Resept:Ballı ayran
Görünüş
Ballı ayran - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir.
Tərkibi
[redaktə]Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Ayran- 1 litr və ya qatıq – 600 ml, su - 400 ml, bal - 100 q.
Hazırlanma qaydası
[redaktə]Ayrana bal əlavə edilir, qarışdırlır, soyudulur və süfrəyə verilir. Qatıqdan hazırladıqda, üzərinə qaynadılıb soyudulmuş su tökülr, bircinsli maye alınana qədər qarışdırılır (bəzən çalınır və üzərinə bal əlavə edilib soyudulir).