Məzmuna keç

Cümlə/Sadə cümlənin növləri/Cüttərkibli cümlələr

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Cümlə/Sadə cümlənin növləri

../

Cümlənin qrammatik əsası – mübtəda və xəbər cümlənin iki qütbünü təşkil edir və əsas fikir bu üzvlərin vasitəsi ilə ifadəsini tapır. cümlələrimzin böyük əksəriyyətini hər iki baş üzvün iştirakı ilə qurulan cümlələr təşkil edir. Məs: Səhər açıldı. Uşaq qorxudan əsirdi və s. Hər iki baş üzvün iştirakı ilə qurulan sadə cümlələrə cüttərkibli cümlələr deyilir. Məs: Zəng çalındı. Evin qapısı şiddətlə döyüldü.

Mübtədası mən, sən, biz, siz sözlərindən ibarət olan cümlələrdə bəzən həmin əvəzlik – mübtədalar buraxılır. Belə cümlələr də cüttərkibli hesab olunur, çünki onların mübtədasını xəbərdəki şəxs şəkilçisinə əsasən bərpa etmək olur. Məs: Dünən toya getmişdik – Biz dünən toya getmişdik və s. İkinci dərəcəli üzvlərin (tamamlıq, təyin, zərflik) iştirakına görə cüttərkibli cümləlr iki yerə ayrılır.

a) Müxtəsər cümlələr. İkinci dərəcəli üzvlərin iştirak etmədiyi cümlələr müxtəsər cümlələr adlanır. Müxtəsər cümlələrdə yal-nız mübtəda və xəbər (baş üzvlər) olur. Məs: Külək əsir. Yağış yağırdı.

b) Geniş cümlələr. Baş üzvlərlə bərabər ikinci dərəcəli üzvlərin də iştirak etdiyi cüttərkibli cümlələrə geniş cümlələr deyilir. Məs: Hava birdən-birə qaraldı. Murad qırmızı almaları zorla mənə verdi.