Məzmuna keç

Resept:Şokoladlı yumru peçenye

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • 250 qr. yağ
  • 3 su stəkanı un
  • 3 yemək qaşığı xama
  • 1 yumurta sarısı
  • kişmiş
  • qabartma tozu

Qlazur:

  • 1 ct. şəkər
  • 3 yemək qaşığı kakao
  • 6 yemək qaşığı süd

Hazırlanması

[redaktə]

Bütün vəsaitləri dərin bir qaba alıb, yaxşıca qarışdırın. Xəmirdən qoz boyda toplar hazırlanıb ortasına kişmiş qoyulur. Soba nimçəsini yağlayıb, topları 160 dərəcə sobada təxminən 15 dəqiqə bişirin.

Qlazur üçün lazım olan tərkibi qaba yığıb qaynadın və qarışdırın. Bişən peçenyeləri sobadan çıxarıb, soyuması üçün gözlədin. Sonra qlazurda boyayın, qablara yığın.

Həmçinin bax

[redaktə]