Resept:Bağırsaq dolması
Bağırsaq dolması — Dolma növlərindən biri.
Qoyun və ya inək bağırsağı yuyulub təmizləndikdən sonra, tərsinə çevrilərək, içərisi çəkilmiş ət (dil, ciyər də olar), tərəvəz, ədviyyatdan ibarət içliklə doldurularaq, tavada bişirilir.
Hazırlanma qaydası
[redaktə]Əvvəlcə heyvan kəsilir, sonra isə ət doğranaraq duzlanır. Qaxac əsasən iri və xırdabuynuzlu heyvanların ətindən hazırlanır. Qan təzyiqindən əziyyət çəkənlərin səhhətinə bəzən qoyun əti təsir edir. Belə hallarda isə qaxac hazırlamaq üçün ən uyğunu keçi əti olur. Qaxac üçün əvvəlcə heyvan soyulur və onun onurğa sümüyü çıxarılır. Çünki onurğa sümüyünün içərisində ilik olduğu üçün qurumur. Ətin tərkibində yalnız qabırğa sümüyü qalır. Xırdabuynuzlu heyvanlar adətən bütöv şəkildə, iribuynuzlu heyvanlar isə hissələrə bölünərək qurudulur. Ət bir müddət açıq havada saxlanılır ki, soyuq hava və şaxta onu yaxşı qurutsun. Bu zaman ətin tərkibində olan qan və su çıxır. Quruduğu müddətdə duz ətin tərkibinə hopur, bununla da ətdə heç bir xəstəlik qalmır. Qışa hazırlanan qidalardan biri də bağırsaq dolmasıdır. Heyvanın bağırsağı təmiz yuyulduqdan sonra içərisinə ət doldurularaq qurudulur. Təxminən 2 kiloqram ətdən 1 kiloqram qaxac əldə edilir.[1] [2]
Həmçinin bax
[redaktə]Xarici keçidlər
[redaktə]- Bağırsaq dolmasının hazırlanması (azərb.)