Məzmuna keç

Microsoft Access 2000/Сədvəlin import edilməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Açar sahələr Microsoft Access 2000

Cədvəlin eksport edilməsi


İnformasiyanın başqa verilənlər bazasına import etmək üçün İmport əmri Fayl (File) menyusundan seçilir. Bu əmr vasitəsilə dəyişənləri mətn faylından, Excel-dən və s. redaktorlardan götürmək olar.

Verilənlər saxlandığı fayllar aşağıdakı formatlarda olarsa onları import etmək olar:

  1. Microsoft Access (.mdb, .mdw, mda);
  2. Mətn (ASCI - Tekst);
  3. Microsoft Excel (.xls);
  4. Paradox;
  5. dBASE III, dBASE IV, dBASE V (.dbf);
  6. Microsoft Fox Pro 2.x, Microsoft Fox Pro 3.x (.dbf, .dbc);
  7. Lotus 1-2-3 jədvəlləri (.wks, .wkl, .wk3, .wk4)
  8. HTML

Tutaq ki, bizə lazım olan verilənlər Excel cədvəlində tərtib olunub. Bu cədvəldən Access-də istifadə etmək üçün Import əmrindən istifadə edilir. Bu ya File rejimindən və ya Cədvəl → Təşkil etmək → İmport-dan seçilir. Burada faylın tipi göstərilir, faylın adı tapılır və İmport düyməsi basılır. Bundan sonra dialoq pəncərəsi açılır və suallara cavab verilir. Sonra sahələrin adını və xarakteristikasını redaktə etmək olar. Bu pəncərədə sahənin adını, tipini və ya ondan istifadə edilib-edilməyəcəyini (Skip) təyin etmək olar. Sonrakı pəncərədə ilkin açar təyin olunur (avtomatik və ya özünüz təyin edə bilərsininz). Növbəti pəncərədə cədvəlin yeni adı göstərilir (öz adını da saxlamaq olar).