Resept:Armud kiseli
Armud kiseli – Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.
Tərkibi
[redaktə]Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Armud – 125 q, toz-şəkər – 100 q, kartof nişastası – 40 q, limon turşusu – 0,4-0,8 q, su – 740-760 ml və ya 3 nazik stəkan.
Hazırlanma qaydası
[redaktə]Armudu təmizləyib yuyur, üzərinə su töküb 7-10 dəqiqə yumşalana qədər bişirir, suyunu süzüb, başqa qaba tökürlər. Qalan armud meyvəsini əzib, ələkdən keçirir və yenidən süzülmüş suya qatırlar. Bura, şəkər və limon turşusu töküb, qaynayana qədər qızdırır, sonra soyuq suda qarışdırılmış nişasta əlavə edib, kisel hazır olunca bişirirlər. Stəkan və formalara töküb, soyuq yerdə saxlayır, üzərinə qurumasın deyə toz-şəkər səpirlər.