Məzmuna keç

Bağçılıq/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
Bağçılıq

Gübrə tətbiqi


Bağların salınması. Meyvə bağı salınarkən ilk növbədə sahə seçilməlidir. Bu bağçılığın əsas şərtlərindən biridir, ona görə ki, əkiləcək tinglər 80-100% bitiş verə bilsin, yüksək məhsuldarlı və uzunömürlü olsun.

Meyvə tingləri əsasən yazbaşı fevral-mart ayrarında payızda isə oktyabr-noyabr aylarında, hava şəraiti əlverişli olarsa dekabr ayında da əkmək olar. Bağ salınarkən tingləri suvarmaq üçün su arxlarının çəkilməsini nəzərdən qaçırmaq olmaz, çünki yayın qızmar çağında buna ehtiyac çox böyükdür.

Respublikada bağçılığı inkişaf etdirmək üçün əlverişli şərait vardır. Xalqımız bu təbii sərvətlərdən əsrlər boyu yerli sortların yaxşılarını seçib artırmış və ərazilərini genişləndirmişlər. Qəbələ rayonu da həm ata-baba sоrtlardan həm də başqa sortlardan istifadə edərək bağçılığı inkişaf etdirmişdir. Qəbələ rayonunda əsasən aşağıdakı alma-armud sortlarına üstünlük verilir.