Məzmuna keç

Resept:Keşkek

Vikikitab, açıq dünya üçün açıq kitablar

Keşkek - Qərbi Anadolu, Trakya, Şərqi Anadolu və Orta Anadoluda gündəlik və toy mərasimlərində bişirilən yeməkdir[1].

Tokat keshkek.jpg
Tokat keshkek

Tərkibi

[redaktə]

Əsasən keşkek yarma, buğdaətdən hazırlanır[2][3].

UNESCO

[redaktə]

2011-ci ildə İndoneziyanın Balı bölgəsində keçirilən 6-cı UNESCO-nun iclasında keşkek Türkiyənin Maddi və mənəvi irsinə daxil edilmişdir. Bundan başqa Merzifon bələdiyyəsi Türk patent və makrası olaraq ona coğrafi məkan adınında əlavə edilməsini irəli sürdü. Beləliklə, 2015-ci ildə artıq keşkek deyil "Merzifon keşkek" i kimi ədəbiyyata daxil edildi[4].

Yayıldığı ərazilər

[redaktə]

Keşkek yeməyi xüsusilə Amasya, Sivas, Manisa, Çanaqqala, Ədirnə, Keşan, Balıkəsir, Kandıra, Sinop, Tokat, Muş, Samsun, Ordu, Çankırı, Dənizli, İzmir, Uşak, Aydın, Muğla, Afyonkarahisar, Çorum, Yozqat, Karabük, Ağrı ve Antalya kimi şəhərlərdə bişirilir və yeyilir. Anadoluda xüsusən toylarda yemək bişirilir[5].

Bişirilmə qaydası

[redaktə]

Toydan bir gün əvvəl buğda isladılır, toy günü qazanda qayandılaraq bişirilir. Qaynadılan buğda və ətlər qazanın içində əzilir ki, tamamilə həll olsun və bir-birinə qarışaraq bişsin[6][7]. Aşbazlar onun tam həll olunaraq bişməsinə xüsusi nəzarət edirlər. Ət və buğda nə qədər çox döyülürsə, yemək daha ləzzətli və dadlı olur[8]. Yaxşı döyülmüş və bişmiş keşkek saqqıza oxşadığı üçün "saqqız kimi keşkek" adlanır. Lifləri yaxşı ayrılmış ət tamamilə buğdaya qarışaraq, saqqız kimi uzanaraq onları ayırmaq cətin olur ki, buda yeməyin əsas özəlliyini təşkil edir. Bu dadı almaq üçün onu əvvəlcədən kötükdə döyməyi məsləhət görürlər. Onu regionlardan fərqli olaraq bibər, soğan və yağdan hazırlamış sousda əlavə edilir[9]. Əsasən onu toyuq əti ilə bişirillər. Regiondan asılı olaraq onu noxud, düyü, bulqurayranla serviz edillər. Ümumiyyətlə sümüklü dana əti, qırmızı bibər və kərə yağından hazırlançış sous töküllər[10].

Sinop Ayancık ətrafında fərqli bir keşkek bişirilir [11][12].

Daxili keçid

[redaktə]

Linklər

[redaktə]

İstinad

[redaktə]
  1. Caragh Rockwood - Fodor's Greece 1997
  2. Convention for the Safeguarding of the Intangible Cultural Heritage, Intergovernmental Committee for the Safeguarding of the Intangible Cultural Heritage, Nomination file 00388
  3. Turkish dish and Korean tightrope walking join UN intangible heritage list", UN News Center 28 November 2011
  4. "Keşkek UNESCO korumasına girdi". Haberturk.com. 28 Kasım 2011. Erişim tarihi: 6 Ocak 2018.
  5. http://www.tpe.gov.tr/TurkPatentEnstitusu/resources/dosyalar/cografitescil/186.pdf
  6. Γιουβέτσι με στάρι Archived 2013-10-29 at the Wayback Machine.
  7. Κεσκέκ (Παραδοσιακό ποντιακό φαγητό)
  8. see Aglaia Kremezi - 'Γιουβέτσι με στάρι' ('Giouvetsi with wheat')
  9. Greece, by Paul Hellander, Lonely Planet series
  10. http://www.diyadinnet.com/haberi-209362-a%C4%9Fr%C4%B1da-bayramlar%C4%B1n-vazge%C3%A7ilmez-yeme%C4%9Fi-helise
  11. Gil Marks, Encyclopedia of Jewish Food, p. 314
  12. Aubaile-Sallenave, p. 109, note 7