Məzmuna keç

Taxılçılıq/Torpağın becərilməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Taxılçılıq

../

Dənli bitkilər üçün torpağın becərilməsi ən böyük əhəmiyyətə malik olan şərtlərdən biridir.

Torpağın becərilməsi dedikdə onu yumşaltmaq, çevirmək üçün görülən şumlama, malalama, yumşaltma, kultivasiya etmə və sair kimi bütün texniki işlər başa düşülür. Payızlıq dənli bitkilər üçün torpağın becərilməsi və səpinə hazırlanması yerli torpaq-iqlim şərtindən asılı olaraq müxtəlif vaxtlarda və müxtəlif üsullarla aparılmalıdır.

Payızlıq dənli bitkilər üçün heriklərin qısa da olsa becərilmə qaydasını və sair becərmə işlərini bilmək fermerlər üçün çox əhəmiyyətlidir.