Məzmuna keç

Microsoft Access 2000/Cədvəllər arasında əlaqə

Vikikitab, açıq dünya üçün açıq kitablar
Cədvəllər Microsoft Access 2000

Açar sahələr


Bir bazada təxminən 32768 cədvəldən istifadə etmək olar. Eyni zamanda 255 cədvəl açıb istifadə etmək olar.

Access-də ayrı-ayrı cədvəllər arasında əlaqə yaratməq olar. Cədvəllər arasında əlaqə onların sahələri vasitəsilə yerinə yetirilir. Açar sahəsi vasitəsi ilə digər cədvəllər arasında əlaqə yaradılır. Əlaqələndirilən sahələrin müxtəlif adları ola bilər, ancaq onların tipi və sahə xarakteristikası eyni olmalıdır.

İki cədvəl arasında əlaqə yaratmaq üçün hər iki cədvəldə eyni ümumi sayılan sahənin olması vacibdir. Cədvəlin birində yerləşən həmin sahə ilkin açar (первичный ключ), cədvəldə yerləşən digər sahələr isə xarici açar (внешный ключ) olur.

Cədvəllər arasında əlaqə yaratmaq üçün bütün cədvəllər bağlanılır. «Сервис (Servis) → Схема даных» əmri yerinə yetirilir. «Схема даных» dialoq pənсərəsi açılır. Kontekst menyu vasitəsi ilə Добавить таблицу əmri verilir və açılan dialoq pənсərisindən əlaqələnəсək сədvəllərin adı bir-bir seçilir və Добавить düyməsi vasitəsi ilə obyektə gətirilir → Закрыть. Kontekst menyu vasitəsi ilə əlaqələri yaratmaq, dəyişmək və ya ləğv etmək mümkündür.