Politologiya/Siyasət
Politologiya |
Qədim dövrdə Azərbaycanda siyasi fikir→ |
Siyasət bütün dünya xalqlarının ictimai həyatını əhatə edən, dəyişdirən və istiqamətləndirən qüdrətli fenomendir və buna görə də onu yalnız məcmu halında, beynəlxalq miqyaslı, dünya hadisəsi kimi götürməklə adekvat başa düşmək olar. Siyasətin formalaşması və həyata keçirilməsi həm milli, həm də ümumi səbəblərə malikdir. Onun fərdi, milli ölçüdə anlaşılması, əslində bütöv tamın, yəni dünya miqyaslı siyasətin müəyyən bir hissəsini təşkil edir.
Siyasətin optimallığı məsələsi onun elmi ədəbiyyatda obyektiv və sub- yektiv amilləri ilə əlaqədə nəzərdən keçirilir. Obyektiv amil dedikdə araş- dırılan konkret zaman kəsiyində siyasət məkanında ictimai prosesin nəticəsi kimi formalaşan əslində nə insanlardan, nə də siyasi liderlərdən asılı olmayan şərtlər məcmusu başa düşülür. Subyektiv amillər adı altında isə siyasət sub- yektlərinin intellektual səviyyəsi, peşə və ümumi mədəni keyfiyyətləri, onların həyat və təfəkkür oriyentirləri, hadisələrə yanaşma metodları və qiymətləndirmə meyarları, siyasi fəaliyyətə qoşularkən qarşılarına qoyduqları məqsədlərin saflıq dərəcəsi və s. nəzərdə tutulur .
Optimal siyasətin həyata keçirilməsi, onun subyektlərindən yüksək siya- si məharət tələb edir. Siyasi məharət – mövcud imkanlardan yüksək səviyyədə istifadə etmək, nəzəri biliklər, məntiqi mülahizələr, fərziyə və intuisiya əsasında düzgün qərar qəbul etmək bacarığı, yaradıcı cəsarətdir deməkdir.
Siyasətin optimallığı probleminin tədqiqi siyasi fikrin kortəbii inamdan elmi məsələyədək keçdiyi uzun inkişaf yolunun, onun əsas keyfiyyət mərhə- lələrinin izlənilməsinə imkan verir. Bu problemin öyrənilməsi siyasi-praktiki, ideoloji, həmçinin sosial-mədəni baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb edir, insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Siyasi mütəfəkkirlərin siyasət və onun optimallığı problemi ilə bağlı fi- kirləri, irəli sürdükləri müddəaların təhlili belə bir qənaətə gəlməyə imkan ve- rir ki, bu məsələləri dərindən öyrənmədən siyasistemin inkişafının aktual və- zifələri və perspektivlərinin, onun sosial münasibətlərinin keyfiyyətcə təkmil- ləşdirilməsində rolunun müəyyənləşdirilməsi, həmçinin cəmiyyətin bütün sa- hələrində qanunun aliliyinin təmin edilməsi qeyri-mümkündür. Çünki bunsuz xalq hakimiyyətinin inkişafı əsasında siyasi qayda-qanunun qorunub saxla- nılması mexanizmini gücləndirmək iqtidarında olan irimiqyaslı, mühüm siyasi islahatların həyata keçirilməsinin elmi platformasının işlənilməsi çətin olardı.
Azərbaycanda siyasi fikir qədim dövrdə müxtəlif miflərin və əfsanələrin əsasında yaranmışdır. Bu miflər və əfsanələrdə Azərbaycan xalqının ulu baba larının bəzi siyasət məsələlərinə dair baxışları öz ifadəsini tapmış və bu qədim fikirlər onun təfəkküründə dərin iz salmışdır. Azərbaycanda dövlət və haki- miyyət ideologiyası qismində irəli sürülmüş mənəvi-əxlaqi, sosial, iqtisadi və siyasi baxışlar daha çox ilk dinlərdən biri olan zərdüştilikdə ifadə olunmuşdur.
Qədim şərqin və Azərbaycanın siyasi fikrinin ilk abidəsi «Avesta» ol- muşdur. Burada siyasət, siyasi və ictimai fikir məsələləri, qədim hüququn vacib problemləri ifadə olunmuşdur. İnsan şüurunun inkişafı yollarının uzun müddət axtarışı nəticəsində ilk dəfə olaraq «Avesta» adı altında yazılı qanun- lar yaradılmışdır. «Avesta» qədim dövrdə və erkən feodalizm dövründə Azər- baycandakı fəlsəfi-siyasi və hüquqi cərəyanların, təlimlərin öyrənilməsi üçün başlıca mənbədir. «Avesta»nın yüksək elmi dəyəri bundadır ki, o Azərbaycan siyasi fikrinin və qədim hüququn ümumi problemləri ilə bilavasitə bağlıdır və bu biliklərin özünəməxsus ensiklopediyası kimi çıxış edir. Digər tərəfdən, «Avesta» xalqın dövlətçilik müdrikliyinin ifadəsidir .
«Avesta»ya görə, dövlət göylərin padşahlığının yerdə reallaşmasıdır. Burada dövlətə xas olan bəzi funksiyaları da görmək olar. Avesta»da «dövlət» anlayışı hər bir xarici nəzarətdən daxili müstəqil- lik, sərbəstlik və suverenlik, ayrıca bir ərazi və zərdüşt dininin ardıcılları üzə- rində ayrılmaz hökmranlıq etmək, onların səylərini şər qüvvələrlə mübarizəyə, gələcək cəmiyyətin yaradılmasına istiqamətləndirmək imkanı kimi nəzərdə tutulur. «Avesta»ya görə, dövlətin əsas funksiyalarından birini kütlələri səfər- bər edən, xalqın vahidliyini möhkəmləndirən müqəddəs odu qoruyub saxla- maqdır. «Avesta» Aşinin qorunmasını zəruri hesab edir, çünki xalqın rifah halı, idarəetmənin ədalətli obrazı, həmçinin hər bir insanın varlı olması və şəxsi həyatı bundan asılıdır .
«Avesta»da nəzərdə tutulan bir sıra digər tədbirlər dövlətin iqtisadi qüdrətinin möhkəmlənməsinə yönəlmişdir ki, bunlarsız düşmənə qalib gəlmək olmazdı.
«Avesta»da hökmdarlara, dövlət başçılarına xüsusi yer ayrılır. Belə ki, burada dövlət başçısı eyni zamanda ali və dini rəhbərdir, o, xalqın fikirlərini və istəklərini düzgün məcraya yönəldə bilən, xalq arasında zərdüştlik dini təlimini yayan ideoloq olmalıdır.
Hakimiyyətin özü sakral hesab olunurdu və onun mənşəyi Xeyir və Şərin əbədi mübarizəsi haqqında rəvayətə əsaslanan dini ənənə ilə əlaqələndi- rilir və müqəddəsləşdirilirdi.
Fəlsəfədə və dində çox vaxt siyasətin əsaslandırılması, əxlaqda isə ona bəraət qazandırmaq cəhdləri olmuşdur. Məlumdur ki, orta əsrlərdə həm Qərbdə, həm də Şərqdə dini dünyagörüşü hakim olmuşdur. Dövlətə, hüquqa dini münasibət bir çox əsrlər mühafizəkar və mürtəce siyasi proqramların söy- kənəcəyi idi. VII əsrin ortalarından başlayaraq Azərbaycanda tədricən İslam dini hakim dinə çevrilmişdir. İslam Azərbaycan torpağına yeni, bütün müm- kün ideyaları (hənifi, şəfiyi, maliki və s.) və müsəlman hüququnu gətirmişdir. Bu istiqamətlər müxtəlif yollarla, lakin dinin üstünlüyü mövqeyindən müxtəlif hüquqi situasiyaların və hakimiyyət, dövlət və siyasətin mənşəyi konsepsiyası- nın izahını verirlər .
Orta əsrlər Şərqində demokratiya və azadfikirlilik, cəmiyyətin ədalətli idarə edilməsi ideyaları geniş yer tuturdu. Bu baxımdan Azərbaycan siyasi fikrinin tanınmış nümayəndəsi Nəsirəddin Tusinin «Əxlaqi Nasiri» və s. əsər- lərdə ədalətli dövlət və cəmiyyət problemlərinin qoyulması xüsusilə diqqəti cəlb edir. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin «Xəmsə»sində də ədalətli cəmiyyət obrazının yaradılması insan hüquqları problemi prizmasın- dan olduqca əhəmiyyətlidir.
Adətən müsəlman mütəfəkkirlərinin sosial ədalət probleminə və ictimai təşkiledilmənin formalarına müraciətlərinin nəzəri bünövrəsini araşdıran bu tədqiqatçılar onun kökündə antik yunanların irsinin durduğunu göstərirlər. VIII əsrdən başlayaraq İslamda ictimai həyatın reqlamentləşdirilməsi və nizamlan- masına müstəsna əhəmiyyət verilir. Məsələn, təhlil göstərir ki, tarixi Azərbaycan mütəfəkkirlərinin bir çoxu ideallardan uzaq olmuş, onların başlıca səyləri ədalətli sosial quruluş nəzəriyyələrinin yaradılmasına yönəlmişdir.