Veb texnologiyaları/DHTML

Vikikitab, açıq dünya üçün açıq kitablar
Macromedia Flash Veb texnologiyaları

XHTML və XML

DHTML (Dynamic Hyper Text Markup Language, dinamiçeskiy əzık razmetki qiperteksta) dilinə HTML standartının daha geniş versiyası kimi baxmaq olar. Bu dilin köməyi ilə mətnin altına qoyulmuş hərəkət edən fon, hərəkət edən obyekt, batan və ya yox olan menyu, manipulyator yaxınlaşdıqda işıqlanan düymələr, qaçan sətr və digər interaktiv elementlərə malik Web-səhifələr yaratmaq mümkündür.

DHTML dili bir növ HTML və JavaScript dillərinin birləşməsidir. Bu standart interpritə olunmuş makrodilin köməyi ilə hazırlanmış sadə ssenarilərdən istifadə edir ki, həmin ssenarilər HTML kodu ilə birgə brauzer tərəfindən işlənir. Bu cür ssenarilər «skriplet» adlanırlar. Skriplet hazırlamaq üçün DHTML standartından və ActiveX interfeysin direktivini dəstəkləyən istənilən makrodildən istifadə edilir. DHTML Macromedia Internet Explorer 4.0-5.0 brauzerləri tərəfindən tanınır.