uyğun olmadığını sübut etmək o qədər də asan deyil. Çətinlik ondadır ki, bu konsepsiyanın əsasını ingilis, fransız, alman, rus, erməni və gürcü tədqiqatçılarının baxışları təşkil edir.Bir çox azərbaycanlı tarixçilər isə bu konsepsiyanın həqiqəti nə dərəcədə əks etdirdiyini araşdırmadan onunla razılaşmışlar. Arxeoloji qazıntılar nəticəsində Albaniyanın qədim dövrdə və erkən orta əsrlərdə dövrünə görə yüksək maddi və mənəvi mədəniyyətini, təsərrüfat həyatını, sənətkarlığını və s. əks etdirən külli miqdarda tapıntılar aşkarlanmışdır. Bu barədə çoxlu tədqiqatlar nəşr olunmuşdur. Lakin tarixşünaslığımızda albanların etnik mənsubiyyəti haqqında saxta konsepsiyanın ucbatından arxeoloqlarımızda da alban etnosu barədə aydın təsəvvür yoxdur. Onlar üçün Albaniyada yaşamış konkret türkmənşəli, Qafqazmənşəli və İranmənşəli tayfalar yoxdur, ―alban‖ adlanan Qafqazmənşəli insan toplusu, kütlə vardır. Nəyə görə? Ona görə ki, rus, erməni və gürcü tarixçiləri belə hesab edirlər; həm də V əsr erməni tarixçisi Moisey Xorenasi yazır ki, alban əlifbası ―boğaz‖ səsləri ilə zəngin Qarqar dilində yaradılıb, belə səslər isə Qafqazmənşəli dillər üçün səciyyəvidir. Bir də ki, XV-XVI əsrlərə (Alban dövlətinin və onun yazısının süqutundan təxminən 800-900 il sonraya!) aid bir erməni əlyazmasında 52 hərfdən ibarət Alban əlifbası tapılıb. Burada bu məsələyə geniş yer vermək yeri deyil. Vaxtilə mərhum Q. Voroşil bu barədə yazmışdır (bax: К дешифровке албанских надписей Азербайджана. «Этимология-1966», М., 1968). Məlum olur ki, V əsr erməni tarixçisi Koryona görə alban əlifbası alban dili əsasında,V əsr erməni tarixçisi Moisey Xorenasiyə görə, Albaniyada boğaz səsləri ilə zəngin Qarqar dili əsasında Mesrop Maştots tərəfindən yaradılmışdır. Vəsr erməni tarixçisi Lazar Parbetsiyə görə isə Mesrop Maştots yalnız erməni əlifbasının müəllifidir. Sonra erməni tədqiqatçısı Q. N. Akinyan yazmışdır ki, Maştots heç vaxt albanlar üçün əlifba yaratmayıb. Ona görə Q. Voroşil qeyd edirdi ki, alban əlifbasının mənşəyi məsələsi aydın deyil. Belə olduqda albanların Qafqazdilli sayılması üçün hansı əsas vardır və xalqımızın tarixi baxımından kənarda deyilənlərdən ikiəlli yapışmağın əhəmiyyəti nədədir? Bu ancaq doqmatizmdir, tarixşünaslığımız bataqlığa yuvarladan da budur. Oxucu soruşa bilər ki, müxtəlif millətlərdən olan adlı-sanlı alimlərin xalqımızın etnik tarixinə dair bu saxta fikirləri haradandır? Əvvələn, Manna, Midiya və Atropatenanın etnik tarixi haqqında fikir söyləyən avropalı və rus tarixçilərinin hamısı iranşünaslardır. Onlar türk xalqlarının tarixindən xəbərsizdirlər.Bu tədqiqatçılar üçün türklər erkən orta əsrlərdə Orta Asiyaya, Şərqi Avropaya və Yaxın Şərqə gəlmə maldar köçərilərdir, mədəniyyətdən kənar barbarlardır (amma burası dəqiqdir ki, burun dəsmalı gəzdirmək adəti XV əsrdə türklərdən Avropaya, oradan Rusiyaya və başqa xalqlara keçmişdir!). Hesab edirlər ki, İran xalqları türklərə nisbətən qədim və mədəni xalqlardır.Bir də ki, nə qədər olsa da İran xalqlarının dilləri Hind-Avropa dilləri ailəsinə mənsubdur... Azərbaycanlıların şimalda yaşayan hissəsinin mənşəyi haqqındakı baxışlar əsasən Rusiyada.

Ermənistanların dediklərini sözsüz qəbul etmişlər. Diqqət verilsə, aydınlaşar ki,Azərbaycan ərazisində qədimdə türk etnoslarının yaşaması fikrinə qarşı çıxanların çoxu müxtəlif tarixi dövrlərdə türk xalqlarının, türk dövlətlərinin tabeliyində yaşamış xalqların nümayəndələridir. Açıq sezilir ki, onlarda ümumiyyətlə türklərə qarşı nəsildən-nəslə keçmiş mənfi emosiya vardır. Bunun nəticəsidir ki, er. əv. I minilliyinin əvvəllərindən məlum olan qədim türk etnoslarının (mannalar, madaylar, atropatenlər, albanlar, kimmerlər, skiflər, saklar, massaketlər, sarmatlar, qarqarlar, dondarlar, şiraklar və b.) tarixi Qafqazdilli və İrandilli xalqların tarixlərinə calanmışdır. Odur ki, başqırd, qazax, qırğız, özbək, türkmən və b. türk xalqlarının mənşəyi problemlərində də aydınlıq yoxdur. Yuxarıda deyildiyikimi, türk xalqlarının tarixini er. əv. III əsrdən-Mərkəzi Asiyada Şərqi Hun çarlığının yaranmasından başlayırlar. Rus tarixçisi A. Bernştam hələ 1946-cı ildə yazmışdır: ―Həzərdən keçirdiyimiz dövrdə (VI-VII əsrlər-Q. Q.) xalq kimi formalaşmış türk cəmiyyətinin qədimliyi, göstərdiyimiz kimi, türk tayfalarının təşəkkül tapdığı Hun mərhələsinə gedib çıxır‖ (71,86). Deməli, bu müəllifin fikrincə, türk tayfaları er. əv. III-I əsrlərdə təşəkkül tapmışdır. Hələ buna şükür! Rus şərqşünaslığının fəxri sayılan V. V. Bartold kimi tarixçi yazmışdır ki, hunlar türk deyildi (68,268). N. V. Piqulevskaya yazmışdır ki, IV-V əsrlərdə hunların içərisində iranlılarla yanaşı, deyəsən türklər də vardı (156,780. İ. H. Əliyev inandırmağa çalışır ki, sarmatlar (deməli, onların bir hissəsi olan şiraklar da!) türk yox, indiki İrandilli osetinlərin əcdadları idi (45). Ümumi fikir belədir ki, Qazaxıstan və Orta Asiyada eramızın VI-VII əsrlərinə qədər türk dilli əhali yaşamırdı. Türk xalqlarının qədim tarixi haqqında saxta fikirlər rus tədqiqatçılarının nəzarəti altında başqırd, qazax, özbək, qırğız,türkmən və b. xalqların tarix kitablarına da yol tapmışdır. Məsələn, ―Qazaxıstan tarixi‖nin I cildində deyilir ki, qazaxların ulu əcdadları Qazaxıstan ərazisinə orta əsrlərdə gəlmədir (33,198-199). ―Özbəkistanın tarixi‖ əsərinin müəllifləri yazırlar ki, Özbəkistan və Qazaxıstan ərazisində eradan əvvəlki minillikdə yaşamış saklar İrandilli idi (37,38);‖Qırğızıstan tarixi‖ndə göstərilir ki, Qərğızıstan ərazisinə türklər yalnız Türk xaqanlığı dövründə (VI-VIII əsrlər) gəlmişlər (34,235); həmin kitabda qeyd olunur ki, ―XIII-XIV əsrlərdə Şərqi Türküstanın, Fərqanənin, Xarəzm və Daşkənd vadilərinin kənd və şəhər əhalisi kütləvi türkləşməyə məruz qaldı‖ (34,603); ―Türkmənistan tarixi‖ kitabında deyilir ki, ―IX-XI əsrlərdə Orta Asiyanın çöllərində və şəhərlərində çoxlu maldar tayfalar yaşayırdı. Bunların bir hissəsi Orta Asiya çöllərinin ən qədim sakinləri Hind-Avropa dil ailəsi dillərində danışan daxların (türkmənlərdə indiki təkə tayfasının!-Q. Q.) massagetlərin, sakların sonrakı nəsilləri, bir hissəsi Mərkəzi Asiyadan türkdilli gəlmələr idi‖ (36,176-177). V. V. Bartold yazmışdır ki, qırğızlar türkləşmiş xalqdır (68,42), tatarlar türkləşmiş xalqdır (68,43). Türk mənşəli xatun sözü haqqında o yazır ki, İranmənşəli soqd sözüdür (68,43), çünki köçərilərdə xatun (xanım) olmaz! Bəs, saklarda Sparetra (er. əv. IV əsr), massaketlərdə Tomiris (er. əv. VI əsr), Talestra (er. əv. IV), Buy-Arik (eranın VI əsrində 100 minlik ordunun başçısı olmuş bu qadının adı Bizans mənbələrində Boyariks kimi yazılar) qadın hökmdarlar və ordu komandanları, ―Kitabi Dədə Qorqud‖dakı qadınlar, Nizaminin əsərlərində tarixi prototipləri hələ müəyyən olunmamış Nüşabə və Məhunbanu, Azərbaycanda Sara xatun, Orta Asiyada Türkan xatunlar və i. a. Xatunlar deyildilərmi? Qaraqalpaqların etnik tarixindən danışarkən T.A.Jdanko yazır ki, Aral dənizi ətrafı ərazidə türkləşmə prosesi IV – VII əsrlərdən sonra baş vermişdir ( 110, 111).Milliyyətcə başqıırd olan R. Kuzeyevin fikirincə başqırdların ulu əcdadları irandillililəridi ( 124) və s.və i.a. Skifləri, sakları, sarmatları, massagetləri, kuşanları və eftalitləri ( ağ hunları) İranmənşəli saymaqla, Orta Asiya və Qazaxıstanın indiki türk xalqlarının türkləşmiş iranlılar hesab etməklə rus tədqiqatçıları tərəfindən tarix elmi eybəcər hala salınmış, türklərin bəşər tarixindəki rolu heçə endirilmişdir. Halbuki, Altay mənşəli xalqlar Avropa və Asiyanın qədim və erkən orta əsrlər tarixinin fəal iştirakçıları kimi min illər boyu tarixi hadisələrin gedişinə təsir etmiş etnoslardır.Təkcə onu demək bəs edər ki, hunlar, Altay türkləri, avarlar, bolqarlar və xəzərlər Cənub – Şərqi Avropanın, o cümlədən Şərqi slavyanların torpaqlarının almanların əcdadları qotlar tərəfindən, saklar, hunlar, uyğurlar, qırğızlar, kuşanlar, eftalitlər ( ağ hunlar) və turkutlar isə Mərkəzi və Orta Asiyanın İran və Çin tərəfindən işğal olunmasının qarşısını almışlar. Qədim türklər haqqında indiki baxışlar elmi obyektivlikdən kənar mülahizələrdir. Həqiqət budur ki, eradan əvvəlki minilliklərdə yaşamış şumerlər, kutilər, lulubilər, kaslar, mannalar, madaylar, kaspilər, albanlar, kəmərlər, işkuzlar, saklar, massagetlər, sarmatlar, quqarlar və b.türkmənşəli etnoslar idilər. Deməli, türk xalqlarının çox zəngin və dolğun tarixi vardır. Ona görə Altay dil ailəsinin və xüsusilə türk dillərinin N.A.Baskakov tərəfindən verilmiş təsnifatı ( 70) yarımçıq və birtərəflidir. Çümki bu təsnifatda türklərin tarixi hunlardan qabağa getmir və qədim türklər dedikdə VI – XII əsrlərdə yaşamış türklər nəzərdə tutulur. Rus tarixşünaslığında Şimali Qafqazda və Cənub Şərqi Avropa çöllərində IV – X əsrlərə aid türk etnoslarının ( bolqar, hun, sabir, avar, xəzər, peçenek və b.) ― ilkin türklər‖ adlandırılması (bax: 175) yalnız tarixi saxtakarlıqdır. Bəs, miladdan əvvəl həmin regionda yaşamış türk mənşəli kimmerlər, skiflər, saklar, sarmatlar, şiraklar? Fikrimizi aydınlaşdırmaq üçün Lev Qumilyovun qədim türklər haqqında bəzi mülahizələrinə diqqət yetirək. Şübhəsiz, L. Qumilyovun əsasən Türk xaqanlığına həsr olunmuş ―Qədim türklər‖ kitabı böyük zəhmətin məhsuludur. Lakin heç kim soruşmağa cürət etmir qədim türklər VI-VIII əsrlərdəki türklərdir? Bəs miladdan qabaqkı türklər haradadır? Belə çıxır ki, türklər yalnız er. əv. III əsrdə göydən səbətlə enmişlər! A. Qumilyov ―ədim türklər‖ əsərində yazır ki, ―türklər VI əsrdə yarandılar və sonra da yox oldular, çünki azsaylı idilər‖ (94,4). Başa düşmək olmur:VI əsrdə Çindən Dunaya qədər nəhəng ərazini əhatə etmiş Türk xaqanlığı adlı imperiyanı bu ―azsaylı‖ xalq necə yaratmışdı? L. Qumilyovun Bakıda bu yaxında rus dilində çap olunmuş ―Xəzər ətrafında minilliklər‖ (95) əsərinin adından belə qənaətə gəlmək olardı ki, nəhayət, deyəsən türklərin minilliklər tarixini oxuyacayıq. Belə olmadı, sən demə, kitabın adı yalnız reklam imiş. Əsərin əvvəlində deyilir ki, er. əv. III əsrdə Böyük Səhrada (qərbdə Karpat dağlarından şərqdə Çinə qədərki ərazi nəzərdə tutulur) ―qədim köçərilər türklərlə əvəz olundu‖ (95,3). Deməli, er. əv. III əsrə qədər bu böyük ərazidə türk yoxdur, türk olmayan köçərilər var. Bəs bu boyda nəhəng ərazidə ―qədim köçəriləri‖ əvəz edən türklər haradan gəlib çıxdılar? Halbuki 1970-ci ildə A. Qimulyovun ―Böyük Səhra‖ adlandırdığı ərazinin bir hissəsi olan Qazaxıstanda,İssık-Göl yaxınlığında er. əv. V əsrə aid qəbirdən iki sətirlik türk runi yazısı tapılmış (amma V. V. Bartold yazırdı ki, türklər runi yazını Orta Asiya uranlılarından mənimsəyiblər 70,199; soruşan yoxdur ki, er. əv. V əsrdə iranlıların runi yazısı vardısa, Əhəmənilər dövlətinin şahları əməllərini mixi əlifba ilə nəyə görə yazdırırdılar?) və elə sovet türkoloqları tərəfindən oxunmuşdur. Kimə inanaq, Lev Qumilyova, yoxsa iki min beş yüz il bundan qabağa aid türk runi yazısına? Əsərinin bir yerində o yazır ki, ―İran və Turan arilərə (farsların ulu əcdadlarına-Q. Q.) yaxın qohum tayfalar tərəfindən məskun idi‖ (95,56). Aydın oldu ki, qədim türklərin Turan ölkəsi guya arilərin ölkəsi imiş! Daha sonra deyilir ki, ―qədim allahlara sədaqəti saxlamış bütün arilər turanlar, Zərdüşt tərəfdarları isə iranlılar oldular‖ (95,57). Deməli, turanlar qədim allahlarına sadiq olan qədim farslardır. Orta Asiyada er. əv. III əsrdən yaranmış türk Kuşan imperiyası haqqında yazılır ki, onlar Şimal-İran tayfaları idilər (95,109). Deyilir ki, indiki ―farsların bir hissəsi sakların və midiyalıların sonrakı nəsilləridir‖ (95,131). Sonra da L. Qumilyovun əsərində yeni bir ―kəşf‖lə üzləşirik: eranın əvvəllərində Şimali Qafqazda və sonra Albaniyada məlum türk sabarlar (sabirlər) türklər yox, samodiylərdir (95,136). Samodiylər kimlərdir? İndiki Arxangelsk, Tümen, Tomsk, Krasnoyarsk və b. rus əyalətlərindəyaşayan və cəmi 34 min nəfərdən ibarət nenlər (“nenes”, “iqanasan” “selkup” da adlanırlar). Biz burada L. Qumilyovun qədim türk etnosları haqqında fikirlərinin təhlilini vermək fikrində deyilik. Onun yazdıqları türklərin qədim tarixindən xəbərsizlər üçün tapıntı görünə bilər. Lakin L. Qumilyovu qınamaq olmaz; o edə bilmədiyini edə bilməzdə, çünki onun özüdə türklərin qədim tarixi haqqında saxta konsepsiyaların caynağında idi. Burada qədim türk etnoslarının eradan əvvəlki minilliklərdə yaşadıqları ərazilərin koordinatlarını müəyyənləşdirmək və bu etnosların tarixini hətta xülasə şəklində vermək imkanı yoxdur. Türkiyə tarixçiləri türklərin qədim tarixinin tədqiqi sahəsində böyük iş görmüşlər, lakin onlar da tarixi həqiqəti tam aşkarlaya bilməmişlər. Məsələn, Rəfiq Özdək də ―Türkün qızıl kitabı‖nda (Bakı, 1991) Şərqi Hun dövlətini (er. əv. III-I əsrlər) ilk Böyük türk imperatorluğu adlandırır. Lakin tam əsasla demək olar ki, Mərkəzi Asiya, Altay, Cənubi Sibir, Qazaxıstan, Orta Asiya və Ön Asiyanın müəyyən əraziləri Altay xalqlarının ulu əcdadlarının məskənidir. Nə vaxtsa tarixi həqiqət üzə çıxacaq və eradan əvvəl I minillikdə Şərqi Avropada, Sibirdə, Altayda, Mərkəzi və Orta Asiyada, Manna və Midiyada qədim türklərin tarixini əks etdirən arxeoloji tapıntıların-dünyanın ən böyük muzeylərini bəzəyən qiymətli eksponatların türk yaradıcıları aşkar olacaqdır. İrandilli xalqlar er. əv. II minilliyin ortalarında Cənubi Şərqi Avropadan Şərqdə hərəkət etmiş və Orta Asiyada qədim türklərin ərazisinin bir hissəsini zəbt etmişlər. Böyük mütəfəkkir Biruni yazır ki, er. əv. 1200-cü ildə farslar indiki Xarəzm ərazisinə gəlib məskunlaşmış və Türk çarlığını özünə tabe etmişlər (170,10). Bundan sonra Orta Asiyanın bu hissəsi Ariazem ―Arilərin ərazisi‖ adlanmış və bu ad zaman keçdikcə əvvəlinə ―h‖ səsi əlavə olunmaqla Harəzm (Xarəzm) formasına düşmüşdür. ―Avesta‖da bu ərazi ―Arianvəc‖, yəni ―Arilərin düzənliyi‖ adlanmışdır (170,11). İran-Turan müharibələri, arilərin türklərlə (turlarla) mübarizə tarixi də bu hadisədən sonra başlanmışdır. S. P. Tolstov yazır ki, Orta Asiyada yaşayan saklar-massagetlər (lakin o bu etnosları İrandilli sayır) farsların qatı düşmənləri idi (170,55). Əslində isə bu düşmənçilik türk-ari düşmənçiliyi idi.Orta Asiyadan arilərin bir hissəsi Hindistana getmiş, digər hissəsi orada məskunlaşmış (müasir taciklərin və əfqanların ulu əcdadları), üçüncü hissəsi-farsların əcdadları isə İran yaylasına-qədim türklərin (mannaların, madayların və kasların) ölkəsinə keçmişlər. Onların əsas hissəsi indiki fars əyalətində məskunlaşmış, az hissəsi-indiki kürdlərin, talışların, giləklərin, mardların, tatların və b. ulu əcdadları İran Kürdüstanında və Xəzərin cənub sahillərində (talışların həm İranda, həm Şimali Azərbaycanda indi məskun olduqları ərazilərdə) yaşamağa başlamışlar. Deməli, farslar İran yaylasına gəldikdə oralarda artıq qədim türk etnosları-mannalar, madaylar, kaslar və onların tərkib hissələri olan tayfalar yaşayırdılar. Xülasə, azərbaycanlıların etnogenezi probleminin indiki vəziyyəti ilə tanışlıq göstərir ki, hakim konsepsiya bu problemin həlli üçün qəti yaramır, əksinə, işi çətinləşdirir. Bu konsepsiya bir sıra suallara cavab vere bilmir. 128 illik Midiya çarlığı ərzində ―İrandilli‖ Maday xalqı (əslində bu xalq aşağıda deyəcəyimiz kimi İrandilli yox, türkdilli idi) yaranmamışdısa Manna xalqını necə assimilyasiyaetmişdir? ―İrandilli‖ atropatenlilər və ―Dağıstandilli‖ albanlar qısa vaxtda-XI-XIII əsrlərdə dillərini necə itirmişlər? Əgər bu iki xalq belə prosesə meylli idilərsə, nəyə görə ondan qabaq farslaşmamış və ərəbləşməmişlər? Köçəri maldar oğuzlar cənubda və şimalda tarixləri minilliklər və əsrlərlə ölçülən şəhərlərin əhalisinin dilini hansı proses əsasında dəyişdirib tamamilə yox etmişlər?Belə sualları çox qoymaq olar. Biz xalqımızın mənşəyi haqqında Azərbaycan tarixşünaslığında özünə möhkəm yer eləmiş konsepsiyanın əsas müddəaları ilə oxucunu tanış etdik. Aydın göründü ki, tarixşünaslıqda xalqımızın mənşəyi haqqında mövcud baxışların heç biri konkret faktlara əsaslanmadığına görə obyektiv həqiqəti əks etdirmir. Ehtimalların obyektiv həqiqət sayılması doqmatizmdir. Bu konsepsiyadan aşağıdakı nəticələr alınır: 1) Azərbaycan türk dili XII-XIII əsrlərdən sonra kənardan gətirilmə və bizə zorla qəbul etdirilmə yad dildir; 2) həmin əsrlərə qədər cənubda İrandilli, şimalda Dağıstandilli əhali yaşayırdı və deməli, cənubda Təbriz, Gəncə, Bərdə, Urmu, Marağa,Ərdəbil və b. şimalda Bakı, Gəncə, Bərdə, Şamaxı, Şəmkir, Şəki və b. İrandilli və Dağıstandilli xalqların şəhərləridir; ona görə də VIII-XIII əsrlərdə yaşamış mütəfəkkir Təbrizilər, Naxçivanilər, Urməvilər, Bərdəilər,Gəncəvilər, Ordubadilər, Beyləqanilər, Şirvanilər, cənubda İrandilli, şimalda Dağıstandillilər idilər, onların türklərə dəxli yoxdur; 3) göstərilən əsrlərə qədərki Azərbaycan mədəniyyəti də İrandillilərə və Dağıstandillilərə aiddir; orta əsrlərdə gəlmiş və guya ulu əcdadlarımızın dillərini dəyişdirmiş türklərin bu mədəniyyətə dəxli ola bilməz. Bütün bunlar erməni tarixçilərinin istəklərinə uyğundur. Hələ keçən əsrin 60-cı illərində Musa Kalankatlının ―Alban tarixi‖ əsərini ruscaya tərcüməsində qeydlərində K. Patkanyan yazmışdır ki, albanların tarixi taleyi həmişə ermənilərlə bağlı olmuşdur, çünki həm orada (jəni Albaniyada), həm burada (yəni Ermənistanda) ən qədimlərdən eramızın 328-ci ilinə qədər eyni erməni hökmdarları hakimiyyətdə idilər (bax: 23, s. 291, 294, 304). Elə buna görə də Kürdən cənubdakı Azərbaycan torpağı erməni ərazisi sayılır, azərbaycanlılar orta əsrlərdə gəlmə türk-tatar köçəriləri hesab olunur. Ermənistanın ərazisində qədim türklərə mənsub çoxlu qoç heykəllərini ermənilər özlərinki sayırlar. Halbuki arxeoloq S. V. Kiselyov Altayda er. əv. 700-100-cü illəri əhatə edən Taqar arxeoloji mədəniyyətinə məxsus abidələrin qoç heykəlli məzarlardan ibarət olduğunu yazmışdır. Buyurun, hörmətli oxucular,on illər boyu bəzi tarixçilərimizin yetişdirdikləri ―qərənfilləri‖ qəbul edin. Cəfəngiyata qarşı qoyduğumuz konsepsiya isə qısaca belədir: Miladda qabaqkı minilliklərdə Cənubi Azərbaycan ərazisində yaşamış kutilər, lulubelər və kaslar türk mənşəli etnoslar idilər. Onların birbaşa varisləri miladdan qabaq I minilliyin əvvəllərində Manna və Maday adları ilə tarix səhnəsinə çıxmışlar. Manna və Midiya ərazilərindən məlum olan toponimlərin və şəxs adlarının əksəriyyətinin türkcə olması mannaların və madayların türkmənşəli olmalarına şübhə yeri qoymur. Midiya ərazisində iranlaşma prosesi yox,türkmənşəli Atropaten xalqının təşəkkülü prosesi getmişdir. Miladdan əvvəl VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmerlər, skiflər (işquzlar) və saklar da türkmənşəli etnoslar idilər, Atropaten və Alban xalqlarının formalaşmasında onlar da rol oynamışlar. Albaniyada əhali əsasən türkdilli, Dağıstandilli və qismən İrandilli idi. Mənbələrdə ―alban‖ etnoniminin iki mənası aydın olunmalıdır: 1) Albaniyada yaşamış bütün əhalinin ümumiləşdirici etnik adı kimi. Belə olduqda albanların içərisində Qafqazdilli və İrandilli tayfalar da vardı.2) Albaniyada yaşayan, çoxluq təşkil edən, elə buna görə də ölkəyə ―Alban‖ adı verən bir konkret tayfa. Bu tayfa türkmənşəli idi, həm də çoxsaylı olmaq etibarilə aparıcı rola malik idi. Albaniyanın türk tayfalarının kimmerlər və saklarla qaynayıb-qarışması nəticəsində alban xalqı yaranmışdır. Bu xalqın V-VII əsrlərdə yazısı da türkcə idi. XI-XII əsrlərdə səlcuq oğuzları nə cənubda, nə də şimalda heç kimi türkləşdirməmişdir. 

Azərbaycan dili gətirilmə dil deyil, kökləri ilə qabaqkı minilliklərə gedən dildir. Səlcuq oğuzları Azərbaycanın hər iki hissəsində türklərin sayını artırmış və Azərbaycan dilində türk dillərinin oğuz qrupuna aid dillər üçün səciyyəvi xüsusiyyətləri çoxaltmışdır. Aşağıda bu konsepsiyanın müddəalarını təsdiqləyən faktlar oxucuya təqdim ediləcəkdir.

Ermənistanların dediklərini sözsüz qəbul etmişlər. Diqqət verilsə, aydınlaşar ki,Azərbaycan ərazisində qədimdə türk etnoslarının yaşaması fikrinə qarşı çıxanların çoxu müxtəlif tarixi dövrlərdə türk xalqlarının, türk dövlətlərinin tabeliyində yaşamış xalqların nümayəndələridir. Açıq sezilir ki, onlarda ümumiyyətlə türklərə qarşı nəsildən-nəslə keçmiş mənfi emosiya vardır. Bunun nəticəsidir ki, er. əv. I minilliyinin əvvəllərindən məlum olan qədim türk etnoslarının (mannalar, madaylar, atropatenlər, albanlar, kimmerlər, skiflər, saklar, massaketlər, sarmatlar, qarqarlar, dondarlar, şiraklar və b.) tarixi Qafqazdilli və İrandilli xalqların tarixlərinə calanmışdır. Odur ki, başqırd, qazax, qırğız, özbək, türkmən və b. türk xalqlarının mənşəyi problemlərində də aydınlıq yoxdur. Yuxarıda deyildiyikimi, türk xalqlarının tarixini er. əv. III əsrdən-Mərkəzi Asiyada Şərqi Hun çarlığının yaranmasından başlayırlar. Rus tarixçisi A. Bernştam hələ 1946-cı ildə yazmışdır: ―Həzərdən keçirdiyimiz dövrdə (VI-VII əsrlər-Q. Q.) xalq kimi formalaşmış türk cəmiyyətinin qədimliyi, göstərdiyimiz kimi, türk tayfalarının təşəkkül tapdığı Hun mərhələsinə gedib çıxır‖ (71,86). Deməli, bu müəllifin fikrincə, türk tayfaları er. əv. III-I əsrlərdə təşəkkül tapmışdır. Hələ buna şükür! Rus şərqşünaslığının fəxri sayılan V. V. Bartold kimi tarixçi yazmışdır ki, hunlar türk deyildi (68,268). N. V. Piqulevskaya yazmışdır ki, IV-V əsrlərdə hunların içərisində iranlılarla yanaşı, deyəsən türklər də vardı (156,780. İ. H. Əliyev inandırmağa çalışır ki, sarmatlar (deməli, onların bir hissəsi olan şiraklar da!) türk yox, indiki İrandilli osetinlərin əcdadları idi (45). Ümumi fikir belədir ki, Qazaxıstan və Orta Asiyada eramızın VI-VII əsrlərinə qədər türk dilli əhali yaşamırdı. Türk xalqlarının qədim tarixi haqqında saxta fikirlər rus tədqiqatçılarının nəzarəti altında başqırd, qazax, özbək, qırğız,türkmən və b. xalqların tarix kitablarına da yol tapmışdır. Məsələn, ―Qazaxıstan tarixi‖nin I cildində deyilir ki, qazaxların ulu əcdadları Qazaxıstan ərazisinə orta əsrlərdə gəlmədir (33,198-199). ―Özbəkistanın tarixi‖ əsərinin müəllifləri yazırlar ki, Özbəkistan və Qazaxıstan ərazisində eradan əvvəlki minillikdə yaşamış saklar İrandilli idi (37,38);‖Qırğızıstan tarixi‖ndə göstərilir ki, Qərğızıstan ərazisinə türklər yalnız Türk xaqanlığı dövründə (VI-VIII əsrlər) gəlmişlər (34,235); həmin kitabda qeyd olunur ki, ―XIII-XIV əsrlərdə Şərqi Türküstanın, Fərqanənin, Xarəzm və Daşkənd vadilərinin kənd və şəhər əhalisi kütləvi türkləşməyə məruz qaldı‖ (34,603); ―Türkmənistan tarixi‖ kitabında deyilir ki, ―IX-XI əsrlərdə Orta Asiyanın çöllərində və şəhərlərində çoxlu maldar tayfalar yaşayırdı. Bunların bir hissəsi Orta Asiya çöllərinin ən qədim sakinləri Hind-Avropa dil ailəsi dillərində danışan daxların (türkmənlərdə indiki təkə tayfasının!-Q. Q.) massagetlərin, sakların sonrakı nəsilləri, bir hissəsi Mərkəzi Asiyadan türkdilli gəlmələr idi‖ (36,176-177). V. V. Bartold yazmışdır ki, qırğızlar türkləşmiş xalqdır (68,42), tatarlar türkləşmiş xalqdır (68,43). Türk mənşəli xatun sözü haqqında o yazır ki, İranmənşəli soqd sözüdür (68,43), çünki köçərilərdə xatun (xanım) olmaz! Bəs, saklarda Sparetra (er. əv. IV əsr), massaketlərdə Tomiris (er. əv. VI əsr), Talestra (er. əv. IV), Buy-Arik (eranın VI əsrində 100 minlik ordunun başçısı olmuş bu qadının adı Bizans mənbələrində Boyariks kimi yazılar) qadın hökmdarlar və ordu komandanları, ―Kitabi Dədə Qorqud‖dakı qadınlar, Nizaminin əsərlərində tarixi prototipləri hələ müəyyən olunmamış Nüşabə və Məhunbanu, Azərbaycanda Sara xatun, Orta Asiyada Türkan xatunlar və i. a. Xatunlar deyildilərmi? Qaraqalpaqların etnik tarixindən danışarkən T.A.Jdanko yazır ki, Aral dənizi ətrafı ərazidə türkləşmə prosesi IV – VII əsrlərdən sonra baş vermişdir ( 110, 111).Milliyyətcə başqıırd olan R. Kuzeyevin fikirincə başqırdların ulu əcdadları irandillililəridi ( 124) və s.və i.a. Skifləri, sakları, sarmatları, massagetləri, kuşanları və eftalitləri ( ağ hunları) İranmənşəli saymaqla, Orta Asiya və Qazaxıstanın indiki türk xalqlarının türkləşmiş iranlılar hesab etməklə rus tədqiqatçıları tərəfindən tarix elmi eybəcər hala salınmış, türklərin bəşər tarixindəki rolu heçə endirilmişdir. Halbuki, Altay mənşəli xalqlar Avropa və Asiyanın qədim və erkən orta əsrlər tarixinin fəal iştirakçıları kimi min illər boyu tarixi hadisələrin gedişinə təsir etmiş etnoslardır.Təkcə onu demək bəs edər ki, hunlar, Altay türkləri, avarlar, bolqarlar və xəzərlər Cənub – Şərqi Avropanın, o cümlədən Şərqi slavyanların torpaqlarının almanların əcdadları qotlar tərəfindən, saklar, hunlar, uyğurlar, qırğızlar, kuşanlar, eftalitlər ( ağ hunlar) və turkutlar isə Mərkəzi və Orta Asiyanın İran və Çin tərəfindən işğal olunmasının qarşısını almışlar. Qədim türklər haqqında indiki baxışlar elmi obyektivlikdən kənar mülahizələrdir. Həqiqət budur ki, eradan əvvəlki minilliklərdə yaşamış şumerlər, kutilər, lulubilər, kaslar, mannalar, madaylar, kaspilər, albanlar, kəmərlər, işkuzlar, saklar, massagetlər, sarmatlar, quqarlar və b.türkmənşəli etnoslar idilər. Deməli, türk xalqlarının çox zəngin və dolğun tarixi vardır. Ona görə Altay dil ailəsinin və xüsusilə türk dillərinin N.A.Baskakov tərəfindən verilmiş təsnifatı ( 70) yarımçıq və birtərəflidir. Çümki bu təsnifatda türklərin tarixi hunlardan qabağa getmir və qədim türklər dedikdə VI – XII əsrlərdə yaşamış türklər nəzərdə tutulur. Rus tarixşünaslığında Şimali Qafqazda və Cənub Şərqi Avropa çöllərində IV – X əsrlərə aid türk etnoslarının ( bolqar, hun, sabir, avar, xəzər, peçenek və b.) ― ilkin türklər‖ adlandırılması (bax: 175) yalnız tarixi saxtakarlıqdır. Bəs, miladdan əvvəl həmin regionda yaşamış türk mənşəli kimmerlər, skiflər, saklar, sarmatlar, şiraklar? Fikrimizi aydınlaşdırmaq üçün Lev Qumilyovun qədim türklər haqqında bəzi mülahizələrinə diqqət yetirək. Şübhəsiz, L. Qumilyovun əsasən Türk xaqanlığına həsr olunmuş ―Qədim türklər‖ kitabı böyük zəhmətin məhsuludur. Lakin heç kim soruşmağa cürət etmir qədim türklər VI-VIII əsrlərdəki türklərdir? Bəs miladdan qabaqkı türklər haradadır? Belə çıxır ki, türklər yalnız er. əv. III əsrdə göydən səbətlə enmişlər! A. Qumilyov ―ədim türklər‖ əsərində yazır ki, ―türklər VI əsrdə yarandılar və sonra da yox oldular, çünki azsaylı idilər‖ (94,4). Başa düşmək olmur:VI əsrdə Çindən Dunaya qədər nəhəng ərazini əhatə etmiş Türk xaqanlığı adlı imperiyanı bu ―azsaylı‖ xalq necə yaratmışdı? L. Qumilyovun Bakıda bu yaxında rus dilində çap olunmuş ―Xəzər ətrafında minilliklər‖ (95) əsərinin adından belə qənaətə gəlmək olardı ki, nəhayət, deyəsən türklərin minilliklər tarixini oxuyacayıq. Belə olmadı, sən demə, kitabın adı yalnız reklam imiş. Əsərin əvvəlində deyilir ki, er. əv. III əsrdə Böyük Səhrada (qərbdə Karpat dağlarından şərqdə Çinə qədərki ərazi nəzərdə tutulur) ―qədim köçərilər türklərlə əvəz olundu‖ (95,3). Deməli, er. əv. III əsrə qədər bu böyük ərazidə türk yoxdur, türk olmayan köçərilər var. Bəs bu boyda nəhəng ərazidə ―qədim köçəriləri‖ əvəz edən türklər haradan gəlib çıxdılar? Halbuki 1970-ci ildə A. Qimulyovun ―Böyük Səhra‖ adlandırdığı ərazinin bir hissəsi olan Qazaxıstanda,İssık-Göl yaxınlığında er. əv. V əsrə aid qəbirdən iki sətirlik türk runi yazısı tapılmış (amma V. V. Bartold yazırdı ki, türklər runi yazını Orta Asiya uranlılarından mənimsəyiblər 70,199; soruşan yoxdur ki, er. əv. V əsrdə iranlıların runi yazısı vardısa, Əhəmənilər dövlətinin şahları əməllərini mixi əlifba ilə nəyə görə yazdırırdılar?) və elə sovet türkoloqları tərəfindən oxunmuşdur. Kimə inanaq, Lev Qumilyova, yoxsa iki min beş yüz il bundan qabağa aid türk runi yazısına? Əsərinin bir yerində o yazır ki, ―İran və Turan arilərə (farsların ulu əcdadlarına-Q. Q.) yaxın qohum tayfalar tərəfindən məskun idi‖ (95,56). Aydın oldu ki, qədim türklərin Turan ölkəsi guya arilərin ölkəsi imiş! Daha sonra deyilir ki, ―qədim allahlara sədaqəti saxlamış bütün arilər turanlar, Zərdüşt tərəfdarları isə iranlılar oldular‖ (95,57). Deməli, turanlar qədim allahlarına sadiq olan qədim farslardır. Orta Asiyada er. əv. III əsrdən yaranmış türk Kuşan imperiyası haqqında yazılır ki, onlar Şimal-İran tayfaları idilər (95,109). Deyilir ki, indiki ―farsların bir hissəsi sakların və midiyalıların sonrakı nəsilləridir‖ (95,131). Sonra da L. Qumilyovun əsərində yeni bir ―kəşf‖lə üzləşirik: eranın əvvəllərində Şimali Qafqazda və sonra Albaniyada məlum türk sabarlar (sabirlər) türklər yox, samodiylərdir (95,136). Samodiylər kimlərdir? İndiki Arxangelsk, Tümen, Tomsk, Krasnoyarsk və b. rus əyalətlərindəyaşayan və cəmi 34 min nəfərdən ibarət nenlər (“nenes”, “iqanasan” “selkup” da adlanırlar). Biz burada L. Qumilyovun qədim türk etnosları haqqında fikirlərinin təhlilini vermək fikrində deyilik. Onun yazdıqları türklərin qədim tarixindən xəbərsizlər üçün tapıntı görünə bilər. Lakin L. Qumilyovu qınamaq olmaz; o edə bilmədiyini edə bilməzdə, çünki onun özüdə türklərin qədim tarixi haqqında saxta konsepsiyaların caynağında idi. Burada qədim türk etnoslarının eradan əvvəlki minilliklərdə yaşadıqları ərazilərin koordinatlarını müəyyənləşdirmək və bu etnosların tarixini hətta xülasə şəklində vermək imkanı yoxdur. Türkiyə tarixçiləri türklərin qədim tarixinin tədqiqi sahəsində böyük iş görmüşlər, lakin onlar da tarixi həqiqəti tam aşkarlaya bilməmişlər. Məsələn, Rəfiq Özdək də ―Türkün qızıl kitabı‖nda (Bakı, 1991) Şərqi Hun dövlətini (er. əv. III-I əsrlər) ilk Böyük türk imperatorluğu adlandırır. Lakin tam əsasla demək olar ki, Mərkəzi Asiya, Altay, Cənubi Sibir, Qazaxıstan, Orta Asiya və Ön Asiyanın müəyyən əraziləri Altay xalqlarının ulu əcdadlarının məskənidir. Nə vaxtsa tarixi həqiqət üzə çıxacaq və eradan əvvəl I minillikdə Şərqi Avropada, Sibirdə, Altayda, Mərkəzi və Orta Asiyada, Manna və Midiyada qədim türklərin tarixini əks etdirən arxeoloji tapıntıların-dünyanın ən böyük muzeylərini bəzəyən qiymətli eksponatların türk yaradıcıları aşkar olacaqdır. İrandilli xalqlar er. əv. II minilliyin ortalarında Cənubi Şərqi Avropadan Şərqdə hərəkət etmiş və Orta Asiyada qədim türklərin ərazisinin bir hissəsini zəbt etmişlər. Böyük mütəfəkkir Biruni yazır ki, er. əv. 1200-cü ildə farslar indiki Xarəzm ərazisinə gəlib məskunlaşmış və Türk çarlığını özünə tabe etmişlər (170,10). Bundan sonra Orta Asiyanın bu hissəsi Ariazem ―Arilərin ərazisi‖ adlanmış və bu ad zaman keçdikcə əvvəlinə ―h‖ səsi əlavə olunmaqla Harəzm (Xarəzm) formasına düşmüşdür. ―Avesta‖da bu ərazi ―Arianvəc‖, yəni ―Arilərin düzənliyi‖ adlanmışdır (170,11). İran-Turan müharibələri, arilərin türklərlə (turlarla) mübarizə tarixi də bu hadisədən sonra başlanmışdır. S. P. Tolstov yazır ki, Orta Asiyada yaşayan saklar-massagetlər (lakin o bu etnosları İrandilli sayır) farsların qatı düşmənləri idi (170,55). Əslində isə bu düşmənçilik türk-ari düşmənçiliyi idi.Orta Asiyadan arilərin bir hissəsi Hindistana getmiş, digər hissəsi orada məskunlaşmış (müasir taciklərin və əfqanların ulu əcdadları), üçüncü hissəsi-farsların əcdadları isə İran yaylasına-qədim türklərin (mannaların, madayların və kasların) ölkəsinə keçmişlər. Onların əsas hissəsi indiki fars əyalətində məskunlaşmış, az hissəsi-indiki kürdlərin, talışların, giləklərin, mardların, tatların və b. ulu əcdadları İran Kürdüstanında və Xəzərin cənub sahillərində (talışların həm İranda, həm Şimali Azərbaycanda indi məskun olduqları ərazilərdə) yaşamağa başlamışlar. Deməli, farslar İran yaylasına gəldikdə oralarda artıq qədim türk etnosları-mannalar, madaylar, kaslar və onların tərkib hissələri olan tayfalar yaşayırdılar. Xülasə, azərbaycanlıların etnogenezi probleminin indiki vəziyyəti ilə tanışlıq göstərir ki, hakim konsepsiya bu problemin həlli üçün qəti yaramır, əksinə, işi çətinləşdirir. Bu konsepsiya bir sıra suallara cavab vere bilmir. 128 illik Midiya çarlığı ərzində ―İrandilli‖ Maday xalqı (əslində bu xalq aşağıda deyəcəyimiz kimi İrandilli yox, türkdilli idi) yaranmamışdısa Manna xalqını necə assimilyasiyaetmişdir? ―İrandilli‖ atropatenlilər və ―Dağıstandilli‖ albanlar qısa vaxtda-XI-XIII əsrlərdə dillərini necə itirmişlər? Əgər bu iki xalq belə prosesə meylli idilərsə, nəyə görə ondan qabaq farslaşmamış və ərəbləşməmişlər? Köçəri maldar oğuzlar cənubda və şimalda tarixləri minilliklər və əsrlərlə ölçülən şəhərlərin əhalisinin dilini hansı proses əsasında dəyişdirib tamamilə yox etmişlər?Belə sualları çox qoymaq olar. Biz xalqımızın mənşəyi haqqında Azərbaycan tarixşünaslığında özünə möhkəm yer eləmiş konsepsiyanın əsas müddəaları ilə oxucunu tanış etdik. Aydın göründü ki, tarixşünaslıqda xalqımızın mənşəyi haqqında mövcud baxışların heç biri konkret faktlara əsaslanmadığına görə obyektiv həqiqəti əks etdirmir. Ehtimalların obyektiv həqiqət sayılması doqmatizmdir. Bu konsepsiyadan aşağıdakı nəticələr alınır: 1) Azərbaycan türk dili XII-XIII əsrlərdən sonra kənardan gətirilmə və bizə zorla qəbul etdirilmə yad dildir; 2) həmin əsrlərə qədər cənubda İrandilli, şimalda Dağıstandilli əhali yaşayırdı və deməli, cənubda Təbriz, Gəncə, Bərdə, Urmu, Marağa,Ərdəbil və b. şimalda Bakı, Gəncə, Bərdə, Şamaxı, Şəmkir, Şəki və b. İrandilli və Dağıstandilli xalqların şəhərləridir; ona görə də VIII-XIII əsrlərdə yaşamış mütəfəkkir Təbrizilər, Naxçivanilər, Urməvilər, Bərdəilər,Gəncəvilər, Ordubadilər, Beyləqanilər, Şirvanilər, cənubda İrandilli, şimalda Dağıstandillilər idilər, onların türklərə dəxli yoxdur; 3) göstərilən əsrlərə qədərki Azərbaycan mədəniyyəti də İrandillilərə və Dağıstandillilərə aiddir; orta əsrlərdə gəlmiş və guya ulu əcdadlarımızın dillərini dəyişdirmiş türklərin bu mədəniyyətə dəxli ola bilməz. Bütün bunlar erməni tarixçilərinin istəklərinə uyğundur. Hələ keçən əsrin 60-cı illərində Musa Kalankatlının ―Alban tarixi‖ əsərini ruscaya tərcüməsində qeydlərində K. Patkanyan yazmışdır ki, albanların tarixi taleyi həmişə ermənilərlə bağlı olmuşdur, çünki həm orada (jəni Albaniyada), həm burada (yəni Ermənistanda) ən qədimlərdən eramızın 328-ci ilinə qədər eyni erməni hökmdarları hakimiyyətdə idilər (bax: 23, s. 291, 294, 304). Elə buna görə də Kürdən cənubdakı Azərbaycan torpağı erməni ərazisi sayılır, azərbaycanlılar orta əsrlərdə gəlmə türk-tatar köçəriləri hesab olunur. Ermənistanın ərazisində qədim türklərə mənsub çoxlu qoç heykəllərini ermənilər özlərinki sayırlar. Halbuki arxeoloq S. V. Kiselyov Altayda er. əv. 700-100-cü illəri əhatə edən Taqar arxeoloji mədəniyyətinə məxsus abidələrin qoç heykəlli məzarlardan ibarət olduğunu yazmışdır. Buyurun, hörmətli oxucular,on illər boyu bəzi tarixçilərimizin yetişdirdikləri ―qərənfilləri‖ qəbul edin. Cəfəngiyata qarşı qoyduğumuz konsepsiya isə qısaca belədir: Miladda qabaqkı minilliklərdə Cənubi Azərbaycan ərazisində yaşamış kutilər, lulubelər və kaslar türk mənşəli etnoslar idilər. Onların birbaşa varisləri miladdan qabaq I minilliyin əvvəllərində Manna və Maday adları ilə tarix səhnəsinə çıxmışlar. Manna və Midiya ərazilərindən məlum olan toponimlərin və şəxs adlarının əksəriyyətinin türkcə olması mannaların və madayların türkmənşəli olmalarına şübhə yeri qoymur. Midiya ərazisində iranlaşma prosesi yox,türkmənşəli Atropaten xalqının təşəkkülü prosesi getmişdir. Miladdan əvvəl VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmerlər, skiflər (işquzlar) və saklar da türkmənşəli etnoslar idilər, Atropaten və Alban xalqlarının formalaşmasında onlar da rol oynamışlar. Albaniyada əhali əsasən türkdilli, Dağıstandilli və qismən İrandilli idi. Mənbələrdə ―alban‖ etnoniminin iki mənası aydın olunmalıdır: 1) Albaniyada yaşamış bütün əhalinin ümumiləşdirici etnik adı kimi. Belə olduqda albanların içərisində Qafqazdilli və İrandilli tayfalar da vardı.2) Albaniyada yaşayan, çoxluq təşkil edən, elə buna görə də ölkəyə ―Alban‖ adı verən bir konkret tayfa. Bu tayfa türkmənşəli idi, həm də çoxsaylı olmaq etibarilə aparıcı rola malik idi. Albaniyanın türk tayfalarının kimmerlər və saklarla qaynayıb-qarışması nəticəsində alban xalqı yaranmışdır. Bu xalqın V-VII əsrlərdə yazısı da türkcə idi. XI-XII əsrlərdə səlcuq oğuzları nə cənubda, nə də şimalda heç kimi türkləşdirməmişdir. Azərbaycan dili gətirilmə dil deyil, kökləri ilə qabaqkı minilliklərə gedən dildir. Səlcuq oğuzları Azərbaycanın hər iki hissəsində türklərin sayını artırmış və Azərbaycan dilində türk dillərinin oğuz qrupuna aid dillər üçün səciyyəvi xüsusiyyətləri çoxaltmışdır. Aşağıda bu konsepsiyanın müddəalarını təsdiqləyən faktlar oxucuya təqdim ediləcəkdir.