Qarğıdalı bitkisi/Xəstəliklərlə mübarizə
Görünüş
←Vegetasiya suvarmaları və cərgəaralarının becərilməsi | Qarğıdalı bitkisi |
Ziyanvericilərlə mübarizə→ |
Məlumdur ki, bir sıra göbələklər qarğıdalıda müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına səbəb olurlar. Bu xəstəliklərin qarşısının alınması üçün ilk növbədə məhsul yığımından sonra bitki qalıqlarının sahədə təmizlənib yandırılması, dondurma şumunun payızda vaxtında aparılması və arata qoyulması, sağlam toxumdan istifadə edilməsi, növbəli əkinin tətbiqi vacib tədbirlərdir. Xəstəliklərə qarşı kimyəvi mübarizə aparılması da zəruridir. Bu məqsədlə, bir ton toxum 2 kq “Vitavaks” və ya “Vitaturam” preparatı ilə dərmanlanmalı, vegetasiya müddətində isə sahənin hər hektarına 0,5 kq “Beyleton” preparatı çilənməlidir.