Bağçılıq/Meyvə bağlarına qulluq
Görünüş
< Bağçılıq
←Meyvələrin insan sağlamlığında rolu | Bağçılıq |
Salınacaq bağda torpağın hazırlanması→ |
Meyvə bağına qulluq. Meyvə bağı salındıqdan sonra işi bitmiş hesab etmək olmaz. Belə ki, tinglərin bitişinə nəzarət etmək, onların hər birinə güclü inkişaf etməsi üçün gövdə ətrafına 100-150 qr azot-fоsfоr-kalium (“Azofoska” Marka N:P:K, 1:1:1) qarışığı verilməlidir.
Bağ salındıqdan sonra hər iki ildən bir dibi yumşaldılmalı, əlavə zoğlar budanmalıdır. Ağacların dibi yumşaldılarkən elə etmək lazımdır ki, dərinlik 10-12 sm-dən çox olmasın. Budama əsasən payızda, yarpaqlar töküləndən sonra, yazda isə tumurcuq açmamış aparılmalıdır. Çiçəkləmə dövründə 0,2% xlorofos; karate 0,05% çilənməlidir ki, həm də çiçəklərə ziyanvericilər ziyan verə bilməsin.