RSS
RSS — xəbər, məqalə, bloq və s. bu kimi informasiya mənbələrində olan dəyişikliklərinin təsviri üçün nəzərdə tutulmuş XML-formatının bir növü. RSS formatında müxtəlif mənbələrdən təqdim edilmiş informasiya proqram aqreqatorlar və ya onlayn xidmətlər vasitəsilə yığcam, emal edilmiş şəkildə istifadəçiyə çatdırılır.
RSS-in müxtəlif versiyaları mövcuddur:
- Rich Site Summary (RSS 0.9x) — bu versiyada informasiya zənginləşdirilmiş məlumatla təqdim edilir;
- RDF Site Summary (RSS 0.9 və 1.0) — mənbə resurslarından istifadə edərək şəkillərlə təsvir edilir;
- Really Simple Syndication (RSS 2.x) — çox sadə, yığcam informasiya toplusu.
İstifadəsi
[redaktə]Adətən RSS 2.0-ın köməyi ilə saytda yeni çı informasiyanın qısa təsviri verilir və bu informasiyanın tam versiyasına istinad edilir. RSS formatında olan internet-resurs RSS-kanal, RSS-lent və ya RSS-fid (feed) adlanır.
Müasir brauzerlər, poçt-klientlər və internet-peycerlər RSS-lentləri icra edə bilir. Bunlara misal olaraq Google Chrome, Safari, Maxthon, Miranda, Mozilla Firefox, Mozilla Thunderbird, Opera, Opera Mini, Microsoft Internet Explorer (7-ci versiyadan başlayaraq) göstərmək olar. Bundan başqa, informasiyanı yığcam və emal edilmiş şəkildə yığan ixtisaslaşmış proqramlar (RSS-aqreqatorı) mövcuddur.