Məzmuna keç

Azərbaycan türklərinin təşəkkülü tarixindən/III Fəsil

Vikikitab, açıq dünya üçün açıq kitablar
II Fəsil Azərbaycan türklərinin təşəkkülü tarixindən

IV Fəsil


Mannalar və Madaylar

[redaktə]

Mannalar

[redaktə]

Urmiya gölünün ətraf ərazisi və oradakı əhali er. əvvəl IX əsrə (dəqiqi ilk dəfə er. əv. 843-cü ildə) aid asur mənbəyində Manna (102, 144), er. əv. VIII əsrə aid Urartu mənbəyində Mana (102,144) adlanır. Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi (102). Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır (132,41). Deməli, ölkə orada yaşayan ―Manna‖ etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun (102,144) adıdır. Bu dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Ümumiyyətlə, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır. Yuxarıda deyildiyi kimi, ―Manna‖ müəyyən bir etnosun etnik adı, özünüadlandırmasıdır. Bununla əlaqədar olaraq iki problemi həll etmək lazım gəlir: ―Manna‖ etnoniminin yerli tələffüz formasının bərpa edilməsi və mannaların etnik mənsubiyyətlərinin müəyyənləşdirilməsi. Qeyd olunmalıdır ki, Manna və Mana yerli tələffüz forması məlum olmayan etnonimin assur və urartu dillərində yazılış formalarıdır və deməli, mannaların özlərini necə adlandırdıqları bilinmir. Maraqlıdır ki, er. əv. VII əsrin sonlarına qədər Asur və Urartu mənbələrində bu etnos ―Manna‖ və ―Mana‖ kimi qeyd olunsa da az sonra er. əv. 519-cu ilə aid fars dilində Bisütun qaya yazısında və er. əv. V əsrdə yaşamış və Midiya haqqında ətraflı məlumat vermiş Herodotun ―Tarix‖ əsərində ―Manna‖ yaxud ―Mana‖ etnonimi yoxdur. Tədqiqatçılar bunu belə izah edirlər ki, guya Manna dövləti Midiyaya birləşdirildikdən sonra bu etnos arimənşəli tayfalara, o sıradan madaylara qaynayıb qarışmış və tarix səhnəsindən çıxmışlar. Əlbəttə, bu yanlış fikirdir, təxminən 100 il müddətində dövlət qurumuna malik olmuş etnos bu tezlikdə əriyib yoxa çıxa bilməzdi. Bu da maraqlıdır ki, mannalar haqqında məlumat verən assur və Urartu mənbələrində “ maq” etnonimi çəkilmir.Lakin, qədim fars və yunan mənbələrində ―maq‖ etnonimi işlədilir, ―Manna‖ etnonimi isə göstərilmir. Maqlar Herodotun yazdığına görə, Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biridir. Belə nəticəyə gəlmək olar ki, assur və urartu mənbələrindəki Manna və Mana qədim fars və qədim yunan mənbələrindəki ―maq‖ etnoniminin ekvivalentidir. Buradan ―manna‖ və ―maq‖ etnonimlərinin eyniliyi aydınlaşır. İlk dəfə bu düyünü Azərbaycan türkoloqu T.İ.Hacıyev açmışdır. O yazmışdır ki, ―Manna‖etnonimi türkmənşəlidir və onun ilkin forması ―Manqa‖ (“nq”səsilə) olmuşdur (16, 131). Araşdırmalarımız bu fikrin doğruluğunu sübüt etmişdir: ― Manna‖ ( Mana) etnosunun adı əslində Manq olmuşdur. Başqa sözlə, bu etnonimin sonunu təşkil edən “ nq” qovuşuq səsi danışıqda “q”səsinə keçmiş və ―manq‖etnonimi ―maq‖ etnoniminə çevrilmişdir. Belə bir fonetik əvəzlənmə türk dilləri üçün səciyyəvidir: ―nq‖ qovuşuq səsi bir halda “n”səsinə (məsələn, qədim türk mənşəli ―qonqur‖ və ―donquz‖ sözləri Azərbaycan dilində qonur və donuz kimi tələffüz olunur), digər halda “q” səsinə (məsələn, əsli ―qovanq‖ olan söz Azərbaycan dilində qovaq kimi tələffüz olunur; yaxud qədim türk mənşəli “tenqri‖sözü xakaslarda “teqri”, yakutlarda “dəqiri”, balkar – karaçaylarda “teyri”kimidir) keçdiyinə görə Manqa etnonimi Maq formasını kəsb etmişdir.Bununla aydınlaşır ki, bir sıra tədqiqatçıların illər boyu izah edə bilmədikləri ―manna‖ (mana) etnonimi ―manqa‖ etnoniminin fonetik formasıdır. Bu, Manna adını daşıyanların türk mənşəli olduğunu göstərən faktlardan biridir. Mannaların dil və etnik mənsubiyyətləri məsələsi ilə çoxlu tədqiqatçı məşğul olmuşdur. Ümumi fikir belədir ki, mannalar guya hürri dillər qrupuna mənsub idilər və Qafqaz dillərinə yaxın dildə danışırdılar. Bu məsələ ilə bağlı fikirlərin burada sadalanmasının əhəmiyyəti yoxdur, çünki onlar həqiqətdən kənar fikirlərdir. Mannaların türkdilli olması fikri ilk dəfə Y. B. Yusifov tərəfindən irəli sürülmüş (182, 120-124) və sonra əsərlərimizdən birində (85) əsaslandırılmışdır. Mannaların türkmənşəli olduğunu göstərən faktlardan biri də ―manq‖ etnoniminin Altay-Türk xalqları içərisində indiyədək qalmasıdır. Qeyd etmək lazımdır ki, Baykalətrafı və Amurətrafı tunqus-mancurların rəvayətlərində “manqi‖ adını daşımış nəhəng gövdəli adamlar haqqında çoxlu rəvayətlər mövcuddur (77,29). Bu tayfadan olanlar tunqusların qızlarını oğurlayanlar kimi göstərilir. Bu da maraqlıdır ki, guya tunquslarda, mancurlarda və şamanlarda manqilərin ruhları yaşayır. Çünki manqilər şamanlar olmuşlar (77,31). Bu etnonim qədim türk-monqollarda “manqut‖ (―manq‖ etnonimindən və türkcə cəm bildirən –ut şəkilçisindən) etnonimində qalmışdır. Cənubi-Şərqi Asiyada erkən orta əsrlərdə yaşamış türkmənşəli bir etnosun adı (68,202) manqut idi. Hazırda noqaylarda,qırğızlarda, qaraqalpaqlarda, türkmənlərdə və tuvalılarda manqut adlı tayfa vardır. Çingiz xanın qvardiyasının özəyini çox döyüşkən manqutlar təşkil edirdi. Monqol (qədim forması manxol, 124), ―manq‖ sözündən (türk dillərindəki “q” səsinin monqol dillərində “x‖səsi kimi tələffüzü səciyyəvidir) və - ol, -ul şəkilçisindən, manqas (Altayda türkdilli tayfanın adı) (158), ―manq‖ sözündən və - as şəkilçisindən ibarətdir. Manqas qədim türk tayfalarından biri sayılır. Y. Q. Ramsted yazır ki, monqolların ulu əcdadlarının türk manqaslarla qanlı müharibələri olmuşdur (162, 50); mansi (qədim forması manqi), qədim türk tayfalarından birinin adı (94,255,296); mansi Altay dil ailəsinə mənsub dildə danışan və Altayda yaşayan türk xalqlarından birinin adı (124,122); (man, qədim forması manq sözündən və - si,-şi şəkilçisindən 94,122,341); mancur, Altay dil ailəsinə mənsub dildə danışan xalqlardan birinin adı (manq etnonimindən və çur, yəni qüvvətli, əzəmətli, vüqarlı, ləyaqətli, 160,IV,I,672) sözlərindən; quruluşca Qaraçur, Sarışor türk tayfalarının adları ilə eynidir; manqi, Altay dil ailəsinə mənsub tunqus – mancurlarda türk tayfasının adı; maniş, Altayda yaşayan bir türk tayfasının adı (94, 34); monquş (əsli manquş), qırğızlarda bir tayfanın adı (35, 182); manqol, başqırdlarda türk tayfalarından birinin adı (124,196); munqal və menqu, Tuvada türk tayfalarının adları (35, 183); munqet, xakaslarda bir tayfanın adı (123; makar, Altayda (maq, manq etnonimindən və bir sıra qədim türk tayfalarının – avar, avşar, bolqar, qacar, savar, kəngər, xəzər və s.adları üçün səciyyəvi ar,ər ―kişi‖, ―igid‖, ―döyüşçü‖sözlərindən) bir tayfanın adı (159).Qeyd edilməlidir ki, Altay dil ailəsinə mənsub dildə danışan tunqus – mancurlar Amur çayına Manqbu deyirlər (maraqlıdır ki, Amur çayının bir qolu, Kür, digər qolu Urmi adlanır). Tunqus mənşəli ulçilərin etnik adı da manqbudur. Gətirdiyimiz etnonimik paralellər Azərbaycan ərazisində Manq etnomininin Altay mənşəli olması fikrinin düzgünlüyünə dayaqlardandır. Çox ehtimal ki, manq (manx, monq, munq) sözü Altay dil ailəsinə mənsub etnoslardan birinin qədim çağlardan adı olmuşdur.Ona görə Manna, Mana kimi qeyd olunmuş etnonimin ―Man(q) ay‖ kimi bərpası daha doğrudur. ―Manq‖sözünün mənası məlum olmasa da onun qədim türk dillərindəki manqa, munqa (əyilməz, itaət etməyən, öz bildiyini edən (100, 349) sözü ilə bağlılığı ehtimal edilə bilər. Çingizin nəslindən Menku xanın (1251-1259) əsl adı Manqudur. Babək üsyanı yatırıldıqdan sonra ərəb xəlifəsi tərəfindən Azərbaycana göndərilmiş, Afşinin dayısı oğlu, əslən türk sərkərdə Manquçur (türkcə çur, monqolca sur, yəni ―qüvvətli‖, ―qüdrətli‖, ―vüqarlı‖, ―əzəmətli‖ deməkdir; -160, IV,I,672;II,I,2043) adı da bu sözlə bağlıdır.(Z. M. Bünyadov ―Mingəçevir‖ toponimini ərəb mənbələrində Mingiçavr kimi qeyd olunmuş sərkərdənin adı ilə bağlamışdır. -76). X əsrdə Şəkinin hakimi Məhacir (I), XII əsrdə Şirvanşah Mənuçöhr şəxs adları da çox güman bu sözdəndir. Manna (asurca) və Mana (urartuca) etnoniminin sonunu təşkil edən “a” səsinin mənşəyini müəyyənləşdirmək çətindir. Çox güman ki, ―Manqa‖ forması Manq etnoniminin şumercə tələffüz formasıdır və “a” səsi şumer dilində münasibət bildirən “a” – şəkilçisidir (Bu şəkilçi barədə bax: 103,80) Şumerlərin türkmənşəli olmasına görə şəkilçi elə mannaların dilində də ola bilərdi. Ümumiyyətlə, Manqa etnonimi quruluşca Saka etnonimi ilə müqayisə edilə bilər. Mannaların türkmənşəli olduğunu göstərən mühüm faktlardan biri də Urmiya gölünün adlarının türkcə olmasıdır. Bir antik mənbədə Urmiya gölü ―Mantiana‖ adlandırılır (Strabon, XI,XIV,8).Tədqiqatçılar bu toponimi mənbələrdə Midiyada yaşaması göstərilən və hürri mənşəli sayılan Matian, Matiyen tayfasının adı ilə eyniləşdirmiş və bununla da mannaların hürrimənşəli olması nəticəsinə gəlmişlər (50,12). Əslində ―Mantiana‖ toponimindəki ―ana‖, yaxud ―ena‖ sonluğu qədim yunan dilində, adətən, yer adlarına əlavə olunan (məsələn, Atropatena, Kaspiana Sirakene və s.) şəkilçidir. Deməli, ―Mantiana‖ toponiminin kökü ― Manti‖dir. Əslində bu ad Mantu kimi bərpa olunmalıdır; “Mantu”hidronimi isə “man” komponentindənvə “su” sözünün fonetik şəkli (qədim türk dillərində s-t əvəzlənməsi vardır, müasir Caqatu və Taqatu çaylarının adlarında olduğu kimi) olan “tu” sözündən ibarətdir. Türk dillərində t-s əvəzlənməsi məsələn, turanq və şuranq (şoranlıq) sözlərində əksini tapmışdır. Qərbi Sibirdə Altaymənşəli kamasinlər, koyballar və karakaslar indi də ―göl‖ sözünü thu sözü ilə ifadə edirlər. Altayda Sayan dağlarında bir göl Thu adlanır.Altay dil ailəsinə mənsub selkup dilində tu ―göl‖ deməkdir. (Е. Г. Беккер. Южно-самодийские гидронимы Томской области. «Топонимика Востока», М., 1969, с. 183). «Mantu‖ hidronimindəki “man” komponenti isə qədim türkcə menqi (qırğızca menqi, manqi, özbəkcə manqu, buryatca menxu, xalxa-monqolca munx və s.) ―daimi‖, ―həmişəlik‖ (yəni axan sulardan fərqli olaraq ―axmayan su‖, ―daim dayanan su‖) sözünün fonetik formasıdır. Ehtimal ki, sözün sonundakı “nq” qovuşuq səsi “n” kimi tələffüz edilmiş, ondan sonrakı “i” səsini Strabon, yaxud onun məlumatçısı ixtisar etmişdir. Beləliklə, ―Manti‖ (ana) hidronimi azərbaycancaya çevrilsə ―daimi (axmayan) su (göl)‖ mənasını verir. Müqayisə üçün deyək ki, Tuvada Menqi-Xol (Mengi-Göl) adlı göl vardır (145,368). Qeyd edilməlidir ki, asur mənbələrində Urmiya gölü Zamua adlanmışdır.İndiyədək bu adın mənası açılmamışdır. ―Zamua‖ hidronimindəki ―mua‖ komponenti məsələn, başqırdca bıua, tatarca bua (türk dillərində m-b əvəzlənməsi səciyyəvidir), bu (su, göl) sözü (82,30) ola bilər. Çox maraqlıdır ki, şumer dilində pu ―bulaq‖ mənasındadır. Tatarıstanın hidronimiyasında “bua” sözü geniş yer tutur (82). Tunqus-mancur dillərində mu, mue ―su‖ deməkdir (bax: Сравнительный словарь тунгусоманьчжурских языков, ч.I. Л.,1975, c.548). Qərbi Sibirdə kamasinlər, koyballar və karakasların dillərində “bu” sözü ―çay‖ deməkdir (bax: E. Q. Bekker. Göst. Məqaləsi, s. 183). Adın birinci komponenti güman ki, türkcə çay, say, yəni ―vulkan mənşəli daşlı yer‖ (145,491-492) deməkdir. ―Zamua‖ hidroniminin “mua” komponenti Urmiya gölünün adında indiki tələffüzdə “miya‖ hissəsi ilə eynidir. ―Urmiya‖ hidronimi Altay dil ailəsinə mənsub ur, ure, yəni ―yüksəklik‖ (bax: Сравнительный словарь тунгусо-маньчжурских языков ч. II. Л., 1977,) və mua, yəni ―su (göl)‖ sözlərindən ibarətdir. Həqiqətdə də Urmiya gölü dəniz səviyyəsindən 1300 m yüksəklikdə yerləşir. Bununla əlaqədar olaraq ―Urartu‖ adının mənşəyi diqqəti cəlb edir. Tədqiqatçılara görə bu ad sami mənşəli asur dilindədir və ―hundur ölkə‖, ―yüksək dağlıq yer‖ mənasındadır. Həqiqətdə də urartular ―Urartu‖ adını bilmirdilər, onlar ölkələrini Biaini adlandırırdılar. Lakin ―ur‖ və ‖art‖ tərkib hissələri mənşəcə asur dilində deyildir. Güman ki, ―Ur-art‖ kimi səslənmiş bu adın yalnız sonundakı ―u‖ adlıq hal şəkilçisi asurcadır və deməli ―Ur-art‖ adını asurlar hansısa bir türkmənşəli xalqdan mənimsəmişlər. ―Ur-art‖ adı qədim türkcə or, ur ―hündür‖, ‖yüksəklik (Urmiya gölünün adında olduğu kimi) və art ―dağlıq ərazi‖ (Art-Sak adında olduğu kimi) mənalarındadır. Dağlıq Altayda əvvəli ―ur‖, sonu ―art‖ sözləri ilə düzəlmiş çoxlu oronim məlumdur. Həqiqətdə də Urartu ölkəsi Van gölünün ətraf dağlıq ərazisini əhatə edirdi. Məlumdur ki, ―Avesta‖da və pəhləvi mənbələrində Urmiya gölü Çayeçasta adlanır (114,19). Bu adın indiyədək inandırıcı etimologiyası verilməmişdir. Tədqiqatçıların çoxlu səylərinə baxmayaraq onu fars və ya başqa İran dilləri vasitəsilə izah etmək mümkün olmamışdır. Belə də olmalı idi, çünki fars dilində ―Çayeçasta‖ kimi verilmiş ad türk mənşəlidir. Bu adın ―çay‖ komponenti asur mənbəində Urmiya gölünün adı Zamua adının “za (y)” komponenti ilə eynidir, çünki, əvvələn, asur dilində ―ç‖ səsi olmadığına görə katib onu “z” səsi ilə ifadə etmişdir; ikincisi, mixi yazıda “y” səsini ifadə edən işarə olmadığına görə, katib onu buraxmalı və deməli “çay” sözünü “za” (“ça”) kimi yazmalı idi. Türk dillərində say, çay çoxmənalı sözlərdəndir. Azərbaycanca çay ―axan su‖ mənasından başqa türk dillərində bu söz həm də ―vulkan mənşəli daşlıq yer‖ (Urmiya gölündə həqiqətən də çoxlu vulkan mənşəli adalar vardır) deməkdir. Həmin adalarda qədimdən qalalar və möhkəmləndirilmiş məntəqələr mövcud idi. ―Dayaz yer‖ (bax,100) mənasında Azərbaycan dilində də say sözü vardır: ―gəmi saya oturdu‖. Deməli, həm ―Zamua‖, həm ―Çayeçasta‖ adlarının birinci komponentləri eyni sözün asur və qədim fars dilində yazılmış formalarıdır və türkcə say, çay ―vulkan mənşəli daşlıq yer‖ sözünü əks etdirir. ―Çayeçasta‖ adının ikinci komponenti – orta farsca (pəhləvicə) yazılışda ―ças‖ sözü türk dillərindəki y-c-ç əvəzlənməsinə görə yas (yaşıl, göy) sözüdür. Nəhayət, adın sonuncu “ta” komponenti eynilə ―Mantu‖ (Strabonun məlumatında Mantiana, Mantu sözündən) hidronimindəki tu-―su‖, ―göl‖ sözünün farsca ―ta‖ kimi yazılışıdır. M a n n a d a t o p o n i m l ə r. Manna tarixindən yazmış bütün tədqiqatçılar Asur və Urartu mənbələrində çıkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları ―qədim yerli adlar‖ adlandıraraq üstündən keçmişlər. ―Qədim yerli dillər‖ dedikdə onlar süni olaraq quraşdırdıqları ―Kaspi dilləri‖, ―Zaqr-Elam dilləri‖və s. adlandırdıqları dilləri nəzərdə tutmuşlar. ―Kaspi dilləri‖, ―Zaqr-Elam dilləri‖ ifadələri heç bir konkret mənaya malik deyil. Həqiqət isə mahiyyətcə konkretdir, mücərrəb mülahizələrdən konkret nəticə çıxarıla bilməz. Aşağıda biz Manna və Midiyanın konkret toponimlərinin və şəxs adlarının mənalarını açacayıq. İndi isə məlum olur ki, bu adlar Altay-türk mənşəlidir və ―yerli dillər‖ dedikdə türk dilləri nəzərdə tutulmalıdır. Türkmənşəli adlara keçməzdən əvvəl qeyd etmək lazımdır ki, əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Ona görə aldığımız nəticələrin hamısı dəqiq olmaya da bilər. Bu onunla bağlıdır ki, er. əv. I minilliyə aid adlar VII-XII əsrlərin qədim türk dilləri və müasir türk dilləri əsasında izah olunur. Türk dillərində bir sözün çox hallarda müxtəlif, həm də hərfi və məcazi mənaları vardır. Bundan başqa, bir söz müxtəlif dövrlərdə müxtəlif məna kəsb edə bilər. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaradır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan “u” adlıq hal şəkilçisini bəzi adlarda köklü “u” sonluğundan ayırmaq olmur. P a r s i n d u (er. əv. 881-880-ci il). E. A. Qrantovski bu adı İranmənşəli saymış və onu ―Fars (Pars)‖ etnonimi ilə bağlamışdır.(88). Bu, yanlış fikirdir. Mənbədə deyilir ki, Parsindu Ameka adlı bir hakimin qalasıdır. Aşağıda Ameka şəxs adının türkcə olduğunu deyəcəyik. Ehtimal ki, bu qala er. əv. 820-ci ildə Midiyada qeyd olunan Parsan (bəlkə də Parsin) qalasının eynidir. Türkcə bair, bayir ―təpə‖, ―yüksəklik‖, ―yarğan‖, ―sıldırım‖ (buryat-monqolca boori ―hündür yer‖, ―yüksəklik‖ -145,64 ), sin ―dağ beli‖ yaxud, çin(q) ―çox hallarda şaquli sıldırımlı yayla‖, ―sıldırım‖, ‖sıldırım dağ yarğanı‖ (145,64) və tu ―dağ‖ sözlərindəndir. Aydındır ki, qala çətin keçidli, sıldırım yerlərdə tikilə bilərdi. Toponimin birinci komponenti Çal-Bair (Kəlbəcər rayonu), Qızıl-Bair (Zəngəzurun Mehri rayonu), Çil-Bair (Şamaxı rayonu) dağ adlarındakı ―bair‖ sözü ilə, ikinci komponenti isə ―Cindağ‖ (Ordubad rayonu) oronimindəki “çin” sözü ilə müqayisə olunur. Parsindu qalasının adı ehtimal ki, Cənubi Azərbaycanda Mərənd şəhərinin 12 kilometrliyində xarabalıqları qalmaqda olan Baruc adlı qalanın (17) adında qalmışdır. Bu qalanın türk əfsanəvi Əfrasiabın tikdirdiyi Barcuq qalasının adı ilə (erkən orta əsrlərdə uyğurlarda Barçuk-Yurt toponimi məlumdur) (127,154) oxşarlığı da diqqəti cəlb edir. Yaqut Həməvi (XIII əsr) yazır ki, Səfidrud çayı Parsis dağlarından başlanır (32). Ehtimal ki, müəllifin “Parsis” kimi qeyd etdiyi oronim əslində “Parsin” kimi oxunmalıdır, başqa sözlə, katiblərin səhvi üzündən adın sonundakı “n” (nun) səsi “s” (sin) kimi yazılmışdır. B a r a (er. əv. 881-ci il). Y. B. Yusifov mətndən çıxış edərək bu toponimi türkcə bərə (qoyun-quzu saxlanılan yer) sözü hesab etmişdir (186,18). Qeyd edilməlidir ki, sonrakı assur mənbələrində Manna və Midiya ərazisində Barrua (er. əv. 728-ci il), Uba-Bara (er. 714-cü il), Barunakka və b. toponimlər də çəkilir. Bu toponimlərin də ―bərə‖ sözündən olduğunu demək çətindir. E. A. Qrantovskiyə görə, bu toponimlər Bara tayfasının adını əks etdirir (88,126). Maraqlıdır ki, Savalan dağının ətəyində indi də əhalisi türk-azərbaycanlılardan ibarət Baru kəndi vardır. A r a k d i. Er. 881-ci ildə Assur çarı Aşşurnasirpal Urmiya gölünün ətrafına basqın edir və Ata adlı hakimin Arakdi qalasını tutur. Toponim iki cür izah oluna bilər. Türkcə erik, xalxa-monqolca ereq, buryatca erye, kalmıkca erqe (sıldırım, yarğan, uçurum-―(qayanın, dağın) kənarı, sahili‖ – (145,638-639) sözündən və - di(-li) şəkilçisindən ibarətdir. Er. əv. 728-ci ildə adı çəkilən Arakuttu toponimi də belə izah edilə bilər. S a n q i u (er. əv. 744 və 737-ci il). Müasir Səhənd dağı ilə lokalizə olunur. E. Qrantovskiyə görə, Avesta dilində sanqha – ―əmr‖ sözündəndir (88,229). Aydındır ki, ―əmr‖, ―göstəriş‖ sözündən heç vaxt toponim yaranmaz, bu müəllifin Manna və Midiya ərazisində İran mənşəli əhali axtarmaq təşəbbüsündən irəli gəlir. Türkcə çanq, çınq (türk dillərində ç-s əvəzlənməsinə görə sanq, sınq) ―sıldırım dağ yarğanı‖, ―əlçatmaz dağ‖ ―çətin alınan zirvə‖ (145,626) sözündəndir. Altayda ―Sanqin-Dalay‖ (35,201) toponimi ilə müqayisə olunur. Hazırda Səhəndabad mahalında Çinibulaq adlı Azərbaycan kəndi vardır. S u r i k a ş (er. əv.714-cü il). Türkcə sori – ― alçaq,hamar dağ beli‖, ―iki dağ zirvəsini birləşdirən dağ keçidi‖ (145, 517) və kaş – ―qaya‖, ―dağ çıxıntısı‖, ―kənar‖, ―sahil‖ (100, 431) sözlərindəndir.Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında indi Suridaş adlı kənd vardır.Balakən rayonundakı Soorqaş dağının adı ilə müqayisə olunur. U i ş d i ş (er. əv. 714- ci il). Y.B.Yusifov bu toponimi türkcə Bişdiş (Beş diş) hesab edir və beş diş formalı qayası olan dağ kimi mənalandırır (184, 107). O, Həmdullah Qəzvininin XIV əsr qeyd etdiyi ―Beşbarmaq‖dağının adına əsaslanır. E r e ş t e y a n a (er. əv.714-cu il). Araz çayının adından (?) və türkcə tey – ―təpə‖, ―qabarıq‖ (145, 548) sözlərindəndir.‖Araz‖ sözünün Urartu mənbələrində çəkilən ―Eriaxi‖ əyalətinin adından ibarət olması haqqında erməni tarixçilərinin fikri səhvdir. Eriarxi adı Urartu dilində kitabədə Eriahi (ni) adının rusca yazılışıdırsa (―hi‖ komponentinin ―xi‖ kimi yazılışı), bu addan ―Araks‖, yaxud ― Araz‖ necə alınır? Bu toponimin mənası haqqında başqa mülahizə də irəli sürmək olar: Ereşteyana toponimi Arazdöyən (Cənubi Azərbaycanda Arazbaran mahalı adının məhz qədim Arazdöyən adından alınması, ―döyən‖ sözünün farsca bəran- ―sahil‖, ―kənar‖sözü ilə əvəzlənməsidir) və Şimali Azərbaycandakı Arazdöyən adının asur dilində yazılmış forması hesab edilə bilər. Qeyd edilməlidir ki, toponimin ―Ereş‖ forması indi də Cənubi Azərbaycanda Eris (danışıqda əvvəlinə ―h‖ səsinin əlavəsi ilə heris) adlanır. A r s i a n ş i (er. əv VIII əsr). Y.B.Yusifovun şifahi məlumatına görə, Arsi dağ adıdır və bəlkə də şam ağaclığı ilə fərqlənirmiş. Mixi yazıda qeyd edilir ki, Arsiyanşi Arsi dağının yanında yerləşir. Buna uyğun olaraq Y.B.Yusifov toponimi ―Arsi enişi‖, ―Arsi yanı kənd‖ kimi mənalandırır. Bizcə ad türkcə arça- ―ardıc kolu‖, ―şam ağaclığı‖ və enşi –―malikanə‖, ―padşahlıq mülkü‖ (166, 1, 361) sözlərindəndir. Urartu mənbələrindən Urmiya gölü ətrafında ―Harsi‖, ―Arsita‖ və ―Arsindu‖ toponimləri də məlumdur. Cənubi Azərbaycanda Savalan dağının ərazisində Ərçə, Ərçistan, Əcir, Ərcan və b.yaşayış məntəqələrinin adları ilə müqayisə oluna bilər. D u r d u k k a (Zurzukka, Sirdakka, Zirdakka variantları da vardır). Mannada bir qalanın adı. Toponimin müxtəlif yazılış formaları onun əslinin müəyyən olunmasını çətinləşdirir. Durdukka (asur dilində ―k‖ səsinin qoşalaşdırılması ilə) ehtimal ki, türkcə tur, tura – ―dayanacaq‖, ―düşərgə‖, ―şəhər‖ sözündən və - duk (-luk) şəkilçisindən ibarətdir. Sirdakka (Zirdakka) forması ilə türkcə sirt – ―dağ beli‖ və dağ (taq) ―dağ‖ sözlərindən ola bilər. S u k k a. Mannada bir qalanın adı. Türkcə çoku (özbəkcə çukki, qazaxca şoki), ―konusvarı yüksəklik‖, ―dağın şiş zirvəsi, təpəsi‖ (145,618) sözündəndir. A b i t i k n a (er. əv. VIII əsr) Mannada bir qalanın adı. Naməlum ―ba‖ və türkcə tiqey-―dağ zirvəsi‖, ―təpə‖ (145,552) sözündəndir (?). U a ş d i r i k k a (er. əv. 714-cü il). Mannada bir qalanın adı. Y. B. Yusifov ―Baş darak‖ kimi bərpa edir və onu ―dişli dağ‖ kimi mənalandırır (187b,93). Bizcə, toponim türkcə yoğuş – “yoxuş” və terek –―dişli dağ zirvəsi‖ (145,330) sözlərindəndir. Altayda Tas-Terek, Krımda Tarak-Daş, Tuvada Saaday-Terek toponimləri ilə müqayisə olunur. Quruluşca Həmdullah Qəzvininin (XIV əsr) qeyd etdiyi Təbriz yaxınlığındakı Culandarak toponimi (32) ilə eynidir. İ z i r t a (er. əv. VIII əsr). Mannada bir şəhərin adı. Türkcə izir, izer – ―aşırım‖, ―dağ keçidi‖, ―dağ çökəyi‖ (145,230) və tay – ―tərəf‖ sözlərindəndir. Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqailə müqayisə olunur. Y. B. Yusifov qədim toponimlərdə ―ta‖ komponentini türk dillərindəki too, tuu (dağ) sözü ilə bağlayır (183,21-22). Qeyd edilməlidir ki, Manna və Midiya toponimlərinin bəziləri (Arsita, İzirta, Meista, Parta, Şurda və b.) üçün “ta” sonluğu səciyyəvidir. Bizcə bu komponent türkcə “tay” sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O. T. Molçanova Orta Asiya və Altay toponimiyasında ―tay‖ sözünə xüsusi tədqiqat həsr etmişdir. O yazır ki, Yakutiyadan Qazaxstanın və Özbəkistanın qərb əyalətlərinə qədər toponimlərdə yayılmış bu söz ―tərəf‖, ―yer‖ mənasındadır (147,81). V. V. Bartolda görə, qədim türk toponimlərində (məsələn, ―Altay‖) bu söz ―ölkə‖ anlamını ifadə edir (68). U a u ş (er. əv. VIII əsr). Mannada bir dağın adı. Assur mənbəyində bu dağ ―əlçatmaz (sıldırım mənasında) dağ‖ adlandırılır. İ. M. Dyakonova görə, indiki Səhənd dağının bir hissəsinin adıdır (102,290). Ehtimal ki, oronim qədim türk dillərindəki yoquş (yoxuş), yəni ―dağ zirvəsi‖, ―yüksəklik‖, yaxud youş, yəni ―pis‖, ―düşmən‖ (160,III,I,20) sözlərinin təhrifidir. Fikrimizcə, İ. M. Dyakonovun Uauş dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıldırım dağ Yaş adlanmasına görə güman ki, assur mənbəyindəki Uauşdur. A r m a i t i, U r m a y a t e. Mannada bir şəhər və mahal adı. Tarixi ədəbiyyatda çox vaxt Urmiya gölünün adı ilə əlaqələndirilir. Lakin bizcə bu ağlabatan deyil. Həm də qeyd edilməlidir ki, ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adında iki yaşayış məntəqəsi qeyd olunmuşdur. Ehtimal ki, Urmiya şəhərinin adı Mannadakı Urmeyate toponiminin qısaldılmış formasıdır. Bizcə, türk dillərindəki arım, irim, yəni ―fal‖, ―nişanə‖,―əlamət‖, ―qabaqcadan xəbər verən‖, ―ovsun‖, ―cadu‖, ―sehr‖ (166, I, 666) və ata sözlərindən ibarətdir. Bəlkə də maqlara mənsub müqəddəs əyalət olmuşdur. Təsadüfi deyil ki, Urmu şəhəri Zərdüşt peyğəmbərin doğulduğu yer sayılır (İbn əl Fakih yazır: ―Maqlar güman edirlər ki, dinlərinin yaradıcısı Zərdüşt bu şəhərdəndir‖). Zaqatala rayonunda Armatian adlı dağ vardır ki, bu da maqların özləri ilə gətirdiyi toponim ola bilər. Gürcü mənbələrində bu bölgədə Movakan, X əsrə aid ərəb mənbəyində Muqkan adlı mahalın qeyd olunması da bunu təsdiqləyir. Y. B. Yusifov Assur mənbələrində adı çəkilən bir sıra Manna toponimlərini sadalamışdır (182). S i n i x i n u (yaşayış məntəqəsinin adı). Asurca yazılış formasında ―sinix‖ və ―in‖ hissələrinə ayrılır (sondakı ―u‖ asur dilində adlıq hal şəkilçisidir). Türkcə sinq, çinq (məsələn, qazaxca şınq, tuvaca şınq və s.), ―sıldırım dağ yarğanı‖, ―alınmaz dağ‖ (Gədəbəy rayonunda Şınıx kəndinin adı da bu sözdəndir) və in, ―yarğan‖, ―çuxur‖, ―mağara‖ (145,234) sözlərindəndir. A r k a n i y a (dağ adı). Toponimin birinci komponenti türkcə arka (arxa), yəni ―dağ beli‖, ―suayrıcı‖, ‖dağın kölgəli tərəfi‖, (xakasca arğa – ―dağ meşəsi‖, ―uzanmış dağ beli‖ ) (145,55), erqə - ―sıldırım yer‖, ―yüksəklik‖ (160, I, I, 1228), ―düşərgə‖ (yenə orada, s. 1223), ―qala (yenə orada,1230), urqa – ―yüksəklik‖, ―sıldırım yer‖ (145,580) sözlərindən biri ilə əlaqədardır. Midiyada Arkadr (Bisütun qaya yazısında) oronimi ilə eyni mənada ola bilər: türkcə arqu-―dərə‖, ―yarğan‖, və tör- ―yüksək dağ örüşü‖ sözlərindəndir. Toponimin ikinci hissəsini güman ki, türkcə an-―yayla yerdə kars (torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik forması) çökəkliyi (çuxuru, uçurumu)‖ (145,50) sözü təşkil edir. Müxtəlif fonetik formalarda bu söz Midiyanın Elani (u), Kabani, Uranbarzani və b. toponimlərində də nəzərə çarpır. İ z z i b i a (er. əv. VIII əsr). Assur çarı II Sarqonun (er. əv. 721-705) Manna ərazisinə hərbi səfəri haqqında mənbədə qeyd olunur. Güman ki, şumercə izi-―od‖, türkcə issi, izzi (tuvaca iziq, altayca üzü, uyğurca izik, azərbaycanca isti) və Altay dillərində bia-―su‖ sözlərindən ibarət olub ―İsti su‖ mənasındadır. İndiyədək Cənubi Azərbaycanda Ziviyə yaşayış məntəqəsinin adında qalmışdır. B u n a q i ş (dağ keçidinin adı). Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində Babaqış və Zöhrqaş toponimləri məlumdur. Türkcə bun-―dağlarda keçid başlanan yer‖, ―dağ çökəyi‖ (166, II,S.180) və qaş (dağın qaşı) sözlərindəndir. Güman ki, ―bun‖ sözü Midiyada ―Bunisa‖ toponimində də əksini tapmışdır və Bunisa əslində Buniçay adının asurca yazılışıdır. Q i l z a n. Urmiya gölünün qərb sahilinin adı (102,88). Türkcə qöl-―göl‖ və ezən-―vadi‖ sözlərindəndir. Gölün cənub sahili isə Zamua adlanırdı (102,88). Zamua hidronimi türkcə zay (say) və mua (dua) – ―su‖ sözlərindəndir. A z i r u (dağ adı). Türkcə izer, izir-―aşırım‖, ―dağ keçidi‖, ―dağ çökəyi‖ (145,230) sözündəndir (adın asurca yazılışında sondakı ―u‖ həmin dildə adlıq hal şəkilçisidir). B u y a (Urmiya gölü ətrafında bir çayın adı). Zamua (Urmiya) hidronimindəki ―mua‖ komponenti ilə bəlkə də eynidir. Türkcə biya-―çay‖ sözündəndir (Dağlıq Altayda ―biya‖ sözündən çay adları üçün bax: 148) Ob çayının bir qolu Biya, Tatarıstanda Biya və Muya (82,14,63), BaşqırdıstandaKama çayının sol qolu Bıya, Orta Uralda Vıya, Tümən əyalətində Vıya və b. çay adları ilə eynidir. Xakasiya ərazisində çay adlarında geniş yer tutan termindir (145,12,84-85). S i m a k i (dağ adı). Türkcə çim (asurca ―ç‖ səsi olmadığına görə ―sim‖ kimi verilmişdir.) ―torpağın kökləri bir-birinə sarılmış, sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi‖ və ık (ehtimal ki, qədim forması ―ak‖) – ―dağın soyuqdan qorunan yamacı‖ (oradakı ev heyvanlarının sürücü soyuq küləkdən və tufandan gizlənir (145,636) sözlərindəndir. Qazaxstanda Çimbulak, Çim Kurqan və b. dağ adları ilə müqayisə olunur. S i m i r r i a (Mannada toponim). Asurca yazılış formasında bu toponim simir və-ri (-li) şəkilçisindən ibarətdir. Ehtimal ki, bu ad aslində Sivirridir, lakin asur dilində ―v‖ səsi olmadığına görə onu ―m‖ səsi ilə verirdilər. Türkcə şiver, şiber (buratga şeber, monqolca şiver)-―qalın, sıx meşə‖, ―bataqlıq cəngəllik‖, ―subasar kolluq‖ (145,628) sözündəndir. Er. əv. 820-ci ilə aid ―Assur mənbəində Midiyanın Sibaru (―u‖ adlıq hal şəkilçisidir) qalasının adı çəkilir. Ehtimal ki, mənaca Simirria toponimi ilə eynidir və Saburxast (IX əsr) toponimində qalmışdı. A x ş u r a (yaşayış məntəqə adı). Türkcə ax – ―ağ‖ və şura – türkcə ―göl‖, udmurtca şur – ―çay‖, türkcə soru ―bataqlıq yer‖, ―duzlu gölməçə‖ sözlərindəndir. E. əv. 615-613-cü illərdə Manna Midiyaya birləşdirildikdən sonra Manna toponimləri Midiya toponimlərinin bir hissəsi kimi qeyd olunur. Oxucu nəzərə almalıdır ki, Cənubi Azərbaycan ərazisindəki toponimlərin dəqiq lokalizələri yoxdur. Ona görə onların Manna və Midiya toponimlərinə ayrılması şərtidir. M a n n a h a k i m l ə r i n i n a d l a r ı. Nəzərdə tutulmalıdır ki, yuxarıda çəkilən toponimlər və şəxs adları Manna ərazisindədir. Lakin o vaxt hələ Manna adı çəkilmədiyinə görə, tədqiqatçılar onları lulubelərə və kutilərə aid edirlər (102, 144). Aşağıdakı şəxs adları da Manna ərazisindədir və ona görə biz bu adları şərti olaraq mannalara aid edirik. A m e k a (er. əv. 881-880-ci il). İranşünaslar bu adı farsca sayırlar (88, 123-124). Əslində bu ad türkcə amaq, omaq-―qıvraq‖, ―xoş təbiətli‖, ―cəld‖, ―yaxşı əhval – ruhiyyəli‖ (166,I,453) sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il), Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqaşəxs adları ilə müqayisə olurdu. Türk dillərində m-b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda Abak (157,90) şəxs adları ilə müqayisə olunur. M u s a s i n (er. əv. 881-880-ci il).Şumercə mu-―mənim‖, sa, za-―ürək‖ və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır. Bu şəxs adı təxminən ―Sin (allahı) mənim ürəyimdir‖ mənasını verir. ―Sin‖ komponenti Şumer-Akkad çarlarından Şusin (er. əv. 2037-2029), İbisin (er. əv. 2028-2004,), Ramsin (er. əv. 1822-1763) və b. çarların adlarında vardır. Bu komponent Elamda Varadsin (er. əv. 1834-1823) və Rimsin (er. əv. 1822-1763) çar adlarında da iştirak edir. Ümumi fikir belədir ki, Şumerin Suen adlı Ay allahı vardı. Bu Allah adı türk şumerlərdən semit mənşəli akkadlara da keçmişdir. Er. əv. III minillikdə Akkad çarlarının bəzilərinin adlarında ―Suen‖ sözü vardı (Bur-Suen, İbbi-Suen, Harım-Suen və b.). Şumerlərdə Amar Suen çar adı ―Suen (allahının) beçəsi, balası‖ mənasında idi. İ. M. Dyakonova görə, (bax. И. М. Дьяконов. Люди города Ура, М. 1990, с. 257) sonralar Suen allahının adı akkadlarda «Sin‖ formasını kəsb etmişdir. Mannada Musasin, Erisin və Şarein çar adlarında ―sin‖ komponentlərinin mənşəyi belədir. Güman ki, mannalarda da bu allaha sitayiş vardı və ona görə valideyn uşağa ad qoyduqda ―Sin‖ sözündən istifadə edirdi. Manna və Midiyada şəxs adlarının şumer dilindən olması diqqətəlayiq məsələdir. Bunun səbəbini aydınlaşdırmaq çətindir: ya qədim mannalar və madaylar (yaxud onların müəyyən hissəsi) mənşəcə sonrakı şumerlərdir, ya da Altay-Türk mənşəli şumercə hesab etdiyimiz sözlər mannaların və madayların da dillərində vardı. A r a ş t u a (er. əv. 881- 880-ci il). Q.A.Melikişvili bu adı Qafqaz mənşəli saymış, lakin mənasını açmamışdır (132). E.A.Qrantovski bu adın əslində Arşitavah formasında olduğunu söyləmiş, sonralar da Rşatavah şəklinə salmış və onun İran dillərində ―Ayı, yaxud ayğır gücünə malik olan‖ mənasını verdiyini yazmışdır (88, 122). Əslində isə ad şumer dilində eriş ―bağışladı‖ ―bəxşiş verdi‖ və Utu (Günəş Allahı) sözlərindən ibarət teofor addır və ―Utu allahının (ata-anaya) bəxşişi‖ mənasındadır. K i r t i a r a (er.əv. 881 – 880-ci il). Q.A. Melikişvil, İ. M.Dyakonov və İ. H. Əliyev bu adı ― yerli adlar‖ sırasına salmışlar. E. A. Qrantovski isə onu qədim hind dilindəki kritua – ―yararlı‖, Avesta dilində kərata - ―qayırma‖, ―düzəltmə‖ sözləri ilə izah etmiş və adın ―fəliyyət göstərən‖, ―işgüzar‖ mənasını verdiyini yazmışdır. Lulubelərdə Kiur allahının adından və şumercə di – ― tikən‖, ara –―qul‖sözlərindən. Ad ―Kiur (allahının) tikən qulu‖ mənasındadır. A t a (er.əv. 881- 880-ci il). V.İ.Abayev skiflərdə er. əv. IV əsrdə Atey şəxs adını izah edərkən bu adı da paralel gətirmiş və hər ikisini osetin dilində ədə - ―ata‖, ―baba‖ sözü hesab etmişdir (39).Lakin osetin dilindəki ―ədə‖ sözünün özü türkmənşəlidir. Türkcə ata – ―ulu əcdad‖, ―ulu‖, ―müqəddəs sələf‖ (166, I, 200 - 201) sözündəndir. Hələ şumerlərdə Aldani – ― onun atası‖ (yazılmış sami mənşəli akkad dilindədir), erkən orta əsrlərdə uyğurlarda Atay –Sili xaqan (168,140). 776 –ci ildə Orta Asiyada ərəblərə qarşı başlanmış Xürrəmi üsyanının ―Müğənna‖ ləqəbli başçısı Ata, VIII əsrdə Buxara hakimi Qisrif ibn Ata və s.şəxs adları ilə müqayisə olunur.Qədim türklərdə əcdada sitayişlə əlaqədar verilmiş addır. Azərbaycanda və Orta Asiyada bəzi övliyaların adlarının sonundakı ―ata‖ sözü də bununla əlaqədardır. S a b i n i (er. əv. 881- 880-ci il). ―Yerli adlar‖ sırasına aid etdildiyinə görə indiyədək mənası aydınlaşdırılmamışdır. Ehtimal ki, akkadca sabu – ―doyunca‖, ―bəs qədəri‖ və şumercə ni – ―verir‖, ― mükafatlandırır‖, yaxud ni – ―mənim‖ sözlərindən ibarətdir.Ad ―(Allah) mükafatlandırır, yaxud ―qədəri (allahın)‖ mənasındadır. K a k i a (er. əv. 859 –cu il). Er.əv.520 –ci ilə aid bir mənbədə Midiyada Kaki adlı şəxs qeyd olunur. E.A. Qrantovski bu adları İran mənşəli saymış və əfqan dilindəki kaka. Qaqa sözü ilə bağlamışdır (88), bilməmişdir ki, ümumiyyətlə, İran dillərinin heç birində ―qaqa‖ sözü yoxdur və əfqan dilində də bu söz türk mənşəlidir.Şumercə kiak (a) – ―sevimli‖ sözündən ola bilər. Türkcə qaqa – ―böyük qardaş‖ deməkdir və bu söz hunlarda Aq – Kaqa (58,11), oğuzlarda Əmir Kakaş (76) adlarında əksini tapmışdır. K u n d a ş p (er.əv.854-cü il). İ. M. Dyakanov bu adda farsca əsb – ―at‖ sözünün əks olunduğunu söyləmişdir (102). Bu fikri E. A. Qrantovski də bəyənmişdir (88, 133). Qədim türkcə qun – ―knyaz‖, yaxud gün – ―günəş ziyası‖ (166, III, 101), daş – ― həmrəy‖, ―yoldaş‖ (qardaş, yoldaş, sirdaş sözlərində olduğu kimi) və - bi, pi – ―başçı‖, ―knyaz‖, ― şahzadə‖ ( 166, II, 88-89) sözlərindəndir.‖Oğuznamə‖ də Gün xan, skiflərdə Qnur (yazılışı yunancadır, qun və tükcə uri – ―övlad‖, ―varis‖, ―oğul‖ (100) sözlərindən), ―Kitabi Dədə Qorqud‖da Qonur (əslində Qunur kimi oxunmalıdır) Qoca, oğuzlarda XII əsrdə Gün –Toqdı (31, 89), qazaxlarda Kunsulu, başqırdlarda Kunpılu (gün kimi gözəl) qadın adları ilə müqayisə oluna bilər. K u ş t a ş p i (er. əv.742-ci il). Türkcə kuş (quş), daş və “pi” sözlərindəndir. Türklərdə şəxs adlarında ― kuş‖ sözü adətən qartal, alıcı quş, şahin mənalarındadır: Kuş –Təqin ( Xarəzm hakimi, XIII əsr) və b.Ehtimal ki, Anqa quşu (bu quşun adı klassik ədəbiyyatımızda tez –tez çəkilir) nəzərdə tutulur. B u r i y a ş (er. əv. 843-cü il). Mənbədə Yanzi –Buriaş kimi qeyd olunur. Yuxarıda biz kaslarda ―hakim‖ mənasında yanzi sözünün türkcə olduğunu açmışıq. Mənbədə göstərilir ki, Yanzi –Buriaş Şurdir qalasının hakimidir. Bu çarın adı türkcə böru – ―canavar‖, ―qurd ‖ və eş – ―kimi‖ sözlərindəndir. Bu adın Buri və aş komponentlərindən ibarət olması onunla təsdiqlənir ki, türk –monqollarda Buri şəxs adı vardı. Məsələn, Çingiz xanın nəvələrindən biri Buri adlanırdı. Albaniyada V əsrdə Pyorik (yazılışı ermənicədir), XII əsrdə oğuzlarda Qok-Bori, XIII əsrdə Xorasanda Burabaş ( 36, 268) şəxs adları ilə müqayisə olunur ( Alyatda türklərin bayrağı qızıl qurd başından ibarət idi – 156, 103). Ş u l u s u n (er. əv. 828-ci il). Şumercə şuluh- ―təmizlənmiş‖, ―saflanmış‖ ( məsələn, şumercə Şuluh-bi –uru ―məbəd şəhərin saflaşmasıdır‖) və şunu ― onların‖ sözlərindən. Belə olduqda ad ―Onların (yəni allahların) ―saflamasıdır (təmizləməsidir)‖ mənasını verir. D a d a (er.əv. 820-ci il). E.A.Qrantovski bu şəxs adını fars dilindəki dadən – ― vermiş‖, ― törənmiş‖ feli ilə bağlayır ( 88, 131). Türkcə dədə - ― ustad‖, ― ağsaqqal‖ sözündəndir ( məsələn, Dədə Qorqud, Dədə Ələsgər və s.). Erkən orta əsrlərdə uyğurlarda Daday ( 168, 153). V əsrdə Mərkəzi Asiyada Cucan xaqanı Datan, türk runi yazılarındakı Dad ( 100, 158) şəxs adları ilə müqayisə olunur. Şah İsmayıl Xətainin köməkçisi, qızılbaş bəylərindən birinin adı Dədə bəy (yaxud Əbduləli bəy Dədə), XVI əsrdə Şirvan hakimi Arasxanın oğlunun adı Dədə xan idi. Er. əv. VI əsrin 20 –ci illərində Midiyada da Dataş şəxs adı məlumdur ( 88, 137). N i k d i a r ( er. əv.821-ci il). Makna hökmdarı Şarsinin atasının adı. Şumer allahı Enki adından, şumercə du – ―yaxşı‖ və ara (ərə) – ― qul‖sözlərindən ibarətdir. ―Enki ( allahının) yaxşı qulu‖, ya da şumercə ni (k) ―şey‖, ―mülkiyyət‖, di – ―tikmək‖ və ara – ―qul‖ sözlərindən ibarət teofor ad olub‖(Allaha) şey ( bina, məbəd) tikən qul‖ mənasındadır. P a r u ş t a ( er. əv.820-ci il). İranmənşəli ad sayılır və qədim hind dilində purahsta – ―durmaq‖ sözü ilə əlaqələndirilir ( 88). Şumercə par – ― işıqlandı‖, ― parıldadı‖ sözündəndir. U d a k i ( er. əv. 828-ci il). Ehtimal ki, ad şumer dilində Utu – ―Günəş allahı‖ və ku – ―qismət‖, ―pay‖ sözlərindən ibarət olmaqla ―Utu allahının ( verdiyi) pay‖ mənasındadır. Şumer dilində ku sözü həm də ―mən‖ mənasında olduğuna görə ad ―Mənim Utu (allahım)‖ kimi izah oluna bilər. Bəlkə də bu ad şumercə atahku – ― kömək edən qüvvə‖ sözündəndir. E r i s i n ( er. əv. 719-cü il). İ. H. Əliyev hürritmənşəli ad sayır (44,64). Şumer dilində ere – ―qul‖ ( İ. M. Dyakanova görə, mənşəcə akkad dilinə mənsub bu söz er. əv. 3000-2800-ci illər arasında şumer dilinə keçmişdir) və Sin (Allahın adı) sözlərindən ibarətdir. Ad ―Sin (allahının) qulu‖ mənasındadır. Şumercə Bursin ―Sin allahının uşağı‖ şəxs adı ilə müqayisə edilə bilər. Adı başqa cür də izah etmək olar. Türkcə ər ―(monqolca ərə) – ―kişi‖, ―igid‖ ,‖ döyüşçü‖ və oxşarlıq, bənzərlik bildirən sin, şin ( bax yuxarıda Musasin adına) sözlərindəndir. Uyğur xaqanının xanı Buku – Çin (127,131), XIII əsrdə monqollarda Ərkəsin (türkcə ərk – ―iradə‖, ―güc‖, ―qüdrət‖, yaxud ərkə - ― mehriban‖, ― riqqətli‖, ―lətif‖ ( 100, 324) və sin sözlərindən); Türkmənistanda monqol canişini Sankli – Sin (36, 320) adları ilə eynidir. Ad ― igid təki‖, ―döyüşçü kimi‖ mənalarındadır. Y. B.Yusifov eyni sözlərə əsaslanaraq adı ―cəsur ər‖ kimi mənalandırır (179b,146). Ş a r s i n (er.əv.821-ci il). Bizimlə şifahi söhbətində Y.B.Yusifov bu adı ― Sarışın‖, ―Sarımtıl adam‖ kimi izah etmişdir. Lakin bu fikir az inandırıcıdır. Bizcə bu şəxs adındakı ―Şar‖ komponentinin şumerlərdə Şar allahının ( Umma şəhərinin allahı), ( bu sözü şumer dilindəki şar ―dairə‖, ―yumru‖ sözü ilə qarışdırmaq olmaz.Azərbaycan dilindəki şar – ―yumru‖, ―dairəvi‖ sözü ilə şumercə şar sözünün eyni mənalılığı diqqəti cəlb edir), yaxud akkad mənşəli Sar – ―çar‖ sözü ilə müqayisə olunması mümkündür. Bu adın ―Şar‖ sözü Urartunun Sardur şəxs adındakı ―Sar” sözü ilə eynidir (Sar və şumercə tur ―oğul‖ sözlərindən). Adın ―Sin‖ komponenti də şumer – akkad mənşəli Sin – ―Ay allahı‖ sözü ola bilər və bütünlüklə Şarsin (yaxud Sarsin) ―Sin (allahı) - çardır‖ mənasını verir. T e l u s i n (er.əv. 729-cü il). Y.B. Yusifov bu adı Altayda erkən orta əsrlərdə Tele tayfasının adı ilə bağlamış və onu ―Tele (tayfasının) adamı‖ kimi mənalandırmışdır. (179b, 146). Bizcə, bu ad qədim türkcə telu – “qoçaq”, “cəsur” (166, III, 215) (azərbaycanca “dəli”, məsələn ―Kitabi Dədə Qorqud‖da Dəli Qarcar) və Sin “allah”sözlərindəndir. Bəlkə də bu adın Birinci komponenti türk dillərindəki tuluy – “çalağan quşu‖, “alıcı quşu” (―Kitabi Dədə Qorqud‖da tulu – “qırğı‖) sözündəndir. VI əsrdə Altayda türk xaqanı İbn Tulu (94), VII əsrdə türk bolqarların xanı Dulu (Tulu), VII əsrdə Altayda Şibi xaqanın oğlu Tuli (35,78), Çingiz xanın oğlu Tuluy adları ilə müqayisə olunur. A x ş e r i (er. əv. VII əsr). İranmənşəli ad sayılmış və qədim fars dilindəki hşaya – “hökmranlıq” (“şah” sözü də buradandır) sözü ilə əlaqələndirilmişdir (102). Türkcə akiş – ―bir yerə yığış‖, ―dəstə‖, ―toplantı‖ (160, I, I, 107) və ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözlərindəndir. Axşeri – ―dəstənin əri‖ yaxud ―igid dəstə başçısı‖ mənasını verir. Bəlkə də şemercə akeş - ―onun ucbatından‖, ―onun xatirinə‖ və ərə - ―qul‖ sözlərindəndir. Teofor adlardan olmaqla ―(Allahın) xatirinə qul‖ mənasındadır. İ r a n z u (er. əv. 716-cı il). Bu ad iki cür izah oluna bilər: 1) türkcə ər – “kişi”, “igid” və kas dilindəki yanzi – “çar”, “hakim‖ sözlərindən; 2) türkcə ərən – “cəsur”, “mərd” (39, 309) sözü ( ərən “döyüşçü” sözü şumer dilində də vardı) və şumercə zu – “müdrik‖ (103, 78) sözlərindən ibarət olmaqla ―müdrik ərən‖ mənasındadır. U l l u s u n (İranzunun oğlu). Bu şəxs adında ―l‖ səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs asur dilində qoşalaşmayıbsa, onda ―ullu‖ komponenti qədim türkcə ulla - ―hörmət olunan‖, ―hörmətlə yanaşılan‖, ―sayılan‖ (100, 610) sözünün fonetik şəkli ola bilər. Asurca yazılışda bu sözdə ―l‖ səsi qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki ulu (q) – ―məğrur‖, ―vüqarlı‖, ―qüvvətli‖ (166, I, 593) və sun – ―keşikçi‖, ―nəzarətçi‖ (160, IV, 692) sözlərindən ibarətdir. XIII əsrdə türk xaqanı Uluq (34), VIII əsrdə qırğızlarda Əren – Uluq xaqan (34,243), Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur. Y.B. Yusifov adı türkcə ulu – ―böyük əzəmətli‖ sözü əsasında ―Böyük adam‖ kimi izah edərək onu hökmdar ləqəbi və ya rütbəsi hesab edir (179b, 146). A z a (er. əv. 719 –cu il). İ. H. Əliyev bu adı hürritmənşəli sayır (44). E. A. Qrantovskiyə görə, İran dillərində az – ―aparmaq‖ (Azərbaycan dilində ―azdırmaq‖ felində bu söz vardır) sözündəndir (88, 247). Əslində sonunda “y” səsinin düşməsilə bu ad türkmənşəli Asay, (türkcə as – ―iltifat‖, ―nəvaziş‖, ,‖ağıl‖, ―zəka‖,‖dərrakə‖ (166, I, 191) sözündən və ay şəkilçisindən) adı ilə eynidir. V əsrdə Alban çarı Asay, erkən orta əsrlərdə xakasların xaqanı Ajo (123, 59), uyğur xaqanlarından Aço (127, 195), oğuzlarda Azak (100) şəxs adları ilə müqayisə olunur. L a r k u t l a (er. əv. 672). Şumercə la – ―çatışmır‖, ara – ―qul‖ və Utu (Allah adı) sözlərindən ibarət olub ―Utu (allahına) qul çatışmır‖ mənasındadır. Er. əv. 593-cü ildə Manna Midiya dövlətinə birləşdirilir. Ona görə də sonrakı əsrlərdə mannalıların şəxs adları mənbələrdə Midiya adları kimi gedir. Yuxarıda gətirdiyimiz faktlara əsasən biz mannaların hürritdilli, yaxud Qafqazdilli olması fikrini rədd edirik. E. A. Qrantovski yazır ki, ―Mannanın mərkəzində əsas rolu görünür,―əski yerli əhali oynayırdı‖ (88, 248). Göründüyü kimi, bu qədim yerli etnos türkmənşəli idi. M a n n a t a y f a l a r ı. İ. M. Dyakanova görə, er.əv. 820-ci ildən Manna tayfa ittifaqına daxil olmuş tayfaların adları asur mənbələrində taurlay, messiy, dalay, sumbiy və kumurdiy kimi qeyd olunmuşdur (102, 173). Assur dilinə uyğun şəkildə yazıldıqlarına görə bu etnonimlərin əsl formalarını bərpa etmək çətindir. Bununla belə bu tayfaların adlarının türk mənşəli olması şübhə doğurmur. Y.B.Yusifovun şifahi məlumatına görə, əhalinin maldarlıq fəaliyyəti ―taurlaya‖ – tayfa adını yaratmışdı. O, ―taur‖ sözünü türkcə davar (tavar) sözü ilə eyniləşdirir və sonra ―la‖ sözünü mənsubiyyət şəkilçisi kimi göstərir. Bizcə, ―Taurlay‖ etnonimi ―Tavurlu‖ adının fonetik şəklidir. Türk dillərində tavur (qədim forması tabur) ―arabalardan düzəldilmiş düşərgə, möhkəmləndirilmiş yer‖ deməkdir. Qədim türk maldar elləri üçün tabur səciyyəvi düşərgə forması idi. Herodot Qara dənizin şimal çöllərində yaşayan skiflərin tavr tayfasını qeyd edir (Herodot, IV, 90). Şimali Qafqazda xəzərlərdə bir şəhər Tavris adlanırdı. Qədim rus mənbələrində XIV əsrə türk Tavar tayfasının adı çəkilir. Güman etmək olar ki, Herodotun Midiya ərazisində qeyd etdiyi Doreyti tayfası əslində asur mənbələrindəki Taurlay tayfasının dialekt formasıdır. Herodot həmin tayfanı İranın XI əyalətində kaspilər, pavsiklər və pantimatlarla yanaşı qeyd edir. Bu əyalət indiki Şimali Azərbaycanın Kürlə - Arazın birləşdiyi yerdən Xəzərədək olan hissəsinin cənubunda yerləşən ərazisini də əhatə edirdi. Güman etmək olar ki, Astara rayonundakı Toradi (tavur və talış dilində di – ―kənd‖ sözlərindən), Cənubi Azərbaycanda Divarqanlı (tavar və qanlı etnonimlərindən) toponimlərində bu tayfa iz qoymuşdur. Alban tarixçisi Musa Kalankatlı Albaniyada Tverek (Tavurak etnoniminin ermənicə yazılışı) tayfasını, IX əsr ərəb coğrafiyaçısı Bəlazuri isə Arranda Tabar toponimini qeyd edir. Mannaların Dalay tayfası indiki Təbriz şəhəri bölgəsində lokalizə edilir. Sonra Yuliy Solin Xəzər dənizi yaxınlığında tal adlı tayfa qeyd edir ( Qay Solin, XV, 18).Peçeneqlərin tərkibində X əsrdə qeyd olunmuş talmat tayfasının (tal və bir sıra türk tayfalarının adları üçün səciyyəvi “mat” sözündən), Altayda müasir tolo, tele, teleut (ut cəm şəkilçisidir) türk tayfalarının adları ilə müqayisə olunur. Y.B. Yusifov dalaylar ölkəsinin Urmiya gölünün cənub qərbində müasir Qadar (türkcə Gedər) çayı axan Uşnu- Sulduz düzənliyində yerləşdiyini qeyd edir. Onun fikrincə, burada Tarmakisu və Tarul qalaları tikilmişdi. Bu şəhərlər dağıldıqdan sonra əhalisi mənbədə qeyd olunduğu kimi, ―səhraya qaçdı‖. Bununla əlaqədar o, Dalaya (―aya‖ şəkilçidir) adını ümumtürk dala (tala) – ―səhra, çöl‖ sözü əsasında ―səhra, düzən sakinləri‖ kimi izah edir.

Madaylar

[redaktə]

Azərbaycanlıların türkmənşəli ulu əcdadlarından biri də madaylardır. Assur mənbələrində Maday və Matay kimi bu etnosun adı ilk dəfə er. əv 843-cü ildə çəkilir. Maday və Matay müəyyən bir etnosun həqiqi və köklü adıdır. Alban tarixçisi Musa Kalankatlı da bu xalqın adını məhz ―Maday‖ kimi yazmışdır (―Alban tarixi‖, I kitab 2-ci fəsil). Er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının mixi əlifba ilə farsca mətnində Mada (sonda ―y‖ səsini ifadə edən mixi işarə yox idi) kimidir. Qədim yunanlar bu xalqın adını Medo, latınlar Mido kimi tələffüz etdiklərinə və belə də yazdıqlarına görə, Maday etnosunun və onun adı ilə adlanmış Maday ölkəsinin adı tarixə təhrif olunmuş şəkildə ―Midiya‖ kimi daxil olmuşdur. Azərbaycan tarixçilərindən heç kim bu tarixi haqsızlığa qarşı çıxmamış və Maday adını bərpa etməyə təşəbbüs göstərməmişdir. Azərbaycan tarixşünaslığında da Maday yanlış olaraq İranmənşəli etnos sayıldığına görə, midiyalılara nəsə ögey münasibət vardır. Maday, Matay etnosunun er. əv. IX əsrə (dəqiqi er. əv. 835-ci il) aid asur mənbələrində farslarla (Parsua, Parsumaş) eyni vaxtda çəkilməsi əsasən belə bir uydurma fikir yaranmışdır ki, onların hər ikisi Ari mənşəli idi və guya er. əv. II minilliyin sonlarında İran ərazisinə gəlmişlər (48). Əslində aşağıda görəcəyik ki, Maday etnosu türkmənşəlidir və onun pars (ərəbcə forması fars) etnosu ilə heç bir genetik qohumluğu barədə söhbət ola bilməz. İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, er. əv. 673-cü ildə öz dövlətini yaratmışdır. Er. əv. 612-ci ildə çar Kiaksarın vaxtında Maday dövləti türkmənşəli skiflərin köməyi ilə təcavüzkar Asur dövlətinə son qoymuş, ərazisini özünə qatmış və bu münasibətlə tarixdə ilk dəfə ikibaşlı qartal emblemini yaratmışdır (Təxminən iyirmi əsr sonra ikibaşlı qartal rəsmi Vizantiyada yenidən ortaya çıxmış və III İvan dövründə Rusiyaya da keçmişdir). Paytaxtı Akbatan (indiki Həmədan ərazisində) adlanmış bu dövlət Yaxın Şərq ölkələrinin tarixində böyük rol oynamışdır: Maday dövləti er. əv. 624-cü ildə farsların ölkəsini tutmuş, qəsbkar Asuriya və Urartu dövlətlərinə də həmişəlik son qoymuş və imperiyaya çevrilmişdir. Eradan əvvəl 550-ci ildə yerli sülalə süqut etmiş və hakimiyyət farslara keçmişdir.

Mannadan sonra Azərbaycan ərazisində ikinci dövlət qurumudur. Yuxarıda dedik ki, tarixşünaslıqda hakim başına görə midiyalılar Ari mənşəli olmaqla er. əv. II minilliyin axırlarında ya Orta Asiya, ya Qafqaz tərəfdən İran yaylasına gəlib məskunlaşmışlar (88, 340). Buna görə də Maday etnonimini və Midiya tayfalarının adlarını, Manna və Midiya ərazisində bəzi toponimləri və şəxs adlarının ―Avesta‖, qədim hind və qədim fars dilləri əsasında izahına təşəbbüs göstərilmişdir. Aşağıda biz əvvəlcə iranşünasların etimologiyalarını, sonra öz fikirlərimizi verəcəyik. Burada təkcə onu qeyd edək ki, Maday etnoniminin qədim hind dilindəki madhu-―kefləndirici‖ (nəşələndirici içki (mənşəcə ―baldan düzəldilmiş içki‖) sözündən (88,181) ibarət olması fikrini biz rədd edirik. Maday (Matay) əvvəlcə türkmənşəli müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və er. əv. 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir.Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş ―midiyalı‖ adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, Altay, yaxud türkmənşəli olduğunu göstərmişdir (85,274). Bu fikir azərbaycanlıların mənşəyi haqqında konsepsiyamızın təməl daşlarından biridir. Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapçaqay Matay,Göncə-Matay (bax: 85,252), Tuvada hələ XIII əsrdə Madı (35,201,215 (türk dillərində a-ы əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat (35,242-243), Sibirdə və Altayda Maadı, Madar və Maxtar (bax: 85) (Mada, Mata və türkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar,ər- ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözlərindən) tayfalarının mövcud olmasıdır. Qeyd edilməlidir ki, Elam dilində bu etnonim və etnotoponim həm Matape (Matay etnonimindən və elamca cəm bildirən – pe şəkilçisindən), həm də Maktape (Maqtay adından və pe-şəkilçisindən) adlanmışdır (44,130) və deməli, müvafiq olaraq bu adlar ―Mata (y)lar‖ və ―Maktaylar‖, yaxud ―Maqtaylar‖ deməkdir. Aşağıda bu adların mənşəyinə qayıdacayıq. İndi onu qeyd edək ki, fikrimizcə, Matape elamların madaylara və Maday ölkəsinə verdiyi addır, Maktape isə midiyalıların mannalara verdiyi Maqtay adının elamlara keçməsi, Midiya dövləti yarandıqda və Mannanı da özünə birləşdirdikdən sonra elamlıların həmin adı madaylara şamil etmələrinin nəticəsidir. Madayların türkmənşəli olduğunu sübut edən tutarlı faktlar madayların toponimləri və şəxs adlarıdır. M i d i y a t o p o n i m l ə r i. Haqqında danışdığımız toponimlərin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Asuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli asur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi ―u‖ səsinin əlavə edilməsi, ―v‖ səsinin olmadığına görə onun ―m‖ səsi ilə, ―ç‖ və ―c‖ səslərinin olmadığına görə onların ―s‖ və ―z‖ səsləri ilə verilməsi, adların sonlarındakı ―y‖ səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını bərpa etmək çətindir. Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur. Madayların İranmənşəli (Ari mənşəli) etnos olması və ümumiyyətlə, İrandilli tayfaların, daha doğrusu, guya farsların əcdadlarının Manna və Midiya ərazisində hələ er. əv. IX əsrdən yayılması – Azərbaycan xalqının qədim tarixinin saxtalaşdırılmasına səbəb olmuş bu şablon baxış farsların cənubda türk azərbaycanlılar üzərində ağalığının türixən qanuni olmasına xidmət etməkdədir. Fars tarixçilərinin bu ideyanı hər vasitə ilə müdafiə etmələri də bununla əlaqədardır. Azərbaycanda Midiya türixi İqrar Əliyevin inhisarında olduğuna görə heç kim bu tarixi ədalətsizliyə qarşı çıxa bilmirdi. Yalnız son illərdə bu nöqteyi-nəzərə qarşı etiraz səsləri ucalmağa başlanmış, mannaların və madayların türkmənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindən (179) söylənilmiş bu fikir sonra bir tədqiqatımızda (85) müdafiə olunmuş və beləliklə, xalqımızın mənşəyi haqqında yeni konsepsiyanın söykəndiyi əsas faktların birini – türkmənşəli toponimləri oxucunun nəzərinə çatdırırıq. Midiya ərazisində toponimlərin bir qrupu ―kin‖, ―kinq” sözü başlayır. İ. M. Dyakonov yazmışdır ki, lulube və kassit dillərində bu söz ―qala‖, ―möhkəmləndirilmiş yer‖ deməkdir (102,138). Bu sözün Altaymənşəli olması haqqında yuxarıda danışmışıq. Belə çıxır ki, qin, qinq – ―qala‖ sözündən yaranmış toponimlər Midiya ərazisində er. əv. III-II minilliklərdən yaşaması məlum olan lulubelərin və kasların yaşayış məskənlərinin adları kimi təşəkkül tapmışdır. Ola bilsin ki, bu söz mannalara və madaylara da keçmiş və toponim yaradıcılığında işlənmişdir. Ehtimal şəkildə lulubelərin və tam əminliklə kasların türkmənşəli olması barədə yuxarıda demişik. Ona görə də kin (qin), kinq (qinq) sözü (diqqət cəlb edən budur ki, ―qinq‖ sözündə ―qanq‖ sözündə olduğu kimi qədim Altay dilləri üçün səciyyəvi ―nq” qovuşuq səsi vardır) ehtimal ki, türkmənşəlidir. K u a k i n d a (er. əv. 834-cü il). Türkcə kiya (qırğızca, özbəkcə, və qazaqca kiya, altayca kayu)-―dik‖, ―sıldırım‖, ―yalçın yamac‖, ―çətinliklə gedilə bilən qayalı yamac‖, ―eniş‖ (145,277), kin-“qala‖ sözlərindən və -da (la) şəkilçisindəndir (?). K i n d u t a u ş (er. əv. 820-ci il). E. A. Qrantovskinin ehtimalına görə, İranmənşəli addır (88,200). Türkcə kin-―qala‖, -du (lu) şəkilçisi və tauş, taus – ―səsküylü (çay‖ sözlərindəndir (toponimin sonundakı komponent Azərbaycanda Tavusçay hidronimləri ilə müqayisə olunur). K i n q i ş t i l e n z a x (er. əv. 820-ci il). Türkcə kinq – “qala‖, naməlum ―iştilen‖ komponenti və türkcə üzək, özək – “çay” (166,I,406,510) sözlərindəndir. Ehtimal ki, ―iştile‖ komponenti ―iş‖ və ―tile‖ hissələrindən ibarətdir (―tile‖ sözü haqqında bax Talaşuri). U r ş a n i k a (er. əv. 744-cü il). Sanqi əyalətində (indiki Səhənd dağı olan bölgədə) bir şəhərin adı. E. A. Qrantovskiyə görə, hindcə varşan – “qüdrətli‖, ―qüvvətli‖, ‖böyük‖ sözündəndir (88,233). Bu, inandırıcı deyil, çünki şəhər adı belə sözdən ibarət ola bilməz. Həmdullah Qəzvini (XIV əsr) Təbriz yaxınlığında ―Urişak‖ toponimini qeyd edir (32,42). Türkcə ur – ―möhkəmləndirilmiş yer‖, ―təpə‖, sanq (çanq) – ―dağ‖ və ık, ik – ―küləkdən qorunan yer‖, ―daldalanacaq yer‖, ―sığınacaq‖, ―tərəf‖ (166,I,651) sözlərindəndir. Qeyd edilməlidir ki, Manna və Midiya toponimlərinin bəzilərində ―ur‖ sözü mənşəcə şumer dilinə aid uru – ―icma‖, ―şəhər‖ (qədim türkcə ordu – ―şəhər‖, ‖xan düşərgəsi‖) sözü də sayıla bilər. Q i n z i n (er. əv. 728-ci il). Güman ki, er. əv. 728-ci ilə aid mənbədə göstərilən ―Qizinikissa‖ toponimi ilə eynidir. Türkcə kin – ―qala‖ və çinq – ―sıldırım‖, ―şaquli yarğanlı yayla‖, ―əlçatmaz dağ‖ sözlərindəndir. Quruluşca Midiyada Karzin toponimi ilə müqayisə olunur. K i n q a r i k u (er. əv. 714-cü il). Qədim türkcə kinq-―qala‖ və ərqu – ―dayanacaq‖, ―düşərgə‖ (L. Y. Tuquşeva, göstərilən əsəri. S. 316) sözlərindən, yaxud kinq və qədim türkcə erik, monqolca ereq – ―sıldırım sahil‖, ―yarğan‖ (145,638) sözlərindəndir. K i n t a u (er. əv. 714-cü il). Y. B. Yusifov bu toponimi ―Qaradağ‖ kimi mənalandırmışdır. Bizcə oronim kin-―qala‖ və tay-―dağ‖ sözlərindən ibarətdir və ―Qaladağ‖ deməkdir. Qeyd edilməlidir ki, ―qin‖, ―qinq‖ formalarında bu söz Midiyanın Qinxuxt, Qinqibir, Qinqird və b. toponimlərində vardır, lakin mənalarını üzə çıxarmaq olmur. Midiya ərazisində bir qrup toponimdə ―işta‖, ―işte‖ komponenti diqqəti cəlb edir. Y. B. Yusifov bu adların bəzilərinin türkcə issi, isti (ilıq) sözündən ibarət olduğunu yazmış, İştraura toponimini ―İsti çay‖ kimi mənalandırmış və orta əsr Qermrud – ―İlıq çay‖ çayı ilə eyniləşdirmişdir (184). Ehtimal ki, digər toponimlərdə ―işta‖ sözü türk dillərindəki ast – ―alt tərəf‖, ―aşağı tərəf‖ (166,I,195) sözüdür; bəlkə də Arazdan aşağıda yerləşdiklərinə görə bu toponimlərin bəzilərində ―ast‖ sözü öz əksini tapmışdır. Bunu Atropatenada Ptolemeyin göstərdiyi Astabene, Strabonun göstərdiyi Azar, müasir Astara və Astrabad toponimlərində görmək olar. Ptolemeyin Midiyada qeyd etdiyi Astabene toponimi indiyədək Cənubi Azərbaycanın Qaradağ mahalında Üştibin azərbaycanlı kəndinin adında qalmaqdadır. Həmin mahalda, Arazın sağ sahilində, Seyid Cəbrayıl dağının qərb ətəyində Astamal kəndi vardır. Ona görə də ―İştaippa‖ (er. əv. 714) toponiminin bu komponent vasitəsilə düzəldiyini güman etmək olar. ―İştaippa‖ toponimi bizcə ―Üç təpə‖ toponiminin təhrifidir. Cənubi Azərbaycanın Qaradağ mahalında indi Üçqardaş adlı üç təpədən ibarətdağ vardır. Fikrimizcə, türkcə ast ―alt‖, ―aşağı‖ sözü ‖Tutaşti‖ er. 744-cü il) toponimində də əksini tapmışdır. Türkcə tut –―düşərgə‖ (160, III, 2, 1475) və ast – ―aşağı‖, ―alt‖ sözlərindən ibarətdir. Z a k r u t i və T a d i r u t i (er. əv. 744-cü il). Midiyada dağ adları. Yerli Saqirutu və Tadirutu oronimlərinin asur dilində yazılışıdır. Cənubi Azərbaycanın Qaradağ mahalında lokalizə olunurlar. Babək üsyanı ilə əlaqədar hadisələrdə Zəhrqaş və Dav-ər-Rud dağ adları kimi qeyd olunur. Zakruti oronimi türkcə saqir – ―dağ burnu‖, ―möhkəmləndirilmiş yer‖ (160,III,2,448) sözü, ―u‖ birləşdirici səsi və türkcə tu – ―dağ‖ (160, III. 2, 1421) sözündən ibarətdir. Şumer dilində an-zaggar (yazılışı semit mənşəli akkadcadır) – ―qala‖, ―möhkəmləndirilmiş yer‖ sözü ilə türk dillərindəki saqir və çakar – ―qala‖, ―möhkəmləndirilmiş yer‖ (145,606) sözlərinin mənşə birliyinə görə həm də güman etmək olar ki, Zakruti oronimində bu sözün məhz şumer forması öz əksini tapmışdır. Bütün hallarda oronim ―Qaladağ‖ mənasındadır. Tadiruti oronimi isə ted, tey – “təpə‖ (145,548), ur – “dağın gündüşən tərəfi” (100,211) sözləri, ―u‖ birləşdirici səsi və tu ―dağ‖ sözündən ibarətdir. S i l x a z i (er. əv. 737-ci il). Asur dilində ―ç‖ və ―c‖ səslərinin olmadığına görə həmin səslər ―s‖ səsi ilə verilirdi. Ehtimal ki, türkcə çil –―çox da böyük olmayan yarğan‖, ―çay yatağı‖, ―çaylaq‖ (145,615) və azi (yazı) –―çay sahili düzən‖ sözlərindən ibarətdir. Bəlkə də ―azi‖ komponenti türk dillərindəki aju – ―dağ aşırımı‖, ―dağ keçidi‖ (145,61) sözündən yaranmışdır. Er. əv. 713-cü ilə aid mənbədə Midiyada Aqazi toponimi qeyd olunur ki, bu da türk dillərindəki aq (torpağın süxurunun bozumtulluğunu bildirən söz) və yazı – ―çay sahili düzən‖ sözlərindəndir.

Midiya ərazisində bir neçə toponim ―ur‖ sözü ilə düzəlmişdir. Türk dillərində ur sözü ―tikmək‖, ―bina etmək‖, mənasını bildirir (166,I,599). Toponimlərdə ur – ―möhkəmləndirilmiş yer‖, ―qala səddi‖, ―səngər‖ (145,415) deməkdir. Altayın türk dillərində ur həm də ―təpə‖, ―yüksəklik‖ mənasındadır və ona görə oradakı Ural və Uraş toponimlərinin də bu sözdən yarandığı göstərilir. Midiyada Uraş qala adı kimi qeyd olunur ki, bu da ―ur‖ sözünün mənasına uyğundur. Bu ad Azərbaycanda XVI əsrdən məlum olan Araş (Ərəş) toponimi ilə bəlkə də eyni mənadadır. Urnakku toponimini asur dilində əlavə olunmuş ―k‖ və ―u‖ adlıq hal şəkilçisindən ibarət olduğuna görə əsl forması Urnak kimi bərpa olunur. XIV əsr müəllifi Həmdullah Qəzvini Təbrizin bir mahalının Arunak adlandığını yazır (32,43). Türkcə ur və nak (-lak) şəkilçisindəndir. Qazaxıstanda indiki Urnak şəhərinin adı ilə eynidir. U r i k a t (er. əv. 719-cu il). Bu toponimi üç cür izah etmək olar. Türkcə ur-―yarğan‖, ―sıldırım‖ (143,579) və kat – ―dağın meşəsiz gündüşən tərəfi‖ (145,264), yaxud qat – “tərəf‖, ―yan‖, sözlərindən ibarətdir. Altayda Uluq-Kat, Kadır-Kat və b. (145, 264) dağ adları ilə müqayisə olunur. Urqa – ―yüksəklik‖, ―sıldırımlı yer‖ (145,580) sözündəndir. Erkən orta əsrlərdə Albaniyanın Arsak əyalətində Urekat toponimi vardı (qədim ermənicə yazılışında bu da ―Urek‖ kimidir, lakin həmin dildə adların sonluqlarının düşməsi səciyyəvi haldır, məsələn Tusluk toponimi ―Tus‖ kimi yazılırdı.) Musa Kalankatlının ―Alban tarixi‖-ndə sonluqları ―kat‖ sözü ilə bitən Kalankat, Karnakat, Şaqat və b. toponimlər çəkilir. A r m a n q u (er. əv. 719-cu il). Midiyada bir qalanın adı. Türkcə uram – ―çaylar‖, ―subasar sahə‖ (bax, Urimzan adına) və anqa, anqu-―çayın ağzı‖, ―çayın qolu‖, ―çökək‖, ―çuxur‖, ―hövzə‖, ―qobu‖, ―dar dərə‖ (145,50-51) sözlərindəndir. X a r m e ş a n d (er. əv. 820-ci il) və Xarmaşi (er. əv. 719-cu il) toponimlərində bizcə, monqol mənşəli xərəm (türk dillərində karman) – ―qala‖ sözü öz əksini tapmışdır. Ehtimal ki, ―Xarmeşand‖ kimi qeyd olunmuş toponim Həmədanın 30 fərsəhliyində IX əsrə aid ərəb mənbəyində (Təbərinin əsərində) qeyd olunan Karmasin yaşayış məntəqəsinin adında qalmışdı. Ona görə də Xarmeşand toponiminin əsl formasını Xarmeşin kimi bərpa etmək olar və sondakı ―çin‖ sözünü ―sıldırım‖, ―şaquli yarğanlı yayla‖ mənasında türkcə çinq sözü hesab etmək olar. Quruluşca Həmdullah Qəzvininin Cənubi Azərbaycanda qeyd etdiyi Darmarzin toponimi ilə eynidir. K a r z i n (u) və Xarzan (u) (er. əv. 714-cü il).Türkmonqol dillərindəki kara, xara – ―qara‖ və çinq – ―sıldırım‖, çox hallarda şaquli yarğanlı yayla‖, ―əlçatmaz dağ‖, ―sıldırım dağ uçurumu (145,616), yaxud türkcə karşi-―möhkəmləndirilmiş yer‖ (145,262) sözlərindəndir (bax, Xarşay). Bu toponimin ikinci komponenti qədim türkcə sin-―dağ beli‖ (160,IV,I,648) sözü də ola bilər. Quruluşca Mannada Parsindu, Təbərinin (IX əsr) Həmədanın 30 fərsəhliyində qeyd etdiyi Karmasin, XIV əsrdə Təbriz mahallarından Darmarzin (32,45), Həmədan yaxınlığında Asfacin (18,63) toponimləri ilə eynidir. Urmiya gölü yaxınlığında indiki Buz-Sina (hünd. 2480 m) dağının adı ilə lokalizə oluna bilər. U r a n b a r z a n i (er. əv. 674-cü il), Uppurin (er. əv. 713-cü il), Urnakki (er. əv. 713-cü il), Urenna (er. əv. 713-cü il) toponimlərində ―uran‖, ‖uren‖,‖urin‖ komponentləri, güman ki, eyni mənşəlidir. Türkcə oron, uran, oren – ―yer‖, ―heyvan üçün hasarlanmış yer‖ (166,I,477-479), yaxud Altay dillərində oron – ―köçəbə‖, ―düşərgə‖, ―oba‖, ―yatacaq yeri‖ (Г. М. Василевич. Топонимы тунгусского происхождения. «Этнография имен», М., 1971, с.167) sözlərindəndir. Toponimin ―barzani‖ hissəsi qədim türkcə barça-―bütünlüklə, hamısı‖ və an – ―karst çuxuru, uçurumu‖ (145,50) sözlərindən ibarətdir. Bütünlüklə bu ad təxminən ―Karst çuxurunda köçəbə (yurd, oba)‖ mənasını verir. T i l-T a r a n z a y (er. əv. 744-cü il). Türkcə dil-―dil formalı dağ çıxıntısı‖, turan (q) –―şoran‖ (145,567) və çay sözlərindəndir. Bəlkə də bu toponimdəki ―til‖ komponenti türkcə etil, itil,-―çay‖ (çuvaşlar indi də Volqaya İtil deyirlər) sözünün bir formasıdır. Urmiya gölünün sahilində indi Til kəndi var. ―Til‖, ―dil‖ komponenti Cənubi Azərbaycanın Qaradağ mahalında əhalisi türklərdən ibarət Uzum-Dil kəndinin adında indiyədək qalmışdır. T a n z a y (er. əv. 728-ci il). Türkcə tan-―düzən‖ (160,III,2,1616) və say – ―daşlı düzən‖ (100,481) yaxud çay sözlərindəndir. U ş t a ş a y (er. əv. 820-ci il). Türkcə uş – ―uç‖, taş-―qaya‖, ―daş‖ sözlərindən və altay dillərində adların sonları üçün səciyyəvi ―ay” şəkilçisindəndir. N i r u t a k t a (er. əv. 744-cü il). Midiyada bir dağın adı. Türkcə və monqolca nuru-“uçqunlu yer‖ (İsmayıllı rayonunda Nuran kəndi də məhz uçqunlu yerdədir və monqolca nuru və an sözlərindəndir), yaxud türkcə naru- ―o üzdə‖, ―o tərəfdə‖, ―o tayda‖ və takta – ―dağlıq ərazidə terrasvarı düzən yer‖ sözlərindəndir. Maraqlıdır ki, Cənubi Azərbaycanda Savalan dağının döşündə əhalisi türkdilli Nir kəndi yaxınlığında Nir çayı vardır. İbn Xordadbeh (IX əsr) Sarabdan 5 fərsəh (təxminən 32-33 km-də), Ərdəbildən 4 fərsəh aralıda Nir yaşayış məntəqəsinin adını çəkir (I,17). T u k l i a ş (er. əv. 744 və 728-ci illər). Türkcə tuk-―yarımada‖, ―burun‖, ―körfəz‖ (145,570) sözündən, -li şəkilçisindən və naməlum mənalı aş komponentindən ibarətdir. U r i m z a n (er. əv. 728-ci il). Qeyd edilməlidir ki. Manna və Midiya ərazisində bir sıra toponimlər ―zan‖ komponenti ilə bitir: Kilzan, Aqanzan, Ançan (Anşan) və b. Türkcə irim – ―su burulğanı‖, ―qurumaqda olan çayın su axan hissəsi‖ (145,235), yaxud urem – ―kollu, qamışlı çaybasar‖, ―subasar sahə‖, ―çaylar‖ (145,580) və özən – ―çay‖, ―vadi‖, ―düzən‖ (166, I 510) sözlərindəndir. Məsudi (X əsr) Cənubi Azərbaycanda Masobzan toponimini qeyd edir. Quruluşca erkən orta əsrlərdən məlum olan Uyğur ölkəsində Urimçi (Beşbalık şəhərinin digər adı, 68, V, 242, 168, 41), Dağlıq Altayda Biy çayının qolu Kebozen, Sibirdə Berezan (Oka çayının hövzəsi), Uralda Yaruozan, Volqaboyunda Çeremsan, Cənubi Qafqazda Alazan, İranda Qızılüzən və s. toponimləri ilə eynidir. T i l a ş u r i (er. əv. 737-ci il). Ehtimal ki, bu toponimin suyu çox şor (mixi yazıda ―o‖ və u‖ səsləri eyni işarə ilə yazılırdı) olan Urmiya gölü ilə bağlıdır. Urmiya gölünün içərisində ada indi də Tilə adlanır. XIII əsr ərəb coğrafiyaçısı Yaqut Həməvi Urmiya gölünün Tala adlandığını yazmışdır (32,29). Tilə toponimi qədim türkcə tilkə ―hissə‖, ―zolaq‖, ―torpaq sahəsi‖ (100,560) sözünün fonetik şəklidir. Müqayisə üçün deyək ki, Xəzərdə indiki Pirallahı adasını antik müəllif Pomponiy Mela (er. əv. I əsr) Talqe kimi qeyd etmişdir. O yazır ki, bu adada bol məhsul və meyvə allaha mənsubdur (Pomponiy Mela, III,6,58). Bu toponimi II əsr müəllifi Ptolemey Talka kimi yazır (Ptolemey,VI,9,8). Deməli, həm Xəzərdə, həm də Urmiya gölündəki adlar – qədim türkcə ―tilkə‖ sözündəndir. Urmiya gölü həm də qədimdə Şor adlanmışdır. X əsr ərəb coğrafiyaçısı İstəxri gölün adını əş-Şurat, XIV əsr müəllifi Həmdullah Qəzvini isə Şora kimi yazmışlar. IX əsr ərəb tarixçisi Təbəri Urmiya gölü içərisində qalanın Şahi adlandığını yazır. Şahi türkcə say-“vulkan mənşəli daşlıq yer‖ sözünün təhrifidir. Deyilənlərdən belə çıxır ki, Tilaşuri ―Şorda (duzluqda) torpaq (quru) hissə‖ mənasını verir. Ehtimal ki, Mannada er. əv. 834-cü ildə həkim Şulusunun ―ölkə‖sinin adı kimi çəkilən Masaşuru toponimi də Şor adlanmış Urmiya gölünün adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Midiya ərazisində ―şur‖ sözü ilə bağlı Şurdir (er. əv. 828-ci il) və Şurdə (er. əv. 713-cü il) toponimləri də vardı. Ona görə Tila-Şuri, Masaşuri, Şurdir və Şurdə toponimlərindəki ―şur‖ sözünün başqa mənası da ola bilər və bəlkə də türkcə saur –―dairəvi dağ zirvəsi‖, ―qaya‖ (145,498-499) sözündəndir. Elə olsa Şurdə - ―saur‖ və türkcə tey-―təpə‖, Şurdir (Həmdullah Qəzvini Cənubi Azərbaycanda Sardur çayını qeyd edir) Saur və türkcə tör ―dağ vadisinin ən uca zirvəsi‖ sözlərindən ibarətdir. A l a b r i a (er. əv. VIII əsr). Naməlum ―al‖ və qədim türkcə opri – “düzən‖, ―çökəklik‖ (100,368) sözündəndir. Midiyada İşpilibriya toponimi ilə səsləşir. Bəlkə də bu toponimdə türkcə Uralın toponimiyasında əksini tapmış alap ―çay vadisi‖ sözü vardır. T a ş t a m i (er. əv. 714-cü il). Türkcə taş – ―qaya‖ və tam – ―qala‖, ―qala divarı‖ sözlərindəndir. K i z i l b u n d a (er. əv. 820-ci il). Midiyada çay adı. Y. B. Y usifov mixi yazıda adın həm də Kizilbuda kimi yazılışına görə onun türk dillərində kizil – “qırmızı‖ və bud – ―dağ qolu‖ sözlərindən ibarət olduğunu (Qırmızı dağ qolu) izah etmişdir (187,93). Cənubi Azərbaycan ərazisində Balkaz dağlarından başlanan və Xəzərə tökülən Qızıl-Özən çayı ilə lokalizə olunur (102,213). ―Qədim yerli adlar‖dan sayıldığına görə indiyədək mənası aydınlaşdırılmamışdır. Türkcə kizil – ―qırmızı‖ (görünür, çayın axdığı ərazinin vulkan mənşəli qırmızımtıl süxurlarına görə) və ―bunda‖ komponentlərindən ibarətdir. Bu komponent ehtimal ki, Altay dillərindəki buya – ―su‖ sözündən ibarətdir, lakin görünür, türk dillərində y-d əvəzlənməsinə görə ―buda‖ formasını qəbul etmiş və danışıqda (bəlkə də asur dilində bu hidronimi yazan katibin artırmasıdır) ―n‖ səsi əlavə olunmuşdur. Deməli, Kizilbunda ―Qızıl su‖ (çay‖ mənasındadır. Quruluşca Sibirdə Kızil-Xem (Yenisey çayının bir qolu), Türkiyədə Kızil-İrmak və Kızıl-Su çay adları ilə eynidir. U ş k a k k a n (er. əv. 728-ci il). İ. M. Dyakonova görə, Cənubi Azərbaycanda Qaradağda indiki Qarasu çayının hövzəsinin adıdır. (102,201). Ehtimal ki, asurca yazılışında toponim ―uşk‖ və ―akkan‖ hissələrindən ibarət toponimin ―uşk‖ komponenti qədim türkcə inçku- ―sakit‖, ―dayaz‖ (100, 110) sözünün danışıqda təhrifidir. Uşkakkan (asurca yazılışda ―k‖ səsinin qoşalaşdırılması ilə) ―sakit (dayaz) axan‖ mənasında olmaqla Qarasu çayının qədim adıdır (?). U ş k a y a (er. əv. 714-cü il). E. A. Qrantovski bu adı farsca xuşk – ―quru‖ sözü ilə əlaqələndirmişdir (88,276). Y. B. Yusifova görə, toponim türk dillərindəki uç (üç) və kaya, qaya sözlərindən ibarətdir. Uşkaya toponimi Səhəndin şimal ətəyində Üskiyyə kəndinin adında indiyədək qalmışdır. Kənd həqiqətən də Səhəndin sıldırımlı qayalıq ərazisindədir. X a r ş a (er. əv. 744-cü il) və Xarşay (er. əv. 744-cü il). E. A. Qrantovski bu toponimləri İranmənşəli sayır və farsca karşi – ―şırım‖ (kotanın, xışın torpaqda açdığı iz) sözü ilə izah edir (88,195), lakin düşünmür ki, ―şırım‖ sözü heç vaxt yaşayış məntəqəsi adına çevrilə bilməz. Həm də Harşi və Surmurru (asur mənbələrində er. əv. 744 və 728-ci illərdə Mannada qeyd olunan Sumurzu toponimi) adlı şumer toponimi III Ur sülaləsindən Şulqi (er. əv. 2114 – 2067) vaxtından məlumdur. Türk dillərində karşi – ―qala‖, ―möhkəmləndirilmiş yer‖ (V. V. Bartolda görə, karşi – ―saray‖, ―paytaxt‖ mənasındadır (68,161) sözündəndir (bu söz Karşibut və Arsita toponimində də vardır). D a n a k u (er. əv. 713-cü il). İranın Sasani şahlarından II Xosrovun (591-628) vaxtında Cənubi Azərbaycan ərazisində Danak çölünün adı qeyd olunur (114,31). Türkcə dan – ―düzən‖ (160,III,2,1621) sözündəndir. N i ş a a (er. əv. 744-cü il). Midiyada ―ölkə‖ adı. Büsütun qaya yazısında (er. əv. 519-cu il) Nisa kimi qeyd olunmuşdur.Midiyada məşhur cins at ilxılarının saxladığı əyalətdir (Ammian Marsellin, XXIII, 6, 30). Türkcə en, in – ―yer‖, ―aşağı yer‖ (100, 173, 209) və say ―səhra, ―düzənlik‖ (100, 481) sözlərindəndir.Görünür, əvvəlcə ―İnsay‖, yaxud ―Ensay‖ kimi olmuş toponim “i” və “n” səslərinin yerdəyişməsi nəticəsində ―Nisay‖ formasına düşmüşdür.Nisay ―düzən, səhra yeri‖ mənasındadır ki, bu da at ilxılarının saxlanması üçün geniş düzənin olması zərurətinə uyğundur. S a n q i b u t i (er. əv.744-cü il). Er. əv. 821-ci ilə və er.əv. 719 –cü ilə aid asur mənbələrində toponim Saqbat kimidir. E.A.Qrantovskiyə görə, hind dilindəki sanqa – ―əmir‖, ―hökmdar‖ sözündəndir (88, 230). Bəlkə də bu toponimdə türkcə saqa – ―çayın ağzı‖ (160, III, 2, 261), ya da ―dağ ətəyi‖ (100, 486) sözü əks olunmuşdur. Y.B.Yusifov Sanqibuti adının mənbədə göstərildiyi kimi, bara – ―qoyun saxlanılan yer‖ (hər ikisi Mannadadır) sözü ilə əlaqələndirir və Altay ölkələrindəki sanqi – ―üçayaq‖ sözü ilə eyniləşdirir. Onun fikrincə Sanqibuti ―üçayaq dağ qolu‖ mənasındadır (5). Erkən orta əsrlərdə peçeneklərin Cənubi – Şərqi Avropada Saka-Kat (ay) qalasının adı ilə (70,256) müqayisə olunur. Bizcə ―saq‖ və ―sanq‖ komponentləri türkcə ―sanq‖ (bax: Sanqi toponiminə) və ―saqa‖ sözləri ilə əlaqədar olaraq toponimlərdə müxtəlif mənalardadır. Qeyd edilməlidir ki, bu toponimdəki ―bat‖ sözü Manna, Midiya və Albaniyada bir sıra qədim toponimlərdə vardır: Akbatan, Kilimbat, Kitbatay, Aratbat, Pişuauvat (Qaumatın üsyan qaldırdığı yer), Albaniyada Aqbat, Dizapat, Naxçıvanda Ordubad, Tambat və b. Bu toponimlərdə bat, vat sözləri məkan bildirir. İ. H. Əliyev onu Şumer və Elam dillərindəki mate, pate. bate. bitu – ―ölkə‖ sözü ilə əlaqələndirir (44,94). Ona görə bəzi tədqiqatçıların ―bat‖ sözünün İranmənşəli saymaları səhvdir. Bisütun qaya yazısında Payşiyauvad (Payşibat toponiminin qədim farsca yazılışı) və Sakayauvat (Sakabat toponiminin qədim farsca yazılışı) toponimlərində əslində ―bat‖ olan bu komponentin ―vad‖ və ―vat‖ kimi yazılışı da bunu göstərir. ―Bat‖, ‖mat‖ qədim türk mənşəlidir. Müasir Aşqabat toponimi ilə müqayisə olunur. İ. M. Dyakonova görə, Midiyadakı Sanqibitu indiki Zəncan (Həmdullah Qəzvini Zəncanı Sancan kimi qeyd edir) yaxınlığında idi (102). K i t b a t a y (er. əv. 744-cü il). Türkcə kit – ―qüvvətli‖, ―möhkəm‖, ―əsaslı‖ (100,305), bat sözlərindən və Altay dilləri üçün səciyyəvi qədim ―ay‖ şəkilçisindən ibarətdir. S a s i a ş (er. əv. 820 və 744-cü illər). Türkcə ―çay‖ (―sa‖ komponentindən ―y‖ səsinin düşdüyünü güman etsək) və subaş sözlərindəndir. Ərdəbil bölgəsindəki Bərzənd çayının digər adı olan Subaşı və Qara dəniz sahilindəki Sivaş toponimləri ilə müqayisə olunur. Bu toponimin ―siaş‖ komponenti ―ziaş‖ şəklində Aranziaş (Erenziaş – er. əv. 744-cü il, türkcə aran – ―düzən‖, ―qışlaq yeri‖ sözündən) və Zualzaş (er. əv. 744-cü il) toponimində də əks olunmuşdur. T a r v i (er. əv. 714-cü il) Təbriz yaxınlığında yer adı. E. A. Qrantovski bu toponimi qədim hind dilindəki turv, tuvra – ―izləmək‖, Avestadilində turvi –―ali‖ sözləri ilə izah etmişdir (88,281). İ. M. Dyakonova görə, bu toponim İran dillərində ―ikiqat qala‖ deməkdir (102). Bu fikrin hər ikisi yanlışdır. Y. B. Yusifov Tarui) (Tavri) adını türkcə tarau – ―dağ qolu‖, ―çayağzı ayrılma‖ sözü ilə bağlamışdır. Tarmakisu adını isə o, ―çay qolundan keç‖ kimi izah edir. Əslində bu toponim türk dillərindəki tavur (əsli tabur) – ―arabalardan möhkəmləndirilmiş düşərgə‖ sözündəndir. Şimali Azərbaycandakı Tavratəpə (Xanlar rayonu), Tavradağ (Qəbələ rayonu), Tavradağ (Sədərək rayonu), Davradağ (Qax və Gədəbəy rayonları), Tövrətəpə (Qazax rayonu), Təvrə (Qazax rayonu Çaylı kəndi ərazisində təpə), Davrali (Daşkəsən rayonu) və b. toponimlərlə müqayisə olunur. Təbrizin yaxınlığında indi Eynallı adlanan qırmızı süxurlu dağ tirəsi Kontarini (XV əsr) tərəfindən Törə kimi qeyd olunmuşdur. Qədim türk dillərində törə - ―dağ vadisinin hündür hissəsi‖, ―yüksək dağ örüşü‖ (145,550) sözü də vardır. Ehtimal ki, Təbriz toponimi də məhz qədim türkcə tabur, tavur sözündən düzəlmişdir. Bunu Təbrizin coğrafi mövqeyi də təsdiqləyir. Çünki şəhər hər tərəfdən dağlarla əhatə olunmuş böyük dağ düzənliyində, yaylada yerləşmişdir. Eradan əvvəl 744-cü ilə aid asur mənbəbində Tarmakis toponimi qeyd olunur və tədqiqatçılar onu indiki Təbrizlə lokalizə edirlər. Bu lokalizə Təbriz toponiminin mənası ilə təsdiqlənir. Əvvəlcə qeyd edilməlidir ki, asur dilində ―v‖ səsi olmadığına görə ―Tarmakis‖ kimi verilmiş toponim əslində ―Tarvakis‖dir. Tarvakis isə ―r‖ və ―v‖ səslərinin yerdəyişməsi nəticəsində Tavrakis kimi bərpa oluna bilər. Bunu elə Təbriz toponimində ―b‖ səsinin ―r‖ səsindən əvvəldə durması da göstərir. Tavrakis qədim türkcə tavur (tabur) –―maldarların möhkəmləndirilmiş düşərgəsi‖ və naməlum ―kis‖ sözlərindən ibarətdir. Türk dillərində r-z əvəzlənməsinə görə güman ki, ―kis‖ (əslində ―kiz‖) qədim türkcə qir (kir) – ―yayla‖ (100,445) sözündəndir. Təbriz şəhəri həqiqətən də yaylada yerləşir. Görünür, sonralar ―qiz‖ sözündəki ―q‖ səsi ―y‖ səsinə çevrilmiş və danışıqda düşmüş və beləliklə, Tavrakiz (Tavrayiz), (Tavraiz) Təbriz formasını almışdır. Asur mənbəində qeyd olunur ki, Tarmakis dalay tayfasının ölkəsindədir. Deməli, bu toponim həmin tayfanın dili əsasında yaranmışdır. T a u r l a y (er. əv. 820-ci il). Urartuda Tuarasi toponimi ilə eyni olmaqla türk dillərindəki tabur, tavur – ―arabalardan möhkəmləndirilmiş düşərgə‖ sözündəndir. Ümumiyyətlə, dağ adlarında ―tavur‖ sözünün iştirak etməsi səciyyəvidir. Strabon (XI, 4, 13) yazır ki, Ekbatana getmək üçün Tavr dağını aşmaq lazımdır. Midiyanın paytaxtı Akbatan şəhəri idi (Herodot, III,92). İ. M. Dyakonov yazır ki, bu şəhər ―qədim Midiyanın ürəyi idi‖ (102, 179). Herodotun yazdığına görə, şəhəri ilk Midiya çarı Deyok salmışdır (Herodot, I, 98). İ. M. Dyakonov bu toponimin Midiya dilində (lakin o, Midiya dilini İranmənşəli sayır) Hanqmatana adlandığını və ―yığıncaq yeri‖ mənasını verdiyini yazır. (102, 91). Başqa yerdə müəllif bu toponimin İran dillərindəki ham – ―bir yerdə‖, ―birlikdə‖ (Azərbaycan dilindəki ―hamı‖ sözü) və kam – ―getmək‖ sözlərindən əmələ gəldiyini qeyd edir (102, 179). İ. M. Dyakonov fars dilində ―ham‖ sözünün qədim türkcə qamu (hamu) sözündən olduğuna diqqət yetirməmişdir. Başqa yerdə o yazır ki, Aqbatan elam dilindəki ―hanqmata‖, yəni ―midiyalıların ölkəsi‖ sözlərindəndir (102, 179). Akbatan indiki Həmədandır. (―Həmədan‖ formasında bu toponim ilk dəfə IX əsrə aid ərəb mənbələrində çəkilir). Əslində Həmədan toponimi Akbatan adının təhrifidir: ―ak‖ sözünün əvvəlinə ―h‖ səsi əlavə olunmuş, ―batan‖ sözü isə türk dillərində b-m fonetik qanununa görə ―matan‖ şəklinə keçmiş və qədim Akbatan Haqmatan, sonra Həmədan formasına düşmüşdür. Deməli, Həmədanın – Aqbatanın qədim fars dili vasitəsilə ―yığıncaq yeri‖ mənasında olması fikri yanlışdır. Akbatan toponimi sözsüz, madayların dilində olmaqla türkcə ak və Azərbaycan ərazisində bir sıra qədim toponimlərdə iştirak edən bat, bad sözlərindən ibarətdir. ―Aq‖ sözü bu toponimdə, məsələn, Aqdam, Aqdaş, Aqkənd və b. adlarda olduğu kimi, rəng bildirir və şəhərin qala divarlarının ağ rəngli daşdan tikilməsini ifadə edir. Herodot yazır ki, Akbatan qalasının birinci dövrələmə divarı ağ rəngdə idi (Herodot, I,98). Müqayisə üçün deyək ki, Ağdam toponimi də Şahbulaqdakı ağ daşdan tikildiyinə görə ağ və qədim türk dillərindəki tam – ―qala‖, ―qala divarı‖ sözlərindən əmələ gəlmişdir. Midiyada qədim toponimlərin dil mənsubiyyətləri haqqında yuxarıda verdiyimiz izahların müəyyən hissəsi, əlbəttə, ehtimal səciyyəlidir və dəqiqləşdirmələrə ehtiyac var. Coğrafi terminlərdən yaranmış adlar kimi izah etdiyimiz toponimlərin bəziləri bəlkə də tayfa adlarından və şəxs adlarından (tayfa başçılarının adlarından) ibarətdir. Lakin deyilənlər Midiya toponimlərinin türkmənşəli olduğuna şübhə yeri qoymur. Cənubi Azərbaycan ərazisində arasıkəsilməz etnik vərəsəliyi göstərən mühüm bir faktı da qeyd etmək lazımdır: Manna və Midiyada er. əv. I minillikdə çəkilən toponimlərin bəziləri indiyədək az fonetik dəyişikliklərlə qalmaqdadır: Uşkaya – Üskiyə; Kullar – Kullar; Urimzan – Urmu; Kizilbunda – Qızılözən; Sanqi – Səhəng; Kundur – Qotur; Astabene – Üştibin, Uauş – Yaş və b. Madayların türkmənşəli olduğunu göstərən ikinci tutarlı fakt midiyalılarda şəxs adlarıdır. M i d i y a l ı ş ə x s a d l a r ı. Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda ―çarlıqlar‖ (indiki mənada desək ―xanlıqlar‖) mövcud idi. Er. əvvəl IX əsrdən başlayaraq Asur çarlarının bu ―ölkə‖lərə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etmişlər. Lakin araşdırmalarımız Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır. A m a k a r (er. əv. 820-ci il). Ehtimal ki, şumer dilində ama – ―ana‖ və kar – ―qiymətli‖, yaxud gar –―yerləşdirmək‖, ―yerinə qoymaq‖ sözlərindən ibarətdir. Ad ―Ana (ilahə ana) qiymətlidir‖, yaxud ―Ana (ilahə ana) yerinə qoydu‖ mənasında teofor addır. E n q u r (er. əv. 821-ci il). E. A. Qrantovskiyə görə, bu şəxs adı fars dilində əngur – ―üzüm‖ sözündəndir (88,203). Müəllif bilmir ki, Ur-Enqur hakim adı (er. əv. 2112-2095) hələ şumerlərdə vardı, o vaxt orada farslar yox idi. Şumer dilində En – ―Göy allahı‖ və qur – ―izn verdi‖ sözlərindən ibarət olmaqla teofor adlardandır. A r t a s i r a r (er. əv. 820-ci il). İ. M. Dyakonov bu adda qədim farsca məcazi mənada arta – ―möminlik‖, ―zahidlik‖, ―insaf‖, ‖mürvət‖ (202) sözünü görmüş, lakin adın ―sirar‖ komponentini izah edə bilməmişdir. Adın ―arta‖ komponenti hürritcə ardi ―pay‖, ―qismət‖, ―hədiyyə‖ deməkdir. A r t a s a r i (er. əv. 820-ci il). Midiyada Şurdir ölkəsinin hakiminin adı. E. A. Qrantovskiyə görə, İranmənşəli arta (bax: Artasirar adına) və farsca sər – ―baş‖ sözlərindən ibarətdir (88, 185). Ehtimal ki, hürritcə ardi – ―pay‖, ―hədiyyə‖ sözündən və şumerlərdə Sar allahının adından ibarət teofor adlardandır. Ad ―Sar allahının hədiyyəsi, payı (ata-anaya)‖ mənasındadır. P i r i ş a t (er. əv. 820-ci il). E. A. Qrantovski onun farsca pari – ―əvvəllər‖ və şad – ―sevinc‖ sözlərindən ibarət olduğunu yazmışdır (88,195). Ehtimal ki, naməlum Piri (Allah adı?) və akkadca şat – ―sevinc‖ (aydındır ki, er. əv. III minillikdə semit mənşəli akkad dilində şat – ―sevinc‖ sözü fars mənşəli ola bilməzdi) sözlərindən ibarət teofor addır. Akkadlarla Baburişat ―Babu (allahı) sevinir‖ şəxs adı ilə müqayisə olunur. Ad qədim türkcə də izah oluna bilər və qədim türkcə şat – ―cürətli‖, ―cəsarətli‖, ―ürəkli‖, ―qoçaq‖ (100,521) sözü ilə də əlaqədar ola bilər. Onda quruluşca Türk xaqanlığında Kurşad, xəəzərlərdə Moxoşad və Bulişad (VII əsr) xan adları ilə müqayisə olunur T i t a m a ş k a (er. əv. 820-ci il). E. A. Qrantovski ehtimalla İranmənşəli ad sayır (88,195). Şumer dili əsasında izah olunsa, onda ehtimal ki, naməlum di, şumercə da – ―allahın qərarı ilə‖, meş – ―igid‖, ―adam‖ və ku – ―pay‖, ―bəxşiş‖, ―qismət‖ sözlərindən ibarət olmaqla təxminən ―Allahın qərarı ilə (ata-anaya) igid payı (verildi)‖ mənasındadır.Türkcə titim – ―qüvvətli‖, ―qoçaq‖, ―igid‖ (166,III, 218), yaxud tetim – ―davamlı‖, ―dözümlü‖, ―möhkəm dayanan‖, ―müqavimət göstərən‖ (100,556) və mənası bilinməyən ―aşka‖ sözlərindəndir. Orta Asiyada Kuşan çarlığında (I-IV əsrlər) Vasişka, Kanişka və Xubişka çar adları, Albaniyada yaşayan massaketlərin (maskutların) hakimi Sanatrukun sərkərdəsi Anariska, XVI əsrdə Sibirdə Tom tatarlarının başçısı Aşkeney (38,363) adları ilə müqayisə olunur. Adın ikinci komponenti olan ―aşka‖ sözü ehtimal ki, türkcə asıq, aşiq – ―faydalı‖, ―xeyirli‖ sözündən və Altay dilləri üçün səciyyəvi ―ay‖ sönluğundan ibarətdir. Qədim türklərdə bu sözdən yaranmış şəxs adları vardır. 552-ci ildə Türk xaqanlığının banisi Bumın Xan öldükdən sonra yerinə oğlu Kara İsık Xan keçmişdi. Qədim Uyğur xanlarından birinin adı Aşik-Teymur idi (168-130). Çingiz xanın atası Esuqay bahadırın adındakı ―Esuq‖ komponenti də bu adların sırasına aid edilə bilər. Z a r i ş (er. əv. 820-ci il). İranmənşəli ad sayılır və farsca zər – ―sarı‖, ―qızıl‖ sözü ilə əlaqələndirilir (88,214). Ehtimal ki, şumercə Sar allahının adı ilə bağlı teofor addır. Türk-monqolca Sar – ―Ay‖ və eş – ―kimi‖, ―ona bərabər‖ sözlərindən ola bilər. Er. əv. V əsrdə Orta Asiyada saklarda çariça Zarina (sar – ―Ay‖ və ənə - ―ana‖ sözlərindən) şəxs adı ilə müqayisə olunur. Z a n z a r (er. əv. 820-ci il). İranmənşəli ad sayılır və farsca zana – ―tayfa‖ və qədim hindcə zar - ‖hərəkət etdirmək‖, ―başçılıq etmək‖ sözləri ilə əlaqələndirilir (88,213). Türkcə sanqi (monqolca sanca) – ―sayılan‖, ―hamı tərəfindən tanınan‖, ―məşhur‖ və ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözlərindəndir. XVIII əsrə aid Xivə xanlığının arxivindəki sənədlərdə 6 nəfər şəxsin adı Sanqi kimi qeyd olunmuşdur (61). Orta Asiyada Səlcuk sultanlarından Səncər Məlik şah (1086-1157), XIII əsrin əvvəllərində Buxarada xalq hərəkatının başçısı Səncər Məlik və XVIII əsrdə Altayda Kuzen mahalında mülkədar Sanzer (158,314) və s. şəxs adları müqayisə olunur. Şumercə sanq – ―başçı‖, ―kahin‖ (qədim türkcə sanqi – ―sayılan‖, ―hamı tərəfindən tanınan‖ sözünün eynidir) və Sar (allahın adı) sözlərindən də ola bilər. Ş u m a (er. əv. 820-ci il). Akkadca şu – ―məxsusdur‖ sözündən və şumerlərdə Uma ilahəsinin adındandır. Ad ―Uma (allahına) məxsusdur‖ mənasındadır. T a b a y (er. əv. 820-ci il). Ehtimal ki, semit mənşəlidir və taba – ―rəhmli‖, ―mərhəmətli‖ sözündəndir. Akkad mənşəli İli – taba ―Mənim (allahım rəhmlidir‖ adı ilə müqayisə olunur. A m a m a ş (er. əv. 820-ci il). Ehtimal ki, şumercə ama – ―ana‖ (ilahə ana) və meş – ―igid‖, ―qəhrəman‖ sözlərindən ibarət olmaqla teofor addır. Ad ―Amanın (allahın) igidi‖ mənasındadır. T a r s i x u (er. əv. 820-ci il). Hürrit dilində tar – ―qüdrətli‖ və şumercə zi – ―rəhmli‖, ―mərhəmətli‖ və ku – ―pay‖, ―qismət‖, ―hədiyyə‖ sözlərindən ibarətdir. Teofor addır. Bu ad ―mərhəmətli qüdrətlinin (yəni allahın) payıdır (ata-anaya) ‖ mənasındadır. Z a b a n (er. əv. 820-ci il). Şumercə za – ―ürək‖ və ban – ―yaradan‖ (allah)‖ sözlərindən ibarət teofor addır. Ad ―ürəyi yaradan allahdır‖ mənasındadır. U r s i (er. əv. 820-ci il). Bu ad kasların Urzi-qurumaş çar adının ―Urzi‖ komponenti ilə eynidir. Şumercə ur – ―kişi‖, ―adam‖, (qədim türklərdə ur – ―onul‖) və zi – ―gözəl‖, ―xoş‖, ―rəhmli‖, ―mərhəmətli‖ sözlərindən ibarətdir. Şumerlərdə Ur-Huma – ―Huma allahının adamı‖, Ur-sak – ―Kişi-baş (qul)‖ və b. şəxs adları ilə müqayisə olunur. Ya da şumercə ur – ―sayan‖, ―hörmətini saxlayan‖ və zi – ―həqiqi‖, ―mömin‖, ―ədalətli‖ sözlərdən ibarət olmaqla ―(Allaha) həqiqi pərəstiş edən‖ mənasındadır. Bu adı hürritcə ur – (u) hzi – ―ədalətli‖, sözü ilə də əlaqələndirmək olar. H a n a s i r u k a (er. əv. 820-ci il). E. A. Qrantovskiyə görə, hind dilindəki sana – ―qədim‖, ―köhnə‖ və farsca zirək sözlərindən ibarətdir (88,205). Əslində ad şumercə An allahının adından (başdakı ―h‖ semit mənşəli artırmadır), azir – ―gözləyən‖, ―mühafizə edən‖ və uku – ―övlad‖, ―oğul‖ sözlərindən ibarət təmiz Altay-türk mənşəlidir. Hanasiruka ―An (allahının) mühafizə etdiyi (qoruduğu) varis, (oğul)‖ mənasındadır. P a m a t e y a (er. əv. 744-cü il). Er. əv. 674-cü ilə aid asur mənbələrində Midiyada Remateya şəxs adı çəkilir. İranmənşəli ad sayılmış və qədim farsca ―rava-tavu‖ sözlərindən ―sevincli‖, kimi mənalandırılır (102,262; 88, 234). Türkcə ırım – ―qabaqcadan xəbər verən‖ (160,III, I, 19-20) və ata (atay) sözlərindəndir. Qamata (qədim farsca Qaumata) şəxs adı ilə müqayisə olunur. A d a d a n u (er. əv. 820-ci il). E. A. Qrantovskiyə görə, qədim hindcə danu – ―rəşadətli‖, ―şanlı‖, ―Avesta‖, dilində ada – ―əvəz‖, ―qarşılıqlı‖ sözlərindəndir (88). Şumercə ada ―ata‖, da – ―(Allahın) qərarı ilə‖və ni – ―verdi‖, ―mükafatlandırdı‖ sözlərindəndir. Ad – ―Allahın səyi ilə ata verdi‖ kimi aydınlaşdırıla bilər. K i a r a (er. əv. 820-ci il). Teofor (allah adları ilə bağlı ad) ad olmaqla şumer dilində Ki – ―Yer Allahı‖ və ara ―qul‖ (103,50) sözlərindəndir. Bütünlükdə ad ―Yer allahının qulu‖ deməkdir. Qeyd edilməlidir ki, bu şəxs adındakı Ki – ―Yer Allahı‖ sözü er. əv. 713-cü ilə aid mənbədə qeyd olunan midiyalı Kibaba şəxs adında da vardır. Həmin ad şumercə Ki – ―Yer Allahı‖, ba – ―vermək‖, ―bağışlamaq‖ sözlərindən, həmin dildə adların sonlarında iştirak edən ―ba‖ – fonetik komponentindən (103,42) ibarət olub, ―yer Allahının verdiyi (bağışladığı)‖ mənasındadır. M u n s u a r t a (er. əv. 820-ci il). Bir sıra tədqiqatçılar bu adı ―arta‖ komponentinə görə onu iranmənşəli saymış və beləliklə, Mannada və Midiyada hələ er. əv. IX əsrdə qədim farsların yaşadığını yazmışlar. Lakin onlar bu adın ―Munsu‖ hissəsini izah edə bilməmişlər.Əslində isə ad şumercə mu – ―mənim‖, ―mənim adım‖, zu – ―müdrik (allah)‖ və Artasari adında olduğu kimi hürritcə ardi – ―pay‖, ―hədiyyə‖ sözlərindən ibarətdir. Bu teofor ad təxminən ―müdrik (Allahın) payıyam‖ mənasını verir. Manna və Midiyaya hurrit mənşəli sözlərin iştirak etməsi təəccüblü sayıla bilməz, ona görə ki, hürritlər Manna ərazisində də yaşayırdılar. B a q d a t t i (er. əv. 716-cı il). İranmənşəli ad sayılır. Məhz bu ada görə İ. M. Dyakonov (102), E. A. Qrantovski (88,68) er. əv. VII əsrdə Urmiya gölü ətrafında artıq farsların yaşadığı nəticəsinə gəlmişlər. Y. B. Yusifov Baqdatti adının türk-monqol mənşəli boqdo – ―müqəddəs‖ sözündən və -ti (-li) şəkilçisindən ibarət olduğunu yazmışdır (179, 146). Ehtimal ki, şumercə bak – ―parıldamağa başlamaq‖ və Utu – ―Günəş allahı‖ sözlərindəndir. Ad ―Günəş (allahı) parıldadı‖ mənasındadır. K a r a k k u (er. əv. 714-cü il). İranmənşəli ad sayılır və qədim fars dilində kara – ―xalq‖, ―camaat‖ sözü ilə əlaqələndirilir. Sonra da ermənilərdə Karapetşəxs adı ilə müqayisə edilir (88,267). Halbuki qədim fars dilindəki ―kara‖ sözü türk mənşəlidir və ermənilərə də farslardan keçmədir. Ehtimal ki, lulubilərdə və kaslarda Kuri allah adından və şumercə uqu – ―övlad‖ (müqayisə edin: qədim türkcə uk – ―varis‖, ―övlad‖, ―oğul‖) sözlərindəndir. A d a (er. əv. 716-cı il). Türkcə ədə sözündəndir. Qara dənizin şimal çöllərində yaşayan skiflərdə Ada şəxs adı ilə eynidir. P a y u k k u (er. əv. 714-cü il). Asur dilində ―k‖ səsi qoşalaşdırılmışdır. Ehtimal ki, şumercə ba – ―bağışlandı‖ və uku – ―övlad‖, ―oğul‖, ―varis‖ sözlərindəndir. H u m b e (er. əv. 714-cü il). Şumer mifologiyasında Humdada personajının adı ilə səsləşir. D u s a n n i. (er. əv. 714-cü il). İran mənşəli ad sayılır(102,277). Şumercə du – ―rəhmli (allah)‖, sa – ―ürək‖ və ni – ―verdi‖, ―bağışladı‖ sözlərindəndir. Ad ―rəhmli (allah) ürək verdi (ürək verməklə mükafatlandırdı)‖ mənasındadır. U z i (er. əv. 714-cü il). E. A. Qrantovskiyə görə, Avesta dilindəki uz – ―hörmət etmək‖, ―saymaq‖ (88,237) sözündəndir. Şumercə uzu – ―gələcəkdən xəbər verən‖ (azərbaycanca ―yozmaq‖ felinin kökündə bu söz qalır), qədim türkcə uz – ―bacarıqlı‖, ―təcrübəli‖, ―mahir‖ (166,I, 306-307) sözündəndir. Quruluşca VI əsrin ortalarında türk alanların başçısı Soraziy (yazılışı yunancadır, əslində Sar-Uziy ) şəxs adı ilə müqayisə oluna bilər. U z u m a n d a (er. əv. 714-cü il). Şumercə uz u ―gələcəyi xəbər verən‖, ―müdrik‖, man – ―mən‖ və da ―(Allahın) qərarı ilə‖ sözlərindən ibarətdir. Ad ―Mən müdrik allahın qərarı ilə‖ mənasındadır. Z i z i (er. əv. 714-cü il). Asur dilində ―c‖ səsi olmadığına görə Cici adının yazılışı. Eranın I əsrində Şərqi Hun xaqanlığının xaqanı Cici (36-cı ildə ölmüşdür), VI əsrdə Avar xaqanlığının xanı Sizibul (ad yunan mənbəindədir, yunan dilində də ―c‖ səsi yoxdur), Çingiz xanın qardaşı Cuci-Xəzər, XIII əsrdə monqol sərkərdəsi Cuci şəxs adları ilə müqayisə olunur. Mənasını müəyyən edə bilməkdir. Z a t a (er. əv. 714-cü il). Ehtimal ki, şumercə sa, za – ―ürək‖ və da ―(allahın) köməyilə‖ sözlərindən ibarətdir. Ad ―(allahın) köməyi ilə verilmiş ürək‖ mənasındadır. D u r i s i (er. əv. 714-cü il). Güman ki, Semit mənşəli akkad dilində duri - ―(mənim) dayağım‖ və Sin (Allah) sözlərindəndir. A n z i (er. əv. 714-cü il). Şumer dilində An (Ana) ―Göy allahı‖ və zi, zu –―bilmək‖ (bax: Kuriqalzu adına) sözlərindəndir. Şumerlərdə ensi, kassitlərdə (kasslarda) yanzi, yanzu –―hakim‖ sözü ilə eyni mənşəlidir. Erkən orta əsrlərdə uyğurlarda Enç-Buka şəxs adının (168,144) birinci komponenti olan enç (i) sözü ilə müqayisə olunur. M a ş d a y a u k k u (er. əv. 714-cü il). İran mənşəli ad sayılır və farslarda Ahuramazda (Hörmüz) allahının adı ilə əlaqələndirilir (102,214). Şumercə maşda – ―məbəd təsərrüfatının adamı‖ və uku – ―oğul‖, ―varis‖ sözlərindən ibarətdir. Ad ―məbəd təsərrüfatında işləyəcək oğul‖ mənasındadır. K a k i (er. əv. 714-cü il). Er. əv. 520-ci ilə aid bir mənbədə də Midiyada Kaki şəxs adı qeyd olunur. Er. əv. 859-cu ilə aid asur mənbəində göstərilən Kaki adlı mannalı hakimin adı ilə eynidir. Şumer dilində Ki-ag (a) – ―sevimli‖ (103,81) sözündəndir. Türkcə qaqa –―böyük qardaş‖ sözü ilə müqayisə olunur. Z a r d u k k u (Er. əv. 717-ci il). Asur dilində ―k‖ səsi qoşalaşdırılmış və sonuna ―u‖ adlıq hal şəkilçisi əlavə olunmuşdur. Əsl forması Zarduk. Şumercə Sar, Şar allah adından və duk – ―rəhmli‖, ―mərhəmətli‖ (103,50) sözlərindəndir. Ad ―mərhəmətli Sar (allahı)‖ mənasındadır. D a y a u k k u (er. əv. 715-ci il). Bir sıra tədqiqatçılar İranmənşəli ad saymışlar. Şumercə da ―(allahın) köməyi ilə‖ və uku – ―oğul‖, ―övlad‖, ―varis‖ sözlərindən ibarət teofor addır. K a r z i n u (er. əv. 713-cü il). Adın sonundakı ―u‖ asur dilində əlavə olunduğuna görə əsl adı Karzin. Şumercə qar – ―qiymətlidir‖ və Sin allahının adından ibarət teofor addır. ―Sin‖ (allahı) qiymətlidir‖ deməkdir. Z a n a s a n a (er. əv. 674-cü il). İ. M. Dyakonova görə, fars dilindəki hşana –―tayfası olan‖, ―əsil-nəsilli‖ deməkdir (12,262). Şumercə sa, za – “ürək”, An (allah adı) və san (q) – ―ən birinci‖, ―ilkin‖, ―başçı‖, ―kahin‖ sözlərindən ibarət teofor addır. E p a r t u (er. əv. 674-cü il). Şumercə ina – ―(o) seçdi‖, ərə ―qul‖ və Utu (Günəş allahı) sözlərindən ibarət teofor addır. Təxminən ―Utu (Günəş allahı) qul seçdi‖ mənasındadır. K a ş t a r i t a (er. əv. 673-cü il). Asuriya irticasına qarşı üsyan qaldırmış Midiya hakiminin adı. Midiyada Kas tayfasının başçısı. İranmənşəli ad sayılır və qədim farsca hşadrua – ―hakim‖, ―hökmdar‖ kimi mənalandırılır (88, 209). Bu ağlabatan fikir deyil, çünki ayrılıqda ―hökmdar‖ sözü şəxs adına çevrilə bilməz. Adın qədim farsca yazılışı düz, asurca yazılışı isə səhvdir. Bizcə, Kaştarita Kas (kaş) etnonimindən, türk-monqol dillərindəki tərə, tari, törü – ―qanun‖, ―qayda‖ (100,349) və tay – ―kimi‖ sözlərindəndir. Ad ―kaşların qanun-qaydasına riayət edən‖ mənasındadır. Quruluşca VIII əsrin ortalarında uyğurlarda Kut-Tore xanın adı ilə uzlaşır. Q a u m a t a (er. əv. 519-cü il). Fars hakimiyyətinə qarşı üsyan qaldırılmış və çarlığı ələ almış midiyalı maqın adı. Bisutun qaya yazısının qədim farsca variatında Qaumata, babilcə variatında Qumata kimi qeyd olunmuşdur. Adın qədim farsca yazılışında həmin dilin qrammatik qanunlarına uyğun “u” səsi əlavə olunmalıdır. Məsələn, həmin qaya yazısında Midiya toponimləri olan Payşibat və Sakabat qalalarının adları Payşiyaubad və Sakayaubat kimi yazılmış və deməli, hər iki toponimdə “u” səsi artırılmışdır. Deməli, Qaumata kimi yazılmış ad əslində Qamata olmaqla türkcə qam – ―şaman‖, ―həkim‖, ―qabaqcadan xəbər verən‖, ―yozucu‖ və ata – ―nəsildə və ailədə başçı‖ sözlərindəndir. Ad ―şamanların başçısı‖ , ― şaman ata‖ mənasındadır.Adın bu etimologiyasını ilk dəfə prof. F.Cəlilov təklif etmişdir. V əsrin erməni tarixçisi Moisey Xorenasi I əsr hadisələrindən danışarkən Ermənistanda Paskam (yazılışı ermənicədir) şəxs adını çəkir (23). Bu ad türkcədir, ona görə ki, həmin müəllif Paskamın nəslindən Türk (ermənicə yazılışda Tork) adlı şəxsi qeyd edir və onu ―kobud cizgili, hündür boylu, yöndəmsiz, yastı burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng bədənli, və qüvvətli‖ kimi xarakterizə edir. Bu da monqoloid irqə mənsub adamın xarici görünüşünün təsviridir. Ona görə Paskam türkcə ―Baş qam‖ mənasını verir. Hunlarda Eşkam (―Dost qam‖), Krımda Bospor çarlığında er.əv. III əsrdə üsyan qaldırmış skif Samvak (yazılışı qədim yununcadır, türkcə kam, qam – ―şaman‖ və bak – ―bəy‖, ―tayfa başçısı‖ sözlərindən; azərbaycanlılarda Qambay şəxs adı bu sıraya aid edilə bilməz, çünki mənşəcə ―himayəçi‖, ―hami‖, ―müdafiəçi‖ mənalarında monqollarda Qombo şəxs adının fonetik formasıdır), ―Kitabi Dədə Qorqud‖da Qamxan, orta əsrlərdə Türkmənistanda Sufi şeyx seyid- Ata (36- 373) şəxs adları ilə muqayisə olunur. İndi də er.əv. V əsrdə yaşamış yunan tarixçisi Herodotun ―Tarix‖ əsərində qeyd edilən Midiya şəxs adlarını nəzərdən keçirək. Qeyd edilməlidir ki, Herodotun əsərində Midiya yer və şəxs adlarının hamısı təhrifə uğramış formalardadır. Herodot yazır ki, onun məlumatçıları (informantları) farslar olmuşlar. (Herodot, I, 95). Deməli, farsca olmayan adlar fars dilinə uyğunlaşdırılmış şəkildə tələffüz olunmalı, Herodot isə farsın tələffüzündə eşitdiyi adları yunan dilinə uyğun tərzdə yazmalı idi. D e y y o k (er. əv. VIII əsr). Asur mənbəyində Dayaukku. Asur dilində “k” səsi qoşalaşdırılmışdır. Əsl forması Dayauk olmuşdur. İ. M. Dyakonov bu adın qədim farsca dahuyi – ―ölkə‖, ―tayfa ittifaqi‖ (fars dilində dəh – ―kənd‖ sözünün qədim forması) və -k şəkilçisindən ibarət olduğunu yazmışdır (102, 178), lakin düşünməmişdir ki, ―ölkə‖, ―tayfa ittifaqı‖ sözü heç vaxt şəxs adına çevrilə bilməz. Ad şumercə da – ―(Allahın) qərarı ilə‖ və uku – ―övlad‖, ―varis‖ (qədim türkcədə də uk – ―varis‖, ―oğul‖, ―nəsil‖ bax: 166, I, 582) sözlərindən ibarətdir. Ad ―Allahın qərarı ilə doğulmuş övlad‖ mənasındadır. K i a k s a r. Midiya çarı (er. əv. 625-584). İlk böyük türk olan Kiaksar Manna və Midiya ərazisinə arasıkəsilməz basqınlar və qarətçi – hərbi səfərlər keçirmiş təcavüzkar Asur çarlığına son qoymuş şəxsdir. Herodotun yazdığına görə, 520 il müddətində asur çarları Manna və Midiya əhalisinə qarşı amansız olmuşlar. Asurlar tutduqları şəhər və kəndlərin kişilərinin qollarını və qulaqlarını kəsir, gözlərini çıxardırdılar; mannaların və madayların başçılarını isə özləri ilə aparır, sarayda çarın və əyanların qarşısında dərilərini soyurdular. Kiaksar şəxs adının əsl formasını bərpa etmək çətindir. Şübhəsiz, Herodot fars məlumatçısından eşitdiyi adı qədim yunan dilinə uyğun surətdə yazmışdır. Er.əv. 519-cü ilə aid Bisutun qaya yazısında bu ad Huvaxştra Asur mənbələrində bir neçə midiyalının adında ―satar‖ komponenti nəzərə çarpır: Satarpay, Satarpanu, Sataret və b. Ona görə də Kuvaksatar şəxs adındakı ―satar‖ komponentinin türkcə şat – ―vəliəhd‖, ―şahzadə‖ və ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözlərindən ibarət olduğunu güman etmək olar . XVIII əsrdə Xivə xanlığının aid arxiv sənədlərində qaraqalpaqlarda 9 nəfər Sadır şəxs adı çəkilir (61).İ.M.Dyakonov və E.A.Qrantovski adlarda ―satar‖ sözünü qədim fars mənşəli hşatra – ―hakimiyyət‖ sözünün asurca yazılışı sayır (102) və bunun əsasında Maday etnosunun Arimənşəli (fars mənşəli) olduğunu yazırlar. Lakin yuxarıda deyilənlər bu fikrin yanlış olduğunu göstərir. Orta Asiyada sak çarlarından biri Saksatar (bu adı er.əvvəl II əsr müəllifi Poliyen çəkir) şəxs adı məlumdur. Adın birinci komponenti Şərqi hun xaqanı Metenin oğlu Kiek (yazılışı çincədir, Kuyak, Kuvak kimi də oxuna bilər) və Çingiz xanın nəvəsi Quyuk xanın (1205- 1248) adlarında da vardır. Kiaksar (huvaxştra) şəxs adının dəqiq mənasını müəyyən edə bilmədik. Əgər bu ad məhz Herodotun yazdığını kimi səslənmişsə, onu şumer dilində kiak – ―sevimli‖ (103, 81) sözündən və Sar (Şar) – Aşur allahının adından ibarət olduğunu və (allahı) ―sevimlidir‖ mənasını verdiyini ehtimal etmək olar. Belə halda Kiaksar Midiyada teofor adlardandır. A s t i a q (Herodot, I, 153). Midiyanın axırıncı çarı Astiaq türklərin tarixində qara səhifə açmış şəxslərdəndir. Onun öz sərkərdəsi Harpaqa (əslində Arpaq) qarşı ədalətsiz münasibəti (oğlunu öldürüb ətini atasına yedizdirməsi) Harpaqın Astiaqa qarşı vuruşan fars ordusunun tərəfinə keçməsinə və bununla da Herodotun ―rəşadətli kişilər‖ adlandırdığı (Herodot, I, 96) midiyalılardan hakimiyyətin farslara keçməsinə səbəb olmuşdur. Herodotun ―Astiaq‖ kimi yazdığı ad er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının farsca versiyasında İştivequ, babilcə versiyasında İştimequ (bu dildə ―v‖ səsi yox idi) formalarındadır (102, 18). İ. H. Əliyev bu adı Elam mənşəli saymış və elamca İştu allahının adının əks etdirdiyini yazmışdır (43, 78). Həqiqətən də U ş t a ş a y (er. əv. 820-ci il). Türkcə uş – ―uç‖, taş-―qaya‖, ―daş‖ sözlərindən və altay dillərində adların sonları üçün səciyyəvi ―ay” şəkilçisindəndir. N i r u t a k t a (er. əv. 744-cü il). Midiyada bir dağın adı. Türkcə və monqolca nuru-“uçqunlu yer‖ (İsmayıllı rayonunda Nuran kəndi də məhz uçqunlu yerdədir və monqolca nuru və an sözlərindəndir), yaxud türkcə naru- ―o üzdə‖, ―o tərəfdə‖, ―o tayda‖ və takta – ―dağlıq ərazidə terrasvarı düzən yer‖ sözlərindəndir. Maraqlıdır ki, Cənubi Azərbaycanda Savalan dağının döşündə əhalisi türkdilli Nir kəndi yaxınlığında Nir çayı vardır. İbn Xordadbeh (IX əsr) Sarabdan 5 fərsəh (təxminən 32-33 km-də), Ərdəbildən 4 fərsəh aralıda Nir yaşayış məntəqəsinin adını çəkir (I,17). T u k l i a ş (er. əv. 744 və 728-ci illər). Türkcə tuk-―yarımada‖, ―burun‖, ―körfəz‖ (145,570) sözündən, -li şəkilçisindən və naməlum mənalı aş komponentindən ibarətdir. U r i m z a n (er. əv. 728-ci il). Qeyd edilməlidir ki. Manna və Midiya ərazisində bir sıra toponimlər ―zan‖ komponenti ilə bitir: Kilzan, Aqanzan, Ançan (Anşan) və b. Türkcə irim – ―su burulğanı‖, ―qurumaqda olan çayın su axan hissəsi‖ (145,235), yaxud urem – ―kollu, qamışlı çaybasar‖, ―subasar sahə‖, ―çaylar‖ (145,580) və özən – ―çay‖, ―vadi‖, ―düzən‖ (166, I 510) sözlərindəndir. Məsudi (X əsr) Cənubi Azərbaycanda Masobzan toponimini qeyd edir. Quruluşca erkən orta əsrlərdən məlum olan Uyğur ölkəsində Urimçi (Beşbalık şəhərinin digər adı, 68, V, 242, 168, 41), Dağlıq Altayda Biy çayının qolu Kebozen, Sibirdə Berezan (Oka çayının hövzəsi), Uralda Yaruozan, Volqaboyunda Çeremsan, Cənubi Qafqazda Alazan, İranda Qızılüzən və s. toponimləri ilə eynidir. T i l a ş u r i (er. əv. 737-ci il). Ehtimal ki, bu toponimin suyu çox şor (mixi yazıda ―o‖ və u‖ səsləri eyni işarə ilə yazılırdı) olan Urmiya gölü ilə bağlıdır. Urmiya gölünün içərisində ada indi də Tilə adlanır. XIII əsr ərəb coğrafiyaçısı Yaqut Həməvi Urmiya gölünün Tala adlandığını yazmışdır (32,29). Tilə toponimi qədim türkcə tilkə ―hissə‖, ―zolaq‖, ―torpaq sahəsi‖ (100,560) sözünün fonetik şəklidir. Müqayisə üçün deyək ki, Xəzərdə indiki Pirallahı adasını antik müəllif Pomponiy Mela (er. əv. I əsr) Talqe kimi qeyd etmişdir. O yazır ki, bu adada bol məhsul və meyvə allaha mənsubdur (Pomponiy Mela, III,6,58). Bu toponimi II əsr müəllifi Ptolemey Talka kimi yazır (Ptolemey,VI,9,8). Deməli, həm Xəzərdə, həm də Urmiya gölündəki adlar – qədim türkcə ―tilkə‖ sözündəndir. Urmiya gölü həm də qədimdə Şor adlanmışdır. X əsr ərəb coğrafiyaçısı İstəxri gölün adını əş-Şurat, XIV əsr müəllifi Həmdullah Qəzvini isə Şora kimi yazmışlar. IX əsr ərəb tarixçisi Təbəri Urmiya gölü içərisində qalanın Şahi adlandığını yazır. Şahi türkcə say-“vulkan mənşəli daşlıq yer‖ sözünün təhrifidir. Deyilənlərdən belə çıxır ki, Tilaşuri ―Şorda (duzluqda) torpaq (quru) hissə‖ mənasını verir. Ehtimal ki, Mannada er. əv. 834-cü ildə həkim Şulusunun ―ölkə‖sinin adı kimi çəkilən Masaşuru toponimi də Şor adlanmış Urmiya gölünün adı ilə bağlıdır.

Midiyada ondan əvvəl İşteluku və İştesuku şəxs adları məlumdur. Lakin o, adın ikinci hissəsini izah edə bilməmişdir. Qeyd edilməlidir ki, qaya yazısının farsca versiyasında da adın sonunda ―u‖ səsinin yazılması göstərir ki, bu səs, adətən, asur dilində adların sonuna əlavə olunan ―u‖ adlıq hal şəkilçisi deyil. Ehtimal ki, ad Elam mənşəli İştu allahının adından və şumercə ―be‖ şəkilçisindən və gu – ―mənimdir‖ sözlərindən ibarət olmaqla ―İştu (allahı) mənimdir‖ mənasındadır. Bəlkə də Elam mənşəli İştu (yaxud hurritcə İştu ―parlaq‖) allahının adından, şumercə be – ―hökmdar‖, ―bəy‖, ―cənab‖ və ku – ―mənimdir‖ sözlərindən ibarətdir. Ad ―hökmdar İştu allahım‖ mənasındadır. H a r p a q (Herodot, I, 162). Çar Astiaqın qohumu, Maday ordusunun komandanı. Adın əvvəlinə ―h‖ səsi əlavə olunmuşdur (Herodotun məlumatçısı fars olduğuna görə adı ―Harpaq‖ kimi tələffüz etmiş və müəllif də belə yazmışdır). Şumercə ara, ərə - ―qul‖ (məbəd təsərrüfatında işləri qul), ba – ―bağışlamaq‖ və ku – ―qismət‖, ―pay‖ sözlərindən ibarət teofor ad olub ―(Allah) qul payı bağışladı‖ mənasındadır. Er. əv. 713-cü ilə aid asur mənbəyində çəkilən midiyalı Arbaku adının eynidir. M a z a r e s (Herodot, I, 137). Harpaqdan qabaq fars ordusunun komandanı (Herodot, I, 137) olmuş Midiyalı şəxsin adı. Şumercə mez – ―ər‖, ―kişi‖, və ere – ―qul‖ sözlərindən ibarət olmaqla (―Allahın‖ qulu, kişisi) mənasındadır. Sondakı ―s‖ yunan dilində əlavə olunmuş şəkilçidir. M a n d a n a. Çar Kiaksarın qızının adı (Herodot, I, 107). Şumercə Man – ―mən‖, da – ―(Allahın) qərarı ilə‖ və Ana (Göy allahı)‖ sözlərindən ibarət teofor addır. ―Mən – Göy allahının qərarı ilə‖ mənasındadır. D a t i s (Herodot, VI, 94). İranmənşəli ad sayılır. Er. əv. 820-ci ilə aid asur mənbəyində Dada şəxs adı ilə eynidir. Türkcə ―dədə‖ sözündən olan Daday şəxs adının sonuna qədim yunanca ―is‖ şəkilçisinin əlavə olunması ilə təhrif olunmuş addır. Şərqi türk xaqanlığının xanı Dota (VII əsrin əvvəlləri) xanın adı ilə müqayisə olunur. A r t e m b e r (Herodot, I, 114). Midiyalı bir zadəganın adıdır. Bütün tədqiqatçılar ―art‖ komponentinə görə, İranmənşəli ad sayırlar. Ehtimal ki, hürritcə ardi – ―pay‖, ―qismət‖, ―pay‖, şumercə am – ―bu‖, ―budur‖ və par – ―parladı‖, ―işıqlandı‖ sözlərindən ibarət olmaqla tteofor addır. Təxminən ―Bu (yəni doğulmuş körpə allah tərəfindən verilmiş) paylayan paydır‖ mənasındadır. P a k t u o s (Herodot, I, 153). Şumercə bak – ―yaradan‖ və Utu (Günəş allahı) sözlərindən ibarət teofor addır. Ad ―Utu (Günəş allahı)‖ yaradandır‖ mənasındadır. Adın sonundakı ―os‖ Herodotun əlavə etdiyi qədim yunan mənşəli adlıq hal şəkilçisidir. Er.əv. V əsrdə yaşamış tarixçi Ktesiy Midiyada aşağıdakı çar adlarını qeyd etmişdir: A r b a k. Herodotun qeyd etdiyi Harpaq adının eynidir. Siciliyalı Diodora görə, Arbak Midiyanın ilk çarı olmuşdur. İ.H.Əliyevə görə, bu ad kassit dilində ―harbe‖ sözündəndir (44, 95). A r t i k. Türkcə ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ və tın (q) – ―möhkəm‖, ―qüvvətli‖ (100)sözlərindəndir. Bu adın ikinci komponenti 558-ci ildə Bizansa göndərilmiş Avar xaqanlığının səfiri Kandixin adındakı ―dix‖ komponenti ilə eynidir (ad türkcə kan – “xan” və tınq sözlərindən ibarətdir). XVIII əsrə aid Xivə xanlarının arxivindəki sənədlərdə Artik bəy, Artiq Muhəmməd, Artuq biy və b. şəxs adları vardır (bax: 61). M a n d a u k. Şumercə man – “mən”, da – ―(Allahın) qərarı ilə‖ və uqu - ―övlad‖ (qədim türkcə uk – ―varis‖, ―oğul‖) sözlərindən ibarət teofor addır. Təxminən ―Mən – Allahın qərarı ilə övladam‖ mənasındadır. A r t u k. Şumercə ara, ərə - “qul” və Utu (k) – Günəş Allahı sözlərindən ibarət teofor ad olub ―Utu (k) Allahının qulu‖ mənasındadır. Akkadlarda şumer mənşəli Marduk (şumercə amar – ―bala‖ və Utu (k) – Günəş Allahı sözlərindən ―Utu Allahının balası‖ deməkdir) Allahının adı ilə müqayisə oluna bilər. A s t i b a r. Midiyada bir hakimin adı. İ.M.Dyakonov bu adı ―Arştibara‖ kimi götürərək (deməli, ada ―r‖ və ―a‖ səslərini əlavə edərək) onun farsca ―nizə (mızraq) daşıyan‖ mənasında olduğunu yazmışdır (102, 27). Ehtimal ki, Elam mənşəli İşti allahının adından və şumercə bar – ―parıldadı‖ sözündən ibarət teofor addır.―İştu (allahı) parladı (parıldadı)‖ mənasındadır. A s p a d. Midiyada bir hakimin adı. Farsca əsb – ―at‖ sözünə görə bu adı İranmənşəli sayırlar. Əslində ad şumercə aş – “bir”, ―vahid‖ və ―ipa (d) – ―o (yəni, Allah) seçdi‖ sözlərindən ibarət olub ―Allah bircə (onu) seçdi (yəni dünyaya gətirdi)‖ mənasında teofor addır. Biz Manna və Midiyada şəxs adlarının və toponimlərin bir hissəsi ilə oxucunu tanış etdik aydın oldu ki, bu xalqlarda heç bir İranmənşəli, yaxud farsmənşəli ad yox idi. Maraqlı cəhət odur ki, Manna və Midiyada şəxs adlarının çoxusu şumer mənşəlidir. Bunun səbəbini izah etmək çətindir. Müxtəlif mülahizələr irəli sürmək olar. Birincisi, çoxminillik qarşılıqlı əlaqələr nəticəsində şumerin teofor şəxs adları mannalara və madaylara da keçmişdir; Qeyd edilməlidir ki, bu adlar akkadlarda, elamlarda və urartulularda da bu və ya digər dərəcədə vardır. İkincisi, mannaların və madayların ulu əcdadları olan kutilər və lulubelər mənşəcə şumerlərlə eyni etnik kökə mənsubdur.Üçüncüsü, şumerlərin bir hissəsi mannaların və madayların əcdadlarına qarışmışdır. Ümumi nəticə budur ki, şumerlər, kutilər, lulubelər, nisbətən so nra gəlmiş kaslar və kaspilər Altay – türk mənşəli etnoslar idilər. Madayların türkmənşəli etnos olduğunu subut edən bir fakt da vardır. Bu antik mənbələrdə Maday və Pars (fars) etnosları arasında etnik fərqlərə aid məlumatlardır.

Hələ bir asur mənbəyində ―qüdrətli madaylar‖ ifadəsi işlədilir və onlar arilərdən fərqləndirilir (102, 220). Herodotun əsərində və Bisütun qaya yazısında Maday və Pars etnosları qarşı-qarşıya qoyulur və bir-birinə düşmən etnoslar kimi göstərilir. Herodot yazır ki, Midiya çarı Deyyokun oğlu Fraorta parsların üstünə getmiş və düşmənini özünə tabe etmişdir (Herodot, I, 101). Həmin məlumatda Herodot yazır ki, Midiya çarı Fraorta atası Deyyokdan sonra təkcə midiyalılar üzərində hakimiyyətlə kifayətlənmədi və farsların üstünə hücum edərək onları tabe etdi. ―Bu iki xalqa‖ (deməli, madaylar və farslar müstəqil xalqlar kimi qeyd olunur – Q. Q.) yiyələndikdən sonra çar Asiyanın başqa xalqlarının üstünə getdi‖ (Herodot, I, 102). Midiya tayfalarından biri olan maqlar sonuncu Midiya çarı Asitaqa demişlər: ―Əgər o (yəni, Maday çarlığı – Q. Q.) bu fars oğluna (Fars əyalətinin hakimi Kir nəzərdə tutulur – Q. Q.) keçsə biz midiyalılar da (deməli, maqların artıq maday etnik adı var) qul olacayıq, farslar bizə yadellilər kimi alçaq nəzərlə baxacaqlar‖ (Herodot, I, 114). Fars əyanlarından biri Qobriiy deyir: ―İndi farsların üzərində hökmdar midiyalı maqdır‖ (Herodot, III, 73). Maq Astiaqa deyir: ―Sən bizim həmtayfamızsan‖. Deməli, maq və maday etnik mənsubiyyətcə eyni etnosdur. Herodot yazır ki, fars çarları öz bacılarına da evlənirlər (Herodot, III, 31). Məsələn, fars çarı Kambiz bacıları Roksana və Atossa ilə evlənmişdi. Herodot oradaca qeyd edir ki, bu ―farsların dini əqidəsindən‖ irəli gəlir. Lakin Manna və Maday çarlarında bu mənfur adətə meyl heç bir mənbədə qeyd olunmur. Ümumiyyətlə, türk xalqlarında qədimdən nigah ciddi ekzoqam idi. Herodot yazır ki, midiyalıların farslardan fərqli öz paltar formaları var və farslar da bu paltarı onlardan qəbul etmişlər (Herodot, III, 81). Əgər Pars və Maday qohum etnoslardırsa, yəni eyni etnosun iki hissəsidirsə, nəyə görə geyimləri fərqlidir? Herodot Pars çarı Kserksin Afinaya hücumundan danışarkən yazır ki, ordunun silahı ―Midiya silahlarıdır, fars yox‖ (Herodot, VII, 62). Deməli, farslar və midiyalılar silah növlərinə görə də fərqlənirdilər. Herodot yazır ki, Əhəmənilər dövlətində farslar vergilərdən azaddır (Herodot, III, 97), lakin məsələn, X satraplığa aid akbatanlılar (midiyalılar) və saklar ildə 450 talant vergi verirlər (Herodot, III, 92). Əgər madaylar elə farslarla qohum idilərsə və mannalılar da artıq farslaşmışdılarsa, onlar niyə vergi verirdilər? Herodot qeyd edir ki, farslar ölüləri quşlara və heyvanlara qoyurlar (Herodot, I, 140). Midiyalılar arilərdirsə, nəyə görə bu adət farslarda var, madaylarda yox? Yunan müəllifi Ksenefont (er. əv. V əsr) yazır ki, farslar midiyalılardakı geyim, paltar və xalçalardan istifadə adirlər. Qeyd edilməlidir ki, xalça toxuculuğu mənşəcə qədim türklərə mənsubdur. Altayda xalça qalıqları er. əv. I minilliyə aid kurqanlardan aşkar edilmişdir. Cənubi Azərbaycanda Təbriz xalçaları ―İran xalçası‖ adı ilə məşhurdur. Strabon yazır: ―Deyildiyinə görə, midiyalılar ermənilərin və elə ondan əvvəl fars hökmdarlarının və adətlərinin baniləridir‖ (Strabon, XII, 13, 9). Başqa yerdə həmin müəllif qeyd edir ki, ―farsların işğalı (yəni Midiyada hakimiyyəti ələ almaları – Q. Q.) nəticəsində farsların adətləri ilə midiyalıların adətləri eynidir‖ (Strabon, XI, 13, 11). Daha sonra bu müəllif belə bir məlumat verir: ―Ən cəsur adamın çar seçilməsi daha çox Midiya adətidir‖ (Strabon, XI, 13, 11). Əgər farslar və madaylar eyni etnosun hissələridirsə, nəyə görə farslarda dövləti idarə qaydaları Midiya mənşəlidir? Nəhayət, bir faktı da qeyd etmək lazımdır. Alban tarixçisi Musa Kalankatlı Yafətin nəslinin şəcərəsini verdikdə Yafətin oğlanları içərisində Qomer (yəni kimmerlər, dəqiqi qamərlər), Maday (madaylar), Maqoq (işkuzlar), Yavan, Tubal, Meşek, Tiras və Het adlarını (―Alban tarixi‖, I kitab, 1-ci fəsil) çəkir, lakin nə Ari, nə Pars adını göstərmir. Deyilənlərdən görünür ki, Maday etnik adını daçıyanlar Pars (Ari) etnik adını daşıyanlardan etnik mənsubiyyətcə fərqli idilər. Əlbəttə, ümumi mənada Midiya dövlətində yaşayan İranmənşəli hər bir adam, o cümlədən fars da ―midiyalı‖ idi, çünki Midiya ərazisində yaşayırdı. Tədqiqatçıların ən böyük nöqsanlarından biri də həmişə etnonimin konkret və ümumi mənalarını ayırd etməmələridir. Məsələn, Herodotun yazdığına görə, Midiya çarı öz nəvəsi, əslən fars olan Kiri öldürtməyi qərara alır, lakin uşağı Mitridatın (bu təmiz İranmənşəli addır) arvadı Spako xilas adir. Herodot yazır ki, Spako midiya dilində ―it‖ deməkdir (Herodot, I, 110). Əslində heç vaxt qız adı ―it‖ qoyula bilməzdi, lakin spako sözü ―it‖ mənasında ola bilər. Deməli, Herodot Spako şəxs adını ona məlum olan (―it‖ mənasında) ―spako‖ sözü vasitəsilə izah etmişdir, başqa sözlə, Spako şəxs adını səhvən spako ―it‖ sözü ilə bağlamışdır. Spako adı yunanca yazılışda təhrifə uğramışdır. Bu ad şumercə su, zu ―ağıl‖, ―dərrakə‖, ba – ―bağışlamaq‖, ―hədiyyə vermək‖ və ku ―pay‖, ―qismət‖, hədiyyə sözlərindən ibarət teofor addır və ―(Allahın) bağışladığı (hədiyyə verdiyi) ağıllı pay‖ mənasındadır. Lakin Midiyada yaşayan irandilli xalqların dillərində Herodotun ―spako‖ kimi yazdığı söz ola bilərdi. Tat dilində supa ―donuz balası‖, ―küçük‖, talış dilində sipa ―it balası‖ sözləri indi də vardır. Madaylarla farsların etnik mənsubiyyətcə qohumluğu fikri tamamilə əsassız və uydurmadır. Bu fikir Midiya adlarının bəzilərinin İran dilləri əsasında izah edilməsi təşəbbüslərindən irəli gəlmişdir.Yuxarıda biz mənalarını açdıqlarımız adların iranşünaslar tərəfindən necə izah etdiklərini ayrı-ayrılıqda qeyd etmişik (oxucu bilməlidir ki, rus tədqiqatçılarının Manna və Midiya adlarının İranmənşəli olmasına aid fikirlərinin çoxu Qərbi Avropa iranşünaslarının təsiri altında yaranmışdır; ümumiyyətlə, Qədim Şərq tarixi ilə məşğul olmuş Qərbi Avropa şərqşünaslarının, dediklərinin hamısını düz və ya əyri olmalarına fərq qoymadan həqiqət kimi qəbul olunması keçmiş sovet tarixşünaslığı üçün səciyyəvi haldır) və ədalətli oxucu bizim təklif etdiyimiz izahlarla iranşünasların izahları arasındakı fərqi yəqin ki, gördü və kimin haqlı olduğunu müəyyən etdi. Doğrudur, Herodotun əsərində belə bir məlumat vardır: ―Midiyalıların (söhbət fars ordusunun Afinaya hücumu və er. əv. 490-cı ildə Marafon döyüşündən gedir) başçısı Əhəmənilər nəslindən olan (mənşəcə fars olan nəsil – Q. Q.) Tiqran idi. Qədimlərdə onların hamısını (yəni farsları və madayları) arilər adlandırırdılar. Bu arilərə Afinadan kolxidalı Medey gəldikdən sonra onlar da (yəni midiyalılar – Q. Q.) adlarını dəyişdilər‖ (Herodot, VII, 62). Göründüyü kimi, burada söhbət Maday etnoniminin mənşəyinin müəyyən edilməsi cəhdindən irəli gəlir və Herodot onu kolxidalı Medey adlı şəxslə əlaqələndirir (Müqayisə üçün deyək ki, antik müəlliflər albanları da İtaliyadan gəlmə sayırdılar). Deməli, bu məlumat ―Maday‖ etnoniminin Herodot tərəfindən mənasının izahı təşəbbüsü və xalq etimologiyasıdır. I əsr müəllifi Strabon (Strabon, XI, 13, 10) da yazır ki, Medeya Yasonla burada hakimiyyətdə olublar və ona görə ölkə Midiya adlanıb. Məntiq elmində yenilməz prinsipə görə gətirilən dəlil obyektiv olmadıqda (Midiya adının Kolxidadan gğlmiş Medey adlı bir qadının adından olması) çıxarılan nəticə (midiyalıların ari olması) də düz sayılmır. Madaylar mannalardan sonra Azərbaycanda ikinci dövlət qurumunun əsasını qoymuş ulu türk əcdadlarımızdan biridir, buna heç bir şübhə yoxdur. Azərbaycan xalqının formalaşması prosesində madaylar başqa türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Cənubi Azərbaycan dilində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə ―d‖ səsi ―h‖ səsinə keçmişdir) və başqa kəndlərdə yaşamaqdadır (201, 27). Savalanda indi əhalisi türkdilli Madya kəndi vardır. M i d i y a t a y f a l a r ı. Yuxarıda qeyd etdik ki, Maday əvvəlcə konkret bir tayfanın, sonra tayfa ittifaqının, daha sonra bu tayfa ittifaqı əsasında yaranmış dövlətin adı olmuşdur. Etnoqrafiya elmində qəbul olunmuşdur ki, tayfa ittifaqı etnik mənsubiyyətcə qohum tayfaların birləşməsi kimi təşəkkül tapır və birləşmə ittifaqda sayca çoxluq təşkil edən tayfanın adını daşıyır. Midiya tayfa ittifaqında aparıcı tayfa Maday idi. Herodot yazır ki, Midiya tayfa ittifaqına 6 tayfa daxil idi: maq, arizant, budi, bus, paratagen və struxat (Herodot, I, 101). Bu tayfalar barədə çox yazılmışdır. İ. M. Dyakonov bu tayfalardan ikisinin – arizant və struxatların İrandilli olduğunu yazmışdır (102, 148, 154). Bu düz fikir deyil, çünki müxtəlif dilli tayfalardan tayfa ittifaqı yaranmır. İqrar Əliyev bu tayfaları Kaspidilli (yəni Elam-hürrit dilli, başqa sözlə, Qafqazdilli) sayır (44, 99). Midiya tayfalarının hamısının İrandilli olduğunu deyənlər də vardır (88). Biz isə bu tayfaların hamısının türk mənşəli olduğunu yazmışıq (85). M a q l a r. Yuxarıda demişdik ki, maqlar mənşəcə mannalardır. Binədən Manq (ay) formasında olmuş bu etnonimin qovuşuq ―nq‖ səsi ―q‖ səsinə çevrilməsi ilə maq etnonimi yaranmışdır.Yuxarıda qeyd etmişdik ki, Asur və Urartu mənbələrində manna, mana etnonimi var, maq etnonimi qeyd edilmir, qədim fars və antik mənbələrdə isə manna yox, hər yerdə maq etnonimi vardır. Er. əv. 519-cu ilə aid fars manbəində və er. əv. V əsrdə Herodotun əsərində manna etnoniminin olmamasını adətən belə izah edirlər: er. əv. VII əsr üçün mannalar artıq İrandilli midiyalılar tərəfindən assimilyasiya edilmişdi (44,97). Lakin bu ola bilməzdi, çünki dövləti, paytaxtı olmuş bir xalqı təxminən yüz il müddətində əritmək olmazdı; əvvələn, yuxarıda gətirdiyimiz faktlardan göründüyü kimi, Maday xalqı İranmənşəli deyildi; ikincisi, İ. M. Dyakonov və İqrar Əliyevin özləri yazırlar ki, Midiya çarlığının mövcud olduğu dövrdə (er. əv. 673 – 550-ci illər) Maday xalqı yarana bilməmişdi (102, 65; 44 107). Belə olduqda mannaları kim assimilyasiya edə bilərdi? Deməli, heç bir assimilyasiya prosesi getməmişdir, Asur mənbələrindəki mannalar qədim fars və yunan mənbələrindəki maqlardır. Y. B. Yusifov diqqətimizi aşağıdakılara cəlb etdi: er. əv. VII əsrdə Manna dövləti mövcud idi; er. əv. 615-ci ildə mannalar Asuriyanın köməyinə gəlmişdilər; er. əv. 593-cü il hadisələrilə əlaqədar Manna (Minni şəklində) yad olunur; deməli, VI əsrin 90-cı illərinədək Manna müstəqilliyini saxlamışdı (187, 181). Y. B. Yusifov belə nəticəyə gəlir ki, er. əv. III-I minilliklərdə Urmiya gölü hövzəsində (Mannada) və daha geniş ərazidə türk etnosları yaşayırdı (183, 22, 39). Onun fikrincə, Manna adı mixi yazılarda səciyyəvi idi, antik dövrdə isə bu ölkə tədricən Midiya anlayışı altında tanınmağa başlayır. Bu o deməkdir ki, hər iki ölkənin əhalisinin etnik tərkibi əsasən türkmənşəli idi. Yuxarıda gətirdiyimiz yer və şəxs adları da bu fikri təsdiq edir. Midiyada hakimiyyət er. əv. 550-ci ildə farslara keçdikdən sonra da maqlar (ondan əvvəlki mannalar) böyük qüvvə olaraq qalmış və hətta fars hakimiyyətinə qarşı er. əv. 522-ci ildə Qaumatanın başçılığı ilə üsyan etmişdilər. Bununla əlaqədar olaraq bir məsələni aydınlaşdırmaq lazımdır. Elamlılar Madaya Maktape deyirdilər (44, 93). Bu adın sonu Elam dilində cəm bildirən ―pe‖ şəkilçisindən ibarət olduğuna görə, kök ―Makta‖dır. İqrar Əliyev doğru yazmışdır ki, Makta adının kökünü maq etnonimi təşkil edir (44, 93). Buradan belə qənaətə gəlmək olar ki, ―Maqday‖ kimi səslənmiş Makta, yaxud Maqta adının əsasını Manna etnonimi təşkil edir. Ehtimal ki, Maqtape elamlıların əvvəlcə Manna dövlətinə və manqlara (maqlara) verdikləri addır, çünki Maday dövlətindən əvvəl Manna dövləti vardı. Midiya dövləti yaranandan sonra mannalara verilmiş adı elamlılar Madaya da şamil etmişlər, çünki Manna və Madaya birləşdirilmişdi. Maktape, yaxud Maqtape isə mannaların əsl adı olan manq (maq) etnonimindən və türkcə ―tay‖ sözündən ibarətdir.V. V. Bartold yazmışdır ki, türk etnonimlərində ―tay‖ sözü ―ölkə‖ mənasındadır (68, 109). Məsələn, O. T. Molçanova Altayda 246 toponimdə bu sözü tay, day, tey, dey formalarında aşkar etmişdir (147, 82). Məsələn, Kazantay toponimində Kazan etnonimi və tay sözü var və ―Kazan kəndi, mahalı‖ mənasını verir (yenə orada). Deməli, ―tay‖ sözünə görə belə nəticə alınır ki, Makta (Maqtay) etnonimi Elam sözü deyil, çünki elam dilində ―tay‖ sözü yoxdur, elamlılar bu sözü türkmənşəli madaylardan götürüblər. Başqa sözlə, əvvəlcə madaylar mannaları Maqtay adlandırmış, elamlılar bu adı midiyalılardan götürərək sonuna cəm bildirən ―pi şəkilçisini əlavə etmiş, Manna Midiyaya qatıldıqdan sonra bu adı Midiya dövlətinə şamil etmişlər. Buradan bir nəticə də alınır: madayların özləri mannalara maq demişlər və onların ölkəsini Maqtay adlandırmışlar. Deməli, Asur və Urartu mənbələrindəki mannalar fars və antik mənbələrdəki maqlardır. Maqlar haqqında ədəbiyyat çoxdur. Biz burada maqların etnik mənsubiyyətləri barədə müxtəlif baxışlara toxunmayacayıq, çünki onların çoxu uydurmalardan ibarətdir. İ. M. Dyakonova görə, maqları İrandilli saymaq çətindir (102, 148). Bu fikirdə o, haqlıdır. Lakin E. A. Qrantovski maqları İrandilli sayır (88, 181). ―Avesta‖ da maq etnonimi yoxdur, əks halda maqları İranmənşəli sayanların əlində bu çox tutarlı fakt olardı. Maqlar odpərəst idilər, halbuki farslar heç vaxt odpərəst olmamışlar. Erkən orta əsrlərdə odpərəstliyin vətəni Atropatena idi və Baş od məbədi də Atropatenanın paytaxtı Gəncə şəhərində yerləşirdi. İranda ənənəvi olaraq kahinlər maqlar idilər. Ona görə zaman keçdikcə ―maq‖ etnonimi kahin mənasını kəsb etmişdir. Herodot yazır ki, Midiyanın axırıncı çarı Astiaqın yuxusunu maqlar yozmuşdular. Ona görə də maq (muq) adını əks etdirən toponimlərdə ―maq‖ sözünün konkret mənasını müəyyən etmək çətindir, çünki bəzi yer adlarında maq ―atəşpərəst‖ mənasında da əks oluna bilərdi. Şübhəsiz ki, Muğan toponimi maqların adını əks etdirir. Maqlar – mannalar türk dilli etnos kimi Azərbaycan xalqının etnogenezində böyük rol oynamışlar. Maqların türkdilli olması haqqında Qərbi Avropanın bir sıra tədqiqatçıları yazıblar, lakin rus və Azərbaycan tarixçiləri onların dediklərini qəbul etməmişlər. Maqların Azərbaycanın hər iki hissəsində, hətta Dərbənd bölgəsində yaşadığını maq (muq) etnoniminiəks etdirən toponimlər təsdiq edir. İndiki Muğan toponimi qədim fars mənbələrində 293-cü oldən çəkilir. Digər Muğan Kürdən şimalda Albaniyanın şimal qərbində gürcü mənbələrində Movakan, IX əsr ərəb coğrafiyaçısı Məsudinin əsərində Muğan (1, 61) adı ilə məlumdur. Şəki rayonunun Göynük kəndində Mühlər məhəlləsi, Maq dağı, Quba rayonunun Qaley –Muq dağı, Dərbənd rayonunda Muqartı (qədim türk dillərində art ―dağlıq ərazi‖ deməkdir) və Muq-Aran (―kənd‖ sözü əlavə olunmaqla bu toponim indi ―Məhərrəmkənd‖ formasındadır), Dağıstanda Muğam (Ulluçayın ağzında yer adı), Şimali Qafqazda Muğal-qaya, Muğal dağı, Mukal çayı (153, 179) və b. toponimlər də vardır. Ehtimal ki, bəzi antik müəlliflərin Şimali Qafqazda midiyalılara qohum tayfaların yaşaması haqqındakı məlumatlar məhz maqlara aiddir. Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. Er. əv. 521-ci ildə fars hakimiyyətinə qarşı Qaumatın üsyanı və Babəkin başçılığı ilə ərəb işğalçılarına qarşı uzun müddətli mübarizə (ərəb mənbələrində xürrəmilərin maqlar olması göstərilir; məsələn, İbn Əl-Əsir yazır ki, xürrəmilər Məcus, yəni Maq tayfasının bir dəstəsidir – bax: 9) məhz maqlarla bağlıdır. Cənubi Azərbaycan ərazisində erkən orta əsrlərdə xürrəm dini cərəyanının mənşəyi və əsl mahiyyəti hələ də açılmamış vəziyyətdə qalır və tarixşünaslıqda səhv olaraq farsmənşəli hərəkat sayılır. Əslində bu dini cərəyanın kökləri məhz türk maqlarla əlaqədardır. Qədim türkmənşəli irem, irim, ırım – ―qabaqcadan xəbər vermək‖, ―peyğəmbərlik etmək‖, ―falaçma‖, ―falabaxma‖,‖ovsuna, caduya, sehrə inam‖ və i. a. Sözü fars dilində əvvəlinə ―h‖ səsi əlavə olunmaqla ―hürrəm‖, ―xürrəm‖ şəklinə salındığına görə, onu hur, xur ―günəş‖ sözü ilə bağlamışlar. Ərəb işğallarına qədər Muğanda qədim əcdadlarımızın dini əqidələrini yaşadanlar məhz maqlar (muğlar) idilər. Xüsusi növ üzüm növündən ―haoma‖ adlı şirə və şərbət hazırlanması da onlara məxsus idi. Dünyanın heç yerində rast gəlinməyən bu üzüm növü Cəlilabad rayonunda indi də ―həməşirə‖ (haumaşirə) adlanır. (bax: Rəşid Əsgərov, Həməşərə şəhəri və Ziviyə cami. ―Elm və həyat‖ jurnalı, 1989, № 12, səh. 14). A r i z a n t l a r. İ. M. Dyakonov bu tayfanın adını Ari (farsların əcdadlarının adı) və Avesta dilində zantu ―tayfa‖ sözlərinə ayırmış və bütünlükdə onun ―Ari tayfası‖ mənasını verdiyini yazmışdır. Nəzərə alınmır ki, ―Arizant‖ bu etnonimin qədim yunanca yazılış formasıdır və şübhəsiz ki, təhrifə məruz qalmış addır. Bu etnonim əslində türkmənşəli aris, orus tayfasının (85) adından və qədim türk-monqol dillərində cəm bildirən ―t‖ şəkilçisindən ibarətdir. Türk tayfalarından birinin indi də urus adlanması haqqında çox deyilmişdir (bax: 85). Türkmənlərin Ersari tayfasının adı da eris (qədim forması arıs) etnonimindən və ər – ―kişi‖, ―döyüşçü‖ sözlərindəndir. Aras formasında bu tayfanın adı Albaniyanın Arajkan, Arospijan (yazılışları qədim ermənicədir), müasir Ərəzin (Culfa r-nu) toponimlərində əksini tapmışdır. Ərəzin adlı kənd Cənubi Azərbaycanın Qaradağ mahalında da vardır. Deməli, Arazat kimi səslənmiş etnonimə Herodot (yaxud onun məlumatçısı) ―n‖ səsini əlavə edərək onu Arizant kimi yazmış, tədqiqatçılar isə bu səsə görə ―zantu‖ sözünü müəyyən etmiş və onun farsca ―tayfa‖ mənasında olduğu nəticəsinə gəlmişlər, halbuki, Arizant kimi yazılmış etnonimin daşıyıcıları türkmənşəli etnos idi. S t r u x a t l a r. Bu tayfanı da İranmənşəli sayırlar (102, 88). Halbuki, bu etnonimin sonundakı ―xat‖ komponenti skiflərdə Avxat, müasir türk xalqlarında sarkat və b. tayfaların adlarında da vardır. Şübhəsiz ki, Herodot, ya da məlumatçısı bu adı təhrif etmişdir. Qədim yunan dilində ―ş‖, ―ç‖ sözləri olmadığına görə, bu etnonim bizcə Şatarkat formasında səslənmişdir. Midiyada Şetar (er. əv. 714-cü il, 102, 214). Albaniyada erkən orta əsrlərdə Şatar (Gəncə ilə Bərdə arasında, 32), müasir Şatarlı toponimləri bu etnonimlə bağlıdır. P a r a t a g e n l ə r. Bəzi iranşünaslar bu tayfanın İranmənşəli olduğunu yazırlar (102, 148). Əslində Herodotun Paratagen kimi yazdığı etnonim Bortoğandır. Qədim türk dillərində boro – ―boz‖, toğan (tuğan) isə tərlan quşunun adıdır. Görünür, ―bortoğan‖ bu tayfanın onqonu olmuşdur. Er. əv. 674-cü ilə aid asur mənbəində Midiyada Partakanu adlı ―ölkə‖nin adı çəkilir (102, 262). Güman ki, bu toponim Portoqan tayfasının adını əks etdirir. X əsr müəllifi Konstantin Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər içərisində Borotolma adlı tayfanın adını çəkir (26). Başqırdlarda Boronayman adlı tayfa məlumdur. XIII əsrdə monqollarda Bor-tokan və Aktokan tayfaları vardı (28). Orta əsrlərdə Ön Asiyada bir türk tayfası Boztoğan adlanırdı. Mənbələrdə monqolların Xartaqan (Kara-Toqan) tayfasının adı çəkilir (28). Bütün bunlar parataken etnoniminin ―borotoqan‖ etnonimindən təhrif olunduğunu göstərir. B u s l a r. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – ―bihuşedici içki‖ (pivə) sözündəndir (88, 181). Əvvələn, E. A. Qrantovski bilmir ki, ―buza‖ sözü farsca yox, qədim türkcədir. İkincisi, müəllif fikirləşmir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun ―bus‖ kimi yazdığı etnonim qədim yunan dilində ―ç‖ və ―ş‖ səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı (bax 85) tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi ―man‖ şəkilçisindən ibarətdir. Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir (32,31). Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b-m əvəzlənməsinə görə bus etnonimindən və el, il – ―el‖, ―tayfa‖ sözlərindən ibarətdir. Müqayisə üçün deyək ki, Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur. Maday tayfa ittifaqının altıncı tayfasının adı olan Budi tayfası da türkmənşəlidir. Erkən orta əsrlərdə Cənubi-şərqi Avropa çöllərində yaşayan qıpçaqların bir tayfası rus mənbələrində Boudi kimi göstərilir. Monqollarda XIII əsrdə bir tayfa Budat adlanırdı ki, (28,78) bu da Arizat etnonimində olduğu kimi Budi və cəm bildirən ―at‖ şəkilçisindən ibarətdir. Skiflərin bir tayfasının adını Herodot Budin kimi qeyd edir. Deməli, Budi tayfasının türkmənşəli olduğunu deməyə əsas vardır. Eradan əvvəl, 673-cü ildə Midiya dövləti yaranır və sonralar Manna da (deməli, maqların ölkəsi) ona qatılır. Bu dövlət 550-ci ilə qədər yaşamış, onu Əhəmənilər dövləti əvəz etmişdir. Təxminən 125 il müddətində vahid Midiya xalqı yarana bilməzdi. Ona görə Manna əhalisinin guya er. əv. VII əsrdən sonra iranlaşması haqqındakı fikir yanlışdır. Mannalılarİran Əhəmənilər dövlətinin vaxtında da iranlaşmamışdır, bunu ondan görmək olar ki, er. əv. IV əsrdə Kiçik Midiyada, yəni Manna ərazisində müstəqil Atropaten xalqı yaranır. Aydındır ki, iranlaşma assimilyasiyası getsəydi, farslardan fərqli Atropaten xalqı yarana bilməzdi. Herodot Əhəmənilər dövlətindən bəhs edərkən Manna ərazisinin xeyli hissəsini əhatə etmiş XI əyalətdə kaspi, sak, pavsik, pantimat və dareyt adlı tayfaların yaşadığını yazır (Herodot, III, 92). Midiya və Mannada saklar haqqında ayrıca danışacayıq.


K a s p i l ə r. Azərbaycanın hər iki hissəsində yaşamış qədim etnoslardan biridir. Bu tayfanın adını ilk dəfə Herodot çəkmişdir. Kaspilərin Midiyada və Albaniyada yaşadıqları yerlərin coğrafi koordinatlarını dəqiq müəyyən etmək çətindir. Biz qədim mənbələr əsasında kaspilərin Albaniyada iki bölgədə - indiki Dərbənd zonasında və Mil düzündə yaşadıqlarını müəyyən etmişik (85). Kaspilərin digər hissəsi Midiyada – Kürün Arazla birləşdiyi yerdən Xəzərədək olan hissəsindən cənubdakı ərazidə məskun idi. Qədimdə Albaniyaya aid olmayan bu ərazi indi Şimali Azərbaycana məxsusdur. III əsrdən bu ərazi Balasakan adı ilə məlumdur (109). Ptolemeyin (Ptolemey V, 12, 6) bir məlumatı çox maraqlıdır ki, Araz Şərqə hərəkət edən Kaspi dağlarına qədər gedir, sonra şimala dönərək bir qolu Xəzərə tökülür, digər qolu Kürlə birləşir. Bu məlumatla ‖Kaspi dağları‖ Füzuli rayonunun Araz sahili dağlıq ərazisi və onunla üzbəüz yerləşən Cənubi Azərbaycan ərazisinin dağlıq bölgəsi ola bilər. Kaspilərin üçüncü hissəsi Midiyanın şərqində məskun idi. Tarixşünaslıqda kaspilər Qafqazmənşəli etnos sayılır. İ. M. Dyakonov onların kassitlərlə qohum olduqlarını yazmışdır (102, 103). Bu, düz fikirdir, lakin o, kasları (kassitləri və kaspiləri Elamdilli etnoslar saydıqda səhvə yol verir. Yuxarıda demişik ki, iranşünaslar qədim Ön Asiyada bir dil ailəsinin mövcud olduğunu yazmış və onu şərti olaraq həm də ―Kaspi dil ailəsi‖ adlandırmışlar. Bu fikir Kaspi etnonimindəki ―pi‖ komponentindən irəli gəlib; onu elam dilində cəm bildirən şəkilçi saydıqlarına görə kaspilərin özlərini də elammənşəli hesab etmişlər. Kaspilər təkcə Midiya və Albaniya ərazisində yox, Herodota görə, Orta Asiyada – Əhəmənilər dövlətinin XV satraplığında da yaşayırdı. Aydındır ki, Orta Asiyada Qafqazdilli, yaxud Elamdilli xalq yaşamamışdır. Biz hesab edirik ki, ―Kaspi‖ etnonimindəki ―pi‖ sözü kənardangəlmə söz deyil. Bu şəkilçinin türk etnonimiyası üçün səciyyəvi olduğunu lulubelərdən danışdıqda yuxarıda vermişik. Ehtimal ki, kaspi etnonimi ―kasbi‖ kimi səslənmişdir. Ədəbiyyatda Cənubi Azərbaycanda Qəzvin şəhərinin adının Kaspi etnonimi ilə bağlı olması fikri deyilmişdir. Bu çox doğru fikirdir, çünki kaspilərin tarixən yaşadıqları regionlardan birinə - Əhəmənilərin XI satraplığına tuş gəlir, həm də ki, Qəzvin əhalisi türk-azərbaycanlılardan ibarət şəhərdir. Qəzvin (güman ki, Kasbiyən adının təhrifi) toponimindəki ―vi‖ komponenti əlbəttə, ―Kasbi‖ etnoniminin ―bi‖ komponentinin şəklidir. Kuti və lulubelər nəzərə alınmazsa, kaspilər Azərbaycan ərazisində kaslardan, mannalardan, madaylardan və albanlardan sonra dördüncü böyük qədim türkmənşəli etnosdur. Kaspilərin türk olduqlarını sübut edən tutarlı fakt – onların er. əv. VI əsrə (dəqiqi er. əv. 525-ci ilə) aid şəxs adlarıdır (136). A t a r l i. Türkcə otar –―örüş‖, ―otlaq‖ (166, I, 488) sözü və -li şəkilçisindən ibarətdir. Atar, Otar, Etar şəxs adları XVIII əsrdə karakalpaklarda (61) geniş yayılmışdı. Gürcülərdə Otar, ermənilərdə Adoryan adlarında qalmışdır. Atarlı ―otlaqları olan‖ mənasını verir. Kaspilər həm də maldar idilər. Onların var-dövlətini sürülər, ilxılar və otlaqlar təşkil edirdi. Kaspilər haqqında yazan anti müəlliflərin biri kaspi torpağında öküz sürülərinin və at ilxılarının olduğunu qeyd edir (Elian, XVII, 17). Deməli, otlaq və örüşlər – otarlar kaspilərdə mühüm varidat olmalı idi. ―Otar‖ sözünün kaspilərdə şəxs adlarında əks olunması da bununla əlaqədardır. Atarli (Otarli) adı ata-ananın oğlan uşağının böyüdükdən sonra varlı olması arzusunu ifadə edir. D a r ğ a. Türkcə-monqolca tarqa – ―knyaz‖, ―el başçısı‖ (160, III, I, 854) sözündəndir. Skiflərdə Targitay, XIII əsrdə monqollarda Tarka, Tarağay və b. şəxs adları ilə (28, 19, 66, 50) müqayisə olunur. B a r b a r i. Qədim türkcə bar – ―var‖, ―varıdır‖ (166, II, 61-62) və bari – ―var-dövləti‖, ―əmlakı‖, ―mülkiyyəti‖ sözlərindəndir. Uşağa ad verdikdə ata-anasının arzusunu ifadə edir. Ad ―var-dövləti (əmlakı) vardır‖ mənasındadır. Quruluşca erkən orta əsrlərdə uyğurlarda Barçin (168,111) şəxs adı ilə müqayisə olunur. İ p p u l i y a. Türkcə ip – ―bacarıqlı‖, ―mahir‖, ―istedadlı‖, ―qabiliyyətli‖ (166, I, 287) və bul, bol, (mixi yazıda ―o‖ və ―u‖ səsləri eyni işarə ilə yazılırdı) – ―mərd‖, ―qoçaq‖, ―igid‖ (160, IV, 2, 1669) sözlərindəndir. Erkən orta əsrlərdə bolqar xanı İsbul (72, 235), Hun şahzadəsi Bel (yazılışı yunancadır – 58, 61), Hun xaqanı Bleda (yazılışı yunancadır, bol, bul və ata sözlərindən), Xəzər xaqanı Blucan (58, 25), Xəzər xaqanı Bulan (58, 204), qıpçaqlarda Boluş (58, 424), türk xaqanlarından Pulixan (türk xaqanlığında VI əsrdə Toboxanın qardaşı) (36, 70), VII əsrdə xəzərlərdə Bulişad (58, 280), IX əsrdə uyğurlarda Bulixan (168, 150), XIII əsrdə monqollarda Buluqan (28, 94), XVIII əsrdə karakalpaklarda Puliçik (61, 321), ―Koroğlu‖ dastanında Bolubəy və b. şəxs adları ilə müqayisə olunur. Ad ―bacarıqlı (istedadlı, mahir, qabiliyyətli) igid‖ mənasındadır. Adın əvvəlindəki ―ip‖ komponenti VI əsrdə Altayda türk xaqanı İbi Tulunun adındakı ―ib‖ komponenti ilə eynidir. İ n b u l i y a. Türkcə enq – ―(sırada, döyüşdə) qabaqda duran‖, ―ön cərgədə dayanan‖, ―birinci‖ (166, I, 366) və bol – ―igid‖, ―qoçaq‖, ―mərd‖ sözlərindəndir. Ad ―Qabaqda gedən qoçaq (igid)‖ mənasındadır. B a q a z u ş t a. Qədim türkcə bökə - ―igid‖, çus – ―qiymətli‖, ―dəyərli‖ (160, III, 2, 2181) və tay – “onun kimi‖ sözlərindəndir. V a b i l. Naməlum mənalı Va və bol – ―mərd‖, ―qoçaq‖, ―igid‖ sözlərindəndir. Adın birinci hissəsi güman ki, ―Ba‖ olması idi, çünki qədim türk dilləri üçün ―v‖ səsi səciyyəvi deyil. Bu komponent Hun xaqanı Vasik (əslində Basik, ―Ba‖ və bənzəyiş, oxşarlıq bildirən siq, çiq, şiq şəkilçisindən) və Babək adlarında da vardır. XVIII əsrdə qaraqalpaqlarda Baybol şəxs adı ilə (61, 172) müqayisə olunur. Veyabul. Yad dildə yazılışına görə təhrif olunmuş bu adın əslini müəyyən etmək çətindir. Lakin adın sonunda qədim türkcə bol, bul – ―mərd‖, ―qoçaq‖, ―igid‖ sözünün durduğu aydın görünür. A z a r i. Ehtimal ki, bu adın sonundakı ―i‖ səsi əlavə olunmadır. XIV əsr müəllifi Rəşid əd-Din yazır ki, türklərdə azar ―uca‖ deməkdir (28, I kitab 1). Biz hesab edirik ki, kaspilərdə bu ad həmin sözdəndir. XIII əsrdə Azar adlı türk əmirinin (28, 185) adı ilə müqayisə olunur. A n a n i. Azarinin oğlu. Qədim türkcə ənə - ―ana‖ və ini – ―kiçik qardaş‖ sözlərindəndir. Güman ki, ananın kiçik qardaşı (kiçik dayı) mənasındadır. Qədim türklərdə quruluşca Anaxun (ana və qun – ―knyaz‖ sözlərindən) şəxs adı ilə müqayisə olunur. V a y a- V a b i l. Qədim türkcə bay – ―varlı‖ sözü və Vabil (bax Vabil) komponentindən ibarətdir. X e y x e. Atarlinin oğlu. Ehtimal ki, əslində Keyeke şəxs adının təhrif formasıdır. Naməlum mənalı ―key‖ və qədim türkcə eke – ―ağa‖ sözlərindəndir. Monqollarda XIII əsrdə Çingiz xanın nəslindən Keyxa-tu şəxs adı ilə müqayisə olunur. B a z u. Türkcə bazuq – ―yoğun‖, ―dolu bədənli‖ sözündəndir. Albanlarda çar Bazuk (―Alban tarixi‖, I kitab 15-ci fəsil), hunlarda Am-Bazuk (58, 64) şəxs adları ilə müqayisə olunur. Ş a t i b a r z a n. Şumercə şat ―məxsus olan‖, bar ―parıltı‖, ―ziya‖, ―par-par‖ və sanq ―başçı‖, ―ilkin‖, ―ən birinci‖, ―kahin‖ sözlərindən ibarətdir. Ad ―parıldayan başçıya (yəni, Allaha, yaxud kahinə) məxsus olan‖ mənasındadır. Antik müəllif Ovidiy Qara dənizin şimal çöllərində Eqis adlı bir kaspinin adını çəkir. Adın sonundakı ―s‖ şəkilçisi latın dilində adlıq hal şəkilçisi olduğuna görə, ehtimal ki, bu ad qədim türkcə eqe, eke, əkə, aka – ―ağa‖ sözündəndir. Deyilənlər kaspilərin türkdilli etnos olmasına şübhə yeri qoymur. Herodotun Əhəmənilərin XI satraplığında qeyd etdiyi Pavsik tayfasının adı yəqin ki, təhrifə məruz qalmış etnonimdir. Qeyd edilməlidir ki, antik müəllif Pomponi Mela (Pomponi Mela, III, 5, 39) Xəzərin cənub qərbində (bu ərazi həmin satraplığa daxil idi) mardların qonşuluğunda yaşayan bir tayfanın adını Pestik, Pliniy isə Peçik kimi yazır ki, bu da Herodotun qeyd etdiyi Pavsik adı ilə eynidir. Yerli tələffüz formasını müəyyən etmək olmadığı üçün bu tayfanın etnik mənsubiyyəti haqqında fikir yürütmək çətindir. Bəlkə də qədim peçeneklərin mənbələrdə çəkilmiş paçkank, paçanik, peçenk, becnə və s. adlarından birinin təhrifidir. Orta Asiyada qədimdə Pasiak etnonimi məlumdur. Herodotun qeyd etdiyi Dareyt etnonimi də şübhəsiz təhrif olunmuş halda bizə çatmışdır. Bəlkə də asur mənbələrində taurlay, yaxud tavrlay kimi qeyd olunmuş tayfanın adı ilə müqayisə oluna bilər. Pantimat tayfasını tədqiqatçılar İrandilli hesab edirlər (102). Onların fikrincə, etnonimin birinci komponenti İranmənşəli panti ―beş‖ sözündən ibarətdir. Əslində bu etnonim aban və mat komponentlərinə ayrılır. Etnonimin ―mat‖ komponenti Qara dənizin şimal sahillərində və Şimali Qafqazda qədim tayfaların adları üçün xarakterikdir: sarmat, savromat, yaksamat və s. Bu söz qədim türk tayfalarının adlarında da var. Konstantin Baqryanorodnıy (X əsr) peçeneklərin içərisində Boro-Tolmat tayfasının adını çəkir (26). XIX əsrdə Sibirdə teleutlarda Ak-tumat və Kara-Tumat (teleutlarda), telengitlərdə (telenqutlarda) Almat, altaylarda Sari-Almat, başqırdlarda Yormat və s. tayfalar məlumdur (124, 50). Pantimat etnoniminin ―pant‖ hissəsi qədim türkmənşəli Abant tayfasının adını əks etdirir. Bu tayfa er. əvvəl Şimali Qafqazda qarqarların içərisində məlumdur. Eranın ilk əsrlərində qarqarlar Albaniyanın qədim tayfalarından biri idi. Albaniyanın həm şimal-qərbində, həm də Arsakda erkən orta əsrlərdə iki mahal Abant adlanırdı. ―Alban tarixi‖ndə şimal - qərbdəki Abant mahalı er.əv. I əsrdə antik mənbələrdə Abant çayının adı kimi çəkilir və deyilir ki, həmin çay sahilində Alban ordusu ilə Qney Pompeyin ordusu arasında döyüş baş vermişdir. Bəzi tədqiqatçılar Abant çayını indiki Elciginçay (Qax rayonu) ilə lokalizə edirlər. Deməli, hələ eradan əvvəl Albaniyada abant adlı tayfa yaşayırdı. Pantimat etnonimindən görünür ki, bu tayfa Mannada da məskun idi və onu Herodot Pantimat kimi qeyd etmişdir. Həmin tayfanın türkmənşəli olmasına ,şübhə yoxdur. Herodot Əhəmənilərin XVI əyalətində saqarti, saranq, tamane, uti və miki tayfalarının adlarını çəkir (Herodot, III, 93). Bu əyalət indiki Cənubi Azərbaycanın şimal- şərq hissəsini- Xəzərin cənub – qərbini və Şimali Azərbaycanın cənub – şərqini əhatə edirdi. Mik tayfasının etnik mənsubiyyəti aydın deyil. Muk formasında bu tayfanın adını ilk dəfə Hekatey (er. əv. VI əsr) çəkmişdir. Onun məlumatında ―muklər – Araza qədər‖ (Hekatey, fraqmentlər, 170) ifadəsi vardır. Miklərin yerləşdikləri ərazinin koordinatlarını müəyyən etmək üçün iki fakt var: birincisi, onların saqartilərlə qonşuluqda yerləşməsi. Saqarti (asur mənbələrində Zikertu) Atropatenanın şimal ərazisi ilə lokalizə edilir (137). Bu əyalət indiki Ərdəbil – Manna bölgəsi ilə lokalizə edilir. Şübhəsiz, bu bölgədə İranmənşəli əhali (indiki talışların və giləklərin ulu əcdadları, sonrakı parsilər və b.) yaşayırdı. Lakin Saqarti adı altında təkcə İrandilli əhalini saymaq olmaz. Saqarti toponiminin özü də İranmənşəli deyil, çünki bu toponimdə qədim türkcə art – ―dağlıq ərazi‖ sözü vardır.Saqarti əyalətində türk utilər də yaşayırdı və əyalətin mərkəzi Parta şəhəri də türkcə idi. Məhz utilərin cənubdan şimala gəlməsi ilə Albaniyada indiki Bərdə bölgəsində Uti mahalı yaranmışdı. İkincisi, miklərin utilərlə yanaşı yaşaması. Aşağıda deyəcəyik ki, utilər Xəzər dənizinin cənub – qərb sahilində məskun idilər. Buradan aydın olur ki, maq (muq) etnonimi ilə mik etnonimi müxtəlif tayfa adlarıdır. Lakin E.A.Qrantovski və İ.H.Əliyev Muğan toponimini muqlarla yox, mik (muk) etnonimi ilə əlaqələndirmişlər.Onlar bunu əsas tuturlar ki, Təbəri (IX əsr) və Yaqut Həməvi (XIII əsr) bu toponimi Mukan kimi yazmışlar. Lakin Yaqut Həməvi qeyd edir ki, yerli əhali bu adı ―Muğan‖ kimi tələffüz edir (32, 31). Mik etnonimi Talış- Lənkəran bölgəsində Miki və Mikolan toponimlərində qaldığına görə Muğan məhz muqlarla bağlıdır. Bizcə, miklər talışların əcdadlarındandır. Bu əyalətdə Herodotun qeyd etdiyi digər etnos tamanedir (Herodot, III, 92). Bu etnosun etnik mənsubiyyəti haqqında dəqiq fikir deyilməmişdir. Sözlərdə a-u əvəzlənməsinə görə bu tayfanı Sibirdə yaşayan türk xalqlarında Tuman tayfasının adı ilə eyni olduğunu söyləmək olar.Türk dillərində m-b əvəzlənməsi əsasında bu etnonimi həm də başqırdlarda, qazaxlarda və qırğızlarda Taban tayfasının adı ilə (124) müqayisə etmək olar. Herodotun qeyd etdiyi Saranq tayfası diqqəti cəlb edir.Fikrimizcə, bu tayfanın adındakı ―q‖səsi ―nq‖ qovuşuq səsinə aiddir. Saran komponenti Şaruan, Şarvan etnoniminin Herodot, yaxud məlumatçısı tərəfindən təhrif olunmuş formasıdır. Herodot yazır ki, saranqlar iki yerdə yaşayırlar: Orta Asiyada və Midiyada. Orta Asiyada bu tayfa Türkmənistan ərazisində Şarvan və Sır –Dərya kənarında Sauran toponimlərində iz qoymuşdur. Qeyd etmək lazımdır ki, türkmənlərdə indi də Şarvan adlı tayfa vardır. Sır –Dəryanın aşağı axınında Sauran toponimi erkən orta əsrlərdən məlumdur. Bu adı Mahmud Qaşqari də çəkir. Orta Asiyada qədim Şirvanqala (və Şemaxa qala) adlı qalalar haqqında S.P.Tolstov yazmışdır (170, 23). Midiyada yaşayan saranqların dəqiq lokalizəsi çətindir.Herodot qeyd edir ki, saranqlar qirkanlara (gurganlara) yaxındır. (Herodot, III, 92). Bununla əlaqədar olaraq İranda, Xəzərin cənub – şərqində indiki Şirvan mahalının və onun mərkəzi Şirvan şəhərinin adı diqqəti cəlb edir. Onun adını Məsudi ( X əsr) Sirvan, Əbdürrəşid Bakuvi (XIV əsr) Şirvan kimi qeyd edirlər. Keçən əsrin 70 – ci illərində B. Dorn Gurganda Bibi – Şirvan adlı qədim şəhər xarabalığını aşkar etmişdir (B. Dorn. Kacпий. Спб., 1875, с. 81). Həmin xarabalıq guman ki, IX əsr müəllifi İbn Xordadbehin Gurganda qeyd etdiyi Şirriz (katiblərin səhvi üzündən ―Şiruan‖ adının təhrifi sayılmalıdır) şəhərinin qalıqlarıdır. Hazırda Gurganda Şirvan adlı şəhər vardır. Bir çox əsərimizdə biz Şirvan tayfasının türkmənşəli olduğunu demiş və Gurgandakı Şirvanı qeyd etmişdik (bax: 85). 1992- ci ilin avqustunda bu sətirlərin müəllifi Gurganın Şirvan şəhərində olmuşdu. Şəhərin əhalisi təmiz türkdür və hətta topladığımız etnoqrafik material göstərdi ki, Azərbaycandakı Şirvan bölgəsinin toy adətləri həmin Şirvanın toy adətləri ilə üst – üstə düşürOnlar özlərini türk sayırlar və dilləri Azərbaycan dilinin, demək olar ki, eynidir. Herodot saranqlardan danışanda bir maraqlı fikir əlavə edir: ―Onların ox və mızraqları midiyalılarındır‖ (Herodot, VII, 67). Yuxarıda biz silahlarına görə midiyalıların farslardan fərqlənməsi haqqında Herodotun məlumatını da vermişdik. Deməli, hər halda saranqlar etnik mənsubiyyətcə midiyalılara yaxın idilər. Lakin şaranlar- şarvanlar Midiya vaxtında səpələnmişlər. Mənbəyini İranın Zaqroş dağlarından alan Diyəngə (bu çayın adı naməlum ―di‖ və türk dillərində ilqa, inqa – ―çay‖ sözlərindən ibarətdir. Məsələn, tatarlar Ob çayına Ob – ılqa yaxud Ob- yınqa deyirlər) çayının bir qolu Abi – Şirvan ―Şirvan - çay‖, yaxud ―Şirvan - Su‖ mənasını verdiyinə görə, Şirvan etnonimini əks etdirir (maraqlıdır ki, həmin çayın digər qolu Yolvan – Zoxab, həm də Yelvan adlanır ki, bu ad Elvan, Alvan, Alban etnonimi ilə zahiri oxşarlıq təşkil edir). Cənubi Azərbaycanda, Savalanda ―Şirvan dərəsi‖ və Şirvan kəndi, Təbriz şəhəristanının Ocan mahalında Şirvandeh kəndi var. Bizcə, Cənubi Azərbaycanın Heris mahalındakı Şiran dağının ( Hund. 2596 m) adı bu etnonimin qədim formasını saxlamışdır. Bununla əlaqədar olaraq Şimali Azərbaycandakı Şirvan toponimi diqqəti cəlb edir.Şübhə yoxdur ki, bu toponim Şarvan etnonimindəndir. Nəzərdə tutulmalıdır ki, Şirvan formasında olan toponim əslində Şarvandır. Xaqani Şirvani də məhz ―Şərvan‖ kimi yazır. Şirvan tayfasının müəyyən hissəsi havaxtsa Şimali Azərbaycan ərazisində məskunlaşmış və Alban dövlətinin süqutundan sonra Kürdən şimalda əyalətin adına çevrilmişdir. Qeyd etmək lazımdır ki, II əsr müəllifi Ptolomey Suran və Sakan tayfalarının adını çəkir (Ptolomey, VI, 8,16). Tədqiqatçılara görə, bu toponimlər Şəki və Şirvan adlarının qədim yunanca yazılışı və bir qədər də təhrif edilmiş formalarıdır. Ərəb coğrafiyaşünaslarının əsərlərində Şarvan şəhəri qeyd olunur (I) (bəzi hallarda həmin mənbələrdə Şarvan və Şabran adları qarışıq salınmışdır). Şirvan toponimini İ. Markvart qədin farscca “hşaya” (şah) və van (ölkə) sözlərindən yarandığını yazmışdır (197, 79). V.F.Minorski isə Şirvan adını Xəzərdən cənubda yaşamış Şar adlı tayfanın adı ilə əlaqələndirmiş (141, 34-35) və onu İrandilli saymışdır. Bu fikrə Şirvanşahlar dövləti haqqında əsər yazmış S.B.Aşurbəyli də tərəfdar çıxmışdır (63,13). Lakin bu fikirlərin heç biri düz deyil. Şarvan türk mənşəli etnonimdir və bir sıra qədim türk mənşəli tayfa adlarında (sarıqur, sarmat, saray, sart, sarık, saral, sarar və b.) əksini tapmış ―sar‖ komponentindən düzəlmişdir. Ehtimal ki, bu etnonim ―saruan‖ kimi səslənmiş, lakin ―s‖ səsi ―ş‖ səsi ilə, həmin ―u‖ səsi ―v‖ səsi ilə əvəzlənmiş və ―‖Şarvan formasına düşmüşdür. Herodotun həmin etnonimi ―Saranq‖ (Saruandan təhrif) kimi yazması da bunu göstərir. Beləliklə, Şirvan tayfasının üç arealı vardır: Şimali Azərbaycanda, Orta Asiyada və İranda (Şirvan şəhər, Şirvan kəndi və Abi – Şirvan çayı). Güman ki, Şarvan sak – massaget mənşəli tayfadır və onlar skiflərin və sakların er.əv. VII əsrdəki köçləri ilə bağlı olaraq səpələnmişlər. Qeyd edilməlidir ki, Şirvan adlı tayfa türkmənlərdə, Şuran adlı tayfa isə başqırdlarda vardır (124,53). Herodotun qeyd etdiyi utilər barədə yuxarıda kutilərdən danışdıqda məlumat vermişik. Deyilənlər göstərir ki, türk xalqlarının tarixində Midiyanın yeri obyektiv müəyyən edilməli və onun tarixi başqa səpkidə yenidən araşdırılmalıdır.