Məzmuna keç

Microsoft Access 2000/Yeni bazanın təşkili

Vikikitab, açıq dünya üçün açıq kitablar
Proqramın işə salınması Microsoft Access 2000

Cədvəllər


  1. «Новое база данных» seçilir → OK.
  2. Файл → Создать → Создание pəncərəsinin Общие hissəsində «База данных» → OK.

Bazanın master vasitəsilə təşkili üçün:

  1. «Мастера, страницы и проекты баз данных» → OK → Создание pəncərəsinin «База данных» hissəsində şablon seçilir → OK.
  2. Файл → Создать → Создание pəncərəsinin «База данных» hissəsində şablon seçilir → OK.

Açılan «Файлы новой базы данных» pəncərəsində yeni VB-na ad verilir, saxlanacaq yer göstərilir → Сохранить → Ekranda «База данных» dialoq pəncərəsi açılır.

Mövcud bazanın açılması üçün: Файл → Открыть... vasitəsilə Открытие файлы база данных pəncərəsindən Əvvəl təşkil olunan bazalardan birinin adı göstərilir → Открыть.

Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi, Microsoft Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə verilənlər bazasının adı yazılır. Başlığın altında menyu sətri, bu sətrin altında isə alətlər paneli yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər. Access VB-nın obyektlər panelində cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, səhifələr və modullar düymələri görsənir. Bu düymələr vasitəsilə istənilən obyektə keçmək olur:

  1. Cədvəllər (Tables) – VB-nın əsas obyektidir. Müxtəlif tipli verilənlərdən təşkil olunmuş sətr (yazı) və sütunlardan (sahə) ibarətdir. Bir VB-da çoxlu cədvəl yaradıla və saxlanıla bilər. Açar sahə vasitəsilə cədvəllər arasında əlaqə yaradılır.
  2. Sorğular (Queries) – dəyişənləri verilən şərt əsasında seçməyə və dəyişməyə imkan verir.
  3. Formalar (Forms) – informasiyaya baxmağa və redaktə etməyə imkan verir.
  4. Səhifələr (Page) – faylları HTML formatında olan Access dəyişənlərinə İnternet Exrlorer brouzerirnin köməyi ilə baxmağa imkan verir.
  5. Hesabatlar (Reports) - informasiyaları ümumiləşdirməyə və çap etməyə imkan verir.
  6. Makroslar (Macros) – əmrlər vasitəsilə bir neçə əməliyyatı avtomatik yerinə yetirməyə imkan verir.
  7. Modullar – iş prosesində bəzi əməliyyatları Access-in makrokomandaları vasitəsilə yerinə yetirmək mümkün olmur. Bu halda Visual Basic for Applications (VBA) dilində proseduralar təşkil etmək olar. Belə əməliyyatlar modullar şəklində təşkil olunur.

Access VB bir və ya bir neçə cədvəldə saxlanılır. Cədvəllərdə hər sətr bir yazı (запис), hər sütun isə sahə (поле) adlanır. Сədvəllərdə yazılan verilənlər сədvəllər haqqında informasiya ilə birgə VB faylında saxlanılır. Bu fayl .mdb genişləndiricisinə malikdir.

Access verilənlər bazasının obyektlərinin strukturunu və görünüşünü dəyişmək üçün konstruktor düyməsindən istifadə etməklə konstruktor rejiminə keçirilir.

  • Открыть – düyməsi vasitəsi ilə obyekt açılır.
  • Удалить - düyməsi vasitəsi ilə obyekt ləğv olunur.
  • Создать - düyməsi vasitəsi ilə yeni obyekt yaradılır. Bu zaman yeni dialoq pəncərəsi açılır.