Məzmuna keç

Taxılçılıq/Torpağın becərilməsi/Bitkili herik

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Taxılçılıq/Torpağın becərilməsi

../

Bitkili herik: becərilməsi qaydası sahədən məhsulu yığılan bitkidən asılı olaraq müxtəlif ola bilər.

Cərgə araları becərilən bitkilərin (məsələn noxud, qarğıdalı, günəbaxan, kartof və sair) məhsulu yığıldıqdan sonra fosfor və kalium gübrələri verməklə əsas şum aparılmadan, üzləyici aqreqatlarla torpaq becərilib malalandıqdan sonra səpin keçirilməlidir.

Elə də ola bilər ki, səpin taxıl yerində keçirilsin, o zaman yenə də sahədən taxıl, küləş yığıldıqdan sonra-sahə üzlənməli, fosfor verilməli və iri kəltənlər çıxmasın deyə sahədə 18-20 sm dərinlikdə əsas şum aparılmalıdır. Bu işlər səpinə ən azı 1-1,5 ay qalmış aparılmalı, sonra yenə də səpinqabağı becərmə işləri aparılaraq sahəyə mala çəkilib səpin keçirilməlidir.

Bütün bu işlər aparılarkən torpağın mexaniki tərkibinin pozulmasının qarşısı alınmalı torpaq toz halına düşməməlidir ki, torpaq erroziyaya məruz qalmasın.