Məzmuna keç

Microsoft Access 2000/Cədvəllər

Vikikitab, açıq dünya üçün açıq kitablar
Yeni bazanın təşkili Microsoft Access 2000

Cədvəllər arasında əlaqə


Yeni cədvəl yaradarkən verilənlər bazası dialoq pəncərəsində obyektlər panelində «Taблицы» obyekti qeyd olunur və «Создать» düyməsi basılır. Новая таблица dialoq pəncərəsi açılır və istənilən rejim seçilir. Burada konstruktor rejimi daha münasibdir, belə ki, bu rejimdə obyekti redaktə etmək mümkündür.

Verilənlərin tipləri:

  • Mətn tirli (текстовый) – maksimum 225 simvoldan ibarət ola bilər. Hərf, rəqəm və müxtəlif simvollar yazıla bilər.
  • MEMO tipli – 64000 simvol daxil etmək mümkündür. Yazıları daxil etmək üçün «Описание» bölməsinə keçilir və Shift+F2 düyməsi basılır. Yeni abzasa keçmək üçün Ctrl+Enter düyməsi basılır.
  • Rəqəm tipli (числовый) – yalnız rəqəm daxil edilir.
  • Pul tipli (денежный) – 0,00 man
  • «Мастер подстановок…» – verilənlərin konkret siyahısı tərtib edilir. Bu tip seçildikdə «Создание подстановки» dialoq pəncərəsi açılır və siyahı tərtib edilir. Nəticədə baza doldurularkən bu tipli sahəyə yalnız siyahıda göstərilən qiymətlər daxil edilir.

Açar sahəsi (Ключквое поле) – Yeni cədvəl yaradarkən Access açar sahəsi yaratmağı təklif edir. Bü əməliyyat əlaqəli cədvəllər yaradarkən vacibdir. Bu zaman bu sahəyə yazılan verilənlər unikal olur. Məsələn, əməkdaşın şəxsi nömrəsi, lisenziya və ya sığorta nömrəsi. Hər-hansı sahəni açar sahəsinə çevirmək üçün konstruktor rejimində alətlər panelində üzərində açar şəkili olan düymə basılır.