Resept:Şokoladlı peçenye
Görünüş
Şokoladlı peçenye | |||
---|---|---|---|
Kateqoriya: | Peçenyelər | ||
Porsiya: | 4 | ||
Enerji qiyməti: | 500-600 kkal. | ||
vaxt: | 30 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
[redaktə]- 4 ədəd yumurta
- 1 su stəkanı un
- 1 şorba qaşığı nişasta
- 1 limonun rəndələnilmiş qabığı
- 1 su stəkanı şəkər tozu
- 3 şorba qaşığı pudra şəkəri
- 30 qram marqarin
- 3 yemək qaşığı kakao
Kremi üçün:
- 1 paket toz krem şanti və süd
Hazırlanması
[redaktə]Bütün vəsaitləri dərin bir qaba alıb, yaxşıca qarışdırın. Xəmiri krem sıxma torbasına doldurun. Soba nimçəsini yağlayıb, krem torbasında xəmirləri sıxaraq, nimçəyə əlavə edin. Əvvəldən isidilmiş 160 dərəcə sobada təxminən 15 dəqiqə bişirin.
Bişən peçenyeləri sobadan çıxarıb, soyuması üçün gözlədin. Krem şantini paketin üzərindəki tərifə görə hazırlayın. Hazırladığınız krem şantini krem sıxma torbasına doldurun. Soyuyan peçenyelərin yarısının üzərinə krem şanti sıxın. Digər peçenyeləri üzərinə bağlayıb, üzərinə şəkər tozu səpin.