Məzmuna keç

Taxılçılıq/Torpağın becərilməsi/Qara herik

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Taxılçılıq/Torpağın becərilməsi

../

Qara herik: becərilməsi tarladan məhsul biçilib küləş yığıldıqdan sonra başlanmalı, küləş toplanmış sahələr dərhal üzləyici alətlərlə 8-10 sm dərinlikdə üzlənməlidir ki, tarlada olan alaq otlarının cücərməsi üçün şərait yaransın. Üzlənmiş sahəyə 7-8 gündən sonra 500-600 kq fiziki çəkidə fosfor gübrəsi verilərək 26-28 sm dərinlikdə əsas şum aparılmalıdır.

Nəzərə alınmalıdır ki, dərindən şumlama zamanı torpağın üst kövrək münbüt qatının alta çevrilməsi, üzvi maddələrlə zəngin və torpaq orqanizmləri ilə dolu təbii strukturun yaranmasına kömək edir. Dərindən şumlamada qida maddələrinin itkisi azalır, üzvi maddələrin heç bir qəfil parçalanması baş vermir və qida maddələri bitkinin kökləri tərəfindən yaxşı mənimsənilir.

İlk yaza qədər qalmış bu şumda tarlada işləmək mümkün olan kimi, nəmliyi saxlamaq və alaq otlarını məhv etmək üçün üzləyici alətlərlə becərmə aparılmalıdır.

Səpinə kimi yağışdan və alaqların əmələ gəlməsindən asılı olaraq becərmə təkrarlanmalı əvvəlcə 10-12 sm sonra 8-10 sm dərinlikdə aparılmalı və səpin qabağı mala çəkilərək sahədə səpin keçirilməlidir.